Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1412/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Bəraət almış şəxs - X5 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət v erilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 1(101)-108/2023 nömrəli (hakimlər: Hüseynov Cavid İbadulla oğlu (sədrliyi), İsmayılov Eldar Herov oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 21 iyun 1984-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqqu z) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli 1(103)-844/2023 nömrəli (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə ), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmış, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən X5 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməsi, X12 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal azad olunması, bəraət alması ilə əlaqədar onun tutulması, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müra ciət etmək hüququnun olmasının X6 izah edilməsi müəyyən edilmişdir. Hökmlə, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanının gəlmiş olduğu nəticəyə əsasən təqsirləndirilən şəxs X12 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımışdır. Belə ki, təqsirləndirilən şəxs X12 şəxsiyyəti qeyri-müəyyən olan «x» ləqəbli şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 18 dekabr 2021 -ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1413,008 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini və təmiz çəkisi 640 qram olmaqla külli miqdar təşkil edən metamfetamin psixotrop maddəsini əldə edərək, kirayə yaşadığı ünvan 2 ünvanına apararaq həmin mənzilin yataq otağında saxlamış, 21 dekabr 2021-ci il tarixdə, saat 20:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, kirayə yaşadığı ünvanın qarşısında piyada hərəkət edərkən şübhəli şəxs qismində saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış və həmin gün, saat 21:50-də BNMİ-nin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən z aman əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə olan heroindən üzərində saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 18,008 qram olmaqla, açıq qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 23:00-da X1 yaşadığı ünvan baxış keçirilən zaman yataq otağındakı çarpayının arxa tərəfindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir bükümdə saxladığı, təmiz çəkisi 1395 qram olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsi, bir ədəd bükümdə isə təmiz çəkisi 640 qram təşkil edən, ağ rəngli kristallardan ibarət, kustar üsu lla hazırlanmış külli miqdarda metamfetamin psixotrop maddəsi və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni X12 qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən hökm ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası m əhkəməsində yenidən baxılması təyin edilməlidir. Belə ki, məhkəmənin gəlmiş olduğu nəticəyə əsasən Bəraət almış şəxsin barəsində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, qanunun tələbləri kobud pozularaq əməliyyat-qeydiyyat işi başlanılmamış və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalı olduğu halda qeydiyyata alınmamışdır. Lakin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından aydın olduğu kimi, Bəraət almış şəxsin saxlanılaraq müvafiq polis orqanına gətirilməsi üçün əməliyyat-qeydiyyat işinin açılması tələb olunmur. Həmçinin, məhkəmənin gəlmiş olduğu nəticəyə əsasən Bəraət almış şəxsin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı araşdırma aparılsa da, bu formal və səthi olmuş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar üzrə məlumatlandırma da, qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Lakin cinayət işinin materiallarından bunun əksi sübuta yetirilir. O cümlədən, Bəraət almış şəxs təcridxanaya daxil olarkən üzərində zədə olduğunu bildirmiş, lakin polis əməkdaşları tərəfindən yetirilməsini bildirməmiş və xəsarət alması ilə bağlı şikayəti olmamışdır. Təqsirləndirilən şəxs Bəraət almış şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması faktının doğruluğu onun özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və müdafiəçinin iştirakı ilə verdiyi ifadələri ilə özünü təqsirli bilərək əməlini etiraf etmiş, üzərindən və mənzildə n aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni tutulmamışdan 3 gün əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “x” adlı şəxsin vasitəsilə Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev prospektindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, gördüyü bu işin müqabilində “x” adlı şəxsin ona narkotk vasitə verəcəyi ilə razılaşdığını etiraf etmişdir. X10 istifadəsində olan mobil telefon nömrəsinə gələn sms mətnindən əldə edilmiş məlumatlara əsasən Bəraət almış şəxsin istifadəsində olmuş ***-***-**-** nömrəsinə 8 fevral 2021-ci il tarixdə ***-***-**-** nömrəsindən “4 DAS 3 TORPAQ” məzmununda mesaj göndərilmiş, Bəraət almış şəxs növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə həmin nömrəyə “İsm ayıl söz danışdıq axı, bu günün sabahı da var, pulu təcili göndər” məzmunlu mesaj göndərmişdir. Həmin mesajla bağlı təqsirləndirilən şəxsə Bəraət almış şəxs heç bir izah verə bilməmişdir. Müdafiəçinin iştirakı ilə Bəraət almış şəxsin üzərindən 18,008 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsinə dair şəxsi axtarış və götürmə protokolu, yaşadığı mənzildən 1395 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 640 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzinin aşkar edilməsinə dair mənzilə baxış keçirilməsinə dair protokol, onun üzərində və yaşadığı mənzildə aşkar olunmuş narkotik vasitə heroinin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil etməsinə dair məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2021-ci il tarixli 6/5580 nömrəli rəy i, o cümlədən Bəraət almış şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu təsdiq edən şahid ifadələri ilə Bəraət almış şəxsin təqsirliliyi bir daha sübuta yetirilir. Odur ki, qeyd olunanlara əsasən dövlət ittihamçısı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 19 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X12 çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarla rının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübut lara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi və X6 əsassız olaraq bəraət verildiyi iddia edilmiş, bununla da, müb ahisələndirilən məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü maddəsində (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublika sı CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinay ət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yuxarıda təsvir edilən normalara istinadən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm hallar ı üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmamış və bununla da səhv nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyi, X5 hüquqlarının, X5 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğu və o nun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığı qənaətinə gələrək X6 bəraət verilməsi barədə yekun hüquqi nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticənin düzgün və X6 bəraət verilməsi üçün kifayət qədər yetərli olub-olmaması ilə bağlı iş üzrə toplanmış sübutların sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən, sübutların tədqiqinə dair cinayət prosessual normalarların tələbləri ilə uzlaşan nəticə kimi qiymətləndirmək olmaz. Belə ki, ibtidai istintaq zamanı verilmiş ittiham üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələrini şübhə altına alan məhkəmə kollegiyası həmin ifadələrin döyülmə və ya işgəncəyə məruz qalması ilə əsaslandıran apellyasiya məhkəm əsinin gəlmiş olduğu qənaətə görə, iş üzrə Bəraət almış şəxsin barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası rəyində onun başının sol gicgah nahiyyəsində olan xəsarətin törənmə müddəti ilə bağlı qəti fikir olmamış, ehtimal edilmiş, həmin ehtimalın əsaslandırılması olmamış, Bəraət almış şəxsin üzərində olan xəsarətlərlə bağlı vaxtında araşdırma aparılmamış, xəsarətlər 25 dekabr 2021-ci il tarixdə istintaq təcridxanasında qeydə alınmasına baxmayaraq istintaq orqanı bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirərək onun döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmiş, həmin məlumatlar əsasında ilk araşdırma (izahat alınmışdır) 15 fevral 2022-ci il tarixdə, təxminən ik i aya yaxın müddət keçdikdən sonra aparılmış, Bəraət almış şəxsin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı araşdırma aparılsa da, bu formal və səthi olmuş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar üzrə məlumatlandırma da, qanunvericiliyin tələblərinə uyğun olmamış, Bəraət almış şəxsin saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmadığından onun üzərində aşkar olunmuş xəsarətlərin sonradan yetirilməsi qənaətinə gəlinmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəmə kollegiyasının gəldiyi bu nəticəni CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olmayan araşdırılmış sübutlara CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş nəticə kimi dəyərləndirərək qeyd edir ki, cinayət işinin ibtidai istintaqı mərhələsində təqsirləndirilən şəxs Bəraət almış şəxsə məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış nəticəsində mobil telefonun “Qalareya-Foto-Albom” qovluğunda 19 dekabr 2021-ci il tarixdə, saat 09:36-da və 05:56-da çəkilməyə, 21 dekabr 2021-ci il tarixdə saat 02:45 və 02:46-da çəkilməyə təsadüf edən Bəraət almış şəxsin baş nahiyyəsinin tibbi bintlə sarılmış iki ədəd və onun baş nahiyyəsinin sarğısının açılmış vəziyyətdə olan daha iki ədəd fotoşəkillərin olması, həmin mobil telefonun “WhatsApp” mesaj proqramında qeyd olunan xəsarəti “Opel” markalı avtomaşını aldığı usta ilə əlbəyaxa savaşması, qarşı tərəflə savaşmaları zamanı bir-birinə dəmir alətlər tətbiq etmələri nəticəsində alması ilə əlaqədar Bəraət almış şəxsin 21 dekabr 2021-ci il tarixdə saat 11:01-də və 18:22-də qohumları ilə yazışmalar aparması müəyyən edilmişdir ki, qeyd olunan həmin xüsusat polis əməkdaşları tərəfindən Bəraət almış şəxsin baş nahiyyəsindən vurub xəsarət yetirmələrini inkar edir. Bəraət almış şəxsin “Opel” markalı avtomaşını aldığı usta ilə əlbəyaxa savaşması və nəticədə baş nahiyyəsindən xəsarət alması xüsusatı üzrə bağlı ibtidai istintaq orqanının 7 mart 2022-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarına əsasən cinayət işindən material ayrılmış və araşdırılması üzrə aidiyyəti üzrə göndərilmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 fevral 2022-ci il tari xli qərardan görünür ki, Bəraət almış şəxs istintaq müddətində polis əməkdaşları tərəfindən döyülmədiyini və ona qarşı hər hansı fiziki və psixi təzyiq göstərilmədiyini bildirmiş, yalnız işə müqavilə əsasında müdafiəçi qoşulduqdan sonra o, yəni 2022-ci ilin fevral ayının əvvəllərində sonuncu bu məzmunlu şikayət etmiş, şikayəti əsasında Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq edilməsi öz təsdiqini tapmadığından 28 fevral 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. 16 fevral 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 26 fevral 2022-ci il tarixli 189 saylı rəyindən görünür ki, Bəraət almış şəxsin başın sol gicgah nahiyyəsinin çapıq toxuması keçmiş əzilmiş yara yer i küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən qaçarkən yıxılması zamanı, eləcə də öz-özünə yetirməsi istisna edilmir, törənmə müddəti şəxsin 3 saylı Bakı İstintaq Təcridxanasına daxil olmazdan 6-8 gün əvvələ uyğun gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Odur ki, Bəraət almış şəxs 2021-ci il dekabr ayının 21-də tutulmuş, 3 saylı Bakı İstintaq Təcridxanasına 24 dekabr 2021-ci il tarixdə daxil olmuş və üzərindəki xəsarətlərin o daxil olmazdan 6-8 gün əvvələ uyğun gəlməsi 2021-ci il dekabr ayının 17-19-na təsadüf edir. Cinayət işinin materiallarında olan AR ƏN PX 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə olunmuş tibbi kitabçanın kserosurətindən görünür ki, Bəraət almış şəxs zədə aldığını bildirmiş, başın sol gicgah nahiyyəsində 1 ədəd qərtməkli yara aşkar edilmiş, şikayəti yoxdur. Həmçinin apellyasiya instansiya məhkəmə kollegiyası Bəraət almış şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı 3 saylı İstintaq Təcridxanasından Nərimanov rayon prokurorluğuna müvafiq məlumatın göndərilib-göndərilmədiyini, həmin məlumatın prokurorluq orqanı tərəfindən qəbul olunub-olunmadığını araşdırmadan, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan bu barədə əsassız nəticəyə gəlmişdir. Bundan başqa, apellyasiya məhkəməsinin gəlmiş olduğu qənaətə görə, Bəraət almış şəxs, həmçinin onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının istifadələrində olmuş mobil telefonların anten məlumatları da onun ittihamda göstərildiyi kimi 21 dekabr 2021-ci il tarixdə saat 20:30-da deyil, həmin gün saat 16:30-da saxlanıldığını təsdiq etmiş, istintaq sənədlərində Bəraət almış şəxsin 21 dekabr 2021-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində saxlanıldığı göstərilsə də, həmin vaxtda onun saxlanılmasında iştirak edən Şahid2 anten məlumatları Bakı şəhəri Nəsimi rayonu ərazisini, Şahid1 anten məlumatları isə Bakı şəhəri Yasamal rayonu (Hüseyn Cavid prospekti) ərazisini göstərmişdir ki, bu da həmin əməliyyat müvəkkillərinin 21 dekabr 2021-ci il tarixdə saat 20:30-da Bakı şəhəri Nərimanov rayonu ərazisində olmadığına dəlalət etmişdir. Halbuki məhkəmələrin tədqiq etdiyi sübutlara əsasən müəyyən olunur ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrənin anten məlumatı 21 dekabr 2021-ci il tarixdə saat 19:42-də Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsində olduğunu göstərmişdir. Həmin anten məlumatlarının diskdə bu formada qeyd olunmuşdur Arayan: ********* Aranan: **********79 - Tarix: xx.xx.2021 19:42 - ARANANİN (5********) CELL İD-si: X28 pr. Bəraət almış şəxs də həmin gün, yəni 21 dekabr 2021-ci il tarixdə saat 20:30-da ünvan 3 ünvanının qarşısında saxlanılmışdır. X23 hökmdə göstərildiyi kimi həmin gün saat 16:30 radələrində tutulmuşdursa, onun tutulmasında iştirak edən Şahid1 yenidən həmin gün saat 19:42 radələrində Bəraət almış şəxsin yaşadığı və tutulduğu ərazidə olmasına aydınlıq gətirilməmişdir. Bundan başqa kassasiya məhkəmə kollegiyası kassasiya protestinin o dəlili ilə razılaşır ki, Şahid1 anten məlumatları 21 dekabr 2021-ci il tarixdə Nəsimi rayonu ərazisində saat 20:48-də olduğu göstərilmişdir. Bəraət almış şəxsin tutulduğu Nərimanov rayonu, F.Xoyski küçəsi ilə Nəsimi rayonu, H.Cavid prospekti arasında məsafənin 6-7 km olmasını və nəqliyyat vasitəsi ilə həmin yerə 15-20 dəqiqəyə çatmağın mümkünlüyünü nəzərə alaraq onun Bəraət almış şəxs tutulduqdan sonra saat 20:48-də Nəsimi rayonu ərazisində olması inandırıcıdır. Qeyd olunanlarla yanaşı apellyasiya instansiya məhkəmə kollegiyasının polis əməkdaşı Şahid2 anten məlumatları ilə bağlı gəldiyi nəticə də əsassız olmuşdur. Belə ki, məhkəmə kollegiyası o dəlil ilə də razılaşır ki, Şahid2 apellyasiya instansiya məhkəmə kollegiyasında şahid qismində dindirilməmiş, Bəraət almış şəxsin saxlanıldığı gün də onun üzərində hansı nömrəli mobil telefonun olması dəqiqləşdirilməmişdir. Şahid2 birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən də 21 dekabr 2021-ci il tarixdə onun üzərində hansı mobil nömrənin olması aydınlaşdırılmamışdır. O cümlədən, iş üzrə əməliyyat qeydiyyat işi başlanmadığı və qeydiyyata alınmadığı halda Bəraət almış şəxsin saxlanılmasından bir neçə gün əvvəl onun saxlanılmasında iştirak edən əməliyyat müvəkkili Şahid1 İlkin Mehdiyevlə aralarında telefon danışığının olması da apellyasiya məhkəmə kollegiyasında şübhə doğurmuş, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları kobud pozulmuş, i ş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən məsələyə dair məhkəmənin gəldiyi nəticəni araşdırarkən müəyyən olunmuşdur ki, "xxxx" MMC-dən daxil olmuş 10 noyabr 2022-ci il tarixli BKC/LGL-12953/22 nömrəli cavab məktubuna və ona qoşma edilmiş CD diskdən əldə edilmiş məlumata əsasən Şahid7 istifadəsində olmuş ***-***-**-** nömrəsindən Şahid1 (5********) nömrəsinə həmin tarixlərdə ümumiyyətlə zəng olunmamışdır. Əldə edilmiş tək məlumata əsasən yalnız bir zəng xx.xx.2021-ci il tarixində saat 18:55:51-də Şahid1 (5********) nömrəsindən Şahid7 nömrəsinə o lmuşdur. Belə olduğu təqdirdə apellyasiya məhkəmə kollegiyasının məhz hansı sübutlardan çıxış edərək gəldiyi nəticəni müəyyən etmək mümkün deyil. Bundan əlavə Bəraət almış şəxsin istifadəsində olmuş ***-***-**-** nömrədən xx.xx.2021-ci il tarixdə saat 01:21-də ***-***-**-** nömrəyə yazır ki, “X24 vur 5261 6333 3361 6317” və tutulduğu gün üzərindən aşkar olunmuş kartın nömrəsini də yazıb göndərmişdir. Bundan başqa xx.xx.2021-ci ildə saat 05:39-da ***-***-**-** nömrəsinə “Elnur menim boyuk problemlerim var, men sene pislik elemedim, ozunu.... (qeyri-etik ifadə) pulu gönder, camaatin pulunu verim”, xx.xx.2021-ci il tarixdə saat 08:25-də ***-*****-** nömrəsinə “Adam kisi olar. Men kişilik eledim, sen ise 35 manata göre... (qeyri-etik ifadə) kimi hereket edirsen, caamat pulun gözleyir, gönder pulu” məzmunlu mesajlar yazmışdır. Sonuncu mesaj yazdığı 050-774-62- 82 nömrəsi isə növbəti gün ona “ 4 DAS 3 TORPAQ” məzmununda mesaj yazmışdır. Bəraət almış şəxsin istifadəsində olmuş ***-***-**-** nömrəsinə 8 dekabr 2021-ci il tarixdə saat 15:14-də ***-***-**-** nömrəsindən “4 daş 3 torpaq” məzmununda mesaj göndərilmiş, Bəraət almış şəxs növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə həmin nömrəyə “İsmayıl söz danışdıq axı, bu günün sabahı da var, pulu təcili göndər” məzmunlu mesaj göndərmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, qeyd edilən mesajlar barədə verilən suallara təqsirləndirilən şəxs hər hansı ağlabatan cavab verə bilməmiş, məhkəmənin kollegiyası isə “həmin mətndə olan məlumatlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatların olması görünmür” qeyd et məklə gəldiyi nəticəni əsaslandırmağa çalışmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyasının qeyd edilən əsaslar üzrə gəldiyi nəticəni, həmin sübutlar üzrə ağlabatan nəticə kimi qiymətləndirmək olmaz Bundan əlavə apellyasiya məhkəmə kollegiyası hökmdə bir sıra prosessual pozuntulara da (əməliyyat qeydiyyat işinin açılmaması və s.) istinad edərək bəraət hökmünün qanuniliyini əsaslandırmağa çalışmışdır. Kassasiya məhkəmə kollegiyası göstərilən pozuntuları formal xarakterli pozuntular kimi qiymətləndirərək qeyd edir ki, CPMnin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahiz ələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara şübhə ilə yanaşmasını göstərsə də, həmin şübhələrin nədən ibarət olması, sübutlar arasındakı ziddiyyətlərin nədə ifadə olunmasını kifayət qədər əsaslandırmamış, nəticədə X6 əsassız olaraq bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsaslandırılmış, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan ədalət mühakiməsinin yekunu kimi qəbul edilə bilməz. Göstərilənlərə əlavə olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplə ri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Belə ki, kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunmuş, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış qərarında g östərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddialara uyğun olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmuş; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmamaqla aparılmış; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və X6 bəraət verilməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmənin hökmü, yəni onun iş üzrə gəldiyi hər hansı nəticə araşdırılmış sübutlara istinad edilməklə əsasland ırılmalı, sübutların hər birinə ayrı-ayrılıqda və məcmu şəklində qiymət verilməli, araşdırılmış sübutların qəbul edilməməsinin səbəbləri isə müəyyən edilməklə bu səbəblər yekun məhkəmə aktında göstərilməlidir. Yalnız bu tələblərə əməl edilməklə çıxarılmış hökm qanuni və əsaslı hesab edilə bilər. Beləliklə, göstərilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə X5 təqsirlilik məsələsinin müəyyən edilməsi ilə əlaqədar sübutların apellyasiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və X6 əsassız olaraq bəraət verilməsi qənaətinə gələrək apellyasiya instansiyası məhkəməsinin CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli hökmü verilmiş kassasiya protestinə münasibətdə ləğv edilməklə, cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məh
Məhkəmə qərarları › İş №1(102)-1412/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1412/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver