Məhkəmə qərarları › İş №1(102)-1336/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1336/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1336/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim Rövşən Xəlilov) 09 iyun 2023-cü il tarixli 1(060)-145/2023 nömrəli hökmü ilə xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı həbsdə olduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq ona təyin olun muş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 12 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, 9-cu Mikrorayon ərazisində yerləşən “Heydər Əliyev” parkında Zərərçəkmiş şəxs ona qızı yaşında qızlara sataşmamasını irad bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ətrafında olan insanlara laqeydlik və etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə ed ən, parkda olan vətəndaşların gözü qarşısında vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanı yaranmasına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib üzərində gəzdirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə edərək qəsdlə sonuncunu boğaz nahiyəsinə 1 (bir) dəfə vurub boyun nahiyənin sol yan səthinin deşilmiş-kəsilmiş yarası və körpücük məməyəbənzər əzələnin hissəvi kəsilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ağayev Rəşadət (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılov) 21 dekabr 2023-cü il tarixli 1(105)-460/2023 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 1(060)-145/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək qərarı dəyişdirərək Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edillməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldikləri nəticə qanunsuz və əsassızdır. Belə ki, xuliqanlıq cinayət əməlinə verilmiş təfsirlə rdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumi qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət-xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməməlidir. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. İş materiallarından müəyyən edilir ki, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2(060)-5610/2020 nömrəli qətnaməsi ilə psixi xəstəliyinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 09 avqust 2021-ci il tarixli 437 nömrəli sərəncamı ilə Qanuni nümayəndə övladı Məhkum üzərində qəyyum təyin edilmişdir. Məhkum barəsində ibtidai istintaq zamanı keçirilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizanın rəyinə əsasən onda aşkar olunan “şizofren iya paranoid forma” diaqnozlu xəstəliklə əlaqədar o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi CMin 22-ci maddəsinin təsiri altına düşür. Apellyasiya icraatı zamanı stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası təyin edilmiş, həmin ekspertizanın nəticəsinə görə onun anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi CM-in 22.1-ci maddəsinin təsiri altına düşməsi, tibbi xarakterli məcburi müalicəyə ehtiyacı olmadığı qənaətinə gəlinsə də, onun daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilmişdir. Məhkum psixi pozuntusu ilə əlaqədar onun öz hərəkətlərinin ictimai qaydalar əleyhinə yönəldiyini görməsi, hərəkətlərinin həmin qaydalara zərər vuracağını əvvəlcədən dərk etməsi, belə nəticələri arzulaması və buna yol verməsi inandırıcı görünmür. Çünki xuliqanlıq cinayətinin tərkibinin subyektiv cəhətdən mövcudluğunun qəbul edilməsi üçün isə ilk növbədə göstərilən əqli və iradi momentlərin mövcudluğu təsdiq olunmalıdır. Ona görə də kassator hesab edir ki, Məhkum əməli CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayət və tələbinin olmaması, ona dəymiş maddi ziyanı da ödəməsi nəzərə alınarsa, Məhkum barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışla rını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum əməli CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməli, zərərçəkmiş şəxslə barışıq əldə etdiyi üçün CM-in 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və işin icraatına xitam verilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili məhkəmələrin əsassız olaraq onun əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 4.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hall arının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə gör ə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlərdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndi ndə qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsi Plenumu da bir neçə qərarlarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd tə şkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bu hüquqi mövqe xüsusi ilə Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli qərarında əks olunmuşdur. Belə ki, həmin qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qay danı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyması, ona qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət – xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə sağlamlığa zərər v urma kimi qiymətləndirilməməlidir. Göründüyü kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni ki fayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. İş üzrə müəyyən edilmiş hallardan məlum olur ki, Məhkum parkda olduğu zaman yaşca ondan xeyli cavan olan bir qadına yaxınlaşaraq evlənməyi təklif etmişdir. Qadın Məhkum aralarındakı böyük yaş fərqini vurğuladıqda, o, müasir dövrdə bunun normal bir hal olduğunu bildirmişdir. Bu söhbəti eşidən zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum, qızı yaşında olan bir qadına belə bir təklif etməsinin düzgün olmadığını deyərək etirazını bildirmişdir. Məhkum isə zərərçəkmişdən ondan uzaq durmağı xahiş etmişdir. Lakin zərə rçəkmiş şəxsin məhkumla razılaşmaması və iradlarını davamlı olaraq bildirməsi nəticəsində onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Məhkum Zərərçəkmiş şəxs bıçaqla yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Həmçinin hazırkı cinayət işinin müəyyən edilmiş mühüm hallarından biri odur ki, Məhkum paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir və həmin psixi pozuntusu nəticəsində o, öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmə iqtidarında olmamışdır. İşin məhkumun psixi sağlamlığı ilə bağlı bu halları cinayət işi üzrə keçirilmiş ambulator və stasionar məhkəmə-psixiatrik ekspertizalarının rəyləri ilə müəyyən edilmişdir. Stasionar məhkəmə-psixiatrik ekspertizasını rəyindən görünür ki, yoxlanılan şəxs Məhkum ha disənin mahiyyətini belə izah etmişdir. “Mən xanıma evlənmək məqsədilə yaxınlaşmışam. Məncə bu normal bir şeydir. Xanım evlilikdə kişidən balaca olanda yaxşıdır. Lakin parkda olan tanımadığım şəxs mənə yaxılaşaraq irad bildirdi və aramızda mübahisə düşdü. O, xanımla tanışlığıma müdaxilə etməsəydi hər şey yaxşı olardı” Həmçinin iş materiallarından müəyyən edilir ki, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli qətnaməsi ilə psixi xəstəliyinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 09 avqust 2021-ci il tarixli 437 nömrəli sərəncamı ilə məhkumun anası Qanuni nümayəndə Məhkum üzərində qəyyum təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İ.S. Səlimovun əməlinə düzgün qiymət verilməsi üçün onun psixi pozuntu səbə bindən öz hərəkətlərinin mənasını tam dərk edə bilməməsi və onları tam idarə etmək qabiliyyətinin olmaması, habelə ekspert rəyində onun davranışı və əməlinə subyektiv münasibəti ilə bağlı göstərilən hallar nəzərə alınmalıdır. Xüsusilə, məhkumun əməllərini ümum qəbul edilmiş dəyərlər – ictimai qayda və cəmiyyətin ümumi maraqları kontekstində deyil, özünə qarşı edilən səhv davranışın cavabı kimi qiymətləndirməsi fonunda, məhkəmələrin İ.S. Səlimovun hərəkətlərində xuliqanlıq motivinin mövcud olduğunu müəyyən etməsi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145 və 146-cı maddələrinin tələblərinə uyğun əldə edilmiş nəticə kimi qiymətləndirilə bilməz. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin tələblərinə görə cinayə t hadisəsinin baş vermə faktı və halları cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinə əlavə edilmiş sübutlarla mübahisə zamanı məhkum tərəfindən səs-küy salınması və söyüş söyülməsi halları müəyyən edilməmişdir. Eynilə, istintaq orqanı Məhkum əməllərin məhz xuliqanlıq kimi qiymətləndirilməsi üçün ittihamda göstərilən “ətrafında olan insanlara laqeydlik və etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, parkda olan vətəndaşların gözü qarşısında vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanı yaranmasına səbəb olan” halların təsdiq edilməsi üçün hadisə vaxtı parkda olmuş şəxslərdən bir nəfəri olsun belə müəyyən etməmiş və dindirməmişdir. Məhkumun hərəkətl əri nəticəsində ictimai qaydanın pozulmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Baxılan işdə to planmış sübutlar mühüm sübutetmə predmeti olan xuliqanlıq motivi, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması barədə yekun və mötəbər nəticəyə gəlməyə imkan vermir. Ona görə də Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslı və qanuni hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs qəsdən bıçaqla xəsarət yetirərək onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum bu əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş bütün tərkib əlamətləri mövcüddür. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddəl ərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yaln ız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmçinin, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Məhkum ilə barışmış, məhkum tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmiş, zərərçəkmiş şəxsin məhkuma qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmə li, zərərçəkmiş şəxslə barışıq əldə etdiyi üçün o, CM-in 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 dekabr 2023-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 iy un 2023-cü il tarixli hökmü ləğv edilməli, zərərçəkmiş şəxslə barışıq əldə etdiyi üçün o, CM-in 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası CM-in 73-cü maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyi üçün) Məhkum CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət işi üzrə icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar