Məhkəmə qərarları › İş №1(102)-1324/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1324/2019

26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1324/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respubli kası CM-nin 29,120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2018-ci il tarixli qərarından müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-cı il tarixli hökmü ilə (hakimlər: M.A.Bayramov (sədrlik edən), A.K.Orucov və R.V.Salmanovdan ibarət tərkibdə) xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 29,120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-nin 29, 120.1.11-ci maddəsi ilə 15 il müddətinə, CM-nin 181.3.3-ci maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplama yolu ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 11 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 20 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə verərək qərarın ləğv edilərək, məhkumun əməlinin Cinayət Məcəlləsi-nin 126.1-ci maddəsinə tövsif edilməklə məhkuma həmin maddəyə uyğun cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 18 iyul 2015-ci il tarixdə saat 8 radələrində ünvan 2 evdə yerləşən Türk Atelyesi” adlı dərzi salonunun giriş qapısının qarşısında, X4 quldurluqla əlaqədar qəsdən öldürmək və əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək, üzərində olan mətbəx bıçağından sila h qismində istifadə edərək, həmin bıçaqla X2 bədəninə zərbələr vurub ona (sağ əlin lll-İV barmaqlarının ovuc səthinin kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərər vuran, sol ümumi yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunmuş və beyin qan dövranının pozğunluğu ilə ağırlaşmış boyun nahiyəsinin sol ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vuran) xəsarətlər yetirmişdir. Bundan sonra məhkum1 X2 müqavimət göstərməsindən, qışqırıq səslərinə ətrafda yaşayan qonşuların gəlməsindən və yaxalanacağından qorxaraq oradan uzaqlaşmışdır, iş yoldaşlarının köməyi ilə vaxtında xəstəxanaya çatdırılan və orada ixtisaslı tibbi yardım göstərilən X2 həyatı xilas olunmuşdur. Bu səbəblərdən təqsirləndirilən şəxs Məhkum bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən cina yətkar əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Nəticədə o, zərərçəkmiş şəxs X2 sağlamlığına ağır zərər vurmaqla quldurluqla əlaqədar qəsdən adam öldürməyə, yəni zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluqla əlaqədar onu qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətləri və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPMnin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bu səbəbdən məhkumun əməli düzgün qiymətləndirilməmiş, qeyri-obyektiv, qanunsuz, ədalətsiz qərar qəbul edilmişdir. Məhkum heç vaxt X2 öldürmək niyyəti olmamış, sadəcə olaraq tamamilə təsad üf nəticəsində o bloka daxil olan zaman mənzilin qarşısından keçərkən mənzilin qapısı ağzında dayanmış zərərçəkmişlə rastlaşmış, zərərçəkmiş təsadüfi rastlaşmadan ani olaraq qorxaraq qışqırmış, Məhkum özündən asılı olmayaraq hadisənin təsadüfi-axarı zəminində bıçaqla ona-xəsarət yetirmişdir. Məhkum AR CM-nin 29, 120.2.11-ci, 181.3.3-cü maddələri ilə əsassız olaraq təqsirli bilinmişdir. Onun tərəfindən belə bir cinayətin X2ya qarşı törədilməsi üçün heç bir motiv mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2018-ci-ci il tarixli qərarının ləğv edilməsini və məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə tövsif edilməklə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrə nib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və y a apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkum ifadəsində göstərmişdir ki, bütün pullarını mərc oyunlarında uduzduğu üçün 3 gün ərzində bütün günü depressiya vəziyyətində parkda oturdu və bu vəziyyətdən necə çıxmaq haqqında fikirləşdi. Vəziyyəti belə görəndə ümidsizliyə qapıldı və özünü öldürmək qərarı na gəldi. Bunun üçün münasib bir yer axtarmağa başladı. “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən binanın qarşısı ilə gedən zaman bir nəfər orta yaşlı, qadının, adını və soyadını sonradan bildiyi X2 xarici ölkədə istehsal olunmuş avtomaşından düşərək 5 mərtəbəli binanın blokuna daxil olduğunu gördü. Qadının arxasınca bloka daxil olduqda həmin qadının birinci mərtəbənin pilləkən meydançasında arxası ona doğru dayanaraq solda yerləşən mənzilin qırmızı rəngdə qapısını açarla açdığını gördü. Əli cibində qadının yanından keçib yuxarıya qalxmaq istəyən zaman qadın qəflətən ona tərəf çevrildi və anidən qışqırmağa başladı. Qadının qışqırmasından özünü itirdi və özündən asılı olmayaraq bıçağı cibindən çıxartdı və qadına xəsarət yetirdi. Qadın yenə də qışqırmağa davam etdi və bir neçə addım arxaya gedərək arxası üzərində yerə yıxıldı. Qadının qışqırığına ətrafda olan qonşuların gələcəyini zənn edib blokdan çıxaraq sağ istiqamətdə binaların arası ilə yenidən Nərimanov metrostansiyası istiqamətində qaçmağa başladı. Hadisə yerindən xeyli aralandıqdan sonra “Divan” otelin yaxınlığında cibindəki qadına xəsarət yetirdiyi bıçağı yolun kənarındakı zibil qutusuna atdı. Sonra Nərimanov metrosunun yaxınlığındakı “Topaz” mərc oyunları kontoruna gedərək üzdən tanıdığı, şəxsdən 5 manat borc pul alıb yaşadığı mənzilə getdi” İş materiallarında olan, “şübhəli şəxsin dindirilməsi” protokolunda Məhkum qeyd etmişdir ki. X2ya xəsarət yetirmək niyyətində deyildi. Fikirləşmişdir ki, üzərində olan bıçaqla onu vuracağıyla qorxudaraq pullarını ala bilər. Lakin həmin qadın məni əlində olan bıçağı görd ükdə qışqırmağa başladı. Bu zaman özündən aslı olmayaraq onu boğazından bıçaqla bir dəfə vuraraq oradan qaçmışdır. (cild 1, səhifə 40) X1 ifadəsində götərmişdir ki, 2015-ci ilin iyun ayından “Gənclik” metrosunun yaxınlığında ünvan 2 binanın birinci mərtəbəsində yerləşən “Türk Atelyesi” sexində dərzi kimi işə düzəlmişdir. X2 həmin atelyedə baş usta vəzifəsində işləmişdir. 18.07.2015-ci il tarixdə saat 10 radələrində iş yoldaşı X3 ilə birlikdə atelyenin zirzəmisində olan zaman atelyedən gurultu səsi eşitmiş, X3 ilə birlikdə nə baş verdiyini aydınlaşdırmaq üçün pilləkənlərlə yuxarı qalxan zaman atelyenin içində X2 əlini boğazına tutaraq bir nəfər şəxsin onu bıçaqla vuraraq qaçdığını bildirdi. Dərhal X3 ilə birlikdə X2 köməklik etdilər. X2 çox qısa müddət ərzində xeyli qan itirdiyindən huşunu itirdi.. Elə bu zaman bir nəfər, sonradan adını X3 kimi bildiyi taksi sürücüsü, onlara yaxınlaşdı və kömək edib X2 avtomaşının arxa oturacağına qoydu. X3 isə qabaq oturacaqda əyləşdi və qan axmasın deyə əli ilə X2 boynundan sıxdı. Onlar birlikdə xəstəxanaya getdilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 7ci bəndində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarix li qərarının 15-ci bəndinə əsasən, quldurluq cinayəti törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-in 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-in 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur Məhkum həmin cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirildiyini nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndiril mişdir. Müdafiə tərəfinin göstərdiyi dəlillər şahidlərin ifadələri, ekspert rəyləri və işin obyektiv halları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.11 və 181.3.3-cü maddələrində quldurluqla əlaqədar qəsdən adam öldürməyə cəhd və zərərçəkmiş şəxsin sağlamlığa ağır zərər vurmaqla quldurluq cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 126.1-ci maddəsində Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyy ətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının 08.09.2015-ci il tarixli 618 saylı rəyindən görünür ki, X5 yetirilmiş xəsarətlər-sol ümumi yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunmuş və beyin qan dövranının pozğunluğu ilə ağırlaşmış boyun nahiyyəsinin sol ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ əlin lll-İV barmaqlarının ovuc səthinin kəsilmiş yaraları deşici-kəsici əşya (alət) təsirindən törənmişlər. Bıçaqla yetirilməsi mümkündür. Dərəcəsinə görə boyun nahiyəsindəki yara həyat üçün təhlükəli olan sağlam lığa ağır zərər vurmaya aiddir. Əl barmaqlarında olan yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Kompleks, məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 12.12.2015-ci il tarixli (1819 nömrəli) rəyindən görünür ki, X7 18.07.2015-ci il tarixə yəni göstərilən tarixdə boynundan bıçaqla vurularaq xəsarət alana kimi hər hansı bir xəstəlikdən və ya psixi fəaliyyətin müvəqqəti pozulmasından əziyyət çəkməmişdir. O, 18.07.2015-ci il tarixdə təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurularaq boynunun ön divarının yarası,, sol ümumi yuxu arteriyasının zədələnməsi kimi həyat üçün təhlükəli olan xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar “Boynun sol ön-yan səthinin kəsilmiş-deşilmiş yarası. Ümumi yuxu arteriyasının kəsilməsi, xaric i qanaxma, hemerrogik şok İV dərəcə. Beyin qan dövranının kəskin pozğunluğu. Sağ tərəfli hemiparez. Sol beyin yarımkürəsində orta və arxa beyin arteriyası hövzəsində infarkt ocağı, anatriya. Sensor afaziya” diaqnozu ilə Bakı Baş səhiyyə idarəsinin kliniki tibbi mərkəzində stasionar müalicədə olmuşdur. Müayinə nəticəsində Mərkəz sinir sisteminin üzvi xəstəliyinin (kəskin qanitirmə nəticəsində beyin infarktı) qalıq əlamətləri, koqnitiv və nevrotik pozuntu müəyyən edilmişdir. Psixiatrik müayinənin nəticələrindən görünür ki, X7 aldığı xəsarətdən sonra onda meydana gələn nevroloji patologiya sayılan motor afaziyası və sağ tərəfli hemipareztə yanaşı, psixi pozuntu olan koqnitiv və nevrotik pozuntular meydana gəlmişdir. X2 baş vermiş hadisəni qavramaq, mahiyyətini anlamaq iqtidarında olsa da, yux arıda göstərilən pozuntularla əlaqədar iş üçün vacib olan hallar barədə ondan tam həcmdə adekvat cavablar almaq mümkün olmur. X7 onunla baş vermiş hadisəninn mahiyyətini anlamaq qabiliyyətinə malik olsa da, onda müəyyən edilən koqnetiv pozuntulara və psixi-emosional vəziyyətində yaranmış qorxu, gərginlik, həyəcan, əsəbilik ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması məqsədə müvafiq deyildir. Kollegiya hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum evdən çıxarkən bıçaq götürməsi, xarici avtomobildən düşən tanımadığı şəxsin arxasıyca bloka girməsi və onun qapını açmasını gözləməsi, zərərçəkmiş şəxsin qışqırmasına görə niyyətini başa çatdıra bilməməsini nəzərə alaraq məhkumun quldurluq edərək adam öldürmək niyyətinin təsdiq olunması nəticəsinə gəlmişdir. Məhkəmənin nəticəsi işin fak tiki hallarına uyğundur. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməlini həm CM-in 29,120.2.11-ci və 181.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10. 1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar