Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1341/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024- cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən Vüsal Qurbanov) 13 noyabr 2023-cü il tarixli, 1(005)-88/2023 nömrəli hökmü ilə, xx xxxxx 1975-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, "xxxx" MMCnin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Quşçuluq massivi, H.Əliyev prospekti fərdi yaşayış evində kirayə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məh kum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə «Qlobus» şirkətinin meneceri Nümayəndə1 ilə 17.000 manat ödənilməsi şərti ilə 6x5x10m ölçülü 40 kub metr taxta materialının nisyə alqı-satqısı barədə razılaşaraq 2 gün müddətinə satıb pulunu ödəyəcəyi barədə yalan məlumat vermiş və Səbuxi Həşımovun etibarını qazanmaq üçün fiziki şəxs kimi «Qlobus» şirkəti ilə 29 iyun 2022-ci il tarixli 019-22S nömrəli alqı-satqı müqaviləsi bağlayayıb Səbuxi Haşımovun ona 01 iyul 2022-ci il tarixdə həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi 2095-2096 ünvanında fəaliyyət göstərən «Dərnəgül» Tikinti Materialları bazarından 6x5x10 metr ölçülü 40 kub metr taxta materiallarını verməsinə nail olmuş, bununla da Səbuxi Haşımovun etibarından sui-istif adə edərək «Qlobus» şirkətinin xeyli miqdarda əmlakını ələ keçirib Abşeron rayonunda başqa şəxsə dəyərindən aşağı qiymətə satmaqla zərərçəkmiş hüquqi şəxs «Qlobus» şirkətinə ümumilikdə 17.000 manat ziyan vurub dələduzluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin direktoru Nümayəndə2 ilə 22507,67 manat ödənilməsi şərti ilə 6x5x10 ölçülü 43,95 kub metr taxta materialının nisyə alqı-satqısı barədə razılaşaraq 2 gün müddətinə satıb pulunu ödəyəcəyi barədə yalan məlumat vermiş və Nümayəndə2 etibarını qazanmaq üçün fiziki şəxs kimi "xxxx" MMC ilə 13 iyul 2022-ci il tarixli 17/2022 nömrəli alqı-satqı müqaviləsi bağlayıb Nümayəndə2 ona 14 iyul 2022-ci il tarixdə həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi 20 95-2096 ünvanında fəaliyyət göstərən «Dərnəgül» Tikinti Materialları bazarından həmin 6x5x10 ölçülü 43,95 kub metr taxta materiallarını verməsinə nail olmuş, bununla da Nümayəndə2 etibarından sui istifadə edərək "xxxx" MMC-nin xeyli miqdarda əmlakını ələ keçirib Abşeron rayonunda başqa şəxsə dəyərindən aşağı qiymətə satmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 22507,67 manat ziyan vurub dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 26 yanvar 2024-cü il tarixli 1(103)-383/2024 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə tanış olduqda formal cinayət qanunvericiliyi normalarına istinad olunmaqla çıxarıldığı məlum olunur. Apellyasiya şikayətində qeyd edilmiş xüsusatlar birinci instansiya məhkəməsində ümumiyyətlə araşdırılmamış və onlara qərəzli, həqiqəti əks etdirməyən hüquqi qiymət verilmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi özlərini əziyyətə salmayaraq cinayət işinin materiallarını araşdırmayaraq ittiham aktında qeyd olun anları, həqiqəti əks etdirməyən sübutları heç bir istintaq hərəkəti həyata keçirmədən hökmə və qərara köçürtmüşlər. Şikayətində onun tərəfindən iş üzrə sənədləri, bağlanmış müqavilələri apellyasiya məhkəməsinin qeydiyyat şöbəsinə təhvil vermişdir. Bu sənədlər baxılmamış və Nərimanov Rayon Məhkəməsinin hökmündə göstərilmiş sübutları yenidən apellyasiya məhkəməsi qərarında təkrarlanmışdır. Ümumiyyətlə cinayət işi materialları, iş üzrə toplanmış sübutlar, sənədlər, tam, hərtərəfli, obyektiv araşdırılmamış, apellyasiya məhkəməsi qeyd olunanları nəzərə almadan işin faktiki hallarına uyğun olmayan ədalətsiz, qərəzli qərar qəbul etmişdir. Bağlanmış müqavilələrə görə o, tikinti materiallarınının 34.000 məbləğindən 2074 manat ödəmişdir və 7650 manat ədv ödəmişdir, qalan məbləği də tədricən ödəyəcək dir. Onun əməlində dələduzluq cinayətinin tərkib əlamətləri yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, məhkumun kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesinin iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılm ır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun əməli əsassız olaraq CM-in 178.2.2 və 178.2.4-cü maddələri tövsif edərək barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sü buta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittiham üzrə təqsirli olması, yəni Səbuxi Haşımovun etibarından sui-istifadə edərək «Qlobus» şirkətinin xeyli miqdarda əmlakını ələ keçirib Abşeron rayonunda başqa şəxsə dəyərindən aşağı qiymətə satmaqla «Qlobus» şirkətinə ümumilikdə 17.000 manat ziyan vurması, habelə təkrarən Nümayəndə2 etibarından sui-istifadə edərək "xxxx" MMC-nin xeyli miqdarda əmlakını ələ keçirib Abşeron rayonunda başqa şəxsə dəyərindən aşağı qiymətə satmaqla "xxxx" MMC-yə ümumilikdə 22507,67 manat ələ keçirməklə təkrarən dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum sözü gedən cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutları və işin hallarını nəzərdən keçirib hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri məhkumun əməlini CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etməklə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və mə hkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittihamda təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin onun barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kol legiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onla rın birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum bar əsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024-cü il t
Məhkəmə qərarları › İş №1(102)-1341/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1341/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver