Məhkəmə qərarları › İş №1(102)-1431/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1431/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1431/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə, onu n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 1(101)-1677/2022 nömrəli (hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, xxx qeydiyyatda olan Məhkum Azərbaycan Respubli kası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 il müddətinə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 9 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən barəsində narkoman iyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi müəyyən edilmiş, iş üzrə məhkəmə məsrəfi və maddi sübutlar ilə bağlı məsələlər öz həllini tapmışdır. Hökmdən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli 1(103)-252/2023 nömrəli (hakimlər: İbrahimov Anar Firdovsi oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü nəticə hissəsində dəyişdirilmiş, Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə dair müddəa hökmdən xaric edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2023-cü il tarixli 1(102)-1895/2023 nömrəli (hakimlər: Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli 1(103)-2285/2023 nömrəli (hak imlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Mustafa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddə tinin başlanğıcının 9 iyun 2022-ci il tarixdən hesablanması, ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, həmçinin, iş üzrə məhkəmə məsrəfi və maddi sübutlar ilə bağlı məsələlər öz həllini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti və məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edərək, yaşadığı ünvanda yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq cəmi 53 ədəd ümumi çəkisi 14965,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitk ilərinə xüsusi aqrotexniki qaydada qulluq göstərərək külli miqdarda kultivasiya etmiş, kultivasiya etdikdən sonra həmin çətənə (kannabis) bitkilərindən təmiz çəkisi 10400,0 qramını qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq əldə etməklə, yaşadığı evin həyətində yerləşən saxlanc yerində kisədə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhkum yaşadığı ünvandakı həyətyanı sahəsinə xx.xx.2022-ci il tarixdə saat 00:30-da keçirilən baxış zamanı həyətdəki sahədə daş hasara yaxın yerdə taxta ilə əhatə olunmuş torpaqda sintetik kisələrlə əkilmiş 53 ədəd ümumi çəkisi 14965,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin həyətdə olan saxlanc yerində isə tərkiblərinə görə 53 ədəd çətənə bitkiləri ilə eynilik təşkil edən sintetik torbada qurudulmuş vəziyyətdə təmiz çəkisi 10400,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının hökmü əsassız olduğundan ləğv olunmalı və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Belə ki, apellyasiya istansiyasında dindirilmiş Şahid3 ifadəsində saxlanc yerinə baxış z amanı iştirak etmədiyi, cinayət işinin materiallarında olan protokollardakı imzanı özünə aid hissədə, yəni çətənə bitkisinin əkilməsi hissəsində təsdiq etdiyi bildirir. Müstəntiq tərəfindən yazılmış ifadəsini həmin hissədə təsdiq etməmişdir. Lakin cinayət işinə əlavə edilmiş Məhkum yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin görüntüləri əks olunmuş diskə baxış zamanı müəyyən edilir ki, əvvəlcə Məhkum həyətyanı sahəsindən 53 ədəd çətənə bitkisi aşkar edilir. Həmin baxışda Məhkum müdafiəçisi və polis əməkdaşları ilə yanaşı mütəxəssis-aqronom Şahid3 də iştirak edir. Daha sonra təqsirləndirilən şəxs polis əməkdaşı ilə birlikdə saxlanc yerinə daxil olur, saxladığı narkotik vasitə marixuana olan kisə həyətə çıxarılır. Həmin vaxt həyətdə olan aqronom-mütəxəssis X-ə təqdim edilir. Görünt ülərdən də görünür ki, polis əməkdaşı və Məhkum saxlanc yerinə daxil olarkən heç kimin əlində hər hansı torba kisə aşkar edilmir. Baxış zamanı əldə olunan narkotik vasitənin aşkar edilərək dərhal həyətdəki mütəxəssisə təqdim edilməsi, Şahid3 ifadəsini və iş materiallarında olan protokolları şübhə altına almamalıdır. Ekspertiza rəyi ilə də Məhkum həyətindən və saxlanc yerindən aşkar edilmiş marixuana və çətənə (kannabis) bitkilərinin tərkibinin eyni olması öz təsdiqi tapmışdır. Belə olan halda məhkəmənin saxlanc yerindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın Məhkum məxsus olmaması barədə qənaətini əsaslı hesab etmək olmaz. Əgər məhkəmə narkotik vasitə olan qurudulmuş marixuananın təqsirləndirilən şəxsə məxsus olmaması və polis əməkdaşları tərəfindən oraya yerləşdirilm əsi qənaətinə gəlmişsə, bu məntiqlə yanaşsaq onda həyətyanı sahədən aşkar edilmiş 53 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi də Məhkum məxsus olmamalı idi. Halbuki təqsirləndirilən şəxs özünü həmin hissədə təqsirli bilir və həyətyanı sahədə öz şəxsi istifadəsi üçün narkotik vasitə əkdiyini etiraf edir. Belə ki, məhkəmə ittihamın əsasını təşkil edən sübutlar əsasında təqsirləndirilən şəxsin törətdiyi bir cinayət əməlinə münasibətdə Məhkum təqsirsiz, digər əmələ münasibətdə isə təqsirli hesab etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayəti ilə ailəli olmasını, üç azyaşlı övladının ağ ciyər xəstəliklərindən əziyyət çəkdiyini, ilk məhkumluğunun olmasını, İİ qrup əlil olmasını nəzərə alaraq barəsində daha az cəza tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya protestinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini, kassasiya şikayətinin isə təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilərək, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məh kəməsində Məhkum çıxış edərək, sözü gedən cinayət işi ilə bağlı özünü təqsirli bildiyini, İİ qrup əlil olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəy yən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi ha qqında nəticəyə gəldiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində isə onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddə sində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu madd əsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəm ə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə q arşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, kassasiya protestinin dəlillərinə nəzər yetirildiyi zaman Məhkum CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissənin dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyi müəyyən olunur. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, həmçinin, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəs i ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Apellyasiya məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, “evinin həyətində öz istifadəsi üçün çətənə bitkisi əkdiyini etiraf edir. Belə ki, 2-ci qrup əlil olmaqla ağrıları olduğu üçün marixuanadan istifadə edir. Lakin onun evinin saxlanc yerindən guya aşkar edilmiş qurudulmuş marixuanalar ona məxsus olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Onu ailəsi ilə, yəni övladlarını da tutacaqları ilə hədələdikləri üçün anbardan “aşkar olunmuş” marixuananı qəbul etməyə məcbur olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən itti hamda yazılan saxlanc yerindən aşkar olunmuş marixuananın ona məxsus olmadığını məhkəməyə bildirmişdir. Polislər əllərində onun evinə meşok gətirərkən onun ailə üzvləri bunu görmüşlər.”. O cümlədən, şahid (mütəxəssis-aqronom) qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “bitkilərin təyini ilə əlaqədar olaraq Bakı şəhərində bütün polis idarələrində mütəxəssis kimi dəvət olunur və rəylər verir. Xatirindədir ki, Məhkum evinin həyətində çətənə bitkilərinin əkilməsinin şahidi olmuş və onlara dair rəy vermişdir. Evin həyətinə polislərlə birlikdə baxış təxminən saat 11-12 radələrində keçirilmişdir. Lakin evin anbarında aparılmış axtarış zamanı iştirak etməmişdir. Düzdür protokolu imzalasa da, həmin protokolu özünə aid hissədə, yəni çətənə bitkilərinin əkilməsinə aid hissədə imzalamışdı r. Yəni, evin anbarından qurudulmuş marixuananın aşkar olunmasında iştirak etməmişdir. Bu barədə istintaq vaxtı müstəntiq tərəfindən yazılmış ifadəsini bu hissədə təsdiq etmir.”. Bununla yanaşı əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, “həyat yoldaşı X evin həyətində bitkilər əkmişdir, onun nə əkdiyini bilməmişdir. Bu barədə X-dən soruşduqda, sonuncu ağac ştilləri olduğunu bildirmişdir. Gündüz vaxtı həyətə polislər gəlmiş və həyətdəki bitkilərə baxış keçirmişlər. Axşam saat 11-12 olardı polislər yenə gəlmiş, onu və uşaqları evin həyətindən bayıra, yəni küçəyə çıxarmışlar. Onlar isə bayırda X-in maşınında oturub gözləmişlər və seyr etmişlər. Bu zaman polislərdən birini öz maşınlarından ağ rəngli meşok götürərək evin həyətinə girdiyi görmüşdür. H adlı əməliyyatçı idi onun adı. O, A və H adlı əməliyyatçılar idi.”. Məhkum ilk öncə saxlanılaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparılmış, şöbədə onun üzərinə baxış keçirilmiş, üzərinə baxış zamanı Məhkum yaşadığı ünvanda narkotik tərkibli çətənə kollarını əkib becərdiyini bildirmiş, bundan sonra onun Zirə qəsəbəsində yerləşən fərdi yaşayış evini həyətyanı sahəsinə baxış keçirilmişdir. Lakin Məhkum yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə nəinki məhkəmə qərarı, heç istintaq orqanının özü tərəfindən hər hansı bir prosessual qərar olunmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, Məhkum 9 iyun 2022-ci il tarixdə saat 22:50-də şübhəli şəxs qismində saxlanılmış, onun üzərinə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində şəxsi axtarış i sə saxlanılmasından təxminən 50 dəqiqə sonra, yəni saat 23:40-da başlanılaraq saat 23:55-də bitmişdir. 10 iyun 2022-ci il tarixdə saat 00:30-da isə onun yaşadığı evin həyətyanı sahəsinə və evin anbarına (saxlanc yeri) baxış keçirilmişdir. Odur ki, Məhkum saxlanıldığı andan yaşadığı evin anbarında baxış keçirilənədək 1 saat 40 dəqiqə müddət keçmişdir və həmin müddət ərzində Məhkum tam polislərin nəzarəti altında olmuşdur. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, Məhkum yaşayış evinə və həyətyanı sahəyə baxış, axtarış və götürmə aparılarkən (faktiki axtarış) həmin hərəkətlər video çəkilişlə aparılmış və həmin video materiallar iş materiallarına əlavə edilmişdir və həmin video çəkilişə baxışı zamanı müəyyən olunmuşdur ki, təhqiqatçı və şübhəli şəxs anbara (saxlanc yerinə) daxi l olurlar, şübhəli şəxs özü heç nə göstərmədən, təhqiqatçı içərisində narkotik vasitə marixuana olan kisənin yerini öncədən bilmiş kimi davranaraq kisəni yerini özü göstərərək onu aşkara çıxarır. Azərbaycan Respublikası CPМ-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin v ə digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmiş dir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Kassasiya protestində göstərilmiş “əgər məhkəmə narkotik vasitə olan qurudulmuş marixuananın təqsirləndirilən şəxsə məxsus olmaması qənaətinə gəlmişsə, bu məntiqlə yanaşsaq onda həyətyanı sahədən aşkar edilmiş 53 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi də Məhkum məxsus olmamalı idi” dəlilinə qiymət verərək qeyd edir ki, “sübutsuz müəyyən edilən hallar” adlandırılan CPM-in 141.2-ci maddəsində göstərilmişdir ki, cinayət p rosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. İş materiallarına əsasən müəyyən olunur Məhkum həyətyanı sahədən aşkar edilmiş 53 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin məhz onun tərəfindən əkib becərdiyini sona qədər etiraf etmiş və bu hal digər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək, təqsirləndirilən şəxs Məhkum anbardan aşkar edilmiş narkotik vasitə olan marixuananın ora “qoyulmasına” dair əsaslarını inandırıcı fakt hesab edib, polis əməkdaşlarının vermiş olduqları ifadələrin hadisənin real ardıcıllığını əks etdirmədiyi barədə apellyasiya məhkəməsinin düzgün nəticəyə gəldiyini qeyd edir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətmə kdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin və Ali Məhkəməsinin Plenumlarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kas sasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmünün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu idd ia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cin ayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları n (ikinci qrup əlil olması, himayəsində bir azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törə dilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olun malıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya də yişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar