Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-132/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkum müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə x xxxxxx 1994-cü il tarixində Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikas ının vətəndaşı, ali təhsilli, evli, Xızı Rayonu Polis Şöbəsinin Cinayət axtarış işi üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyul 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə (hakim Sülhanə Hacıyeva) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutul muş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 20 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), H.H.Əhmədov və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi t ərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 7 iyul 2022-ci il tarixdə saat 17 radələrində “B1,B” kateqoriyalı, BB seriyalı 103410 nömrəli sürücülük vəsiqəsi və AD seriyalı 481946 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi özünə məxsus olan texniki cəhətdən saz “Ford Mustang” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanının qarşısı ilə üzü Ukrayna dairəsi istiqamətində saatda təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu et məmiş, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda Qanunun tələbinə riayət etməyərək, idarə etdiyi avtomobillə ünvan 4 ünvanının qarşısında yolu soldan sağa doğru iti yerişlə keçən piyadalar X3 və Zərərçəkmiş şəxs idarə etdiyi həmin avtomobilin sol yan hissəsi ilə vurub, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ənsə-təpə nahiyəsinin hematoması və əzilmiş-cırılmış yarası, sağ bayır topuğun sindesmozdan keçən çəp, yerdəyişməli sınığı ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, X4 isə baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma və üzün sıyrığı ilə nəticələnən, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan ölümü ilə bir-başa səbəbli əlaqəli sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə, sonuncunun 13 iyul 2022-ci il tarixdə saat 13.45-də müalicə olunduğu Neyrocərrahlıq Xəstəxanasında ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi üçün əsas olmuş parametrlər ziddiyyətli, hadisənin videogörüntüsü ilə təkzib olunan rəqəmlərd ən ibarətdir. Belə ki, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında qərarında istintaqçı yazmışdır ki, «Sürücü Məhkum hərəkəti üçün təhlükə azyaşlı uşağın əlindən tutmuş piyadanın ayrıcı zolaqdan hərəkət hissəsinə daxil olduğu andan yaranmış və həmin andan vurulma yerinə kimi piyadalar 6 metr məsafə qət etmişlər. Piyadalar yolu keçməyə başlayarkən sürücü Məhkum görünüş dairəsində olmuşlar. Qadın piyadanın azyaşlı piyadanın əlindən tutmaqla iti yerişlə hərəkət sürətinin orta həddi piyadaların hərəkət sürəti cədvəlindən qəbul edilməlidir». Müdafiəçinin fikrincə, sürücü üçün təhlükə anı piyadanı gördüyü, yaxud da görməli olduğu andan yaranır. Sürücünün obyektiv olaraq piyadanı əvvəlcədən görmək imkanı yoxdursa, təhlükə anının başlanmasından söhbət gedə bilməz. Bundan başqa, istintaq orqanı tərəfindən sürücünün hərəkəti üçün təhlükə yarandığı andan vurulma yerinə kimi piyadaların 6 metr məsafə qət etməsinə dair gəldiyi nəticə də düzgün deyil. Ona görə ki, piyadalar hərəkətdə olan ağ rəngli sedan tipli avtomaşının qarşısından çıxana qədər təqsirləndirilən şəxs üçün görünməz olmuşlar və təqsirləndirilən şəxsin obyektiv olaraq onları görmək imkanı olmamışdır. Ona görə ki, təqsirləndirilən şəxsin hadisə törətdiyi avtomobil istənilən sedan tipli avtomobildən alçaqdır və bu səbəbdən də qarşıdakı sedan tipli avtomobilin qarşısından keçən piyadanı görmək imkanı yoxdur. Bu səbəbdən də piyadaların qət etdiyi məsafə, onların hərəkət hissəsinə daxil olduqları andan hesablanaraq, 6 metr kimi götürülməməli, yalnız ağ sedan tipli avtomobilin qarşısından çıxaraq, sürüc ü Məhkum görünüş dairəsinə düşdükləri andan götürülməli, bu halda isə onların qət etdikləri məsafə təxminən 2-3 metr təşkil edir. Bundan başqa, cinayət işindəki hadisə yerinə baxış protokolunda göstərilmişdir ki, «piyadaların vurulma yerindən sol ehtiyat hissəyə qədər 5,5 metr məsafə olmuşdur». Eyni ilə həmin protokola əlavə edilmiş hadisə yerinin sxemində də qeyd edilmişdir ki, piyadaların vurulduğu yer, onların üzərindən düşərək, hərəkət hissəsinə daxil olduqları səkidən 5,5 metrlik məsafədə yerləşir. Belə olan halda, istintaqçının piyadaların qət etdiyi bu 5,5 metrin 6 metr olmasına dair gəldiyi nəticə əsassız olmuşdur. Müdafiəçinin fikrincə, istintaq orqanının və məhkəmələrin «piyadaların yolu keçməyə başlayarkən sürücü Məhkum görünüş dairəsində olmaları” nəticəsinə gəlmələri də əsassı zdır. Cinayət işində bu halın müəyyən edilməsi ilə bağlı heç bir sübut yoxdur. Müdafiəçi hesab edir ki, istintaq orqanı və məhkəmələrin qadın piyadanın azyaşlı piyadanın əlindən tutmaqla iti yerişlə hərəkət etməsinə dair gəldikləri nəticə də əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş videogörüntüdən açıq-aşkar görünür ki, piyadalar yolu bacardıqları maksimum iti sürətlə qaçıb keçməyə çalışırlar. Birinci instansiya məhkəməsində zərərçəkən qismində dindirilmiş Zərərçəkmiş şəxs müdafiə tərəfinin suallarına cavab olaraq, etiraf etmişdir ki, o öz azyaşlı oğlu ilə yolu iti sürətlə qaçıb keçərkən, təqsirləndirilən şəxsin idarə etdiyi avtomaşın onları vurmuşdur. Müdafiə tərəfi hesab edir ki, hadisə aşağıdakı mexanizm üzrə baş vermişdir və məhz həmin mexanizm üzrə kompleks məhkəmə video-t exniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək keçirilməli, həmin ekspertizanın rəyi alındıqdan sonra təqsirləndirilən şəxsin bu yol-nəqliyyat hadisəsində təqsirli olub-olmamasının qiymətləndirilməsi mümkündür: «Məhkum 07 iyul 2022-ci il tarixdə saat 17 radələrində «B1, B» kateqoriyalı BB seriyalı 103410 NQ-U sürücülük vərəqəsi və AD seriyalı 481946 NQ-U nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi özünə məxsus olan, texniki cəhətdən saz «Ford Mustanq» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanının qarşısı ilə üzü Ukrayna dairəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən, ünvan 6 ünvanının qarşısından keçən yol hissəsində qarşıda ona nəzərə yolun solunda və bir qədər irəlidə hərəkətdə olan naməlum sedan tip li avtomaşının qarşı hissəsindən iti sürətli qaçışla çıxaraq yolu sağdan sola doğru keçməyə cəhd göstərən piyadalar azyaşlı X5 və onun anası Zərərçəkmiş şəxs idarə etdiyi həmin avtomobilin sol yan hissəsi ilə vurmuş, nəticədə, Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər yetirməyə aid bədən xəsarətləri, X8 isə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla, sonuncu 13 iyul 2022-ci il tarixdə xəstəxanada aldığı xəsarətlərdən ölmüşdür. Sürücü Məhkum hərəkəti üçün təhlükə piyadalar iti sürətli qaçışla naməlum sedan tipli, ağ rəngli avtomaşının tinindən çıxıb, təqsirləndirilən şəxsin hərəkət yolunda görünüş dairəsinə düşdükləri anda yaranmışdır. Hərəkəti üçün təhlükə yarandığı anda təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil piyadaların vurulduğu nöqtədən təxminən 1520 metr məsafə də olmuşdur. Təhlükə yaranan andan avtomaşınla vurulana qədər piyadalar iti qaçışla 2-3 metr məsafə qət edə bilmişlər. Piyadaların iti qaçış sürətinin yuxarı həddi piyadaların hərəkət sürəti cədvəlindən götürülməlidir”. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ə.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən mü əyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum kifayət qədər araşdırılma aparılmadan əsassız məhkum olunduğu bildirilir və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsa sən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsa sən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdiri lir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılma lı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında tövsiyə ol unur: “Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi vi deomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmələrin diqqəti ibtidai ara şdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.... Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbu l edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri tərəfindən Məhkum barəsində olan cinayət işi üzrə sübutların araşdırılmasına, mötəbərliyinə, kifayət etməsinə və sübut etməyə dair cinayət-prosessual qanunvericiliyin tələblərinə, təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə və təqsirsizlik prezumpsiyasına dair Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhlərindən və Azərbaycan Respublikası Ali Məh kəməsinin Plenumunun tövsiyələrindən irəli gələn tələblərə əməl etməmişlər. Belə ki: - İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 7 iyul 2022-ci il tarixli protokoldan və iş materillarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Məhkum və hal şahidləri X15 və X9 iştirakları ilə hadisənin baş verdiyi ünvan 7 ünvanına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən zaman hava günəşli və aydın olmuş, temperatur +32 C olmuş, örtük üfüqi, quru olmuş, hərəkət zolaqlarının sayı üç (hadisənin baş verdiyi yer üzrə), yolun hərəkət hissəsi soldan və sağdan səki ilə sədlənmiş yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, yol örtüyünün eni 18 metr, hərəkət zolaqlarının sayı 6 (ümumi), qarşı-qarşıya gələn nəqliyyat axınını ayırmaq üçün orta hissədə səki vardır. Vurulan piyadaların sayı 2, piyadaların vurulma yerindən sol ehtiyat hissəyə qədər 5,5 metr məsafə olmuş, «Ford Mustang» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadaları orta zolağda vurmuşdur (i.v 8-13) - Məhkum hadisədən bilavasitə sonra 9 iyul 2022-ci il tarixli izahatında göstərmişdir ki, “Ford Mustang” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və o həmin avtomobili özü idarə edirdi. xx.xx.2022-ci il tarixdə saat 17:05 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində hərəkət edərkən avtomobili 50-60 km/saat sürətlə idarə edən zaman qarşısında markasını xatırlamadığı avtomobil asta sürətlə hərəkət edirdi, o isə həmin avtomobilin sağ hissəsi ilə hərəkət edirdi. Təxminən 15- 20 metr qarşıdan bir nəfər qadın və bir nəfər uşağın iti sürətlə qarşıda olan avtomobilin qarşısından çıxaraq onun hərəkətdə olduğu zolağa keçmişlər. O onları gördükdən dərhal sonra əyləci sıxmış, lakin əyləci sıxmaqla piyadaları vurması eyni anda olmuşdur. Bundan dərhal sonra idarə etdiyi avtomobili saxlayıb təcili tibbi yardıma zəng edərək onları xəstəxanaya aparmışdır. (vərəqə 7) -İş materiallarında olan 21 iyul 2022-ci il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisinin dindirmə” protokolundan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X7 ifadəsində göstərmişdir ki, hadisə günü o “Port Baku”-da növbədə idi. Həmin tarixdə saat 17:46-da qardaşı X10ona zəng edərək təcili “Neyrocərrahiyyə” xəstəxanasına gəlməsini bildirmişdir. O dərhal taksi ilə həmin xəstəxanaya getmiş, yolda olarkən yoldaşı Zərərçəkmiş şəxs zəng etmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona ağlayaraq baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat verərək bildirmişdir ki, onları maşın vurmuş, onu Sabunçu xəstəxanasına aparmışlar, lakin oğlunu hara apardıqları barədə məlumatı olmamışdır. O “Neyrocərrahiyyə” xəstəxanasına çatan zaman həkimlərdən oğlunun vəziyyəti ilə bağlı məlumat aldıqda oğlunun ağır vəziyyətdə olduğunu və ölüm təhlükəsinin olduğunu bildirmişlər. Oğlu X4 6 gün ərzində yəni xx.xx.2022-ci il tarixədək ağır koma vəziyyətində olmuş, elə həmin tarixdə saat 14:00 radələrində həmin xəstəxanada vəfat etmişdir. (vərəqə 41-42) -İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin Xətai Rayon Prokurorluğuna ünvanlanmış m əktubundan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 5-017 nömrəli qurğunun 2-ci, 3-cü və TŞ 5093 nömrəli qurğuların kameralarının xx.xx.2022-ci il tarixli saat 16:00-dan 18:00-dək müddətdəki görüntülər onlara təqdim edilmiş, lakin TŞ 5-017 nömrəli qurğunun 1-ci kamerası göstərilən tarixdə texniki nasazlıqlar səbəbindən işlək vəziyyətdə olmamışdır. -İş materiallarında olan 5 sentyabr 2022-ci il tarixli “zərərçəkmiş şəxsin dindirilməsi” protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildə X22 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2016-ci il tarixdə oğulları X4 anadan olmuş, X4 Əhmədov 2021-ci ilin sentyabr ayından Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 saylı məktəbdə məktəbəqədər təhsilə başlamış, həmçinin 20 22-ci ilin yanvar ayından etibarən “Cüdo” idman növü ilə məşğul olmuş, həmin idman növü ilə məşğul olduğu vaxtda bir neçə idman yarışlarında iştirak etmiş, 1-ci və 2-ci yerlərə layiq görülmüş və bununla bağlı diplomlar almışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, oğlu X4 ilə yaşadıqları ünvan 3 qəsəbəsinə anası X5 nin yaşadığı mənzilə getmək üçün çıxmış, M.Hadi küçəsi ilə avtomobil yolunu yaşadıqları bina olan tərəfdən Xətai rayon icra şöbəsi tərəfə keçərək oradan avtobus ilə anasıgilə getməyə çalışmışlar. O, yolun birinci hissəsini keçmiş, yolun ortasında olan səkidə durmuş, sağ tərəfdən gələn maşınları buraxmaq üçün yolun sağına baxmışdır. Sağ tərəfdən aralı məsafədən açıq rəngli minik avtomobilin, onun arxasınca isə tünd rəngli idman minik avtomobilin hərəkətdə olmasını gör müşdür. Onun sağ əlində kulyok olmuş, sol əli ilə isə azyaşlı övladı X4ın əlindən tutmuş və iti yerişlə yolu keçməyə başlamışdır. Hərəkətdə olan açıq rəngli avtomobilin qarşısından keçib hərəkətini davam etdirərkən sağ tərəfdən hərəkətdə olan tünd rəngli idman minik avtomobil onu və X4ı vurmuşdur. Avtomobil ona dəyən kimi o, huşunu itirmiş, sonra baş verənlərdən xəbəri olmamış və avtomobilin X4a dəyməsini görməmişdir. Bir müddət sonra o, özünə gəlib gözünü açdıqda arxası üstə asfalt üzərində uzanmış vəziyyətdə olmuş, deməsinə görə «X4 X4» deyərək qışqırmış, onun başının üstündə duran kişi onu avtomobillə vurduğunu demiş, o, X4ı soruşduqda cavab verən olmamışdır. 3-5 dəqiqəyə təcili tibbi yardım gəlmiş, o, həmin avtomobilə qoyulmuş, həmin vaxt kimsə telefonunu ona vermiş, o, ərinə zəng edə bilmədiyi üçün qaynı Babəkə zəng vuraraq baş verənlər barədə bildirmiş və X4ı tapmasını xahiş etmişdir. Təcili tibbi yardı onu 3 saylı şəhər kliniki xəstəxanasına gətirmiş, orada onu müayinə etdikdən sonra ayağına gips qoyulmuş, oradan Neyrocərrahlıq Xəstəxanasına gəlmiş, orada başına tikiş qoyulmuş və elə həmin vaxt X4ın da Neyrocərrahlıq Xəstəxanasında olduğunu bilmişdir. Daha sonra Bakı Medikal Plazaya gəlmiş, orada onun ayağı yenidən gipsə salınmış və oradan çıxıb Neyrocərrahlıq Xəstəxanasına qayıtmışdır. X4 6 gün ərzində yəni xx.xx.2022-ci il tarixədək ağır koma vəziyyətində olmuş, xx.xx.2022-ci il tarixdə isə günorta vaxtı təxminən saat 14 radələrində həmin xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ən ağır cəza verilməsini xahiş etmişdir. (i.v 59-62) - İş materiallarında olan “Zərərçəkmiş şəxsin ifadənin yerində yoxlanılması haqqında” 5 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs M.Hadi küçəsində yolun birinci hissəsində yolu keçdikləri yolu göstərmiş, yolun ortasında olan səkidə oğlu X4 ilə durduqları yeri göstərmiş, həmin yerdən sağ tərəfdən gələn maşınları buraxmaq üçün yolun sağına baxdığını bildirmiş, onun vurulma yerini göstərdikdə, yolun kənarından vurulma yerinə qədər 6 metr məsafə qət etməsi müəyyən olunmuşdur. (i.v 63) -İş materiallarlnda olan “Şahidin dindirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, şahid qismində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə H.Aslanov metrosundan Ukrayna dairəsi istiqamətində «Ford Mustang» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hərəkət edirdi. Həmin yolun sağ kənarı ilə səki boyunca birinci zolaqda avtomobillər saxlayıb park etmişlər, o həmin zolaqdan sonrakı, yəni orta zolaq ilə hərəkət edirdi, ondan soldakı zolaqla da avtomobillər hərəkət edirdilər, həmin zolaq ilə avtomobillər geriyə dönmə yerinə doğru hərəkət edirdilər. Qeyd etdiyi kimi o yolun orta zolağı ilə hərəkət edirdi. Onun hərəkəti üçün yolda heç bir maneə olmadığına və qarşıdakı yol hissəsini çox aydın gördüyünə görə avtomobilini təxminən 5060 km/saat surəti ilə idarə edirdi. Qarşıda, bir xeyli irəlidə yolun sol kənarında tanımadığı ağ rəngi “cip” markalı avtomobilin surətini demək olar ki, tam dayanma həddinə qədər azaltmasını kifayət qədər aral ıdan görmüşdü. Həmin “cip” markalı avtomobilin surətini azaltdığı yerdə geriyə dönmək üçün yol var, o belə başa düşmüş ki, həmin avtomobil əks istiqamətdə getmək üçün dönmə əməliyyatı etməyə hazırlaşır və bununla bağlı surətini tam azaltmışdır. Həmin avtomobilin öz soluna manevr etməsi onun hərəkəti üçün heç bir təhlükə yaratmadığından o surətini azaltmadan yoluma davam etdirmişdir. O həmin avtomobilə çatarkən qəflətən həmin ağ “cip” avtomobilinin qarşısından bir qadın ilə azyaşlı uşağın iti surətlə qaçaraq yolun solundan sağına doğru onun hərəkət zolağına çıxdıqlarını gördü. Həmin anda da həmin piyadaları vuracağını dərk edib, sərt tormozlama aparmaq məqsədi ilə ayağını tormozun əyləcinə ataraq eyni hərəkətlə sükanı sağa burub həmin piyadaların vurulmasından yayınmağa çalışmışdır. Lakin a yağı tormoza çatar-çatmaz həmin piyadalar onun avtomobilinə çırpıldılar. Bundan sonra avtomobilin sağ tərəfə gedərək yolun kənarındakı səkiyə çırpılaraq dayandı. O tez maşından düşüb piyadalara yaxınlaşaraq öz mobil telefonu ilə təcili tibbi yardıma zəng etmişdir. Hadisə yerinə təcili tibbi yardım stansiyasına yaxın olduğundan 2-3 dəqiqə keçmiş təcili tibbi yardım gəlmiş, qadını 3 saylı şəhər kliniki xəstəxanasına, uşağı isə Neyrocərrahlıq Xəstəxanasına apardılar. Müstəntiqin Məhkum ağ rəngli “cip” markalı avtomobilin sağ tərəfindən keçərkən onun avtomobili ilə arasındakı yan məsafənin nə qədər olması ilə bağlı sualına Məhkum cavab olaraq bildirmişdir ki, həmin məsafə təxminən 1-1.2 metr olmuş, həmçinin bildirmişdir ki, vurduğu piyadalar ağ rəngli “cip” markalı avtomobilin qarşısından çıxd ığı nöqtədən təxminən 15-20 metr məsafədə olmuşlar. -İş materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması barədə” 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şahid Məhkum hadisə yerində yolun solunda piyadaların qarşısından çıxdığı naməlum “cip” markalı avtomobilin dayandığı yeri göstərməsi təklif edildi, o həmin yeri göstərmiş, daha sonra şahid Məhkum piyadaların həmin naməlum “cip” markalı avtomaşının tinindən çıxdığı nöqtəni və piyadaları öz avtomobili ilə vurduğu nöqtəni göstərməsi təklif olunduqda, şahid Məhkum həmin nöqtələri göstərmiş və ölçmə ilə müəyyən edilmişdir ki, həmin nöqtələr arasında məsafə 1,35 metr olmuşdur. Yəni müəyyən edilmişdir ki, piyadalar naməlum “cip” markalı avtomobilin qarşı tinindən şahid Məhkum hərəkət yoluna doğru çıxdıqları andan sonu ncunun avtomobili ilə vurulduqları ana qədər 1.35 metr məsafə qət etmişlər. Bundan sonra Məhkum o, piyadalar qarşıdakı naməlum “cip” markalı avtomobilin tinindən onun hərəkət yolu istiqamətinə çıxdıqları və görünüş dairəsinə düşdükləri anda piyadaların vurulduqları nöqtədən hansı məsafədə olmasını göstərməsi təklif edildikdə, şahid Məhkum həmin nöqtəni göstərmiş və ölçmə ilə müəyyən edilmişdir ki, piyadalar qarşıdakı naməlum “cip” markalı avtomobilin tinindən çıxdıqları anda Məhkum idarə etdiyi avtomobil piyadaların vurulduqları nöqtədən 17.6 metr məsafədə olmuşdur. Həmçinin, şahid Məhkum hadisə yerində naməlum “cip” markalı avtomobilin yanından keçərkən iki avtomobilin arasında olmuş yan məsafəsini göstərməsi təklif edildikdə, şahid Məhkum həmin məsafəni göstərmiş və ölçmə ilə müəyyən e dilmişdir ki, hadisə zamanı iki avtomobilin arasındakı yan məsafəsi 1.35 metr olmuşdur. İfadənin yerində yoxlanılması zamanı həmçinin ölçmə ilə müəyyən edilmişdir ki, yolun hərəkət hissəsinin eni ümumilikdə 10 metrdir. (i.v 80-85) -Xətai rayon İcra şöbəsindən təqdim edilmiş 17/74-01/16 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, görüntülərlə M.Hadi küçəsi ilə H.Aslanov metrostansiyasından Ukrayna dairəsi və Xətai rayon İcra şöbəsi istiqamətində hərəkətdə olan avtomobillər qeydə alınıb. Müəyyən edilir ki, piyada Xətai rayon İcra şöbəsinin qarşısında ayrıcı zolaqdan yolun hərəkət hissəsinə daxil olaraq yolu sağa doğru keçməyə başlayır, piyada yolu keçməkdə olarkən görüntüyə sol zolağ ilə hərəkət edən “KİA” markalı **-PU -*** dövlət qeydiyyat nişanı avtomobil düşür, piyada həmin avtomobilin qarşısından keçdikdən sonra sağa istiqamətlənmiş vəziyyətdə «Ford Mustang» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlir. Bu zaman «Ford Mustanq» avtomobili həmin iki nəfər piyadanı vurur, sonra avtomobil səkiyə dəyir və yola perpendikulyar vəziyyətdə dayanır, “KİA” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə surətini dəyişdirmədən hərəkətini davam edərək hadisə yerindən uzaqlaşır. Xətai rayon İcra şöbəsindən təqdim edilmiş 17/74-01/16 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun rekvizitlərindən və mətndən müəyyən edilir ki, hadisə ünvan 3 ünvanının qarşısında baş vermişdir.(i.v 86-89) Şərh olunan istintaq materialları və işin digər halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, qeyd olu nan yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə Ukrayna dairəsinə doğru hərəkət istiqamətində baş vermişdir. Belə ki, piyadalar Xətai rayon İcra şöbəsinin qarşısında ayrıcı zolaqdan yolun hərəkət hissəsinə daxil olaraq yolu sağa doğru keçməyə başlamış, piyadalar yolu keçməkdə olarkən görüntüyə sol zolaq ilə hərəkət edən “KİA” markalı **-PU-*** dövlət qeydiyyat nişanı avtomobil düşür, piyada həmin avtomobilin qarşısından keçdikdən sağa istiqamətlənmiş vəziyyətdə “Ford Mustang” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlir. Bu zaman “Ford Mustang” markalı avtomobili həmin iki nəfər piyadanı vurur, sonra avtomobil səkiyə dəyir və yola perpendikulyar vəziyyətdə dayanır, “KİA” markalı **-PU-*** dövlət qeydiyyat nişanı avtomobil isə surətini dəyişdirmədən hə rəkətini davam edərək hadisə yerindən uzaqlaşır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə və “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında göstərilən tövsiyələrə müvafiq olaraq ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən iş materiallarına əlavə edilmiş və mübahisələndirilməyən həmin video görüntülər tədqiq edilməli, o cümlədən məhkəmə video-texniki (məhkəmə-fonoskopik) ekspertizası keçirilməklə videogörüntülərdə əks etdirilən hallar dəqiqləşdirilməli idi. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 262-ci maddəsinin tələblərinə müvafiq olaraq istintaq eksperimenti keçirilməklə məhkəmə avtotexniki ekspertizasının keçirilməsi üçün zəruri olan məlumatlar müəyyən edilməli idi. Belə ki, Azərbaycan Respublikası CPM-nin “İstintaq eksperimenti” adlanan 262-ci maddəsinə əsasən: “262.1. Cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə müstəntiq istintaq eksperimenti apara bilər. 262.2. Təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə aparılan istintaq eksperimentində, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi istintaq eksperimentinin aparılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu tə min etməlidir. 262.3. Müstəntiqin dəvəti ilə istintaq eksperimentinin aparılmasında, həmçinin şahid, mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edirlər. 262.4. Müstəntiqin göstərişi və ya icazəsi ilə istintaq eksperimentinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.” Azərbaycan Respublikası CPM-nin 336.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı tanınma üçün təqdimetmə, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi cinayət prosesi tərəflərinin iştirakı ilə bu Məcəllədə müvafiq istintaq hərəkətlərinin məhkəməyədək icraatı üçün nəzərdə tutulmuş qaydalara riayət etməklə həyata keçirilir.” Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan istintaq hərəkətləri yerinə yetirildikdən sonra gəlinən nəticəyə əsaslanar aq “Məhkəmə-avtotexniki ekspertizasının təyin edilməsi haqqında” qərar qəbul edilməli olduğu halda, ibtidai araşdırma orqanı qeyd olunan tələblərə əməl etməmiş və “Məhkəmə-avtotexniki ekspertizasının təyin edilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli qərar qəbul etmişdir. Müstəntiqin həmin qərarında zərərçəkmiş şəxsin, sürücünün ifadələri yazılmış, qərarın sonunda isə sürücü Məhkum hərəkəti üçün təhlükənin azyaşlı uşağın əlindən tutmuş piyadanın ayrıcı zolaqdan hərəkət hissəsinə daxil olduğu andan yaranması və həmin andan vurulma yerinə kimi piyadaların 6 metr məsafə qət etmələri göstərilmişdir. Qərarda həmçinin göstərilir ki, piyadalar yolu keçməyə başlayarkən sürücü Məhkum görünüş dairəsində olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperti zası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2624 №-li ekspert rəyində göstərilmişdir ki: “İstintaq tərəfindən verilən məlumatlara əsasən nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Odur ki, «Ford Mustang» markalı 10KD085 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsin in tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.” (i.v122-125) Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri yerinə yetirilmədən zəruri olan istintaq hərəkətləri icra olunmadan gəlinən nəticə əsasında verilən həmin ekspert rəyi əsaslı hesab oluna bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında məhkəmələrə aşağıdakılar tövsiyə olunur: “Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsini n bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qəra rda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlar la birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş qanun pozuntuları birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən aradan qaldırı lmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar Azərbaycan Respublikası CPMnin 144-cü maddəsinin cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasına dair tələblərinin pozulması deməkdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlar tədqiq olunmaqla, baş vermiş yol nəqliyyat hadisəsinin obyektiv məlumatları müəyyən edilməli və zərurət yaranarsa, təkrar məhkəmə-avtotexniki ekspertizası təyin olunmaqla rəy alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbera, Messege və Habardo İspaniyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndiri lən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsind ə özünü göstərməlidir. Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan və həmin şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi itti ham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üç ün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaş ı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-132/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-132/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver