Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1276/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Qasımov Zaur Ərəstun oğlunun iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Z.Ə.Qasımov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İsayev Mütəllim Allahverdi oğlu) Məhkum, xx xxxxxx il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəddər Lənkəran Qarnizonu Hərbi Tribunalının 04 aprel 1998-ci il tarixli hökmü ilə 01 sentyab r 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242 maddəsinin “a” bəndi və 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəməsinin 11 avqust 2004cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 93.1.4-cü maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəməsinin 13 noyabr 2007-ci il tarixli hökmü ilə CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəməsinin 23 may 2012-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 08 fevral 2020-ci il tarixdən 10 fevral 2020-ci il tarixədək həbsdə, 10 fevral 2020-ci il tarixdən 20 avqu st 2020-ci il tarixədək isə ev dustaqlığında saxlandığı 06 (altı) ay 13 (on üç) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 26 (iyirmi altı) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmış və məhkumun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə daimi yaşadığı yer üzrə təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, yaşadığı yer üzrə ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq mə hkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 3,641 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib, üzərində saxlamaqla, daşımış, 08 fevral 2020-ci il tarixdə, saat 23 radələrində Lənkəran şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nətic əsində, qeyd olunan tarixdə saat 22:30-da Lənkəran şəhəri, M.Ə.Sabir küçəsi ilə gedərkən tutularaq, Lənkəran ŞRPŞ-nə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3.403 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryək aşkar olunaraq götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 23 fevral 2021-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsin in 20 avqust 2020-cı ıl tarixli hökmü ləğv edilmiş, Məhkum CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 08 fevral 2020-ci il tarixdən 10 fevral 2020-ci il tarixədək həbsdə, 10 fevral 2020-cı il tarixdən 20 avqust 2020-ci il tarixədək isə ev dustaqlığında saxlandığı 06 (altı) ay 13 (on üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və məhkumun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 17 (on yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Y.K.Kərimovu CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilərkən belə nəticəyə gəlmişdir ki, o, 03 fev ral 2020-ci il tarixdə saat 14 radələrində Lənkəran şəhəri, Səttərxan küçəsində istintaqa məlum olmayan mənbədən təmiz çəkizi 3,641 qram olan tiryəki əldə edib üzərində saxlamaqla 08 fevral 2020-ci il tarixdə saat 19 radələrində həmin tiryəkin 0,238 qramını 10 manat müqabilində Lənkəran şəhəri, M.Ə.Sabir küçəsində tanışı X1. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Z.Ə.Qasımov kassasiya şikayəti verərək, həmin hökmün ləğv edilməsini və Məhkum əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbslə əlaqədar olmayan cəzanın təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş fa ktiki hallarını mübahisələndirən müdafiəçi Z.Ə.Qasımov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində olan cinayət işi üzrə ibtidai araşdırma düzgün aparılmamış, həmçinin apellyasiya instansiya məhkəməsi əhəmiyyətli sübutlara düzgün qiymət verməmiş və nəticədə onun barəsində qanunsuz və əsassız hökm çıxarılmışdır. Müdafiəçi öz kassasiya şikayətində «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, «Barbera, Messaga və Habordo İspaniyaya qarşı» iş üzrə Avropa Məhkəməsinin qərarına, cinayət və cinayətprosessual qanunvericiliklərinin bir sıra normalarına istinad edərək, bildirir ki, hüquqlarını müdafiə etdiyi Məhkum onda aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etmiş və həmin narko tik vasitənin hər hansı hissəsini heç kimə, o cümlədən X22a satmamışdır. Müdafiəçi həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı irəli sürmüş olduğu ittihamda narkotik vasitənin satış məqsədi ilə əldə olunması barədə nəticəsini yalnız təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi ilə əsaslandırmışdır ki, bu da qanunvericiliyin tələblərinə görə yolverilməzdir ona görə ki, məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verməlidir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi Z.Ə.Qasımov kassasiya şikayətinin təmin edilməsini və Məhkum əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbslə əlaqədar olmayan cəzanın təyin olunması barədə qərarın qəbul edil məsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə k, CPM-nin 419.4-cü maddəsinin tələbinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etm əsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi Z.Ə.Qasımovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi əhəmiyyətli sübutları araşdırmaqdan imtina edərək həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, bunun da nəticəsində Məhkumun əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş və o, əsassız və qanunsuz olaraq həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv olunması haqqı nda tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Z.Ə.Qasımovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkumun məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfi ndən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qə bul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılma sı üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərar ın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ib tidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstituyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq mü qavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərin ə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında həmçinin dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü madd əsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələ lərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası məhkum Məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması və məhkumun cinayət əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunm uş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki, Məhkum 03 fevral 2020-ci il tarixdə saat 14 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3,641 qram olan, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki əldə edib, üzərində saxlamaqla, daşımış, 08 fevral 2020-ci il tarixdə saat 19 radələrində həmin tiryəkin bir hissəsini – 0,238 qramını 10 manat məbləğində pul müqabilində tanışı X22a satmış, üzərində gəzdirdiyi tiryəkin 3,403 qramı isə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. İş materiallarının təhlili göstərir ki, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, bu halları müəyyən edərkən, apellyasiya in stansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri həmin məhkəmənin çıxardığı hökmdə əks etdirilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq həmin məhkəmə yekun aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkumun, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbu ledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlər in tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, o nun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq belə qənaətə gəlir ki, işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ona apellyasiya instansiyası məhkəməsinin hökmündə istinad olunan cinayət əməlinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edilsə də, məhkəmə kollegiyası onların bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, Məhkum məhkəmə iclaslarında özünü ona ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən həmin ittihamda təsvir edilən cinayət əməllərini törətməsini etiraf edərək törətdiyi cinayətin halları barədə sərbəst şəkildə ifadələr vermiş və bildirmişdir ki, o, təxminən 2-3 il bundan əvvələ kimi narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. O, narkotik vasitələrin alüdəçisi deyil, əvvəllər istifadə etdiyi tiryəki Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 03 fevral 2020-ci il tarixdə saat 09 radələrində o, fəhləlik etmək üçün Lənkəran şəhərində yerləşən bazara getmiş, lakin həmin günü iş tapa bilmədiyinə görə saat 14 radələrində piyada yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin tarixdə və vaxtda Səttərxan küçəsi ilə piyada yaşadığı evə tərəf getdiyi zaman, evinin yaxınlığında yerdən bir bükümdə narkotik vasitə olan tiryək tapmışdır. O, həmin tiryəki əynində olan şalvarının cibində gizlətmiş və yaşadığı evə daxil olmuş, nahardan sonra isə evdən küçəyə çıxmış və münasib yer tapıb üzərindəki tiryəkin bir hissəsini udmaqla qəbul etmiş, yerdə qalan bir bükümdə olan tiryəki isə sonra istifa də etmək üçün yenə də əynində olan şalvarının cibində gizlətmişdir. 08 fevral 2020-ci il tarixdə, saat 19 radələrində Lənkəran şəhər bazarının arxa tərəfindən keçən M.Ə.Sabir küçəsində o, tanışı X22la görüşmüş və onlar dayanıb söhbət edərkən X22 ona istifadə etmək üçün tiryək axtardığını, lakin tapa bilmədiyini bildirmişdir. O, da X22 "məndə tiryək var, istəsən bir hissəsini sənə verə bilərəm" dedikdə X22 onunla razılaşmışdır. Bundan sonra o, cibində olan tiryəkin bir hissəsini X22a 10 manata satıb evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran şəhər polis şöbəsinə aparılmış və orada onun üzərində olan narkotik vasitənin – tiryəkin qalan hissəsi aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş X11 da Məhkumun ifadələrinə uyğun ifadələr verm iş və sonuncudan 10 manat məbləğində pul müqabilində narkotik vasitə olan tiryək aldığını etiraf etmişdir. İş materiallarından görünr ki, məhkəmə iclasında həm Məhkum, həm də X22 ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstərilmədən verdikləri ifadələrindən imtina etsələr də, yəni əvvəl X22 onun üzərində aşkar edilmiş 0,238 qram çəkidə Məhkum almadğını, sonuncu isə X22a narkotik vasitə satmadığını bildirsələr də, apellyasiya instansiyası məhkəməsi onların ibtidai araşdırma zamanı verdikləri ifadələrini elan edərək tədqiq etmiş və məhkəmə kollegiyasının qənaətinə görə, hökm çıxararkən, tam haqlı olaraq onların həmin ifadələrinə üstünlük vermişdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin bu nəticəsinin CPMnin 349.5-ci maddəsinin tələblərinə uyğun olmaması iddia e dilməsinə baxmayaraq məhkəmə kollegiyası müdafiəçinin bununla bağlı dəlili ilə razılaşmır. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Prosessual qanunvericiliyin bu normasının mənasına görə, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətdqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir” dedikdə, təkcə məhkəmə iclasında verilmiş ifadələrin, keçirilmiş ekspertizaların rəylərinin, yaxud da aparılmış başqa istintaq hərəkətlərinin deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların (təqsirləndirilən və zərər çəkmiş şəxslərin, habelə şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, həmin dövrdə aparılmış istintaq hərəkətlərinin nəticələrinin) tədqiq edilməsi də başa düşülür o şərtlə ki, həmin sübutlar da məhkəmə iclasında elan olunub araşdırılsın və onların ibtidai araşdırma orqanı tərəfindən əldə edilməsi zamanı CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməsin. Cinyət işinin materialları ilə isə sübutların ibtidai araşdırma zamanı toplanması zamanı hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilmir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ PPXB-nin polis nəfəri, polis serjantı X5 göstərmişdir ki, 08 fevral 2020-ci il tarixdə saat 15 radələrındə Lənkəran ŞRPŞ-nin, CAB-nın baş əməliyyat müvəkkili, polis kapitanı X6 icraatına Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkum ətrafında təxirəsalınmadan əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar x55 rəhbərliyi altında, onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum 08 fevral 2020-ci il tarixdə, saat 22:30-da Lənkəran şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla onun üstünə baxış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisində nə olması barədə Məhkum sual verildikdə o, bükülünün içərisində olan tiryək olmasını bildirərək onun özünə məxsus olmasını və həmin tiryəki yerdən tapdığını, təxminən 2-3 il bundan əvvələ kimi narkotik vasitə olan tiryəkdən istifadə etdiyini, tapdığı tiryəkin bir hissəsini udmaqla qəbul etdiyini göstərmişdir. Şahid X87 həmçinin göstərmişdir ki, həmin gün saat 21 radələrində Lənkəran şəhər sakini X7 da üstünə baxış keçirilərkən ondan tiryəkə bənzər kütlə aşkar edilmiş və sonuncu həmin narkotik vastəni 10 manata tanışı Məhkum aldığın bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən elan olunaraq tədqiq edilmiş şahidlər X14, X15 və X5 da həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında analoji ifadələr vermişlər. İş materiallarından h əmçinin görünür ki, Məhkum müdafiəçisinin iştirakı ilə cinayət işi materiaları ilə tanış olarkən də ona CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama qarşı heç bir etirazını bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkumun əməlini ona ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittihama uyğun olaraq CMnin 234.2-ci maddəsi ilə tövsif etməklə iş üzrə toplanmış sübutları və işin obyektiv hallarını kifayət qədər nəzərə almış, araşdırdığı bütün sübutları qanuna müvafiq qaydada qiymətləndirmiş və ittihamın əsaslı olması barədə düzgün nəticəyə gəlmiş, bu nətiənin əsasına isə qanuni üsullarla toplanmış sübutları qoymuşdur. Həmin sübutların təhlili göstərir ki, istər Məhkumun, istərsə də şahid X22un ibtidai araşdırma zamanı dindirilmələri zaman ı onlara qarşı hər hansı zor, təsir və ya təzyiq tətbiq edilməmiş, həmin dindirilmələrin aparılması zamanı məhkumun iştər Azərbaycan Respublikasının Konstitusiyasında və “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında, istərsə də cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması, müdafiə, onun leyhinə və əleyhinə ifadələr vermiş şəxsləri dindirmək və digər hüquqlarının pozulmasına yol verilməmişdir. Buna görə məhkəmə kollegiyası həmin ifadələrin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusu ilə üst-üstə düşməsini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq Məhkumun ibtidai araşdırma zamanı verdiyi ifadələrini sübut növü kimi qəbul edərək onun h əmin ifadələrinin yuxarıda təhlil edilən hissəsini (narkotik vasitəni heç kimə satmaması barədə hissəni) əsaslı olaraq öz məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinin 234.2-ci maddəsi ilə tövsif edilməsini düzgün hesab edərək həmçinin qeyd etməyi lazım bilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.011-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi ma raq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, y axud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib x ırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Məhkumun narkotik vasitə olan tiryəki məhz tamah məqsədilə X22a satması halı araşdırılmış sübutlarla öz təsdiqini tapır və apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlməzdən əvvəl hər hansı sübutun tədqiqindən imtina etməmiş, araşdırdığı sübutları isə həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirib kassasiya qaydasında mübahisələndirilən hökmün çıxarılması üçün kifayət hesab etmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuşdur. Kassasiya şikayətində Məhkuma təyin olunmuş cəzanın onun törətdiyi əmələ və işin hallarına, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olmaması barədə hər hansı dəlill gətirilməyərək bu məsələ ilə bağlı tələb irəli sürülməsə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələnin düzgün həll edilib-edilməməsini də yoxlamış və müəyyən etmişdir ki, göstərilən məhkəmə Məhkuma cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə müəyyən edilmiş digər halları kifayət qədər nəzərə almış və bu vaxt cəza təyin etmənin əsasları, qaydaları və şərtləri təsbit edilmiş CM-nin 8, 41, 58, 59, 61 və 63-cü maddələrinin tələblərinə əməl etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri qanuni və əsaslı hesab edərək Məhkum əməlinin başqa cür, o cümlədən CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar görmür, ümumilikdə isə həmin məhkəmə tərəfindən çıxarılmış hökmün dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən və CPMnin 416-cı maddəsində göstərilən hər hansı pozuntuya yol verilmədiyini qeyd edir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum Məhkumun müdafiəçisi Z.Ə.Qasımovun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilən əsaslara görə belə nəticəyə gəlir ki, müdafiəçi Z.Ə.Qasımovun kassasiya şikayəti təmin edilməməli, Məhkumun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli hökmü isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci ma ddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1276/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1276/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver