Məhkəmə qərarları › İş №1(102)-134/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-134/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-134/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun müdafiəçi Elxan Əbülfəz oğlu Xudaverdiyevin iştirakları ilə Bakı Ağır Cinayət lər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi N.M.Kantayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər F.A.Qəribov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) xx xxxx 1972-ci il tarixdə Beyləqan rayonu Qəhrəmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Qəhrəmanlı kənd ində qeydiyyatda olmaqla, faktiki olaraq Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 22, mənzil 21/136da yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx xxx 2018-ci il tarixdə saat 11 radələrində evdən çıxıb müvəqqəti olaraq yaşamaq üçün bacısı X1 Sumqayıt şəhəri, ünvan 1 olan, xx.xx.2001-ci il tarixdən rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ailədə yaranmış münaqişəyə son qoyaraq ye nidən evə qayıtmasını xahiş etmiş, lakin arvadı onun xahişini rədd etdikdə yaşadığı ünvana qayıtdıqdan sonra evdə olan kompüterdən arvadının başqa kişi ilə olan fotoşəkillərini aşkar etdiyindən qısqanclıq zəminində qisas alıb qəsdən onu öldürmək qərarına gəlmiş, idarə etdiyi “XXX” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı açıq vəziyyətdə ümumi uzunluğu 215 mm olan soyuq silah sayılmayan, zavod üsulu ilə hazırlanmış turist bıçağını götürərək həmin tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs bacısının evinə gəlmiş və özü ilə gətirdiyi foto şəkilləri qonaq otağında olan stolun üstünə qoyub, sonuncunun ona qarşı xəyanətini etiraf etməsini tələb etmiş, arvadı bundan imtina etdikdə şalvarının arxa cibində olan bıçağı çıxararaq ona bir bıçaq zərbəsi endirmiş, Zərərçəkmiş ş əxs başqa kişi ilə görüşüb cinsi əlaqədə olduğunu etiraf etdikdən sonra ondan yalvararaq aman diləməsinə baxmayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək, arvadının bacısı qızı X2 gözü qarşısında arvadı Zərərçəkmiş şəxs, sonuncuya xüsusi əzab verdiyini dərk edərək yenidən bıçaqla zərbələr vurmaqda davam etmiş, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol hissəsinin, döş qəfəsinin ön səthinin sağ hissəsinin, sağ bazunun yuxarı ⅓-nin ön səthinin, sol saidin orta ⅓-nin ön səthində sağlamlığa zərərvurmayan xəsarətlərə aid olan dərəcəsi təyin edilməyən 4 (dörd) ədəd, döş qəfəsinin sol yuxarı tış hissəsinin, qarının aşağı şöbəsinin sağ iç hissəsinin, sol bazunun yuxarı l\3-nin arxa səthinin 2 (iki) ədəd, belin sol iç hissəsinin, sol əlin arxa səthində V əl-daraq sümüyü proyeksiy asında sağlamlığa yüngül zərərvurmaya aid olan 6 (altı) ədəd, sol ağ ciyərin yuxarı və aşağı payının, sağ ağ ciyərin aşağı və yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin 4 (dörd) ədəd boşluğa keçən deşilmiş-kəsilmiş, mədənin,12 barmaq bağırsağın, dalağın, sol böyrəyin zədələnməsi ilə müşayiət olunan qarın boşluğuna keçən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları yetirilən anda həyat üçün təhlükəli olan və daxili qanitirmədən ölümü ilə nəticələnən hər biri ayrılıqda sağlamlığa ağır zərər vurmaya aid olan 6 (altı), ümumilikdə isə 16 bıçaq xəsarətləri yetirərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum müdafiəçisi N.M.Kantayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim M.Ə.Rzayev, hakimlər F.G.Zeynallı və R.O.Əsgərovadan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təyin edilmiş 15 il müddətə azadlıqdan məhrum etmə cəzası 14 il müddətə endirilmiş, hökm qalan dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu tarixli qərarından Məhkum müdafiəçisi N.M.Kantayev kassasiya şikayəti verərək həmin qərarı dəyişdirməklə, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif etməklə ona həmin maddənin sanksiyasının minimum həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəli lləri: Müdafiəçi N.M.Kantayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarından, o cümlədən cinayət prosesinin tərəflərinin məhkəmədə verdikləri ifadələrindən göründüyü kimi, Məhkum arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürülməsi iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmıır. Məhkum məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etdiyinə görə qətlə yetirmişdir. Belə ki, Məhkum qardaşı A1 ona sosial şəbəkələrdə qadın adı ilə çıxış edən bir şəxsin onun telefonuna A2 başqa bir kişi ilə əyləndiyini sübut edən fotoşəkilləri göndərmişdir. Həmçinin hadisə baş verməzdən iki gün öncə Məhkum evdə olan zaman kompüterə daxil olaraq orada A2 tanımadığı yad kiş i ilə səmimi şəkillərinin olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs əvvəlcədən özü ilə gətirdiyi, evdə olan kompüterdən aşkarladığı tək kişi şəkilləri və A2 həmin şəxslə olan foto şəkillərini çıxardıb təqdim etmişdir. İlk öncə A2 həmin şəxsin tək olan şəkillərini təqdim etsə də, A2 ona həmin şəxsi tanımadığı bildirmişdir. Bu zaman onların ikisinin bir yerdə olan fotoşəkillərini təqdim etdikdə A2 həmin şəxsi tanıdığım etiraf etmiş, Məhkum arvadından ona niyə xəyanət etdiyini soruşduqda arvadı ona «əcəb edib xəyanət edirəm, səndən boşanıram» demişdir. Həmin vaxt o, masanın üzərində olan bıçağı götürüb əsəbi halda A2 5-6 bıçaq zərbəsi vurmuşdur. Lakin bu zaman onların yanında A2 bacısı A1 qızı A3 olmamışdır. A2 yerdə nəfəssiz uzandığım görüb öldüyünü bilərək mənzildən çıxmışdır. Onun arvadım ki minsə gözü qarşısında öldürmək niyyəti olmamış, belə bir niyyəti olsaydı elə Pünhanın gözü qarşısında onu öldürərdi, onu evdən kənarlaşdırmazdı. Həmçinin əsəbi olduğu üçün və məqsədi A2 məhz öldürmək olduğu üçün ona əzab vermək fikrində olmamışdır. Ani bir məqamda bir neçə saniyə və yaxud dəqiqə içində qətl baş vermiş, belə ki, A2 üzr diləmək əvəzinə başqa şəxslə ona xəyanət etməkdə əcəb etdiyini demişdir. Bu sözdən sonra o artıq nə etdiyini heç xatırlamır. Məhkum ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və A3 ifadələri ilə təsdiq olunur. Həmçinin şikayətdə göstərilmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 994 saylı rəyi ilə Məhkum cinayət hadisəsini törədərkən fizioloji affekt hal ında olmadığı müəyyən etsə də, mərhum ona xəyanət etdiyini etiraf və əcəb etdiyini dedikdən sonra Məhkum bərk əsəbləşərək öldürmək üçün A2 onun özünün dediyinə görə təxminən 5-6 bıçaq zərbəsi vurmuşdur. Həmin qətl hadisəsi ani bir məqamda bir neçə dəqiqə içində baş vermişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs ondan yalvararaq aman diləməmiş və Məhkum də mərhuma əzab vermək fikrində olmamışdır. Əksinə iş materiallarından göründüyü kimi, Məhkum birinci gündən ailəsinin ətrafında yaranmış xoşagəlməz söz-söhbətlərin yoluna qoymaq istəmiş, bu məqsədlə mərhum arvadı Zərərçəkmiş şəxsnm qohumlarım bir araya yığaraq məsələyə aydınlıq gətirmək istəmişdir. Hətta məsələnin araşdırılması ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi məhkumun barəsində olan cinayət işi üzrə işin halları və yuxarıda qeyd olunan yüngülləşdirici hallar nəzərə alaraq, Məhkum əməli Azərbaycan Respublikası CMnin 120.2.4-cü maddəsindən həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməsi barədə Qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.Ə.Xudaverdiyevin, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək (zərərçəkmiş şəxsin hüquqi varisi qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məh kəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu tarixli qərarı isə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbinə tam riayət etməklə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qanuniliyini, o cümlədən şikayətin dəlillərinin əsaslılığını yoxlayıb qeyd edir ki, məhkumun qəsdən adam öldürmə cinayətinin törətməsi iş materialları ilə tam sübuta yetirilm işdir. Məhkəmələr bu halları müəyyən edərkən konkret sübutlara əsaslanmış, bunlara dair sübutların mötəbərliyini şübhə altına almağa əsas yoxdur. Apellyasiya şikayətində göstərilən dəlillər də məhkumun həmin əməlləri törətməməsi qənaətinə gəlməyə əsas vermir. Məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə tövsifi məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, məhkəmələr bu məsələdə səhvə yol vermişlər. Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinin məzmununa görə həmin maddə ilə məsuliyyət o vaxt yaranır ki, qəsdən adamöldürmə cinayəti xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədilmiş olsun. Məhkuma verilmiş ittihamın məzmunundan görünür ki, ittiham orqanı yuxarıda qeyd olunan tövsifedici əlamətlərin b irinin – cinayətin xüsusi amansızlıqla törədilməsi əlamətinin mövcudluğu qənaətində olduğu üçün Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4cü maddəsi ilə ittiham vermişdir. İttihamın məzmunundan həm də belə başa düşülür ki, ittiham tərəfi (ibtidai istintaq orqanı) Zərərçəkmiş şəxs başqa kişi ilə görüşüb cinsi əlaqədə olduğunu etiraf etdikdən sonra ondan yalvararaq aman diləməsinə baxmayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək, arvadının bacısı qızı X2 gözü qarşısında arvadı Zərərçəkmiş şəxs, sonuncuya xüsusi əzab verdiyini dərk edərək yenidən bıçaqla zərbələr endirməsini xüsusi amansızlıq kimi qiymətləndirmişdir. Hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi də ittihamda göstərilən həmin hallara əsaslanmış, lakin iş üzrə dindirilmiş şahid X4 ifadəsində Məhkum onun yanında xalasını bıçaqla vurmadığını bildirmişdir. Belə ki, şahid X4 ifadəsində göstərmişdir ki, “…təqsirləndirilən şəxs Məhkum mərhum xalası A2 yat yoldaşıdır. Ailələrində olan mübahisələrlə əlaqədar xalası Rafət uşaqları ilə birlikdə hadisədən təxminən 10 gün əvvəl onların evində qalırdı. xx xxx 2018-ci il tarixdə səhər saat 09 radələrində X4 evlərinə gəlmiş, A2 birlikdə gedib torpaqlarını satmağı təklif etmişdir. Xalası A3 razı olmadıqda X5 çıxıb getmişdir. Bundan sonra evdə olanların hamısı işə və yaxud məktəbə getmiş, evdə qonaq otağında xalası A2, yataq otağında isə o və bacısı X3 yatmışlar. Bu zaman qapı döyülmüş, qapını bacısı X3 açmışdır. O, yataq otağında öz yerində yatdığı üçün qonaq otağına çıxmamışdır. Bir neçə dəqiqə sonra dayısı A11 ona zəng edərək evdə kimlərin olduğunu so ruşmuşdur. O, isə dayısına xalası A2 əri A3 qonaq otağında oturub söhbət etdiklərini, özünün isə yataq otağında yatdığını bildirmişdir. A2 A3 qonaq otağında mübahisə edib qışqırdıqlarını eşidərək oyanıb qonaq otağına keçmişdir. Görmüşdür ki, A2 xalası Rafətlə üz-üzə dayanıb bıçaqla xalasının böyründən artıq vurmuşdur. A2 xalasını əlləri ilə 2-3 dəfə stula əyləşdirib qaldırmışdır. Əsəbi halda ona nə isə qışqırıb deyirdi. Rəfayıl onun yanında xalasını bıçaqla vurmamışdır. O da ağlayaraq xalasını vurmamağı demiş, lakin qorxduğu üçün və köməyə adam çağırmaq üçün mənzildən çıxıb qaçmışdır. Bundan sonra mənzildə nə baş verdiyini görməmişdir....” Göründüyü kimi, Məhkum mərhum Zərərçəkmiş şəxs sonuncunun bacısı qızı A3 gözü qarşısında qətlə yetirməmiş, A2 məhkumdan yalvararaq aman diləməmiş, birin ci və apelyasiya instansiya məhkəmələri isə bu hallara düzgün hüquqi qiymət verməmişlər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələbinə görə isə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası həmin maddənin tələblərini nəzərə alaraq hesab edir ki, ittiham aktında (ittihamın özündə) göstərilməyən, buna baxmayaraq, hökmdə istinad olunan həmin hallar məhkumun vəziyyətini ə sassız olaraq pisləşdirdiyi üçün cinayətin xüsusi amansızlıqla törədilməsi tövsifedici əlamətin mövcudluğunu əsaslandıran amil kimi qiymətləndirilə bilməz. Məhkəmə belə nəticəyə gələrkən onu da qeyd edir ki, iş materiallarında həmin halları birmənalı olaraq təsdiq edən sübut da yoxdur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə görə isə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunma lıdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin müəyyən edilmiş halları da məhkumun hərəkətlərində “xüsusi amansızlıq” tövsifedici əlamətin olduğu qənaətinə gəlməyə əsas vermir. Cinayət hüquq nəzəriyyəsində “xüsusi amansızlıq” kimi hansı hərəkətlərin qiymətləndirilməli olduğu məsələsinə aydınlıq gətirmişdir. Həmin nəzəriyyə görə “xüsusi amansızlıq” tövsifedici əlaməti nəzərdə tutan maddələrdə söhbət hər hansı başqa amansızlıqdan deyil, xüsusi amansızlıqdan gedir. Xüsusi amansızlıq zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, məskərəyə qoyulmasında və ya təqsirkar üçün aşkar sürətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar yetirməkdə ifadə oluna bilər (hüquq elmləri doktoru, professor F.Y.Səməndərovun redaktəsi ilə Cinayət Məcəlləsinin doktrinal şərhi verilmiş Komm entariyası). “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 № qərarının 8-ci bəndində də izah olunur ki, xüsusi amansızlıqın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur, xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarda eyni za manda izah olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur, əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Plenum qərarının bu izahının mənasına və cinayət hüquq nəzəriyyəsinə görə yuxarıda göstərilən cinayət əməli xüsusi amansızlıqla törədilməsi kimi o vaxt qiymətləndirilə bilər ki, təqsirkarın zərərçəkmiş şəxsə və onun yaxınlarına xüsusi əzab vermək niyyətinin olduğu, belə əzabın verilməsi on un birbaşa qəsdi ilə əhatə edildiyi, yəni bunu arzu etməsi təsdiq edilmiş olsun. İttihamda məhkumun belə niyyətdə olduğu göstərilməmiş, iş materialları ilə də onun belə niyyətinin olduğu, yəni zərərçəkmiş şəxsə əzab vermək niyyətində olduğu təsdiq olunmur. İttiham aktında istinad edilən və iş materiallarında olan sübutların heç birində belə bir məlumat yoxdur ki, Məhkum cinayətkar hərəkətlərini xüsusi amansızlıqla etmək niyyətində olduğu, zərərçəkmiş şəxsə əzab vermək arzusunda olduğu qənaətinə gəlməyə əsas versin. Məhkum özü belə niyyətdə olduğunu göstərməmiş, iş üzrə dindirilmiş şahidlər də belə ifadə verməmişlər. Bıçaqla ilə yetirilən xəsarətlərin sayının çox olması da (müvafiq ekspert rəyi ilə təsdiq olunur) özü-özlüyündə məhkumun hərəkətlərində birmənalı olaraq “xüsusi amansızlıq” töv sifedici əlamətin olduğuna dəlalət etmir. Cinayət hüququ nəzəriyyəsinə görə təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədildiyini sübut edir. Lakin təqsirkarın zərərçəkmiş şəxsi tez bir zamanda öldürmək niyyəti ilə ona çoxlu sayda bədən xəsarətləri yetirməsi hər bir halda xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz (hüquq elmləri doktoru, professor F.Y.Səməndərovun redaktəsi ilə Cinayət Məcəlləsinin doktrinal şərhi verilmiş Kommentariyası). İş materiallarından görünür ki, məhkum tərəfindən çoxsaylı zərbələri uzun müddət ərzində yetirməsi qənaətinə gəlməyə əsas yoxdur, ittiham tərəfi də haqlı olaraq belə ittiham verməmişdir. Belə olan halda Məhkum qəsdən adam öldürmə əməlini məhz xüsusi amansızlıqla törətməsinə dair hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır (məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2 və 145.3-cü maddəsinin tələblərini də nəzərə alır). Məhkəmə kollegiyası bir daha vurğulayır ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində də buna uyğun norma nəzərdə tutulmuş və təsbit olunmuşdur ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bütün bunları nəzərə alaraq və yuxarıda göstərilən normalara əsa slanaraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətlərin mövcudluğu təsdiq edilmir, bu səbəbdən onun əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən CM-nin 120.2.4-cü maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edilməli və ona bu maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası məhkuma Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası CM-nin 8 və 58.3-cü maddələrinin tələblərinə uyğun olaraq cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsin i, məhkumun şəxsiyyətini, o cümlədən məhkəmələr tərəfindən hökm və qərarda göstərilən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədləri nəzərə alır. Odur ki, qərar dəyişdirilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilmiş əməli həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilsin və ona bu maddə il ə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar