Məhkəmə qərarları › İş №1(102)-1404/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1404/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1404/2025 23.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamın ın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi – XXX10nun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Laçın Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim C.C.İbrahimov) Məhkum (xx xxxxxx 1976-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-nin Arıçılıq təsərrüfatında arıçı işləyən, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla, faktiki ünvan4ndə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (alt ı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq və məhkəmə istintaqı dövründə 26 iyun 2024-cü il tarixdən 20 noyabr 2024cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 25 (iyirmi beş) gün bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Məhkum üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, ünvan10nun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, məhkumun cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim P.V.Hacıyev, hakimlər E.İ.Xasməmmədov və P.T.Əhmədovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xx xx 2024-cü il tarixdə, saat 15 radələrində ünvan5 ərazisində yerləşən dükanın qarşısındakı kənd sakinləri tərəfindən pivə içilməsi üçün istifadə edilən yerə gəldikdən sonra əvvəllər dəfələrlə aralarında mübahisə olmuş həmin dükanın sahibi, ünvan6 sakini Zərərçəkmiş şəxs onu görüb yaxınlaşaraq bir neçə ay öncə həmin dükanın qarşısında sərxoş halda nalayiq hərəkətlər edərək heç bir səbəb olmadan ünvanına və digər ünvan6 sakinlərinin ünvanına təhqiramiz söyüşlər etməsinə iradını bildirib bununla bağlı kənd sakinlərindən üzr istəməli olduğunu bildirərəkən o, Zərərçəkmiş şəxs bu iradlarına aqressiv reaksiya verərək etdiyi hərəkətlərdən peşman olmadığını, bununla bağl ı heç kimdən üzr istəməyəcəyini, həmin söyüşləri söyməkdə əcəb elədiyini bildirərək mübahisə etməyə və sonuncunun ünvanına uca səslə müxtəlif söyüşlər söyməyə başlamış, bu hərəkətləri ilə kiçik söz-söhbətin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq, heç bir əsaslı səbəb olmadan uca səslə Zərərçəkmiş şəxs təkrarən nalayiq ifadələrlə təhqir etmiş, daha sonra baş vermiş mübahisə zamanı sonuncuya zor tətbiq edərək bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vuraraq dalaşmış, bu zaman həmin dükanda və ətrafda olan, habelə səs-küyə qonşuluqda yaşayan çox saylı şəxslər çıxıb araya girərək onların dalaşmasının qarşısını almağa çalışsa da o, sakitləşməyib bu kimi hərəkətlərinə davam edib qeyd oluna n kənd ərazisində yaşayan, işləyən, habelə səs-küyə toplaşan ətrafdakı çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, uca səslə təhqiramiz söyüşlər söyə-söyə Zərərçəkmiş şəxsla dalaşmağa davam etmiş, ətrafdakı şəxslərin dəfələrlə araya girib onu sakitləşdirməyə çalışmalarına baxmayaraq xuliqanlıq hərəkətlərini davam etdirib ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə, habelə Zərərçəkmiş şəxs kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradəsinə tabe etdirmək məqsədi ilə sonuncuya tək rar fiziki zor tətbiq edib üz nahiyəsinə möhkəm bir yumruq zərbəsi vuraraq ona alt çənənin sınığı, üzün yumşaq toxumalarının əzilməsi və baş-beyin silkələnməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, bu hərəkətləri ilə kənd sakinlərinin, habelə dükanda və qeyd edilən pivə yerindəki şəxslərin normal birgəyaşayış və istirahətinin təxminən 30 dəqiqə pozulmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Kass asiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 58.3, 59, 41.2-ci maddələrəinin pozulmasına yol verildiyinə istinad edərək, protesti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, əvvəllər məhkum olunmaması, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə edilməsi, məcburi köçkün olması əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, nəticədə ona törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin olunmuşdur. Apellyasiya inst ansiyası məhkəməsi isə dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestini təmin etməməklə həmin pozuntuları aradan qaldırmamışdır. Dövlət ittihamçısı hesab edir ki, hazırki iş üzrə zərərçəkmiş şəxslə barışığın əldə olunması cəzanı yüngülləşdiriən hal kimi düzgün olaraq müəyyən olunsa da, həmin hal təqsirkara azadlığın məhdudlşadırılması növündə deyil, təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları daxilində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas verirdi. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirv an Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması kifayət qədər nəzərə alınmamış, nəticədə o, azadlığın məhdudlaşdırılması növündə olsa da, müddəti böyük olduğu üçün həddindən artıq ağır cəzaya məruz qalmış, bununla da Cinayət Məcəlləsinin 8, 41, 58, 59-cu maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.2.3, 221.1-ci maddələrinin sanksiyasının aşağı həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mür aciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, şəxsiyyətinə, törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Eynilə, Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya instansiyası məhkəməsinin yekun qərarının dəyişdirilməsini zəruri edən əsas kimi Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsinə istinad etmiş, lakin Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin azaldılması barədə kassasiya tələbini dövlət ittihamçısının mövqeyinin əksinə olaraq, cəzanın həddindən artıq ağır olması və azadlığın məhdudlaş dırılması növündə cəzanın müddəti müəyyən edilərkən Məhkum məsuliyyətini yüngülləşdirən halların məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmaması ilə əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilm ir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq məhkəmələr “açıq-aydın” yüngül cəzanın təyin edilməsinə səbəb olan hüququn tətbiqi məsələləri üzrə səhvə yol verdikdə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş ic raat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qə rar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin hüququn tətbiqi məsələləri üzrə səhvə yol verməsi, Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir. Belə ki, Məhkum təqsirli bilindiyi cinayət əməllərindən Cinayət Məcəlləsinin 127.2.3cü maddəsində nəzərdə tutulmuş əməl – xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət, CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş əməl isə (xuliqanlıq) CM-in 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsbit edilmişlər. CM-in 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaş dırılması və bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 221.1-ci maddəsinin sanksiyasında isə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması, habelə sonuncudan daha yüngül növ cəzalar - bir ilədək müddətə islah işləri və min manatdan üç min manatadək miqdarda cərimə nəzərə tutulmuşdur. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə qəti cəza təyin edilir. Məhkum isə CM-in 127.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə olsa da, iki il altı ay müddətə, yəni sanksiyada bu cəza üçün müəyyən edilmiş yuxarı hədd ə yaxın cəza, CM-in 221.1-ci maddəsi ilə sanksiyada iki növ daha yüngül cəzaların nəzərdə tutulmasına baxmayaraq altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən də cəzaların toplanılması üsullarından daha güzəştlisi - əhatə etmə yolu deyil, qismən toplama üsulu tətbiq edilməklə qəti cəzanın müddəti müəyyən edilmişdir (iki il doqquz ay müddətə azadlığın məhdudlaşdırılması). Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum əvvəllər məhkum olunmaması, əməllərindən səmimi peşman olması, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışığın əldə edilməsi və ona vurulmuş ziyanı tam ödəməsi, məcburi köçkün olması birinci instansiya m əhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Qeyd olunan hallardan “zərərçəkmiş şəxslə barışıq əldə edilməsi” Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində birbaşa nəzərdə tutulmuş və bu üzdən məhkəmə tərəfindən mütləq şəkidə qəbul edilməli və cəzanı ağırlaşdıran hallar olmadıqda isə həm də CM-in 60-cı maddəsinin tələbinə əməl edilməklə nəzərə alınmalı olan cəzanı yüngülləşdirən haldır. Belə ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulm uş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirkarın ilk dəfə məhkum olunması, yaşayış yerindən müsbət xarakterizə olunması, cinayət törətdiyinə görə səmimi peşman olması da onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi isə məhkəmələrə belə halları, onların CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. CM-in 58.3-cü maddəsi təqsirkara cəza təyin edilərkən cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almağı tələb edir. Bu tələb onu ehtiva edir ki, şəxsin ailəsinin həyat şəraiti ilə bağlı diqqətəlayiq, yəni cəzanın müəyyənl əşdirilməsinə təsir göstərən hallar müəyyən edildikdə, həmin hallar təyin olunan cəzada (məsələn, cəzanın növündə və ya həddində) özünü göstərməlidir (əks halda cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə təsirini “nəzərə almağı” tələb edən norma xəyali bir müddəa olaraq qalacaqdır). Başqa sözlə, CM-in 59.1-ci maddəsində birbaşa göstərilməməsinə baxmayaraq, təqsirkarın ailəsinin həyat şəraitinə təsirinin olduğu müəyyən edilmiş halların da cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib bu qisimdə nəzərə alınmasını CM-in cəza təyini məsələlərini tənzimləyən normaları nəinki istisna etmir, əksinə bunu ehtiva edir. Təqsirkarın evli və himayəsində yetkinlik yaşına çatmayan, yəni valideyn qayğısına ehtiyacı olan uşağının olması isə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsiri ko ntekstində dəyərləndirilməli olan (gerçəkdən diqqətəlayiq) haldır ki, məhkəmə kollegiyasının fikrincə, CM-in 58.3-cü maddəsi cəza təyin edilərkən onun təqsirkarın ailəsinin həyat şəraitinə təsirini nəzərə almağı tələb etdiyi, CM-in 59.2-ci maddəsi isə CMin 59.1-ci maddəsində birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasına yol verdiyi vəziyyətdə himayədə yetkinlik yaşına çatmayan uşağın olması faktının Məhkum cəzasını yüngülləşdirən hal qismində nəzərə alınması cinayət qanununun heç bir müddəasının pozuntusunu təşkil etmir. Əksinə, təsvir edilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının CM-in 59.1.4-cü maddəsində təqsirkarın himayəsində azyaşlı uşağın olmasının cəzanı yüngülləşdirən hal kimi göstərilməsinə istinad edərək məhkəmələrin sözügedən məsələ üzrə mövqeyini mübahisələndirməsi CM-in 58.3 və 59.2-ci maddələri ilə bir araya sığmayan dəlil kimi çıxış edir. Qeyd olunanlar eynilə dövlət ittihamçısının mübahisələndirdiyi digər hala – Məhkum məcburi köçkün olmasının cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasına da aiddir. Dövlət ittihamçısı həmin halın cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsini mübahisləndirərkən ondan çıxış edir ki, artıq Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilmiş, o cümlədən Məhkum sakini olduğu ünvan5 işğaldan azad edilmişdir. Lakin hazırki iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, Məhkum qeydiyyatda olduğu ünvan7nin artıq işğal altında olmamasına baxmayaraq, hələlik o, ailəsi ilə birlikdə məcburi köçkün düşməsi ilə əlaqədar müvəqqəti məskunlaşdığı ünvan8ndə yaşayır və "xxxx" ASCnin Arıçılıq təsərrüfatında arıçı işlədiyi üçün ünvan9nə gedib-qayıdır. Bu səbəbdən məhkəmələrin hazırki işin real hallarına, habelə təqsirkarın ailəsinin həyat şəraitinin cəza təyini zamanı nəzərə alınmasını ehtiva edən CM-in 58.3-cü maddəsinə və CM-in 59.2-ci maddəsinin məhkəməyə verdiyi mülahizə sərbəstliyinə əsaslanaraq şərh edilən halı cəzanı yüngülləşdirən hal qismində nəzərə almaları məhkəmə kollegiyasının fikrincə, CMin hər hansı normasını nəinki pozmur, əksinə ədalət və humanizm prinsiplərinin daha yaxşı təmin edilməsinə xidmət edir. Qeyd olunan cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış halların mövcudluğu Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi tələb etdiyi kimi müvafiq subutlara istinad olunmaqla əsaslandırılmışdır. Məhkəmə k ollegiyası ayrıca olaraq dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin müddəalarına istinad etməklə səmimi peşmançılığın əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasına dair hüquqi mövqeyinə (bu mövqe bir çox başqa işlər üzrə verilmiş kassasiya protestlərində də müdafiə edildiyi üçün) münasibət bildirməyi zəruri hesab edir. Belə ki, dövlət ittihamçısının fikrincə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən səmimi peşmançılıq ancaq cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi halların hamısı mövcud olduqda müəyyən edilmiş sayıla bilər. Dövlət it tihamçısına görə məhkəmələr Məhkum əməllərindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərkən yalnız onun ifadəsində “əməlindən peşman olmasını deməsini” əsas tutmuşlar və ““səmimi peşmançılıq” anlayışına hüquqi müstəvidən deyil, daha çox məişət üslubunda ifadə olunan məna baxmından yanaşmış”lar. Həqiqətən də, dövlət ittihamçısının istinad etdiyi, “Səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etmə” adlanan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsində təsbit olunmuşdur ki, “böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən aza d edilə bilər” (maddə 72.1). Lakin, dövlət ittihamçısı onu nəzərindən qaçırdır ki, “səmimi peşmançılıq” şəxsin əvvəl baş verənlərə, o cümlədən hərəkət və ya hərəkətsizliyinə münasibətini əks etdirən ifadə olaraq yalnız CM-in 72.1-ci maddəsində sadalanan davaranış nümunələri ilə məhdudlaşmır və bu maddədə müstəsna olaraq şəxsin cinayət məsuliyyətindən azad edilməsinin əsası kimi müəyyən edilmiş qayda (“səmimi peşmançılığı” təşkil edən davranış aktları) bütün hallarda şəxsin əvvəlki hərəkətlərinə (hərəkətsizliyinə) görə səmimi peşman olub-olmamasının dəyərləndirilməsi üçün meyar kimi götürülə bilməz. Belə ki, Azərbaycan dilininin izahlı lüğətində “peşman” sözü “öz səhvini və ya nöqsanını başa düşərək buna təəsüflənmə” kimi, “peşmançılıq (peşmançılığını) çəkmək” isə “peşman olmaq, gördüyü b ir işə sonradan təəssüflənmə” kimi izah edilir (“Azərbaycan dilinin izahlı lüğəti” “Şərq-Qərb”, Bakı, 2006, 3-cü cild, səh. 588). “Səmimi” sözünə isə həmin lüğətdə “ürəkdən gələn, dəruni, həqiqi, xalis, ciddi, riyasız”, “təmiz ürəklə, candan, qəlbən” kimi izah verilmişdir (“Azərbaycan dilinin izahlı lüğəti” “Şərq-Qərb”, Bakı, 2006, 4-cü cild, səh. 81, 82). CM-in 72.1-ci maddəsində isə səmimi peşmançılığın yalnız şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən təzahür formaları göstərilmişdir. Və nə qədər ki, bu maddədə barəsində cinayət məsuliyyətindən azad etmə kimi güzəştli institutun tətbiqi əsaslarından bəhs olunur, təbiidir ki, qanunverici onun tətbiqini təqsirkarın cinayət törətdiyi üçün istənilən formada təəssüflənməsi ilə deyil, məhz əməli hərəkətlərdə ifadə olunmuş peşma nçılıqla (“sonradan təəssüflənmə ilə”) əlaqələndirmiş, lakin CM-in 72-ci maddəsində əks olunmayan formalarda təzahür edən peşmançılığın digər hüquqi məsələlərin həlli, məsələn cəzanın növünün və həddinin müəyyən edilməsi zamanı nəzərə alına bilməsini istisna etməmişdir. Bunun əksini düşünmək, səmimi peşmançılığın yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri törətmiş şəxslərə xas olan və başqa heç bir insanın (o cümlədən başqa təsnifatlara aid cinayətləri törədən şəxslərin) keçirmədiyi hiss kimi qəbul edilməsi olardı. Halbuki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti törədən şəxs tərəfindən yaşana və bir çox, o cümlədən CMin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Şəxsin cinayət törətdiyi üçün gerçəkdən peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir və Cinayət Məcəlləsinin heç bir norması, o cümlədən yalnız cinayət məsuliyyətindən azad etmə üçün səmimi peşmançılığın könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş ziyanı aradan qaldırma kimi fəal hərəkətlərlə müşayiət olunmasını tələb edən 72-ci maddəsi də həmin halın CM-in 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır. Dövlət ittihamçısının kassasiya protestində “səmimi peşmançılığı” yalnız CM-in 72.1-ci maddəsində təsbit edilmiş davranış nümunələri ilə məhdudlaşdırması, məhkəmələrin qiymətləndirməsini isə “daha çox məişət üslubunda olan yanaşma” kimi səciyyələndirməsi özü-özlüyündə yanlış hüquqi mövqe olmaqla bərabər, hazırki işin faktiki hallarına da əsaslanmır. Belə ki, məhkəmələrin Məhkum məhz “səmimi” olaraq əməllərinə görə peşman olması barədə qənaətləri, yalnız onun ifadəsində peşman olduğunu bildirməsindən irəli gəlmir, həm də onun zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün səy gəstərməsinə və bunun üçün vurulmuş ziyanı tam olaraq ödəməsinə əsalanır ki, bunlar da təqsirkarın əməllərinə tənqidi münasibətini, həmin əməllərə görə gerçəkdən təəssüfləndiyini aydınlığı ilə göstərən davranış nümunələridir. Odur ki, məhkəmələrin sözügedən halı və yuxarıda göstərilən digər halları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəti cə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, apellyasiya məhkəməsi isə dövlət ittihamçısının apellyasiya protestinə və müdafiəçinin kassasiya şikayətinə baxarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətl əri ilə yanaşı Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini də nəzərə almış, Məhkum barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza tətbiq etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışlar. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən hər bir cinayətə görə və qəti olaraq təyin olunmuş (apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) iki il doqquz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətlərin xarakterinin və ictim ai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə, cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül və yaxud həddindən artıq ağır cəza kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar kassasiya protestinə və müdafiəçinin kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan halların, o cümlədən kassasiya müraciətləri ilə ehtiva olunan CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni kassasiya protesti ilə yanaşı kassa siya şikayətinin də təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Kassasiya protestinin dəlilləri ilə bağlı yuxarıda qeyd olunanlar, Məhkum cəzasının Cinayət Məcəlləsinin müddəalarına, o cümlədən CM-in 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin tələblərinə cavab verdiyini kifayət qədər təsdiq etdiyi, müdafiəçinin kassasiya şikayətində gətirdiyi dəlillər isə həmin cəzanın yüngülləşdirilməsinə əsas vermədiyi üçün, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin ətraflı şərh edilməsinə zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin e dilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar