Məhkəmə qərarları › İş №1(102)-1311/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1311/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1311/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 1772.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasın a məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsilə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 1(104)-102/2025 nömrəli qərarından məhkumun müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsi 18 noyabr 2024-cü il tarixli, 1(125)-453/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: O.N.Cəfərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun axtarış çərçivəsində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 (dörd) gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdır ılması cəzası saxlanılmış, cəzanın icrası onun yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmuş, cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: M.V.Məmmədov (sədrlik edən), Ə.G.Abdullayev və F.N.Mahmudovdan ibarət tərkibdə) verilmiş apellyasiya protesti təmin edilmiş və hökm dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin e dilmiş, Məhkum 14 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə sa at 10 radələrində Gəncə şəhəri, Dubay Bazarının yaxınlığında yerləşən "Çinar” adlı avto-təmir müəssisəsində tanışı Zərərçəkmiş şəxs VAZ 2106 minik markalı avtomobilində birlikdə olan zaman sonuncunun avtomobildən düşməsindən istifadə edib, Zərərçəkmiş şəxs məxsus pul qabının içərisindəki sonuncunun istifadəsində olan elektron məlumat daşıyıcısını, "Unibank” ASC-yə məxsus 5411 2498 0396 2518 nömrəli plastik kartı götürərək ünvan 2 ünvanda yerləşən "Unibanka” aid terminalda həmin gün saat 11:04:56-da ümumilikdə 1285 manat 80 qəpik pulu elektron məlumat daşıyıcısından istifadə etməklə çıxararaq gizli yolla özgə əmlakını talamaqla zərərçəkmiş şəxsin 1285 manat 80 qəpik pulundan ibarət əmlakını ələ keçirməklə oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi İskəndərov Fuad İnqlab oğ lu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilərək, ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması növündə ədalətli cəza təyin etmiş, lakin sonradan Məhkum işinə baxan apellyasiya instansiyası məhkəməsi onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almadan birinci instansiya məhkəməsi tərəfindən təyin etmiş cəza növünü azadlıqdan məhrum etmə cəza növü ilə əvəz etməklə barəsində qeyri-humanist və ədalətsiz qərar qəbul etmişdir. Müdafiəçi F.İ.İskəndərov kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci i l tarixli qərarının dəyişdirilməsini, Məhkum birinci instansiya məhkəməsində təyin edilmiş cəzanın qüvvədə saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Be lə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi F.İ.İskəndərov kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarı dəyişdirməklə ona azadlıqdan məhrum etməyə alternativ cəzanın təyin ed ilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hal ilə əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçi F.İ.İskəndərovun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət t örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsi rkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi h allarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normaları nda təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, hökmdən görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışması və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması sonuncunun cəzasını yüngülləşdirən hallar qismində müəyyən edilmiş, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Məhkum 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Dövlət ittihamçısı Məhkum təyin olunmuş cəzanı yüngül hesab etdiyi üçün birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti vermiş və protestdə Məhkum ödənilmiş məhkumluqlarına istinad edərək, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təy in olunmuş cəzanın növünü mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestində göstərilənlərdən çıxış edərək cəzanın təyin edilməsi məsələsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təhlil etmiş, məhkəmə hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının həddindən artıq yüngül, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının isə daha məqsədəuyğun olması haqqında qənaətə gəlmiş və həmin qənaəti Məhkum əvvəlki məhkumluqları, habelə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, sosial ədalətin bərpası, cəzanın xəbərdaredici rolunun təmin edilməsi kimi dəlillərlə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin Məhkum əvvəlki məhkumluqlarının nəzərə almaqla onun cəzasının artırılması ilə bağlı hissədə hasil etdiyi nə ticəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bütün hüquqi nəticələrin ləğv edilməsi o deməkdir ki, şəxsin ödənilmiş və ya yaxud götürülmüş məhkumluğuna hüquqi nəticələr doğuran, o cümlədən cəzanın müəyyənləşdirilməsini şərtləndirən hal kimi istinad etmək olmaz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 50-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütü n hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi apellyasiya məhkəməsi Məhkumluğunun ödənilməsi təkzib olunmadığı vəziyyətdə Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələblərinə və Ali Məhkəmənin yuxarıda adı çəkilən plenum qərarında əks olunmuş hüquqi mövqeyinə zidd olaraq, Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın ağırlaşdırılması ilə bağlı qənaətini birbaşa onun əvvəlki (ödənilmiş) məhkumluğu ilə əlaqələndirmişdir (faktiki olaraq Məhkum şəxsiyyətini xarakterizə edən hal qismində dəyərləndirmiş) ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin istinad etdiyi həmin əsas yo lverilməz olmaqla, təqsirkara münasibətdə cəzanın sərtləşdirilməsini şərtləndirən hal kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cəza təyini məsələsinə verdiyi bu cür qiymətləndirmə ilə razılaşmır və belə qənaətə gəlir ki, işə baxan məhkəmə kollegiyası (xüsusi rəydən qalan hakim istisna olmaqla) cinayət hüquq normasının tələblərindən və Ali Məhkəmənin yuxarıda adı çəkilən plenum qərarında əks olunmuş hüquqi mövqeyindən deyil daha çox özünün müəyyən etdiyi subyektiv baxışlarından çıxış etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının hökmlə təyin olunmuş cəzanın yüngüllüyünə görə mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxarkən təsvir edilən c əzanı yüngülləşdirən halları (birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət qanunu normasının tələblərini pozmamış (məhkəmə hökmünün 7-ci səhifəsi 2-ci abzası) Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən digər əsaslarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, törədilmə halları (işin mənəvi tərəfi - Məhkum oğurluq cinayətini məhz dostluq münasibətində olduğu şəxsə qarşı törətməsi), cəzanın təqsirkarın islah olunmasına, başqaları tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri və CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın digər məqsədləri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, beləliklə də Məhkum birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun islah edilməsi, cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi, sosial ədalətin bərpası üçün kifayət etməməsi, Məhkum təqsirli bilindiyi maddə ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin daha məqsədəuyğun olması haqqında nəticəyə gəlib, cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən halların məcmusunun daha yaxşı, tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin edə bilmişdir. Bu qaydada Məhkum təyin olunmuş, müvafiq olaraq 2 (iki) il müddətlərə azadlıqdan məhrum etmə cəzası məsuliyyəti yüngülləşdirən halları nəzərə almayan həddindən artıq ağır cəza, Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusu kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir. Yuxarıda qeyd olunanlar müdafiəçi İskəndərov Fuad İnqlab oğlunun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 1(104)-102/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi İskəndərov Fuad İnqlab oğlunun kassasi ya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 1(104)-102/2025 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar