Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1371/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Ələkbərov Namiq Ələkbər oğlunun iştirakları ilə x xxxxx 1979-cu il ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Qandax kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli 1(107)-6/2024 nömrəli qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X2 və məhkumun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Ələkbərov Namiq Ələkbər oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(039)-3/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim R.Əlizadə) Məhkum - Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində nəzərdə tut ulmuş cinayəti əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət, bələdiyyə və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Məhkum cəzasının əvvəlinin Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Məhkum qarşı 138.638.86 (bir yüz otuz səkkiz min altı yüz otuz səkkiz) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaitinin dövlət büdcəsinin xeyrinə tutulması tələbinə dair mülki iddiası qismən təmin edilməsi, Məhkum 55.519,72 (əlli beş min beş yüz on doqquz) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaitinin dövlət büdcəsinin xeyrinə tutulması, Məhkum ümumilikdə 300 (üç yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024cü il tarixli 1(107)-6/2024 nömrəli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və E.B.İsayev) apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilə r Baş İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(039)-3/2023 nömrəli hökmü Məhkum dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ümumi məbləğinin müəyyən edilməsi hissəsində, təyin edilmiş cəzaya aid hissədə və mülki iddianın qismən təmin edilməsinə aid hissədə dəyişdirilmişdir. Məhkum dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergilər, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ümumi məbləği 114451.44 (yüz on dörd min dörd yüz əlli bir manat qırx dörd qəpik) manat müəyyən edilmiş, Məhkum təqsirli bilindiyi CM-in 213.1-ci maddəsi ilə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında (114.451,44 (yüz on dörd min dörd yüz əlli bir manat qırx dörd qəpik) x2=228.902,88), yəni 228.902,88 (iki yüz iyirmi səkkiz min doqquz yüz iki manat səksən səkkiz qəpik) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum 31.332,58 (otuz bir min üç yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin xeyrinə tutulması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Yevlax rayonu, Gülövşə kəndi, Xaldan-GöybulaqZaqatala yolunun solu olan "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinə rəhbərlik edərək, müəssis ənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan, vergilərin, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarının hesablanması, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 53.1, 71.2, 72, 77, 78.1, 82, 153, 154, 159.1, 173, 174, 177, 178-ci, Azərbaycan Respublikası Sosial sığorta haqqında qanunun 1, 2, 6, 9-1,12, 14-cü və Azərbaycan Respublik ası İşsizlikdən sığorta haqqında qanunun 1, 2, 3, 7-1, 9, 10, 22, 24cü maddələrinin tələblərini pozaraq, ümumilikdə xeyli miqdar təşkil edən 138638,86 manat məbləğində vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum rəhbəri olduğu "xxxx" MMC-nin adından 2020-ci ilin oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəni 140252,20 manat, ƏDV-ni 25245,40 manat, əvəzləşdirilən ƏDV-ni 9739,03 manat və ödənilməli ƏDV-ni 15506,37 manat bəyan edib, 1624,40 manat ödəyərək, 13881,97 manat; həmin ilin noyabr ayı üzrə ƏDV tutulan dövriyyəni 15280,37 manat, ƏDV-ni 2750,47 manat, əvəzləşdirilən ƏDV-ni 1887,36 manat və ödənilməli ƏDVni 863,11 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəni 15238,0 manat, ƏDV-ni 2742,84 manat, əvəzləşdirilən ƏDV-ni 1887,36 manat və ödənilməli ƏDV-ni 855,48 manat göstərib ödəməməklə, 863,11 manat; həmin ilin dekabr ayı üzrə ƏDV tutulan dövriyyəni 50769.76 manat, ƏDV-ni 9138.56 manat, əvəzləşdirilən ƏDV-ni 0,0 manat və ödənilməli ƏDV-ni 9138,56 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəni 50 727.39 manat, ƏDV-ni 9 130.93 manat, əvəzləşdirilən ƏDV-ni 0,0 manat və ödənilməli ƏDV-ni 9130,93 manat göstərib ödəməməklə, 9138,56 manat ƏDV olmaqla, cəmi, 23883,64 manat ƏDV-ni az, 2019-cu ilin 4-cü rübü üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta üzrə bəyannamədə hesablanmış əmək ödənişlərini 111269,0 manat, ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqını 27817,25 manat bəyan edib, 3630,11 manat ödəməklə, 24187,14 manat; 2020-ci ilin 1-ci rübü üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta üzrə bəyannamədə hesablanmış əmək ödənişlərini 109087,0 manat, ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqını 27271,75 manat bəyan edib, 25917,85 manat ödəməklə, 1353,90 manat; həmin ilin 2-ci rübü üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta üzrə bəyannamədə hesablanmış əmək ödənişlərini 123534,85 manat, ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqını 30883,76 manat bəyan edib ödəməməklə, 30883,76 manat; həmin ilin 3-cü rübü üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta üzrə bəyannamədə hesablanmış əmək ödənişlərini 136530,00 manat, ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqını 34132,50 manat bəyan edib, 3892,39 manat ödəməklə, 30240,11 manat; həmin ilin 4-cü rübü üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta üzrə bəyannamədə hesablanmış ə mək ödənişlərini 105442,41 manat, ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqını 26360,91 manat bəyan edib, 790,89 manat ödəməklə, 25570,02 manat olmaqla, cəmi 112234,93 manat məcburi dövlət sosial sığorta haqqını, 2020-ci ilin 2-ci rübü üzrə təqdim etdiyi işsizlikdən sığorta üzrə bəyannamədə əməyin ödəniş fondunu 123534,85 manat, ödəməli olduğu işsizlikdən sığorta haqqını 1237,76 manat bəyan edib, 1021,05 manat ödəməklə, 216,71 manat; həmin ilin 3-cü rübü üzrə təqdim etdiyi işsizlikdən sığorta üzrə bəyannamədə əməyin ödəniş fondunu 136530, manat, ödəməli olduğu işsizlikdən sığorta haqqını 1365,30 manat bəyan edib, 116,86 manat ödəməklə, 1248,44 manat; həmin ilin 4-cü rübü üzrə təqdim etdiyi işsizlikdən sığorta üzrə bəyannamədə əməyin ödəniş fondunu 105442,41 manat, ödəməli olduğu iş sizlikdən sığorta haqqını 1054,86 manat bəyan edib ödəməməklə, 1054,86 manat olmaqla, cəmi 2520,01 manat işsizlikdən sığorta haqqını, ümumilikdə xeyli miqdar təşkil edən, 138638,58 manat məbləğində vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və mülki iddianın 106207,75 manat məbləğində tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızır. Belə ki, ittiham aktına əsasən "xxxx" MMC-də cari bəyannamələ r ilə hesablanmış 2020-ci ilin oktyabr-dekabr ayları üzrə 23.860,75 manat əlavə dəyər vergisi, 2020-ci ilin 2ci-4-cü rübləri üzrə 2.520,01 manat işsizlikdən sığorta haqları və 2019-cu ilin 4-cü-2020-ci ilin 4-cü rübləri üzrə 112.234,93 manat məcburi dövlət sosial sığorta haqları, eləcə də kameral vergi yoxlaması ilə hesablanmış 2020-ci ilin oktyabr-dekabr ayları üzrə 22,89 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 138.638,58 manat məbləğində vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırlması faktı müəyyən edilmişdir. Həmçinin ittiham aktında da dövlət büdcəsinə ödəməkdən yayındırılmış 138.638,58 manat məbləğindən 13.000,0 manat məbləğin ödənilməsi nəzərə alınmışdır. Qeyd olunanlara əsasən ittiham aktında göstərilən 138.638,58 manat məbləğindən əlavə dəyər vergisi üzrə 23.883,64 manat məbləğin, İşsizlikdən Sığorta Fonduna yaranmış 2.520,01 manat məbləğin və Vergi Məcəlləsinin 88-ci maddəsi əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə 8.428,03 manat məbləğin ödəndiyini nəzərə alaraq xx.xx.2023-cü il tarixə mülki iddia məbləği 103.806,9 manat təşkil edir. Lakin, 2019-cu ilin 4-cü-2020-ci ilin 4-cü rübləri üzrə 112.234,93 manat məcburi dövlət sosial sığorta haqları üzrə həmin borc yarandığı tarixdən sonra ümumilikdə 25.790,07 manat məbləğində ödəniş edilmişdir ki, həmin ödənişlərin də cəmi 8.428,03 manatı Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən ittiham aktında qeyd olunun 112.234,93 manat məbləğə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.2-ci maddəsinə əsasən məcburi dövlə t sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: -cari rüb üzrə borc; -cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; -yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; -yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2- 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Ekspert rəyin nəticə hissəsində Vergi Məcəlləsinin 88-ci maddəsinə istinad etdiyini göstərsə də, faktiki olaraq həmin maddənin tələblərinə əməl etməyərək öz subyektiv mülahizəsinə əsasənlanmaqla yanlış nəticəyə gəlmişdir. Eks pert rəyində vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsində olan məlumatlar və iş materiallarında olan ödəniş sənədləri ilə düzgün müəyyən edilməmişdir. Bundan başqa, verdiyi rəydə olan ziddiyyətlərə aydınlıq gətirməsi üçün xx.xx.2023cü il tarixdə keçirilmiş məhkəmə prosesində dindirilmiş ekspert, həmin ziddiyyətlərə aydınlıq gətirə bilməmiş, ümumiyyətlə rəydə göstərdiyi nəticəyə necə gəldiyini əsaslandıra bilməmiş, məhkəmə isə öz növbəsində həmin hala hüquqi qiymət verməməklə rəyin əsasız olmasını diqqətdən kənarda qoymuşdur. Qanunvericilik normalarının tələbindən göründüyü kimi Yevlax Rayon Məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin müəyyən edilmiş olan faktiki hallarını kənarda qoymuş və iş üzrə əhəmiyyət kəsb edən maddi hüquq normalarının tələblərini düzgün müəyyən edə bilməmişdir. Lakin, yuxanda da göstərdiyimiz kimi məhkəmə iş üzrə vergi qanunvericiliyinin kobud pozulması ilə verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6048 nömrəli ekspert rəyini əsas götürərək mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızır. Belə ki, hal-hazırda "xxxx" MMC-nin dövlətə heç bir vergi borcu olmadığını apelyasiya məhkə məsi nəzərə almamış, təqsirləndirilən şəxs barəsində cinayət işini xitam etməmiş, cəzadan şikayət etmədikləri halda, yüksək məbləğdə cərimə cəzası təyin edərək onu ağır maddi duruma salmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən isə verilmiş kassasiya şikayətinin isə təmin edilməməsi barədə müdafiəçi N.Ələkbərovun, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən i sə verilmiş kassasiya şikayətinin qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və mülki iddianın 106207,75 manat məbləğində tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində “Xeyli miqdarda ve rgiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin “Qeyd”inin 1-ci bəndinə görə “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” Məhkəmə kollegiyası ilk növbədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n 29 noyabr 2022-ci il tarixli Qərarında qeyd olunur ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddəsinin şərh edilməsi haqqında” 12 may 2009ci il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ta xquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini və zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edib, birinci instansiya məhkəməsinin hökmünü Məhkum dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ümumi məbləğinin müəyyən edilməsi hissəsində, təyin edilmiş cəzaya aid hissədə və mülki iddianın qismən t əmin edilməsinə aid hissədə dəyişdirən apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıda istinad olunan qaydada əsaslandırmışdır: “Təhlil olunan işdən bəlli olur ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, faktiki olaraq təqsirkarın dövlət büdcəsinə ödəməkdən yayındırdığı 138.638,58 manat verginin hazırkı müddətədək ödənilmiş məbləği 83.118,86 manat təşkil etdiyindən 55.519,72 manat məbləğ ödənilməmiş olaraq qalmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, əməlin tövsifini müəyyən edərkən bunu kifayət qədər əsaslandırsa da, faktiki olaraq təqsirkarın dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının məbləğini 138638,58 manat müəyyən etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, hazırkı işin obyektiv həlli ilə bağlı tərəflərin vəsatəti əsasında uyğun olaraq iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və iş materiallarında olan 9/4801 saylı, 23 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında müəssisənin vergi, işsizlikdən sığorta, MDSS və s. üzrə vərəqələri (şəxsi hesab və s. vərəqələr) öz əksini tapmışdır ki, həmin vərəqələrdə (şəxsi hesab və s.) və vərəqələr (şəxsi hesab və s.) ilə xx.xx.2021-ci il tarixli akt və s. sənədlərdə uyğunsuzluqlar mövcud olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli vergi borcu aktında və ittiham aktın da öz əksini tapmış ümumilikdə 112234,93 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları məbləğinin tərkibinə aid olan 2019-cu ilin 4-cü rübü üzrə müəyyən edilmiş 24187,14 manat MİİSE (0112) haqqı məbləği üzrə borcun xx.xx.2020-ci il tarixində ödənilməsi (bax cild 4, iş vərəqə 88-ə MDSS üzrə vərəqə) qeyd edilmişdir. Lakin həmin məbləğ xx.xx.2021-ci il tarixli vergi borcu aktından göründüyü kimi nəzərə alınmamışdır. Yəni 2019-cu ilin 4-cü rübü üzrə müəyyən edilmiş 24187,14 manat MİİSE (0112) haqqı məbləği 112234,93 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarından çıxılmalı olduğu halda vergi orqanı tərəfindən çıxılmamış və xx.xx.2021-ci il tarixli vergi borcu aktında və ittiham aktında 112234,93 manat məbləğində işsizlikdən sığo rta və məcburi dövlət sosial sığorta haqları üzrə borcun olması göstərilmişdir. Həmçinin, iş materiallarında olan 9/9799 saylı, 21 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında müəssisənin vergi, işsizlikdən sığorta, MDSS və s. üzrə vərəqələri (şəxsi hesab və s. vərəqələr) öz əksini tapmışdır ki, həmin vərəqələr (şəxsi hesab və s.) ilə xx.xx.2021-ci il tarixli akt və s. sənədlərdə uyğunsuzluqlar mövcud olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli vergi borcu aktında və ittiham aktında öz əksini tapmış ümumilikdə 112.234,93 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları məbləğinin tərkibinə aid olan 2019-cu ilin 4-cü rübü üzrə müəyyən edilmiş 24.187,14 manat MİİSE (0112) haqqı məbləği üzrə bor cun xx.xx.2020-ci il tarixində ödənilməsi (bax cild 4, iş vərəqə 88-ə MDSS üzrə vərəqə) qeyd edilmişdir. Lakin həmin məbləğ xx.xx.2021-ci il tarixli vergi borcu aktından göründüyü kimi nəzərə alınmamışdır. Yəni 2019-cu ilin 4-cü rübü üzrə müəyyən edilmiş 24.187,14 manat MİİSE (0112) haqqı məbləği 112.234,93 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarından çıxılmalı olduğu halda, vergi orqanı tərəfindən çıxılmamış və xx.xx.2021-ci il tarixli vergi borcu aktında və ittiham aktında 112.234,93 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcun olması göstərilmişdir. Bu baxımdan da məhkəmə kollegiyası bu fikirdədir ki, 2019-cu ilin 4-cü rübü üzrə müəyyən edilmiş 24.187,14 manat MİİSE (0112) haqqı məbləği 112.234,93 manat mə bləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarından çıxılmalıdır. Belə olan halda isə müvafiq olaraq təqsirkarın dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ümumi məbləği 138.638,58 manat deyil, 114.451,44 (yüz on dörd min dörd yüz əlli bir manat qırx dörd qəpik) manat təşkil etməli, uyğun olaraq təqsirkarın dövlət büdcəsinə ödəməkdən faktiki yayındırdığı 114.451,44 (yüz on dörd min dörd yüz əlli bir manat qırx dörd qəpik) manat verginin hazırkı vaxtadək ödənilmiş məbləği 83.118.86 manat təşkil etdiyindən (bununla bağlı birinci instansiya məhkəməsi müvafiq araşdırma aparmış, öz növbəsində apellyasiya məhkəməsi həmin araşdırmanın nəticəsi ilə razılaşır) 31.332.58 (otuz bir min üz yüz otuz iki man at əlli səkkiz qəpik) manat ödənilməmiş olaraq qaldığından, verilmiş mülki iddia da uyğun olaraq 31332.58 manat həddində təmin edilməlidir. Bundan başqa, işdən görünür ki, müdafiə tərəfi apellyasiya şikayətində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisə tərəfindən əlavə olaraq ödənilən 69895,00 manat vergi ödənişləri Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən borc kimi qalıq qalan vergi borcunun silinməsinə yönəlməli və bununla da vergi borcunun tam ödənilməsi nəzərə alınaraq iş üzrə icraata xitam verilməli olması xahiş edilmiş, öz növbəsində ekspert rəylərində xx.xx.2021-ci il (ittiham aktı tərtib olunduğu tarixdən) tarixdən sonra müəssisə tərəfindən əlavə olaraq ödənilən ümumilikdə 144.907,26 manat (vergilər, işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta haqları ol maqla və s.) məbləğində ödənişlərin ittiham aktında qeyd olunan 138.638,58 manat məbləğindən silinib-silinməməsinin müəyyən edilməsinin hüquqi xarakterli məsələ olduğu və bu məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməli olduğu qeyd edilmişdir. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi mümkün sayır: Belə ki, Vergi Məcəlləsinin vergilər üzrə borcların ödənilməsi qaydasından bəhs edən 88.1-ci maddəsinə görə Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sank siyalarının məbləği. 88.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2-1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri bu Məcəllənin 88.1-ci və 88.2-ci maddələrində göstərilən sıra qaydasından asılı olmayaraq, hər bir qətnamə üzrə ayrılıqda ödənilir. 88.3. Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin və sait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Bundan əlavə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin qanunun 1.1.10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. Həmin qanunun 1.1.11-ci maddəsinə əsasən dövlət sosial müdafiə fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdc əsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.11-ci maddəsinə əsasən büdcə gəlirləri - Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 6.1.3-cü maddəsinə əlavə dəyər vergisi dövlət vergi lərinə aiddir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Dövlət büdcəsinə ödənilən dövlət vergilərinin və Dövlət sosial müdafiə fonduna ödənilən məcburi dövlət sosial sığorta haqlarının yığımına nəzarətin eyni inzibati orqan – Dövlət Vergi Xidmətinin ərazi vergi idarələri tərəfindən aparılması dövlət büdcəsinə ödənilmiş ƏDV ödənişinin Sosial müdafiə fonduna ödənilməli sosial sığorta haqlarına aid edilməsinə əsas verə bilməz. Göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi "xxxx" MMC-nin əlavə dəyər vergisi üzrə mövcud borclarının ödənilməsi məqsədilə həmin təyinat üzrə dövlət büdcəsinə ödədiyi 69895 manat ƏDV məbləğinin ittiham aktı ilə müəyyən edilmiş və Dövlət sosial müdafiə fonduna ödənilməli olan MDSS haqları üzrə borcun ödənişinə aid edilməsi qanunvericiliyə uyğun deyildir. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı, o cümlədən şəxsin polis əməkdaşları tərəfindən saxlanılması zamanı və istintaqında digər mərhələrində cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, CPM-in 125.8 -ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə iclasını zamanı verdiyi ifadələrlə, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, ekspertiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür.” Məhkəmə kollegiyası zərərçəkmiş (mülki iddiaçı) hüquqi şəxsin kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, Dövlət Vergi Xidməti orqanlarının mübahisələndirdikləri əsas məsələ təqsirləndirilən şəxs və onun rəhbərlik etdiyi "xxxx" MMC tərəfindən ödənilmiş vəsaitlərin hesablanması zamanı Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinin ekspertlər tərəfindən düzgün nəzərə alınmaması və məhkəmələr tərəfindən həmin rəylərə istinad edilməklə düzgün nəticəyə gəlinməməsidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, həm zərərçəkmiş (mülki iddiaçı) hüquqi şəxs, həm müdafiə tərəfi və həmçinin ibtidai araşdırma orqanı və məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən yaranmış vergi borclarının ödənilməsinin müəyyən edilmiş sıra qaydası normal fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə təsbit olunmuşdur. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınması müəyyən edilmiş, bu əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslər tərəfindən ittihamla müəyyən edilmiş zərərin ödənilməsi məqsədilə özünün və ya təqsirləndirilən şəxsin mənafeyi baxımından digər şəxslərin etdiyi ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsi ilə müəyyən edilmiş ardıcıllığa aid edilməsi yolverilməzdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs və ya onun rəhbərlik etdiyi "xxxx" MMC tərəfindən edilmiş ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsi ilə müəyyən edilmiş sıra qaydasına aid olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra Məhkum hərəkətlərinə və apelyasiya şikayətlərinə hüquqi qiymət verməli idi. İş materiallarından görünür ki, apelyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum və onun rəhbərlik etdiyi "xxxx" MMC tərəfindən edilmiş ödənişlərin forması və məqsədini araşdırmadan yekun nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və qeyd olunan xüsusatların araşdırılması üçün cinayət işi apelyasiya instansiyası məhkəməsinin yeni baxışına təyin olunmalıdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edildiy indən məhkəmə kollegiyası məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərinə düzgün hüquqi qiymət verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli 1(107)-6/2024 nömrəli qərarı ləğv edilməli və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halları qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhku mun müdafiəçisi Ələkbərov Namiq Ələkbər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.
Məhkəmə qərarları › İş №1(102)-1371/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1371/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver