Məhkəmə qərarları › İş №1(102)-1408/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1408/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1408/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergi İdarəsinin nümayəndəsinin, Bəraət almış şəxsin müdafiəçisi Quliyev Elxan Ağalar oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(107)-62/2024 nömrəli qərarından mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergi İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 1(024)-7/2023 saylı hökmü ilə (sədrlik edən: M.İ.Qarayev) 01 yanvar 1952-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcələsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə o na bəraət verilmiş, Xə münasibətdə qeyd olunan maddə ilə həyata keçirilmiş cinayət təqibinə xitam verilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilmişdir. Mülki iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin mülki cavabdeh X9 qarşı 74430.84 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddia baxılmamış saxlanılmış, iş üzrə ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. Məhkəmənin həmin hökmündən mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tar ixli, 1(107)-62/2024 qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarından mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergi İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X13 təqsirləndirilir ondan ötrü ki, o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3 sonra MMC) (VÖEN:**********) direktoru vəzi fəsində işləyərkən, həmin cəmiyyətin nizamnaməsinə uyğun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 72, 77, 78.1, 82, 104.1, 105.1, 130, 130.2, 154, 155, 159.1, 159.4, 159.5, 161.1, 161.2, 161.3, 162.1, 166, 173, 174.1 və 177-ci maddələrinin tələblərini pozmuş və MMC-nin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyan edib ödəməməklə ümumilikdə, xeyli miqdar təşkil edən, 74430,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X13, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə "X” MMCnin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu il üzrə gəlirləri 1012623,85 manat, xərci 659038,82 manat, vergiyə cəlb olunan mənfəəti 353585,03 manat və büdcəyə ödənilməli mənfəət vergisi 70717,01 manat olduğu halda, həmin il üzrə təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində gəlirləri 894898,70 manat, xərci 745763,83 manat, vergiyə cəlb olunan mənfəəti 149134,87 manat və ödənilməli mənfəət vergisini 29826,97 manat göstərərək, 40890,04 manat mənfəət vergisini; 2020-ci il üzrə gəliri 93019,28 manat, xərci 16017,07 manat, vergiyə cəlb olunan mənf əəti 77002,21 manat və büdcəyə ödənilməli mənfəət vergisi 15400,44 manat olduğu halda, həmin il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəliri 85241,50 manat, xərci 71036,00 manat, vergiyə cəlb olunan mənfəəti 14205,50 manat və büdcəyə ödənilməli mənfəət vergisini 2841,10 manat göstərərək, 12559,34 manat mənfəət vergisini; 2019-cu il üzrə dövlət büdcəsinə ödənilməli mənfəət vergisini 7492,59 manat olduğunu bəyan edib, dövlət büdcəsinə ödəməyərək, 7492,59 manat məbləğində mənfəət vergisini; 2020-ci il üzrə dövlət büdcəsinə ödənilməli mənfəət vergisini 2841,10 manat olduğunu bəyan edib, dövlət büdcəsinə ödəməyərək, 2841,10 manat, cəmi isə 63783,07 manat məbləğində mənfəət vergisini; Bundan əlavə, 2020-ci ilin mart ayı üzrə müəssisənin ƏDV tutulan dövriyyəsi 36626,50 manat, ƏDV-si 6 592,77 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyənin və ödənilməli ƏDV-nin olmadığını göstərərək, həmin ay üzrə 6592,77 manat ƏDV-ni; 2020-ci ilin may ayı üzrə 6972,22 manat ƏDV tutulan dövriyyədən ödənilməli ƏDVni 1255,0 manat olduğunu bəyan edib ödəməyərək, 1255,0 manat ƏDV-ni; 2020-ci ilin iyul ayı üzrə 7777,78 manat ƏDV tutulan dövriyyədən ödənilməli ƏDV-ni 1400,0 manat olduğunu bəyan edib ödəməyərək, 1400,0 manat ƏDV-ni; 2020-ci ilin avqust ayı üzrə 7777,78 manat ƏDV tutulan dövriyyədən ödənilməli ƏDV-ni 1400,0 manat olduğunu bəyan edib ödəməyərək, 1400,0 manat, cəmi isə 10647,77 manat məbləğində ƏDV-ni, ümumilikdə isə xeyli miqdarda, 74430,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması barədə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ittiham olunmasına dair ittiham aktı məhkəməyə daxil olmuşdur. Birinci instansiyası məhkəməsinin hökmünə əsasən X13 təqsirsiz hesab edilmiş və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergi İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi X13 oğlundan vergi borcunun tutulmasına dair mülki iddiaya düzgün qiymət verməmiş, təqsirləndirilən şəxsin ifadələrindən və məhkəmədə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının düzgün olmayan rəylərindən çıxış etməklə Xin büdcə dən yayındırdığı vergi məbləğini 74430,84 manatdan 25.168,17 manatadək azaltmış, onun əməlində cinayət tərkibi olmaması haqqında qənaətə gəlib ona bəraət vermiş, eyni zamanda Xdən alınıb dövlət büdcəsinə ödənilməsinə dair mülki iddianı baxılmamış saxlamış, apellyasiya instansiyası məhkəməsi isə həmin qərarı dəyişdirilmədən saxlamaqla eyni pozuntuları təkrarlamışdır. Mülki iddiaçı kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergi İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Elmar Bagiyev oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun normalarına əməl edilmədiyini, nəticədə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməklə dövlət büdcəsindən y ayındırılmış 74430,84 manat məbləğində vergilərin Xdən alınıb büdcəyə ödənilməsinə dair mülki iddianın əsassız olaraq baxılmamış saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və həmin məbləğdə pulun sonuncudan alınıb dövlət büdcəsinə ödənilməsinə dair mülki iddianın tam təmin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya mülki iddiaçının kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 y anvar 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qa nunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət -Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Vergiləri ödəməkdən yayınma cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasına görə xeyli miqdarda vergiləri ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu ilə CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsinə edilmiş dəyişikliyə görə isə CM-nin 213.1-ci maddəsində «xeyli miqdar» dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bu səbəbdən sözügedən cinayətin obyektiv cəhətinə aid olan hallar olduğuna görə şəxsin vergi öhdəliyinin olması, buna baxmayaraq vergini ödəməkdən yayınması, yayındırılmış vergi məbləğinin xeyli miqdar təşkil etməsi baxılan işin sübutetmə predmeti kimi çıxış edir və C inayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipinə, 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən onların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə təsdiq olunmalıdır. İbtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittiham əsasən - X13 vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçib, hüquqi ünvanı ünvan 3 sonra MMC) (VÖEN:**********) direktoru vəzifəsində işləyərkən, həmin cəmiyyətin nizamnaməsinə uyğun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 72, 77, 78.1, 82, 104.1, 105.1, 130, 130.2, 154, 155, 159.1, 159.4, 159.5, 161.1, 161.2, 161.3, 162.1, 166, 173, 174.1 və 177-ci maddələrinin tələblərini pozmuş və MMC-nin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyan edib ödəməməklə ümumilikdə, xeyli miqdar təşkil edən, 74430,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İttiham orqanı bu qənaətini əsasən məhkəmə-mühasibat ekspertizasının 18 aprel 2022-ci il tarixli 9/2083 sayl ı rəyi üzərində qurmuşdur. Lakin, birinci instansiya məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 1(024)-7/2023 nömrəli hökmündən görünür ki, cinayət təqibi orqanı tərəfindən X9 qarşı 74430,84 manat məbləğində vergiləri ödəmədiyinə görə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsində işə baxılması nəticəsində, o cümlədən bəraət almış Xin ifadəsindən, əlavə şahid qismində dindirilmiş ekspertlər X10 və X3 ifadələrindən, məhkəmə istintaqı zamanı əldə edilmiş xx.xx.2023-cü il tarixli 9/102 nömrəli və xx.xx.2023-cü il tarixli 9/3360 nömrəli məhkəmə-mühasibat ekspertizalarının rəylərinə əsasən Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə olan ittihamın faktiki məzmununu təşkil edən mühüm hal dəyişdirilmiş, Xin 74430,84 manat vergiləri deyil, cəmi 25.168,17 manat vergilərin dövlət büdcəsinə ödəməməsi müəyyən edilmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Göründüyü kimi aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsində göstərilən cinayətin obyektiv cəhətinə aid zəruri hallar, o cümlədən tərkibyaradıcı əlamət kimi çıxış edən müvafiq miqdar (CM-in 213-cü maddəsinin “Qeyd” hissəsinə görə - 50 min manatdan yuxarı məbləğ) və Xin qeyd olunun məbləğdən artıq miqdarda vergiləri büdcəyə ödəməkdən yayınması müəyyən olunmamışdır (bu və digər sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir olunmaqla həqiqi məzmunlarına uyğun olaraq şərh olunduğundan, məhkəmə kollegiyası sübutların hazırki qərarda yenidən təs vir və şərh olunmasına zərurət görmür). Xin (cinayət törətməsini, o cümlədən vergi ödəməkdən yayınmasını inkar edən) dəlillər kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin sonuncuya irəli sürülmüş ittiham üzrə, o cümlədən Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət-prosessual qanunun 42.1.2-ci maddəsində göstərilən əsasla (əməlində cinayət tərkibi olmadığına görə) bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Belə olan halda, X9 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin hökmündən (müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin qərarından) dövlət ittihamçısı apellyasiya protesti verməmiş, yəni hazırki iş üzrə irəli sürülmüş ittihamın həcminin azaldılaraq bu şəkildə müəyyən edilməsi dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmiş, yalnız mülki iddiaçı qərarın mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermişdir. Cinayət-prosessual qanunun 383.1.6-cı maddəsi isə mülki iddiaçı (mülki iddiaçının qanuni nümayəndəsi və ya nümayəndəsi) üçün birinci instansiya məhkəməsinin hökmünün (qərarının) yalnız mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermək hüququnu tanıyır. Müvafiq olaraq, Cinayət-Prosessual Məcəllənin 405.1 və 405.1.3-cü maddələri də apellyasiya məhkəməsinin baxdığı apellyasiya müraciətləri, o cümlədən mülki iddiaçının apellyasiya şikayəti üzrə tutulmalı olan məbləğləri artırmaq (bununla bağlı birinci instansiya məhkəməsinin hökmünü (qərarını) dəyişdirmək) səlahiyyətini ittihamın həcmi və cinayətin tövsifi ilə şərtləndirir (məhdudlaşdırır). Belə ki, qeyd olunan cinayət-prosessual normalara əsasən “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir:.... _ tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcmi nə və cinayətin tövsifinə təsir göstərmədiyi halda;...” Belə vəziyyətdə (nə qədər ki, mülki iddianın təmin edilməsi birinci instansiya məhkəməsinin dəyişdirdiyi, dövlət ittihamçısının mübahisələndirmədiyi ittihamın həcminin apellyasiya məhkəməsində artırılmasına gətirib çıxaracaqdı) apellyasiya instansiyası məhkəməsi haqlı olaraq (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.3-cü maddəsinə uyğun mövqe nümayiş etdirməklə) Xdən tutulmalı olan məbləği artırmamış, buna dair mülki iddiaçının apellyasiya şikayətini təmin etməmişdir. Bununla yanaşı «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 N°-li qərarının 74-cü bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq- cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq-onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri X8 əməlində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi üzrə əməlində cinayət tərkibinin olmamasına görə bəraət verdiyindən sonuncu barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergi İdarəsi tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması barədə gəldiyi nəticə əsaslıdır. Odur ki, məhkəmə heyəti baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən mülki iddiaçının kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2-ci maddəsində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında mülki iddiaçının nümayəndəsinin, həmin şikayətinin təmin edilməməsi barədə isə bəraət almış şəxsinin müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və X8 əmlində cinayət tərkibi olmadığına görə ona CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(107)-62/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Mülki iddiaçı - Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergi İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən x tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. X8 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(107)-62/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar