Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1356/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2. 1, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - X6 və X1 ibarət tərkibdə) 16 noyabr 2020-ci il tarixli hökmü ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olmuş, işləməyən, Bakı şəhəri Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi ev 111A-də qeydiyyatda olan və ünvan 1 ünvanda kirayədə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 -ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə, 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmiş və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, cəzasını «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsilə, X10 və X5 ibarət tərkibdə) 09 iyun 2021-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair 16 noyabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək silah qismində istifadə edilən əşya nı tətbiq etməklə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etmiş, eləcə dəsatış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlamış və daşımışdır. Belə ki, Məhkum, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək bir (1) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə 17 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu üzərindən götürülmədiyi və ödənilmədiyi halda, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri- rəsmi ər-arvad münasibətində yaşadığı istintaqa adı Xuraman kim i məlum olan şəxslə cinayət ələqəsinə girib qabaqcadan əlbir olaraq qrup təşkil etdikdən sonra, internetdə olan «Tap.az» adlanan sosial şəbəkəsindəki elanlardan "X12 10+” markalı 1.750 manat dəyərində olan mobil telefonunu satan Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsini tapıb götürdükdən sonra, sonuncu ilə əlaqə yaradıb, guya həmin telefonu almaq istədiyini bildirməklə sifariş etmiş və pulunu Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Bakı Metropoliteninin "İnşaatçılar” stasiyasının üst tərəfində görüşücəkləri zaman ödəyəcəyi barədə razılaşıb 03 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Xuramanla birlikdə qeyd olunan metrostansiyasının çıxışının yaxınlığında ünvan 2 ünvanda yerləşən "Bonita” adlanan qadın geyimi satışı mağazasının qarşısına gələrək orada Zərərçəkmiş şə xs1 bir ədəd "X12 10+” markalı, **********39853 İmei-kodlu, 1.750 manat dəyərində, işlənməmiş və qutusunda bağlı vəziyyətdə olan mobil telefonunu götürüb, guya pulunun bir hissəsinin yaşadığı mənzildə olmasını bildirməklə Xuramanla gəldiyi taksi kimi fəaliyyət göstərən avtomobildə Zərərçəkmiş şəxs1 həmin yerdən ünvan 3 ünvanda yerləşən binanın həyətinə gətirərək, yolda gələrkən həmin mobil telefonunu qutusunu açıb tamlığını pozmaqla Xuramana vermiş, sonuncu da əvvəlcədən aralarında əldə olunmuş razılaşma və rolların bölünməsinə əsasən guya qohumunun yaşadığı mənzilə gedib pul gətirəcəyi görünüşünü yaratmaqdan ötrü orada taksidən düşərək həmin binanın ikitərəfli keçidi olan 4 saylı blokuna daxil olub naməlum istiqamətdə getdikdən sonra, həmin taksidə Zərərçəkmiş şəxs1la Yasamal rayonu A.M.Ş ərifzadə küçəsindəki 96 saylı binanın qarşısına gəlmiş və taksidən düşdükdən sonra Zərərçəkmiş şəxs1 telefonunu və ya telefonun pulunu tələb etdikdə, Məhkum əldə olunmuş əmlakı saxlamaq məqsədi ilə həmin binanın 2 saylı blokunun qarşısında üstündə olan cib bıçağını çıxarıb silah qismində istifadə edilən əşya kimi tətbiq edərək tiyəsinin ucunu Zərərçəkmiş şəxs1 üstünə tutmaqla həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə dəyəri 1.750 manat təşkil edən həmin telefonu ələ keçirib, telefonun sahibi olan Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, o satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz halda çəkisi 1,375 qram ol an kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini öz istifadəsi üçün əldə edib, daşıyaraq kirayənişin kimi yaşadığı ünvan 4 ünvana gətirməklə orada qanunsuz saxlamış və hazırkı cinayət işi üzrə qəbul olunmuş 04 yanvar 2020-ci il tarixli "Axtarış və götürmə aparılması haqqında” qərara əsasən həmin tarixdə saat 21:20də qeyd olunan mənzildə aparılmış təxirəsalınmaz axtarış tədbirləri zamanı həmin 1,375 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin yuxarıda göstərilən bir ədəd bükümdə və çəkidə onun çarpayısının altından aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiəçisi olduğu şəxsə qarşı irəli sürülmüş ağır ittiham heç bir sübut mövcud olmayan bir ittihamdır. Zərərçəkmiş şəxs1 tərəfindən yazılan smslərdə hər hansı bir hücumdan, bıçaqdan, quldurluqdan əsər əlamət belə yoxdur. Müdafiəçisi olduğu şəxsə qarşı irəli sürülmüş ağır ittihama dəstək üçün onun qeyri- rəsmi arvadı X.Məmmədovanın ifadəsində yer almış bıçaq məsələsindən istifadə edilməsidə absurddur.Həm də X.Məmmədovanın 28-ci PB-də vermiş olduğu izahatında heç bir silahdan,o cümlədən bıçaqdan bir kəlmə belə yoxdur. İbtidai istintaqın əməlin tövsifi ilə bağlı yol verdiyi səhvlər məhkəmə tərəfindən də təkrarlanmışdır.Müdafıəçisi olduğu şəxsin əməlinin quldurluq və ya soyğunçuluq kimi qiymətləndirilməsi zamanı ən mühüm məqam taksidə əyləşmiş X.Məmmədovanın telefonu Məhkum ona verməsindən sonra düşüb evə getməsi məqamıdır. Bu zaman zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı heç kim qanunsuz hərəkət etməmişdir, fiziki zor tətbiq etməmiş, təhdidə yol verməmişdir. X.Məmmədova telefonu götürüb gedən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs1 heç bir etirazı olmamış, əksinə bu onun razılığı ilə baş vermişdir. Məhz artıq bu andan etibarən əməlin quldurluq və ya soyğunçuluq olması barədə iddialar yersizdir. Artıq bu andan etibarən elə məhz əvvəldən də Məhkum niyyətinin dələduzluq olması daha aşkar bəlli olur.Məhkum niyyəti konkret olaraq zərərçəkmiş şəxsdən telefonun dələduzluq yolu ilə ələ keçirilməsindən ibarət olmuşdur.Bu niyyəti də o, tək həyata keçirtmişdir.Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı heç bir formada aqressiv davranış göstərməmiş, təhdid və fiziki zor tətbiq etməmişdir. E.Rəsulovun ifadələrindən məlum olur ki, Məhkum qaçaraq ondan gizlənməyə çalışmış, təqib zamanı binanın həyətində 3 dəfə dövrə v urmuşlar, sonunda o təqsirləndiriləm yaxalamağa nail olmuşdur. Müdafiəçisi olduğu şəxsin zərərçəkmiş şəxsə qarşı hansısa zor tətbiq etmək niyyəti olmamışdır, əksinə o hər vasitə ilə öz dələduzluq niyyətini başa çatdırmaq məqsədi ilə aradan çıxmağa, hər vasitə ilə münaqişədən yayınmağa çalışmışdır. Lakin apellyasiya məhkəməsində məhkəmə baxışında Zərərçəkmiş şəxs1 dindirmiş məhkəmə nədənsə onun məhkəmə iclasında iki dəfə vermiş olduğu ifadələrini inandırıcı hesab etməmişdir. Maddi sübut kimi tanınmış,axtarış zamanı Məhkum yaşadığı mənzildən götürülmüş qara rəngli cib bıçağının trasoloji ekspertizası zamanı həmin bıçaq üzərində Məhkumlə X.Məmmədovanın əl-barmaq izlərinin götürülməsinə,həmçinin axtarış zamanı müəyyən edilərək götürülmüş digər əşyaların,o cümlədən polietilen paketlərin,şprislə rin və folqaların üzərində ola biləcək əl-barmaq izlərinin götürülməsinə dair sualın qoyulmaması bu cinayət işinin istintaqın hansı şəkildə aparılmasının göstəricısidir. Habelə Məhkum yaşadığı mənzildən götürülmüş qara rəngli cib bıçağının X.Məmmədovaya tanınmaya təqdim edilməməsi də istintaqın yol vermiş olduğu nöqsanİardandır ki, bu hallar bütövlükdə təqsirləndirlən şəxsin xeyrinə həll olunmalıdır. Qeyd etdikləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və hüquqlarını müdafiə etdiyi Məhkum barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılması üçün əsasdır. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarını ləğv edərək Azərbaycan Respublikası CMnin 181.2.1,181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hüquqlarını müdafiə etdiyi Məhkum barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də gör ündüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində müdafiəçi tərəfindən Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirlilik məsələsi, CM-nin 181.2.1 və 181.2.5 -ci maddələrinə münasibətdə isə həmin əməlin tövsifi məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qanuniliyini müdafiəçinin kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkd ir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsAslanna bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsAslanndığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin fakti ki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı) CM-in 181.2.1, 181.2.5 -ci maddələri quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Şərh edilən cinayət obyektiv cəhətdən özgənin əmlakını ələ məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçun təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddən dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Basqın o halda quldurluq tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq, yax ud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə- özgə əmlakını ələ keçirməyə yönəlsin. Quldurluq formal tərkibli cinayətdir. Belə ki, bu cinayət əmlakın ələ keçirilibkeçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 25-ci bəndində qeyd olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulan quldurluq cinayətini törətməsi barədə aşağı məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olmaqla zərərçəkmiş şəxs, şahidlərin ifadələri, aşağı məhkəmələrdə elan edilib araşdırılmış istintaq hərəkətlərinin protokolları, bu əməlin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Müdafiəçinin kassasiya şikayətində məhkumun əməlində quldurluq cinayət tərkibinin olmaması ilə bağlı dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Kassasiya məhkəmə kollegiyası həmin sübutların sadalanmasına zərurət görməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 03 yanvar 2020-ci il tarixdə adının Elgün olduğunu bildirən tanımadığı bir oğlan, yəni əsl adı sonradan ona məlum olan Məhkum ***-***-**-** sim-kart nömrəsindən istifadə etdiyi yuxarıda qeyd edilən nömrəyə zəng edərək elana yerləşdirdiyi şərti olaraq start satış qiymətinin 2000 manat olan “X12 10+” markalı mobil telefonu almaq istədiyini bildirm iş və bununla da bağlı aralarında danışıq apararaq həmin telefonun son satış qiymətini 1.750 manata razılaşmışlar.” metrostansiyasının yaxınlığına gətirməyini sifariş etmişdir. O da, “Neftçilər” Həmin gün axşam saatlarında Məhkum ona zəng edərək qeyd olunan telefonu alması üçün “İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən kuryer işlədiyi “Fedya Telekom” adlanan mobil telefonların alqı-satqısı mağazasından “X12 10+” markalı mobil telefonunu götürüb metro ilə “İnşaatçılar” metrostansiyasına gəlmiş və yeraltı çıxışdan küçəyə çıxaraq Məhkum gəlməsini gözləmişdir. Oraya gəlib çatandan təxminən 4-5 dəqiqədən sonra həmin Məhkum mobil telefonuna zəng edərək ondan harada olduğunu soruşmuş və metronun çıxışının yananda dayandığını öyrəndikdən sonra onu təxminən 30-40 metr aralıda yerləşən “Bon ita” adlanan qadın geyimlərinin satışı mağazasının qarşısına dəvət etmişdir. Həmin mağazanın qarşısında Məhkum adlı əvvəllər tanımadığı qarayanız, bir qədər arıq bədən qurluşlu, boyu təxminən 175180 sm, üzü saqqallı oğlan özü tək ona yaxınlaşaraq onunla görüşmüşdür. Gətirdiyi qara rəngli qutuya yerləşdirilmiş istifadə edilməmiş təzə və qutusu istehsalçı zavod tərəfindən sellofan cığaraya bükülmüş vəziyyətdə olan “X12 10+” markalı mobil telefonu görüş zamanı Məhkum baxmaq üçün ona verməyini təklif etmişdir. Qeyd olunan telefonu Məhkum vermiş, Məhkum telefonu ondan aldıqdan sonra dərhal əli ilə qutunun üzərində olan cığaranı açmış və qutunun içərisində olan telefonu götürüb ora-burasına baxmağa başlamışdır. Sonra isə ona demişdir ki, hal-hazırda evdən gəlmir və buna görə də, üstündə yalnız 1.600 manat miqdarda pulu olduğu üçün qalan 150 manatı götürüb ona ödəməsi üçün onunla yaxınlıqda yerləşən yaşadığı mənzilə getməlidirlər. Çıxışsız vəziyyətdə qaldığı üçün onunla razılaşmış, ona görə ki, Məhkum həmin telefonun qutusunun üzərindəki sellofan cığaranı açdığından həmin mobil telefonun təzə bir telefon kimi dəyəri artıq düşmüşdür. Bundan sonra o, Məhkum arxasınca gedərək orada yolun kənarında dayanmış ağ rəngli “Nexia” markalı, dövlət qeydiyyat nişanına diqqət yetirmədiyi və sürücüsünü tanımadığı taksi maşınına yaxınlaşmış və Məhkum dəvəti ilə həmin taksiyə əyləşmiş, həmin avtomobilin sürücüsü sükan arxasında əyləşmiş, bir nəfər təxminən 25-26 yaşlı arıq bədən qurluşlu qadın isə arxa oturacaqda əyləşmişdir. Həmin vaxt Məhkum ona qabağ sağ oturacaqda oturmağı təklif etmiş, özü ar xa oturacağa həmin qadının yanında əyləşmişdir. Buna görə də o, Məhkum təklifi əsasında qarşı oturacaqda sürücünün yanında əyləşmişdir. Məhkum avtomobilə əyləşəndə telefonun Rabitə Nazirliyində qeydiyyatdan keçib-keçməməsini ondan soruşub, bunu yoxlatmaq üçün tanışı olan ustaya göstərməyi təklif etmiş və onunla razılaşmışdır. Həmin vaxt satmaq istədiyi telefonu Məhkum avtomobilin salonunda yanındakı qadına verib həmin telefonu onun üçün aldığınını bildirmişdir. Həmin qadın da telefonu götürüb özündə saxlamışdır. Bundan sonra Məhkum sürücüyə avtomobili sürməyi bildirmiş və taksi sürücüsü avtomobili Məhkum işarəsi və göstərdiyi yolla Yasamal rayonu Şərifzadə küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində yerləşən «İran» klinikasının yaxınlığında yerləşən yaşayış binasının həyətinə sürüb-saxl amışdır. Orda Məhkum arxada oturan qadınla nəsə barədə sakitçə pıçıldaşaraq danışmış və buna görə də, onların hansı məzmunda danışığını eşitməmişdir. Yalnız danışlarının sonunda Məhkum həmin qadına "apar həmin telefonu bibin qızına göstər və ondan 150 manat pul götür” sözlərini deyərək, həmçinin özündə olan mobil telefonunu həmin qadına verərək sonuncuya taksidən düşüb getməyi bildirmişdir. Həmin qadın da taksidən düşüb göstərilən binada olan blokların birinə daxil olaraq satmaq istədiyi telefonu da özü ilə aparmışdır. Onlar bir neçə dəqiqə taksidə əyləşərək gözlədikdən sonra taksi sürücünün mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verdikdən sonra telefonunu Məhkum ötürmüşdür. Məhkum telefonda danışandan sonra həmin ona bildirmişdir ki, arvadının bibisi qızında pul olmadığı üçün t elefonun pulunu ona ödəməsindən ötrü yaxınlıqda yerləşən yaşadığı binaya getməlidirlər. Bununla da, TMustafayevin həmin danışığı nəticəsində başa düşmüşdür ki, Məhkum arvadı, yəni bir qədər əvvəl onun satdığı mobil telefonunu özü ilə apararaq taksidən düşüb getmiş qadınla danışmışdır. Bu kimi vəziyyəti gördükdə hiss etmişdir ki, Məhkum ona qarşı dələduzluq edə bilər və buna görə də, asta və gizlincə olaraq öz mobil telefonundan “Whatsapp“ proqramı vasitəsi ilə iş yoldaşı Elnurun ***-***-**-** sim-kart nömrəsinə SMS məktubunu yazıb, olduğu yer və baş verə biləcək hadisə barədə məlumat verməklə həmin ərazinin yaxınlığına gəlməsini xahiş etmişdir. Daha sonra isə Məhkum taksi sürücüsünə avtomobili sürməyi bildirib özünün işarə və göstərməsi əsasında taksini göstərilən yerdən həmin təxminən 2 -3 dəqiqəlik məsafədə yerləşən Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Araz» marketin yanına sürdürüb saxlatmış və taksi sürücüsünə avtomobilini sürüb getməsini bildirdiyi üçün o, Məhkumlə birlikdə taksidən düşərək onun arxasınca piyada olaraq yaxınlıqda, yəni Şərifzadə küçəsində yerləşən 96 saylı binanın qarşısına gəlmişlər. Həmin binanın qarşısında hiss etmişdir ki, Məhkum özünü bir qədər qeyri adekvat aparır və onun davranışı xoşuna gəlmədiyi üçün ondan dərhal alacağı həmin telefonun pulunu tamlıqla ona ödəməsini və ya ona verdiyi həmin telefonu ona geri qaytarmasını tələb etmişdir. Məhkum isə əvvəlcə telefonun pulunu tezliklə ona ödəyəcəyini deməsinə baxmayaraq, sonradan telefonu geri qaytarmamaq və pulu ödəməmək üçün müxtəlif bəhanələr gətirməyə başlamış və qəflətən yanından qaça raq həmin 96 saylı binanın ətrafında dövr etməyə başlamışdır. Məhz bu səbəbdən də, məcbur olub onu tutmaq üçün arxasınca qaçmağa başlamışdır. Məhkum qaçaraq həmin binanı 3 dəfə dövr etdikdən sonra onu 2-ci blokun qarşında tutmağa nail ola bilmişdir. Belə ki, həmin vaxt sağ əli ilə Məhkum əynindəki gödəkçəsinin yaxasından tutaraq onu saxlamağa çalışmış, Məhkum isə həmin an sağ əli ilə qəflətən gödəkçəsinin cibindən parıldayan metalabənzər nəsə çıxarıb onun üstünə, yəni bilavasitə üzünə tərəf istiqamətləndirərək onu vuracağı ilə hədələyib, onu azad buraxmağını tələb etmişdir. Həmin vaxt yalnız parıldayan metal görə bildirmişdir. Bu səbəbdən də Məhkum onun üzünə xəsarət yetirə biləcəyi ehtimalından qorxuya düşdüyü üçün məcbur olub onu azad buraxmışdır. Apellyasiya baxışı zamanı dindirilmiş Zə rərçəkmiş şəxs1 hadisənin baş verməsinə qədər olan hissəyə münasibətdə birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verərək hadisə zamanı Məhkum onun üzərinə çıxardığı əşyanın bıçaq olmasını görmədiyini, hava qaranlıq olduğundan Tərlanın əlində olan və onu təhdid etdiyi parıltılı əşyanın bıçaq olmasını sadəcə ehtimal etdiyini və həmin ehtimal əsasında bütün ifadələrində Tərlanın əlində bıçaq olduğunu göstərdiyini bildirmişdir. Apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin ifadələri arasında olan ziddiyyətlərə münasibətdə bildirərək zərərçəkmiş şəxsin əvvəl verdiyi və hazırki ifadəsini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək onun hazırki ifadəsini haqlı olaraq inandırıcı hesab etməmişdir. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəx s1 ilə təqsirləndirilən şəxs Məhkum 06 yanvar 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Məhkum üzünə qarşı Tərlanın telefonun pulunu ödəməmək üçün ondan qaçdıqdan sonra sağ əliylə Tərlanın əynindəki gödəkçənin yaxasından tutaraq onu saxlamağa çalışdığını, Tərlanın həmin an sağ əli ilə qəflətən gödəkçəsinin cibindən balaca bıçağı çıxarıb tiyəsini onun üstünə istiqamətləndirərək onu azad buraxmasını tələb etdiyini, həmin vaxt bıçağın dəstəyinin Tərlanın əlində olduğunu və bu səbəbdən bıçağı tamlıqla görə bilmədiyini, yalnız bıçağın "ülgüc”, yəni tiyə hissəsini gördüyünü, bıçağın tiyəsinin təxminən 4-5 sm uzunluğunda olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan əşyaların tanınması haqqında 08 yanvar 2020ci il protokoldan görünür ki, zərərçəkmiş şəx s Fərdi Rəsulova təqdim edilmiş 4 ədəd bıçaq içərisindən o, Məhkum yaşadığı evdən aşkar edilərək götürülmüş 2 rəqəmi ilə nömrələnmiş cib bıçağını tanımışdır. Müdafiəçi kassasiya şikayətinin digər dəlili qismində Məhkum niyyətinin konkret olaraq zərərçəkmiş şəxsdən telefonun dələduzluq yolu ələ keçirilməsinə münasibətdə kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin möqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum Zərərçəkmiş şəxs1 mobil telefonu aldatma yolu ilə əldə etsə də, Zərərçəkmiş şəxs1 bu halı müəyyən etdiyindən Məhkum həmin telefonun Xuraman Məmmədovanın sərəncamında saxlanılmasını təmin etmək üçün aşkar hərəkətlər, yəni Zərərçəkmiş şəxs1 üstünə bıçaq tutmaqla həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı ol an basqın etmişdir ki, belə olan halda onun ilkin olaraq əmlakı aldatma yolu ilə əldə etməsinə baxmayaraq onun əməlinin dələduzluq cinayəti kimi qiymətləndirilə bilməz. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 20-ci bəndinə əsasən Təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən as ılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi). Cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi məhkum edilmiş şəxs zərərçəkmiş şəxsdən yalnız qaçmaq deyil, o cümlədən, silah qismində istifadə edilən cib bıçağından istifadə etməklə zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək əmlakın Xuraman Məmmədovanın sərəncamında qalmasını təmin etməmişdir. B elə olan halda onun hərəkətləri aşağı məhkəmələr tərəfindən haqlı olaraq dələduzluq və ya soyğunçuluq kimi deyil, quldurluq cinayəti kimi tövsif edilmişdir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi nin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası həmçin in qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2020-ci il tarixli, 33 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2020-ci il tarixli, 192 nömrəli rəyləri, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Belə ki, cinayət işinin materiallarında olan şahid X2 ifadəsindən görünür ki, o, Tərlanla birlikdə yaşamağa başladıqdan sonra Tərlanın narkoman olduğunu və hansısa müxtəlif növdə olan narkotik vasitələr qəbul etdiyini, birdəfəlik şprislə qollarının damarlarına vurmasını və eləcə də, folqa adalanan gümüşü rəngli dəmir parçalarının içində yandırmaqla burnuna i yləməsini görüb bildiyini və bu səbəbdən aralarında tez-tez mübahisə yarandığını bildirmişdir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, 04 yanvar 2020-ci il tarixli qərara əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 96 saylı evin 24 saylı mənzildə Xuraman Məmmədova, Məhkum və Şahid4 iştirakları xx.xx.2020-ci il tarixdə, saat 21:20-də təxirəsalınmaz axtarış və götürmə aparılaraq oradan 1 ədəd içində qəhveyi rəngli toz halında olan maddə olan balaca ölcülü sellofan torbacıq, 4 ədəd birdəfəlik şprislər, 4 ədəd eyni həcmli şüşə flakonlar, 1 ədəd bıçaq və sair əşyalar aşkar edilərək müvafiq protokol əsasında götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2020-ci il tarixli, 33 nömrəli rəyindən görünür ki,Məhkum kir ayəşin kimi yaşadığı mənzildən götürülmüş 4 ədəd şüşə flakonların içərisindəki maddə izləri narkotik vasitə olan heroinin izləridir, 4 ədəd şprislərdə narkotik vasitə olan heroinin izləri vardır və 1 ədəd bükümdə təmiz çəkisi 1,375 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2020-ci il tarixli, 192 nömrəli rəyindən görünür ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sadalanan sübutlardah göründüyü kimi, Məhkum yaşadığı evdən 1 ədəd içində qəhveyi rəngli toz halında olan maddə olan balaca ölcülü sellofan torbacığın, 4 ədəd birdəfəlik şprislərin, 4 ədəd eyni həcmli şüşə flakonların aşkar olunması, məhkəmənarkoloji ekspertozasının rəyi ilə özündə narkomaniya xəxtəliyinin aşkar olunması, onunla birgə yaşayan X2 Məhkum narkotik vasitə istifadəçisi olmasına dair ifadəsini nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilinin əsassız olmasını qeyd edir və hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirinin mötəbər sübutlarla öz təsdiqini tapması barədə aşağı məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessua l hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu qanunların mənasına görə sübutlar həm ibtidai araşdırma və həm də məhkəmə baxışı zamanı toplanır və toplanmış bütün sübutlar məhkəmə iclasında təhlil edilməli, birbiri ilə müqayisə edilməli, onların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli və bu qaydada sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mən subiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 181.2.1,181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tar ixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının t ələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsAslannmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlləriinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkum Cinayət Məcəlləsinin 181.2.1,181.2.5 və 234.1-ci maddələri ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulm uş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı Cinayət Məcəlləsinin 181.2.1,181.2.5, 234.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayə t işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhk um Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1356/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1356/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver