Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1250/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – “İsmayılbəyli və partnyorları” vəkil bürosunun vəkil Nağıyev Azər Loğman oğlu, Məhkum iştirakları ilə Bakı şəhəri Ni zami rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019cu il tarixli qərarından Məhkum müdafiəçisi İsgəndərov Fərman Məmmədtağı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.T.Əhmədov) xx xxxxxxxx 1959-cu ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Behrud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ol araq, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 222.2-ci. maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 06 ay müddətə islah işləri cəzası məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 01 dekabr 2009-cu il tarixli, 05/K saylı əmr əsasında "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) iş icraçısı vəzifəsində işləyərkən və MMC-nin 05 yanvar 2017-ci il tarixli 01/BD saylı əmri ilə ünvan 1 ünvanında "xxxx” MMC tərəfindən "X12 Hospital”-ın tikintisində işçilər tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu hal da, texniki təhlükəsizlik və əmək mühafizəsinin tələblərinə riayət etmədən 2017-ci ilin yanvar ayından MMC-yə qeyri-rəsmi fəhlə kimi işə cəlb edilmiş Zərərçəkmiş şəxs ilə iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlim, təlimatlandırma keçirməsini, biliyinin yoxlanılmasını təmin etməyərək Zərərçəkmiş şəxs "X16” binasının tikintisində aparılan yüklərin yerdəyişməsi gedişinə müstəqil işə buraxmış, Zərərçəkmiş şəxs tərəfindən kütləsi 20 kiloqramdan çox olan “Linoleum” material rulonunu əli ilə daşımasına (yerdəyişməsinə) yol vermiş, Zərərçəkmiş şəxs yolverilməz (yəni əmək mühafizəsi təlimatına zidd olan) rezin materialdan olan başmaqla hərəkət etməsinin qarşısını almayaraq, “111-4-80 Tikinti norma və qaydaları”nın 1.20, 2.1,2.30 bəndlərinin, “İİİ-4-80 Tikinti norma və qay daları”nın 1 saylı"xxxx“Müəssisələrdə yüklərin yerdəyişməsi prosesləri 12.3.020-80 DST”- nin 3.3.2 bəndinin, “işçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər 12.0.004-79 DST»-nin 1.1, 1.4, 3.10 bəndlərinin, “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif- İxtisas Sorğu Kitabçasında olan iş icraçısının “Əmək funksiyası başlığının tələblərini, 01 dekabr 2009-cu il tarixli əmək müqaviləsinin və 05 yanvar 2015-ci il tarixdə təsdiq edilmiş “xxxx» MMC-nin iş icraçısının funksional vəzifə bölgüsü”-nün və“ xxxx» MMC-nin “Əməyin mühafizəsi üzrə mühəndisinin funksional vəzifə bölgüsü”nün tələbləri ilə müəyyən edilmiş işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmuş və nəticədə Zərərçəkmiş şəxs 09 fevral 2017-ci il tarixdə, saat 11 radələrində “X12 Hospital”ı n tikintisində əli ilə linoleum daşıyarkən ehtiyatsızlıqdan yerə yıxılaraq sol incik sümüyünün və sol içəri topuğun qapalı qəlpəli sınıqları ilə nəticələnən, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) 30 aprel 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İsgəndərov Fərman Məmmədtağı oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi İsgəndərov Fərman Məmmədtağı oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qərarında istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsinin tələblərinə və Ali Məhkəmənin “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, 4 nömrəli qərarında sübutlar barəsində göstərilən “Hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir” müddəasına tamamilə ziddir, bundan əlavə Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyy əti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Apellyasiya məhkəməsində tədqiq və istinad edilən sübutlar bir birini təkzib edir, ittihamın əsasını təşkil edən zərərçəkmiş Zərərçəkmiş şəxs izahatları belə bir biri ilə ziddiyyət təşkil edir. Belə ki, Zərərçəkmiş şəxs izhatında bildirmişdir ki, “kafeteriya” tərəfə çıxış olan yerə linoleumu daşıyan zaman orada ayağının sürüşərək yıxılmışdır. Həmin tərəf tualet yolu və siqaret çəkmək yeri olduğu və oraya heç vaxt linoleum yığılmadığı üçün birinci instansiya məhkəməsində tərəfimdən verilən vəsatətə əsasən məhkəmə, "X12 Hospitalın tikintisində istifadə olunan linoleumların yığılma verlərinə baxış keçirmiş və məlum olmuşdur ki, Hospitalda linoleum iki yerdə: bir hissəsi giriş qapısının ağız hissəsinə, digər hissəsi isə liftin ağız h issəsinə yığılmışdır. Zərərçəkmiş şəxs yıxıldığı yer isə “kafeteriya”ya, yəni yeməkxanaya və tualetə gedən çıxış sahəsidir ki, maşın mexanizm keçə bilmədiyi üçün o hissəyə heç vaxt linoleum yığmaq mümkün olmamışdır. Zərərçəkmiş şəxs hadisə yerinə baxış zamanı hakimin və dövlət ittihamçısının niyə lift olduğu halda onun yanından ayaqla çiyninizdə linoleumu ikinci mərtəbədən yıxıldığı yerə-“kafeteriya”ya çıxışa aparmısmız sualına Zərərçəkmiş şəxs həmin vaxt lift işləmirdi cavabını vermişdi. Halbuki, 07.02.2018-ci il tarixli izahatında, həmçinin ekspertiza aparılan zaman bildirmişdir: “Biz linoleum rulonlarını pnevmatik arabalar vasitəsi ilə və liftlə yuxarı mərtəbələrə və uzaq məsafələrə aparırdıq. Bəzi vaxtlar isə yaxın məsafəyə çiynimizdə və əlimizdə aparırdıq. Həmin arabalarla yükü aşağı daşımaq mümkün deyildi və lift isə uzaq məsafədə yerləşdiyi üçün mən linoleumu çiynimə alıb yaxın məsafədən X6la birlikdə yaxın məsafədə olan pilləkənlərlə aşağı apardım və hadisə baş verdi”. 14 avqust 2018-ci il tarixdə məhkəmədə dindirilən zaman müdafıəçinin linoleum rulonunun əl ilə daşınması səbəbi barədə sualına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir: “Həmin vaxt lift işləmədiyinə görə linoleumları pilləkəndan düşürmüşük”. Göründüyü kimi, Zərərçəkmiş şəxs linoleumu əl ilə daşımasının səbəbini müxtəlif və ziddiyyətli formada: ibtidai araşdırma zamanı liftin uzaq məsafədə olması ilə, məhkəmə araşdırması zamanı isə liftin işləməməsi ilə izah edir. Lakin məhkəmə bu ziddiyyətli izahatları aydınlaşdırmamışdır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs əsas məqsədi təzyiq y olu ilə “xxxx” MMC-dən 5.000 manat əlavə pul almaq, MMC-nin vasitəsi və maddi köməkliyi ilə pensiyaya çıxmaq niyyəti olmuşdur. Pensiyaya çıxarmağın qanunsuz olduğunu bildirdikdən sonra Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət etmişdir. 25 aprel 2018-ci il tarixdə ibtidai istintaq zamanı dindirilən zaman Zərərçəkmiş şəxs bildirmişdir: ’’Şikayətim və tələbim ondan ibarətdir ki, mənim ayağımda olan mili çıxarana qədər mənə ödəməyə söz verdikləri məbləği ödəsinlər və mənə təqaüd düzəltsinlər, mənə dəymiş 5000 manat ziyanı ödəsinlər”. Zərərçəkmiş şəxs izahatlarında linoleumu çiynində birgə daşıdığını göstərdiyi yeganə şəxs - X6 da onun dediklərini ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təkzib etmişdir. İstintaq materiallarının içərisində və məhkəmədə dindirilən şahidlərin heç birinin ifadəsində X6 ilə Zərərçəkmiş şəxs tərəfindən “Hospital”m İkinci mərtəbəsindən birinci mərtəbəsinə “Linoleum” materialı daşınması öz təsdiqini tapmır. Yalnız Zərərçəkmiş şəxs izhatlarmda bu halı israr edir ki, istintaq eksperimenti zamanı onun da Linoleum rulonunun belə qaldıra bilməməsi məlum olmuşdur. Bundan başqa, şikayətdə göstərilmişdir ki, məhkəmə Məhkum təqsirli olmasını təsdiq edən daha bir sübut kimi 03 aprel 2018-ci il tarixli 3793 saylı Ekspert Rəyinə əsaslanır. Lakin həmin rəy sübut kimi qəbul edilə bilməz. Çünki rəyin özündə və rəydə müəyyən olunan hallarla zərərçəkmiş Zərərçəkmiş şəxs izahatları, həmçinin birinci instansiya məhkəməsində aparılan hadisə yerinə baxış və istintaq eksperimentinin Protokolunda əks olunan hallar arasında ziddiyyətlər vardır. Ekspert rəyində olan ziddiyyət ondan ibarətdir ki, Xəstəxana tikintisində rulonların daşınması üçün pnevmatik arabaların və liftin olmasına baxmayaraq Zərərçəkmiş şəxs linoleum rulonunu çiynində 2-ci mərtəbədən 1-ci mərtəbəyə düşürməsi və bunun nəticəsində hadisə yerində sürüşərək ayağının qırılmasını müəyyən edir və xəsarət alınmasının əsas səbəbi kimi, onun çiynində linoleum rulonunun daşınması göstərilir. Lakin Ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində göstərilir ki, Zərərçəkmiş şəxs tərəfindən linoleum rulonunun əl ilə çiyində daşınmasına yol verilməsi istintaqda öz təsdiqini tapdığı halda Tikinti Norma və X1 tərəfindən pozulması müəyyən edilir. Yəni ekspertin gəldiyi nəticələr bir şərtlə həqiqi olacaqdır ki, istintaq tərəfindən rulonun Zərərçəkmiş şəxs tərəfindən çiynində daşıdı ğı halı təsdiqlənsin. Göründüyü kimi, məhkəmə sübutları qiymətləndirərkən onların ziddiyyətli, bir birini təkzib etməsini nəzərə almayaraq belə bir nəticəyə gəlmişdir ki, sübutlar qərarında da göstərdiyi kimi üç meyara uyğun (onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) gəldiyi üçün birinci instansiya məhkəməsinin hökmü qanuni olmuşdur. Bundan əlavə apellyasiya məhkəməsinə təqdim etdiyimiz Zərərçəkmiş şəxs səs yazılarında da onun linoleum daşıyan zaman yıxılmadığı bir daha təsdiq olunur. Məhkəmənin hökm və qərarının kassasiya ləğv edilməsi üçün əsaslardan biri də cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq məhkəmə tərəfindən ittiham hökmünün çıxarılmasıdır. Baş vermiş hadisə cinayət hadisəsi hesab edilə bilməz, yuxarıda göstərilən zərərçəkmişin, təqsirləndirilən şəxsin, şahidlərin izahatları həmçinin hadisə yerinə və istintaq eksperimentinin aparılması barədə protokolda göstərilənlər o cümlədən Ekspert Rəyində göstərilənlər bir daha təsdiq edir ki, Zərərçəkmiş şəxs yıxılaraq ayağının sındırması məhkumun əməyin mühafizəsi qaydalarının pozması səbəbindən baş verməmişdir. Yəni zərərçəkmişin ayağının sınması ilə Məhkum hərəkətləri arasında heç bir səbəbli əlaqə yoxdur. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittih amçısının isə apellyasiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya mə hkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işdə olan sübutları, işin digər materiallarını və faktiki hallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, məhkəmələr istintaq orqanının təqdim etdiyi sübutları yoxlayıb qiymətləndirərkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə tam riayət etməmiş, işin düzgün həlli üçün, o cümlədən əməlin tövsifi ilə bağlı nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, gəldikləri nəticəni faktiki olaraq əsaslandırmamışlar. İş materiallarıdan görünür ki, birinci instansiya məhkəməsi sübutları kifayət qədər ətraflı tədqiq, təhlil etməmiş, düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halları araşdırmamış, ittihamın sübut edilməsində yaranan şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməmiş, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin araşdırılmasına səthi yanaşmışdır. Azərbaycan Respublikası CM-nin 222-ci maddəsinin dispozisiyasına görə tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda həmin maddə ilə cinayət məsuliyyəti yaradır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, qeyd olunan maddə ilə şəxsi cinayət məsuliyyətinə cəlb etmək üçün, həmin şəxsin müvafiq təhlükəlilik qaydalarının pozması əlaməti mövcud olmalıdır. İttiha mda bununla əlaqədar göstərilmişdir ki, Məhkum MMC-nin “... 05 yanvar 2017-ci il tarixli 01/BD saylı əmri ilə ünvan 1 ünvanda “xxxx” MMC tərəfindən “X12 Hospital”ın tikintisində işçilər tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, texniki təhlükəsizlik və əmək mühafizəsinin tələblərinə riayət etmədən 2017-ci ilin yanvar ayından MMC-yə qeyri-rəsmi fəhlə kimi işə cəlb edilmiş Zərərçəkmiş şəxs ilə iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlim, təlimatlandırma keçirməsini, biliyin yoxlanılmasını təmin etməyərək Zərərçəkmiş şəxs “X16” binasının tikintisində aparılan yüklərin yerdəyişməsi gedişinə müstəqil işə buraxmış, Zərərçəkmiş şəxs tərəfindən kütləsi 20 kiloqramdan çox olan “linoleum” material ru lonunu əli ilə daşımasına (yerdəyişməsinə) yol vermiş, Zərərçəkmiş şəxs yolverilməz (yəni əmək mühafizəsi təlimatına zidd olan) rezin materialdan olan başmaqla hərəkət etməsinin qarsısın almayaraq” müvafiq normaların tələblərini pozmuşdur. İş materiallarından isə görünür ki, ittiham tərəfinin bir sıra məsələlər üzrə mövqeyi iş materiallarında olan məlumatlara uyğun deyildir, bununla əlaqədar bir neçə şübhəli məqamlar mövcuddur. İttihamda istinad edilən həmin əmrdə ünvan 2 ünvanda aparılan tikintidən söhbət getmiş və Məhkum üzərinə məhz bu tikintidə işçilər tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin tələblərinə riayət edilməsinin təmin olunması vəzifəsinin qoyulması barədə məlumat yoxdur. Həmin əmrdən görünür ki, Məhkum “əməyin mühafizəsi üzrə mühəndis” vəzifəsi həvalə edilmiş v ə cəmiyyətdə (“xxxx” MMC-də) əmək mühafizəsi işlərinin aparılması hüququ verilmişdir. Bu məsələyə diqqət yetirmək ona görə vacibdir ki, yuxarıda göstərilən ünvanda tikinti təkcə Məhkum işlədiyi “xxxx” MMC-ci tərəfindən deyil, həm də digər müəssisələr tərəfindən aparılmış (podrat müqaviləsinə əsasən), Zərərçəkmiş şəxs isə “xxxx” MMC-nin və ya hər hansı bir digər müəssisənin Əmək Məcəlləsində göstərilən mənada işçisi olmamış, onunla əmək müqaviləsi bağlanmamışdır (ittihamın özündə də birmənalı olaraq göstərilmişdir ki, Zərərçəkmiş şəxs tikintidə qeyri rəsmi fəhlə kimi işə cəlb olunmuşdur). Bu baxımdan mübahisəsizdir ki, işin düzgün həlli üçün Zərərçəkmiş şəxs tikintidə işə hansı müəssisə və ya hansı müəssisəsinin nümayəndəsi tərəfindən cəlb edildiyi, kimin tapşırığını yerinə yetirdiyi, hansı müəssisənin apardığı işlərə cəlb olunduğu dəqiq müəyyən edilməli, nəticəsindən asılı oaraq Zərərçəkmiş şəxs münasibətdə kimin əmək mühafuzəsi tələblərinin riayət olunmasına cavabdeh olduğu barədə birmənalı fikir söylənilməlidir. İstintaq orqanı və məhkəmə bu məsələlərlə əlaqədar sübutların tədqiqi, təhlili və qiymətləndirilməsi məsələsinə səthi yanaşmış və həmin sübutlarla bağlı gəldiyi nəticəni faktiki olaraq şərh etməmiş və əsaslandırmamışdır. İş materiallarından, o cümlədən Zərərçəkmiş şəxs ifadəsindən isə görünür ki, o, işə düzəlməsi üçün “Hacı” ləqəbli İlham adlı şəxsə müraciət etmiş və tikintidə işə onu məhz bu şəxs cəlb etmiş, həmin şəxsin göstərilənləri yerinə yetirmiş, bu şəxs ona sonradan linoleum işini görən türklərin yanında olacağını demiş, onları gördüyü işlərdən tökülən zib illəri təmizləməyi tapşırmış, həmin türklərin baş ustası X2 adlı şəxs olmuş, o, ümumiyyətlə, İlhamın işçisi olmuş, türklər ikinci mərtəbədə linoleum vurmuş, vurulanlardan biri səhv olduğu üçün X2 ustanın göstərişi ilə X6 adlı fəhlə ilə birlikdə rulonu çiyninə qoyub, aşağı düşürmüşlər və bu zaman o, yıxılıb xəsarət almışdır. İş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs ifadəsində göstərilən həmin şəxslərin heç biri “xxxx” MMC-nin işçisi olmamış (X6 hadisədən xeyli sonra “xxxx” MMC-yə işə düzəlmişdir), İlham Məmmədov (“Hacı” ləqəbli, İlham adlı şəxs) podrat müqaviləsinə əsasən tikintidə iş aparan “xxxx” MMC-nin işçisi olmuş, linoleum işlərini isə belə müqaviləyə əsasən “Uzam İnşaat” şirkəti həyata keçirmişdir. İş materiallaırnda bu işlərin və həmin işlərlə bağlı materialların tikinti sahəsində yerləşməsinin, daşınmasının, məhz “xxxx” MMC tərəfindən aparılması, bu işləri onun rəsmi qaydada və qeyri rəsmi işə cəlb etdiyi işçilərin görüldüyünə dair hər hansı bir məlumat yoxdur. Əksinə, tədqiq edilmiş ifadələrin bir çoxunda həmin işlərin “Uzam İnşaat” şirkəti tərəfindən aparıldığı və Zərərçəkmiş şəxs icra etdiyi işlər üzrə tapşırığı məhz həmin şirkətin işçisi olan X2 adlı şəxsin və ya “xxxx” MMC şirkətinin işçisi X4 verdiyi, sonuncu ona hətta “xxxx” MMC-ə məxsus olan iş geyiminin təqdim etdiyi barədə məlumatlar mövcuddur. Məhkum Zərərçəkmiş şəxs hadisə baş verənə qədər, ümumiyyətlə, tanımadığını göstərmiş və iş materiallarından görünür ki, onun bu ifadəsi heç bir sübuitla təkzib olunmur, zərərçəkmiş şəxsin özü də ifadələrində Məhkumla bağlı hər hansı bir ifadə verməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, ittiham tərəfinin ittiham aktında göstərdiyi mövqeyini, yəni Məhkum Zərərçəkmiş şəxs (tikintidə işə digər şirkətlərin işçiləri tərəfindən cəlb olunmuş və onların tapşırıqlarını icra edən) münasibətdə müvafiq normativ aktda göstərilən qaydaları pozmasına dair nəticənin hansı məlumatlara əsaslandığı aydın deyildir. İttiham aktında istinad edilən podrat müqaviləsinə gəldikdə isə qeyd olunmalıdır ki, “xxxx” MMC ilə bağlanmış belə müqavilədə elə bir şərt əks etdirilməmişdir ki, “xxxx” MMCnin və onun müvafiq işçisinin, tikintidə işləyən “xxxx” MMC müəssisəsinin də işçilərinin gördükləri işlərə nəzarət etməli olduğu və ya həmin müəssisənin işçisinə münasibətdə hər hansı təhlükəsizlik qaydalarını tətbiq etməli olduğu qənaətinə gəlməyə əsas versin. Belə əsaslar “Uzam İnşaat” şirkəti ilə bağlanmış podrat müqaviləsinin şərtlərindən də irəli gəlmir. Həmin müqavilənin 7-ci bəndində tikintin içərisindəki bütün üfüqi və şaquli daşımaların sifarişçiyə (“xxxx” MMC) aid olduğu şərti nəzərdə tutulsa da, bu müddəa da özü-özlüyündə digər şirkətin göstərişi ilə hər hansı bir materialın rəsmi və qeyri rəsmi olaraq fəaliyyət göstərən fəhlə tərəfindən daşıma işlərinin görülməsinə sifarişçi olan “xxxx” MMC-nin və ya onun işçisinin nəzarət etməli olduğuna dəlalət edən amil kimi qiymətləndirilə bilməz. Bundan başqa, istintaq orqanı tərəfindən dəqiq müəyyən edilməmişdir ki, Zərərçəkmiş şəxs qeyri-rəsmi “xxxx” MMC və ya “Uzam İnşaat” müəssisəsinin işçisi olmuşdur (onun “xxxx” MMC-nin işçisi olması qənaətinə gəlmək üçün iş materiallarında heç bir məlumat yoxdur). İttihamın sübut edilməsində şübhə yaradan digər amil də mövcuddur. Bu amil Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət almasının müəyyən edilməsi ilə bağlıdır. Xəsarətin linoleumun X6 ilə birlikdə əl ilə daşıması zamanı Zərərçəkmiş şəxs yıxılmasından alındığını yalnız sonuncunun özü göstərmiş (bu barədə hadisədən 9 ay keçdikdən sonra bildirmişdir), iş materiallarında bunu təsdiq edən hər hansı bir digər sübut mövcud deyildir. Zərərçəkmiş şəxs ifadəsinə görə onunla linoleumu əl ilə daşıyan X6 isə ifadəsində ardıcıl olaraq bildirmişdir ki, linoleumun yalnız müvafiq texnika və avadanlıq (lift, araba, xüsusi qurğu və sair) vasitəsi ilə daşımış və özü və ya Zərərçəkmiş şəxsla birlikdə, heç vaxt əl ilə linoleumun daşımamış, bu, linoleum rulonunun çəkisi baxımından da mümkün olmamış, sonuncu da xəsarəti heç bir iş görməyən zaman yıxılaraq almışdır. İbtidai istintaq orqanının sübutların qiymətləndirilməsi qərarında X6ın həmin ifadəsinin digər sübutlarla təkzib olunduğu göstərilsə də, konkret hansı sübutlarla təkzib edildiyi açıqlanmamışdır. Bu bir-birinə zidd iki ifadənin hansına üstünlük verilməli olduğuna gəldikdə isə, qeyd olunmalıdır ki, sübutların bu baxımdan təhlili X6ın deyil, X5 ifadələrindəki məlumatların bir sıra sübutlarla (linoleum rulonunun çəkisinə dair məlumatlar, hadisə yerinin baxışı, eksperimentin keçirilməsi protokolları və sair) ziddiyyət təşkil etdiyini göstərir. Bu ziddiyyətlər və onlarla bağlı şübhələr də, ibtidai istintaq orqanı və məhkəmə tərəfindən aradan qaldırılmamışdır. Halbuki, iş üzrə daha bir şahid – X7 göstərmişdir ki, Zərərçəkmiş şəxs xəsarəti çay fasiləsi zamanı (heç bir daşıma işi görmədiyi zaman) özünün ehtiyatsızlığından almışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələlərə əhəmiyyət belə verməmiş, sübutların tədqiqi və qiymətləndirilməsi məsələsinə səthi yanaşmış, sübutlarda olan məlumatlar arasında mövcud olan ziddiyyətləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməmiş, ittihamın sübut edilməsində yaranmış şübhələrə (yuxarıda göstərilmişdir), müdafiə tərəfinin irəli sürdüyü dəlillərə münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi də qeyd olunan ziddiyyətləri və şübhələri aradan qaldırmamış, müdafiə tərəfinni şikayətinin bunlarla bağlı dəlillərinə münasibət bildirməmiş, onlarla əlaqədar araşdırma aparmamış, onları müvafiq qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslan dırmamışdır. Mübahisəsidir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 33.2, 145.3, 146.1 və 392.3-cü maddələrinin tələblərini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CP M-nin 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazım ınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetirməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılmas ı üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun m övqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərba ycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1250/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1250/2019
16.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver