Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-128/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Seyidov Tofiq Seyidqulu oğlunu n iştirakları ilə, Qobustan Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin (sədrlik edən hakim X17) xx xxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs - xx.xx.1963-cü ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Ünvan1-də qeydiyyatda olan və ünvan2-da yaşayan Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan c inayət əməllərini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il 6 (altı) ay müddətinə dövlət orqanlarında və ya özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla səhlənkarlıq edib işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, vəzifəli şəxs olaraq xx xxxxx 2001-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Qobustan Rayon Mərkəzi Xəstəxanasının doğuş (mamalıq-ginekologiya) şöbəsinin müdiri vəzifəsində işləməklə Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxxx 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Şöbə (bölmə) müdirinin nümunəvi vəzifə Təlimatı”nın tələblərinə əməl etməyərək, şöbənin funksiya və vəzifələrinə uyğun fəaliyyətini müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarının, eləcə də müvafiq sahədə qabaqcıl təcrübənin tətbiq olunmasına, şöbədə müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarının təkmilləşdirilməsinə, işin forma və metodlarının, şöbənin fəa liyyətinin planlaşdırılmasının təmin olunmasına, şöbənin həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarətin həyata keçirilməsinə, eyni zamanda həmin şöbənin həkim mama-ginekoloqu vəzifəsində işləməklə “Həkim mama-ginekoloqun nümunəvi vəzifə Təlimatı”nda nəzərdə tutulmuş tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə ambulator tibbi yardım göstərilməsinə, müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq zəruri müalicənin təyin və nəzarət edilməsinə, diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsinə, hamilələrə antenatal xidmət göstərilməs inə, hamiləlik və doğuşların, doğuşdansonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirlərin keçirilməsində iştirakına, ginekoloji xəstələrin vaxtında dispanser qeydiyyatına götürülməsi və dinamik müşahidəsi, eləcə də başqa müasir müayinə və müalicə vasitə və metodlarından istifadə etməklə, müalicə-sağlamlaşdırıcı tədbirlər kompleksinin və dispanserləşdirilməsinin səmərəliliyinin təhlilinin aparılmasının həyata keçirilməsinə cavabdeh şəxs olduğu halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək qulluq mənafeyinə etinasız yanaşıb xx.xx.2017-ci il tarixdə saat 12:10-da “39-40 həftəlik hamiləlik” diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş 1988-ci il təvəllüdlü X5 doğuş (mamalıq-ginekologi ya) şöbəsinə qəbul etdikdən sonra zəruri olan laborator analizlərin aparılmasını təmin etməyib hamilə və hamiləliyin gedişi haqqında düzgün, həmçinin daha informativ məlumat toplamadan X5nın doğuşunun təbii yolla idarə olunmasını həyata keçirmiş, doğuşdan sonra zahının doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, damardaxili yayılmış laxtalanma sindromu və uşaqlığın hipotoniyası səbəbindən vəziyyətinin ağırlaşmasına baxmayaraq, erkən zahılıq dövründə baş vermiş qanaxmanın həcmi və səbəbini vaxtında müəyyən etməyib düzgün qiymətləndirməmiş, bununla əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının xx.xx.2011-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Zahılıq dövrünün qanaxmaları üzrə” klinik protokolunun tələblərini pozaraq yaranmış ağırlaşmanın və qan axmanın qarşısının alınması üçün lazımi tibbi tədbirləri vaxtında, tam həcmdə göstərməmiş, həmin səhlənkar hərəkətləri ilə ehtiyatsızlıqdan X5nın xx.xx.2017-ci il tarixdə saat 20:00-da Qobustan Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, damardaxili yayılmış laxtalanma sindromu və uşaqlığın hipotoniyası ilə əlaqədar posthemorragik anemiya ilə nəticələnən ölümünə səbəb olmuşdur Hökmdən məhkum Təqsirləndirilən şəxs və zərərçəkmişin hüquqi varisi X11 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Zeynallı Fərmayıl Gülmalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək hökmün ləğv edilib barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 17 ildir ki, Qobustan rayon Mərkəzi Xəstəxanasında ginekoloq işləyir. Xəstəxananın tibbi və texniki təchizatı yüksək səviyyədə deyil. İş üzrə 3 ekspertiza rəyi vardır, ilkin ekspertizada onun günahının olmaması görünür. Lakin mərhumun qohumlarının ard-arası kəsilməyən israrlı şikayətlərindən sonra ekspertlər təzyiq altında rəyi dəyişdirmişlər. Zərərçəkmişlərin sistemli şəkildə Baş prokurorluğa şika yətləri rəyin dəyişdirilməsinə gətirib çıxarmışdır. Qobustan Mərkəzi xəstəxanasında onun şöbə müdiri olması heç nəyi dəyişmir. Həkim kimi bütün vasitələrdən istifadə etmişdir. Şöbə müdiri kimi nə edə bilərdi ki, xəstə ölməsin. Məhkəmətibb ekspertizalarının rəyləri mücərrəd xarakter daşıyır. 422 saylı məhkəmə-tibb ekspertizasının rəyində göstərilir ki, doğuşdan sonra qanaxma baş verdiyindən təcili operativ müdaxilə baş verməyib. Cərrəhi müdaxilə həyata keçirmək mümkün olmamışdır. Komission və təkrar-komission tibbi ekspertizalar keçirilərkən Qobustan rayon Mərkəzi Xəstəxanasının texniki-təchizat imkanları öyrənilməmişdir. Xəstəxananın təchizatı və texnikanın yeni nailiyyətləri ilə təmin edilməsi onun vəzifəsinə daxil deyil. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şi kayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. T əqsirləndirilən şəxs kassasiya şikayətinin dəlilləri hökmün ləğv edilərək onun barəsində bəraət hökmü çıxarılması barədədir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2001-ci ildən Qobustan Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsinin müdiri olmaqla, həmin şöbədə həkim mama-ginekoloq işləmişdir. Xəstəxanada ultrasəs müayinəsini həyata keçirən həkim yoxdur. Risk qrupuna daxil olan qadınlarda doğuşun ikinci dövründə dirsək venası kateterizasiya edilməli olduğunu bilir, lakin fikrincə X5ün doğuşu normal keçdiyindən X5ün doğuşunun ikinci dövründə dirsək venası kateterizasiya etməmişdir. xx.xx.2017-ci il tarixdə X 5ü xəstəxanada müayinə etdikdən sonra onun qanının və sidiyinin ümumi analizinin aparılmasını təmin etməməsində günahı olduğunu başa düşür. Xəstəxanada yalnız bir neanotoloq işləyir. X6 həmin günü iş vaxtı qurtardığı üçün işdə olmamışdır. Hamilə vaxtı X5 mütəmadi olaraq müayinələrə gəlməmişdir. Kənd yerlərində hamilələr müayinələrə vaxtlı-vaxtında gəlmir. İşinin çoxluğu ilə əlaqədar X5ün yaşadığı ünvana gedə bilməmişdir. Belə ki, rayonda ondan başqa həkim mama-ginekoloq yoxdur. X5ü anemiyaya görə risk qrupuna daxil etməməsinin səbəbini izah edə bilmir. Səhiyyə Nazirliyinin müəyyən protokollarının tələblərini pozduğunu, partoqramma yazmamasının onun səhvi olduğunu başa düşür, lakin fikrincə həmin tələblərin pozulması X5ün ölümünə səbəb olmamışdır. Cərahiyyə əməliyyatı edə bilmir, yalnız t əbii doğuşları aparır. Dəfələrlə barışığa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin hüquqi varisi barışığı qəbul etməmişdir. Etdiyi əməldən mənəvi əzab çəkir və peşmandır. Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının xx xxxxxx 2017-ci il tarixli İclasının protokolundan 19/1 saylı çıxarışdan görünür ki, X2 Qobustan Rayon Mərkəzi Xəstəxanasında ölümünün bilavasitə səbəbi doğuş zamanı uşaqlıq boynunda natamam cırılmalarla əlaqədar kəskin qanitirmə olmuşdur. Hamilə X5ya Cəmcəmli kənd məntəqəsinin feldşeri X və Qobustan RMX -nın həkim mama-ginekoloqu Təqsirləndirilən şəxs tərəfindən yararsız antenatal qulluq göstərilmişdir. Belə ki, anamnez səthi toplanmış, hamilə erkən müddətdə qeydiyyata götürülməsinə baxmayaraq, müayinələr tam həcmdə aparılmamış, anemiyaya görə risk qrupuna daxil edilməmiş, terapevtin konsultasiyası və əlavə müayinə və müalicələr təyin edilməmişdir. Sənədləşdirmə müvafiq təlimata uyğun aparılmamışdır. Həkim mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən risk qrupuna daxil olan hamilənin doğuşunun idarə olunmasında müvafiq protokolun tələbləri pozulmuşdur. Belə ki, doğuş fəaliyyətinə nəzarət aparılmamış, daxili müayinələrin nəticələri düzgün qeyd olunmamış, partoqramma yazılmamışdır. Həkim mama-ginekoloq Təqsirləndirilən şəxs və yardıma çağırılan cərrah X10 tərəfindən X5ya zahılıq dövründə aparılan doğuşayardım xidməti müvafiq klinik protokola uyğun olmamışdır. Belə ki, erkən zahılıq dövrünün qanaxmasının həcmi düzgün dəyərləndirilməmiş, səbəbi müəyyən edilməmiş, aparılan reanimasiya tədbirləri ləngimişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli **/MEŞ nömrəli rəyində göstərilmişdir ki, X2 ölümünün bilavasitə səbəbi doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, damardaxili yayılmış laxtalanma sindromu və uşaqlığın hipotoniyası ilə əlaqədar posthemorragik anemiya olmuşdur. X2 ölümü Qobustan RMX-nın mamalıq-ginekologiya şöbəsində xx.xx.2017-ci il tarixdə, saat 20:00-da baş vermişdir. X2 meyitində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Onun meyitindən götürülmüş qanda etil spirti və digər zəhərləyici maddələr aşkar edilməmişdir. X5nın mədəsin də 350-400 ml həzmə getmiş, tərkibi ayırd edilməyən horra aşkar edilmişdir. X10 xx.xx.2017-ci il tarixdə, saat 12:10-da “39-40 həftəlik hamiləlik, baş gəlişi ilə 4-cü doğuş, doğuşun 1-ci dövrü, önənsə gəlişi” diaqnozu ilə Qobustan RMX-nın mamalıq-ginekologiya şöbəsinə daxil olmuşdur. X3 ölümündən əvvəl hamiləliyin pozulması baş verməmişdir. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 128 saylı xx.xx.2018-ci il tarixli rəyində göstərilmişdir ki, X5nın adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli ***/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilənlərlə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının xx.xx.2017-ci il tarixli 19/1 saylı müzakirə protokolunun çıxarışında müəyyən edilən uyğunsuzluq belə izah oluna bilər: X5nın adına tərtib edilmiş komisyon məhkəmə-tibbi ekspertiza rəy i, təqdim olunan tibbi sənədlərə və meyitin məhkəmə-tibbi müayinəsinə əsasən formalaşdırılmışdır. Komisyon məhkəmə-tibbi ekspertizanın əsas informasiya və istinad mənbəyi doğum tarixidir. Doğum tarixində göstərilənlərə əsasən, hamilə xəstəxanaya daxil olarkən onun vəziyyətində hər-hansı bir patoloji vəziyyət müəyyən edilməmiş və yalnız obyektiv müayinəyə əsaslanaraq doğuşun təbii yolla idarə taktikası seçilmişdir. Doğuşdan sonra zahının vəziyyəti ağırlaşmış, lakin bu ağırlaşmanın mənbəyi və səbəbi doğum tarixində qeyd edilməmişdir. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən X5ya istər antenatal, istərsə də, doğuş və doğuşdan sonrakı dövrlərdə hamilənin vəziyyəti mama-ginekoloq tərəfindən düzgün qiymətləndirilməmiş və bununla əlaqədar adekvat tibbi yardımların göstərilmədiyi müəyyən edilmişdir. X5nın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, damardaxili yayılmış laxtalanma sindromu və uşaqlığın hipotoniyası ilə əlaqədar posthemorragik anemiyanın olduğu müəyyən edilmişdir. Erkən zahılıq dövründə baş vermiş qanaxmanın həcmi və səbəbi vaxtında düzgün qiymətləndirilsə idi, həmçinin operativ müdaxilənin keçirilməsi vaxtında təşkil edilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması şansı çox ola bilərdi. X5nın adına tərtib edilmiş doğum tarixində göstərilənlərə əsasən, təyin edilmiş ilkin diaqnoza uyğun olaraq doğuşun operativ yolla yekunlaşdırılmasına tibbi göstəriş olmamışdır. Bu baxımdan doğuşun təbii yolla idarə olunmasına qərar verilmişdir. Lakin hamilədə anemiy a xəstəliyi mövcud olmuş olsaydı o, risk qrupuna daxil edilməli və onun hamiləliyi “qeysəriyyə kəsiyi” cərahiyyə əməliyyatı yolu ilə başa çatdırılması daha məqsədəmüvafiq hesab edilərdi. Aparılmış hər-hansı bir əməliyyatın proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. X5nın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2017-ci il tarixdə saat 12:10-da Qobustan RMX-nin mamalıq-ginekologiya şöbəsinə daxil olmuş və aparılmış obyektiv müayinələr əsasında ona “39-40 həftəlik hamiləlik” diaqnozu ilkin olaraq düzgün təyin edilmişdir. X5ya təyin edilmiş ilkin diaqnoza uyğun olaraq doğuşun təbii yolla idarə olunması düzgün seçim olmuş, lakin doğuşdan sonra zahının vəziyyəti ağırlaşmış, müvafiq tibbi yardımlar göstərilsə də, tam həcmdə olmamışdır. Bu baxımın dan təbii doğuşdan sonra göstərilmiş qeyri-adekvat tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. X5nın təbii doğuşdan sonra ona erkən zahılıq dövrünün qanaxmasının həcmi mama-ginekoloq tərəfindən vaxtında və düzgün qiymətləndirilməmişdir. Əgər zəruri olan tibbi tədbirlər vaxtında və ardıcıllıqla göstərilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. X5nın adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o, xəstəxanaya daxil olduqdan sonra ona hər hansı laborator müayinələr aparılmamışdır. Bu baxımdan diaqnozun təyin edilməsində və doğuşun idarə olunmasında analizlərin əhəmiyyəti haqqında fikir söylənilməsi mümkün olmadı. X5ya göstərilmiş tibbi yardımlar zamanı inyeksiya edilmiş dərman preparatlarının dozaları optimal olmuşdur. X12 Mərkə zi Rayon Xəstəxanasında təbii doğuşdan sonra yaranmış ağırlaşma ilə əlaqədar ona göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, yaranmış ağırlaşma ilə əlaqədar və qanaxmanın qarşısının alınması üçün lazımı tibbi tədbirlər tam həcmdə olmamışdır. Bunun nəticəsində patoloji vəziyyət daha da dərinləşmiş və ölümlə nəticələnmişdir. X5nın doğuşdan sonra vəziyyətinin ağırlaşmasına səbəb doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, qanaxması və uşaqlığın hipotoniyası olmuşdur ki, bunun qarşısının alınması üçün zəruri olan operativ müdaxilə vaxtında təşkil olunmalı və icra edilməli idi. X5nın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun vəziyyətinin ağırlaşmasına səbəb doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, damardaxili yayılmış laxtalanma sindro mu və uşaqlığın hipotoniyası olmuşdur. Bununla əlaqədar erkən zahılıq dövründə baş vermiş qanaxmanın həcmi və səbəbi vaxtında müəyyən edilməmiş, həmçinin zahının vəziyyətinin ağırlığı ilə əlaqədar aparılan reanimasion tədbirlər vaxtında göstərilməmişdir. Qeyd olunanlar vaxtında aparılmış olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. X5nın doğuşdan sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar ona göstərilmiş tibbi tədbirlər Səhiyyə Nazirliyinin müvafiq təlimat qaydalarına uyğun olmamışdır, buna məsul şəxs müalicə həkimi mama-ginekoloqdur. X5nın meyitinin təşrihinə dair verilmiş xx.xx.2017-ci il tarixli **/MEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsi təsviri hissəyə uyğun və əsaslı tərtib edilmişdir. X5nın adına verilmiş xx.xx.2018-ci il tarixli ***/KE Ş saylı məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsi təsviri hissəyə uyğun və əsaslı tərtib edilmişdir. X5nın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, damardaxili yayılmış laxtalanma sindromu və uşaqlığın hipotoniyası ilə əlaqədar posthemorragik aneemiyanın olduğu müəyyən edilmişdir ki, bununla da erkən zahılıq dövründə baş vermiş qanaxmanın həcmi və səbəbi vaxtında müəyyən edilmədiyindən, baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Təkrar komisyon məhkəmə-tibb ekspertizasının 212 saylı xx.xx.2018-ci il tarixli rəyində göstərilmişdir ki,X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və meyitin məhkəmə-tibbi müayinəsinə əsaslanaraq qər arda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Komisyon ekspertizalar şöbəsində X2 adına tərtib edilmiş ***/KEŞ saylı xx.xx.2018-ci il tarixli və Birliyin Bakı şəhər şöbəsində tərtib edilmiş 128 saylı xx.xx.2018-ci il tarixli məhkəmə-tibb ekspertiza rəyləri arasında ziddiyyətlərə səbəb ***/KEŞ saylı rəyi tərtib edən ekspert komissiyasına təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X5 doğum evinə daxil olarkən ona qan analizlərinin aparılmaması və onda anemiya xəstəliyinin olub-olmamasının müəyyən edilməməsi olmuşdur. X5nın adına “Hamilə və zahının fərdi kitabçası”nda göstərilənlərə əsasən, ona xx.xx.2017-ci il tarixdə aparılmış qan analizində hemoqlobinin miqdarı 97,0 q/l, bundan 4 ay sonra, yəni xx.xx.2017-ci il tarixdə təkrar aparılmış qanın analizində isə 100,0 q/l olduğu müəyyən edilmişdir. Bu göstəricilər qanda hemoqlobinin yüksəlmə dinamikasında olmasına dəlalət edir. Buna baxmayaraq hamilə doğum evinə daxil olan zaman qan analizləri aparılmadığından, onda “anemiya” xəstəliyinin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. ***/KEŞ saylı rəyi tərtib etmiş komissiyanın gəldiyi nəticə ilə 128 saylı rəyi tərtib etmiş komissiyanın gəldiyi nəticə arasındakı ziddiyyətlər məhz bununla əlaqədar olmuşdur. Anemiyalı hamilə qadının müayinə və müalicəsi, həmçinin doğuşun idarə edilməsi taktikası tamamilə fərqlidir, doğuşu idarə edən mamaginekoloq bunu nəzərə almalı idi. ***/KEŞ və 128 saylı rəy lərin nəticə hissələri təsviri hissəyə uyğun tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının xx.xx.2017-ci il tarixli iclas protokolunun 19/1 saylı çıxarışından görünür ki, həkim mama-ginekoloq risk qrupuna daxil olan hamilənin doğuşunun idarə olunmasında müvafiq protokollarının tələblərinə əməl etməmişdir. Hamilənin risk qrupuna daxil edilməsi onda anemiyanın olması ilə əlaqələndirilsə də bu haqda müvafiq laborator tədqiqatlar aparılmamışdır. Eləcə də, Doğuşayardım Komissiyası tərəfindən müəyyən edilən digər nöqsanlarla da yəni, doğuş fəaliyyətinə düzgün nəzarətin aparılmaması, zahılıq dövründə baş vermiş qanaxmanın həcminin düzgün qiymətləndirilməməsi və göstərilən reanimasion tədbirlərin gecikdirilməsi ilə baş vermiş ölüm arasında səbəbli əlaqə v ardır. X5nın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, damardaxili yayılmış laxtalanma sindromu və uşaqlığın hipotoniyası ilə əlaqədar posthemorragik anemiyanın olduğu müəyyən edilmişdir. Erkən zahılıq dövründə baş vermiş qanaxmanın həcmi və səbəbi mamaginekoloq tərəfindən vaxtında düzgün qiymətləndirilsə idi, həmçinin operativ müdaxilənin keçirilməsi vaxtında təşkil edilsə idi, baş vermiş ölümün qarşısının alınması şansı çox ola bilərdi. X5nın adına tərtib edilmiş doğum tarixində göstərilənlərə əsasən, təyin edilmiş ilkin diaqnoza uyğun olaraq doğuşun operativ yolla yekunlaşdırılmasına tibbi göstəriş olmamışdır. Bu baxımdan doğuşun təbii yolla idarə olunmasına qərar verilmişdir. Lakin hamilədə a nemiya xəstəliyi mövcud olmuş olsaydı o, risk qrupuna daxil edilməli və onun hamiləliyi “Qeysəriyyə kəsiyi” cərahiyyə əməliyyatı yolu ilə başa çatdırılması daha məqsədəmüvafiq hesab edilərdi. Aparılmış hər-hansı bir əməliyyatın proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. X5nın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2017-ci il tarixdə saat 12:10-da Qobustan RMX-nın mamalıq-ginekologiya şöbəsinə daxil olmuş və aparılmış obyektiv müayinələr əsasında ona “39-40 həftəlik hamiləlik” diaqnozu ilkin olaraq düzgün təyin edilmişdir. X5ya təyin edilmiş ilkin diaqnoza uyğun olaraq doğuşun təbii yolla idarə olunması düzgün seçim olmuş, lakin doğuşdan sonra zahının vəziyyəti ağırlaşmış, müvafiq tibbi yardımlar göstərilsə də tam həcmdə olmamışdır. Bu ba xımdan təbii doğuşdan sonra göstərilmiş qeyri-adekvat tibbi yardımlarla baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs müalicə həkimi mama-ginekoloqdur. X5nın təbii doğuşdan sonra ona erkən zahılıq dövrünün qanaxmasının həcmi mama-ginekoloq tərəfindən vaxtında və düzgün qiymətləndirilməmişdir. Əgər zəruri olan tibbi tədbirlər vaxtında və ardıcıllıqla göstərilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. X5nın adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o, xəstəxanaya daxil olduqdan sonra ona hərhansı laborator müayinələr aparılmadığından diaqnozun müəyyən edilməsi və doğuşun düzgün idarə olunması haqqında hazırda fikir söylənilməsi mümkün olmadı. X5ya göstərilmiş tibbi yardımlar zamanı inyeksiya edilmiş dərman preparatlarının dozal arı optimal olmuşdur. X14 Rayon Mərkəzi Xəstəxanasında təbii doğuşdan sonra yaranmış ağırlaşma ilə əlaqədar ona göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, yaranmış ağırlaşma ilə əlaqədar və qanaxmanın qarşısının alınması üçün vaxtında lazımı tibbi tədbirlər tam həcmdə göstərilməmişdir. Bunun nəticəsində patoloji vəziyyət daha da dərinləşmiş və ölümlə nəticələnmişdir. X5nın doğuşdan sonra vəziyyətinin ağırlaşmasına səbəb doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi nəticəsində qanaxma və uşaqlığın hipotoniyası olmuşdur ki, bunun qarşısının alınması üçün zəruri olan operativ müdaxilə vaxtında təşkil olunmalı və icra edilməli idi. Tibbi yardımın vaxtında təşkil olunmaması ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. X5nın meyitinin məhkəmə-tibbi müayinəsi nə əsasən, onun vəziyyətinin ağırlaşmasına səbəb doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, damardaxili yayılmış laxtalanma sindromu və uşaqlığın hipotoniyası olmuşdur. Bununla əlaqədar erkən zahılıq dövründə baş vermiş qanaxmanın həcmi və səbəbi vaxtında müəyyən edilməmiş, həmçinin zahının vəziyyətinin ağırlığı ilə əlaqədar aparılan reanimasion tədbirlər vaxtında göstərilməmişdir. Qeyd olunanlar vaxtında aparılmış olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. Bu da Səhiyyə Nazirliyi kollegiyasının xx.xx.2011-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Zahılıq dövrünün qanaxmaları üzrə” klinik protokolunun tələblərinin pozulması kimi qiymətləndirilir. X5nın doğuşdan sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar ona göstərilmiş tibbi tədbirlər Səhiyyə Nazirliyi kollegiyasının xx.xx.2011-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Zahılıq dövrünün qanaxmaları üzrə” klinik protokolunda göstərilən tələblərə uyğun olmamışdır, buna məsul şəxs müalicə həkimi mama-ginekoloqdur. X5nın meyitinin təşrihinə dair verilmiş xx.xx.2017-ci il tarixli **/MEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. X5nın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi doğuş zamanı uşaqlıq boynunun selikli qişasının zədələnməsi, damardaxili yayılmış laxtalanma sindromu və uşaqlığın hipotoniyası ilə əlaqədar posthemorragik anemiyanın olduğu müəyyən edilmişdir ki, bununla da erkən zahılıq dövründə baş vermiş qanaxmanın həcmi və səbəbi vaxtında müəyyən edilmədiyindən, baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. X5 xx.xx.2017-ci il tarixdə saat 12:10-da Qobustan Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsinə daxil olduqdan sonra ona zəruri olan laborator analizlər (qanın, sidiyin ümumi analizi, rezurs-faktor, qan qrupu və koaquloqramma) aparılmalı idi. Lakin tərtib edilmiş doğum tarixində bu laborator analizlərin aparılması barədə qeydiyyatlar yoxdur. Əgər nəzərdə tutulmuş laborator tədqiqatlar aparılmış olsaydı, hamilə və hamiləliyin gedişi haqqında düzgün, həmçinin daha informativ məlumat toplanılaraq doğuşun gedişi və doğuş zamanı yarana biləcək fəsadların qarşısının alınması imkanı çox ola bilərdi. Buna məsul şəxs müalicə həkimi mama-ginekoloqdur. Məhkəmə-tibb ekspertizalarının rəylərinin mücərrəd xarakter daşıması barədə kassasiya şikayətinin d əlili tam əsassızdır. Əksinə məhkəmə-tibb ekspertizasının rəyləri müfəssəl, əhatəli və iş üzrə sual doğuran bütün halların konkret izahını vermişdir. Məhkumun kassasiya şikayətində göstərilən dəlillər eyni məzunlu apellyasiya şikayətində göstərilmiş və həmin dəlilləri əsaslılığı Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən yoxlanılmış və həmin dəlillərin əsassızlığı müəyyən edilərək nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri qanuni və əsaslı hesab edərək həmin nəticələrlə razılaşır və ona görə də hesab edir ki kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, mə hkum Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Təqsirlə ndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-128/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-128/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver