Məhkəmə qərarları › İş №1(102)-1307/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1307/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1307/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, x qeydiyyatda olmaqla yaşamış, hal hazırda cəza çək ən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 1(103)-950/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 1(101)-201/2023 nömrəli hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.1-ci maddə si ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmdən Məhkum müdafiəçisi Talıbov Hüseyn Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) 01 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzanın müddəti 7 (yeddi) ilə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən hazırki qərarla müəyyən edilmiş CM-in 234.4.3-cü maddəsi üzrə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2023-cü il tarixli hökmü ilə CM-in 240.1-ci maddəsi ilə Məhkum təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi A.M.Məmişov kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 1271,824 qram, yəni külli miqdarda bitki mənşəli kütlə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 44,305 qram, yəni külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 18,054 qram, yəni külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 2,888 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 9 ədəd üzərində "Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiklərində açıq qəhvəyi rəngli, "F/M 40” göstəricili tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram t əşkil edən metadon həbi, 1 ədəd üzərində "Samisaz” göstəricisi olan dərman kapsulunun əsas təsiredici maddəsi preqabalin olan və həmin kapsulun tərkibində ümumi miqdarı 0,150 qram təşkil edən preqabalinin təsir maddəsini alaraq əldə edib, üzərində və yaşadığı evdə saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 noyabr 2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi, 4 saylı evin qarşısında saxlanılıb Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əyn ində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,373 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin aşkar edilərək götürülmüş və həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Məhkum yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi, 4 saylı evə baxış zamanı 1 (bir) ədəd qara rəngli üzərində "SLEPOTA” yazısı olan dəmir papiros qutusunda təmiz çəkisi 2,442 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen torbadakı ağ rəngli sellofan torbada təmiz, çəkisi 1265,0 qram, həmin torbada 3 ədəd kibrit qutusunda ayrı ayrılıqda təmiz çəkiləri 2,352 qram, 2,026 qram 2,446 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 4 (dörd) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,029 qram, 26,167 qram, 1,179 qram, 15,930 qram və ümumi təmiz çəkisi 44,305 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 1 və 2-ci bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, 3və 4-cü bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, 1 və 2-ci bükümdəki metamfetaminlər kimyəvi tərkib komponetlərinə görə 3 və 4-cü bükümdəki metamfetaminlərdən fərqli olan, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,475 qram və 5,206 qram ümumi təmiz çəkisi 15,681 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış müxtəlif tərkibli narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram və 2,527 qram, ümumi təmiz çəkisi 2,888 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək, 9 ədəd üzərində “Methadone 40" göstəriciləri olan dərman konvolyutu kəsiklərində 9 ədəd açıq qəhvəyi rəngli, “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadon və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edən güclü təsir edən maddə olan metadon həbi, 1 ədəd üzərində “Samisaz” göstəricisi olan dərman kapsulunun əsas təs iredici maddəsi preqabalin olan və həmin kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edən və 2 ədəd narkotik vasitə olan heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Məmişov Anar Mövsüm oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi kassasiya şikayətində həmçinin göstərmişdir ki, tutulan vaxt Məhkum evində bir kibrit qutusunda şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə marixuana olmuş, başqa narkotik və ya psixotrop maddə olmamış, ittiham aktında göstərilən narkotik vasitə və güclü təsiredici maddələr onun üzərinə qoyulmuş, istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə ondan etirafedici ifadə alınmışdır. Verilən ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında ona sübuta yetirilməmiş, bu isə məhkəmələr tərəfindən işə baxılarkən CPM-nin 146-cı maddəsinin tələblərinə riayət olunmadığına dəlalət edir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarın ın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəti cəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi A.M.Məmişov kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsini n qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irə li gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi Məmişov Anar Mövsüm oğlunun kassasiya şikayətindən görünür ki, o, Məhkum evində işin hallarında göstərilən narkotik vasitələrin həmin miqdarda və güclü təsiredici dərmanların ümumiyyətlə olmadığını, qeyd olunan vasitələrin onun yaşadığı evinə qoyulduğunu, istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə Məhkum etirafedici ifadə alındığını, hüquqların ı müdafiə etdiyi şəxsin əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudları nı cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apel lyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələri, həmçinin şahid ifadələri, xx.xx.2021-ci il tarixli "şəxsi a xtarış və götürmə aparılması” protokolu, xx.xx.2021-ci il tarixli "evə axtarış və götürmə aparılması” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 7/1132 N-li rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/4879 N-li rəyi, xx.xx.2022-ci il tarixli “Azerfon MMC-nin AZF/LGL-5485/22 nömrəli məktubunda qoşma olan 01 (bir) ədəd “CD” disk, xx.xx.2022-ci il tarixli “Azerfon MMC-nin AZF/LGL-9112/22 nömrəli məktubunda qoşma olan 01 (bir) ədəd “CD” disk (narkotik vasitələrin satışı ilə bağlı mətinlər), istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasi ya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhku m polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu (müdafiəçi hazırkı kassasiya şikayətində eyni dəlillərlə ilə çıxış edir) üçün ibtidai araşdırma dövründə qismən etirafedici ifadələr verdiyini bildirsə də, bu hal hər hansı sübutla təsdiq edilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhər Suraxanı rayon prokurorluğunun müstəntiqi X4 24 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, Suraxanı rayon Pİ-nin əməkdaşlarının təqsirləndirilən şəxs Məhkum qarşı qanunsuz hərəkətləri öz əksini tapmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər Suraxanı rayon prokurorluğunun müstəntiqi X4 12 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında n məlum olur ki, Suraxanı rayon Pİ-nin əməkdaşlarının tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı amansız rəftar etmə, onun ləyaqəti mütəmadi alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma halları öz əksini tapmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü madd ələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən, məhkəmə birinci instansiya məhkəməsindən fərqli olaraq cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hallar - himayəsində azyaşlı uşağın olmasını olmasını, məhkumun məhkəmədəki davranışını nəzərə alıb, ağırlaşdıran halın müəyyən olunmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 08 (səkk iz) il müddətə azadlıqdan məhrum etmə cəzasını 7 (yeddi) ilədək endirməklə, eləcə də cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bə raətverici əsaslarla xitam verilməsinə əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 1(103)-950/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məh kəmə kollegiyası Qərara aldı: Müdafiəçi Məmişov Anar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 01 dekabr 2023-cü il tarixli, 1(103)-950/2023 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar