Məhkəmə qərarları › İş №1(102)-1485/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1485/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1485/2022 29.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 1(104)-486/2021 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokuro rluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 29 avqust 1997-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayır. 2. 02 fevral 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum sürücülük hüquq u olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında Zərərçəkmiş şəxs1 məxsus olan “Hyundai Elantra minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 avqust 2020-ci il tarixdə, saat 23 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsi ilə saatda 120-130 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək dəmir yolu yol ayrıcından sürətlə keçərək idarəetməni itirmiş, yolun sağ tərəfindəki maneəyə dəyərək toqquşmuş, nəticədə “Hyundai Elantra mi nik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan L1, L3 bel fəqərələrinin kompression sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla, həmçinin digər sərnişin, “Hyundai Elantra minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında sahibi Zərərçəkmiş şəxs1 13300 (on üç min üç yüz) manat dəyərində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 1(021)-44/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan m əhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum qarşı ziyan tələbinə dair mülki iddiası qismən təmin edilərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum 13300 (on üç min üç yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 verilməsi hökm edilmişdir.

5. Hökmdən təqsirləndirilən şəxs Məhkum apelyasiya şikayəti verib, hökmün dəyişdirilməsini, təyin edilmiş cəzanın yüngülləşdirilməsini, mülki iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Hökmdən həmçinin Zərərçəkmiş şəxs1 apelyasiya şikayəti verib, hökmün dəyişdirilməsini, Məhkum azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsini və mülki iddiasının tam həcmdə təmin edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 1(104)-486/2021 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(021)-44/2021 nömrəli hökmü dəyişdirilmiş, barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilərək Məhkum təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, əlavə cəza kimi təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icraya yönəldilməsi qərara al ınmışdır.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 1(104)-486/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndini yanlış olaraq tətbiq edib, Məhkum azadlığın məhdudlaşdırılması cəzasından azad etmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətdir və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan R espublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə görə o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilərək onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilir. 10.Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiy a instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən görün düyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

1. Dövlət ittiha mçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin yekun qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərinə riayət etmədən amnistiyanın tətbiqində səhvə yol verdiyini iddia edərək, tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.11-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsasl ılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq kassasiya protestinin əsassıız olduğu müəyyən edir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas kimi, məhkəmə tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi deyil, 2.5-ci bəndini tətbiq etməklə, əsassız olaraq Məhkum hüquqlarını məhdudlaşdırıb, barəsində olan cinayət təqibinə xitam vermək əvəzinə, onu cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini, bununla da cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulduğunu göstərmişdir.

17. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən amnistiya aktının məhz 2.5-ci bəndinin tətbiqi əsaslı olmuşdur.

18. Kassasiya protestində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tətbiq edilməli olmasına istinad olunsa da, həmin bəndin tələbi amnistiya qərarı qüvvəyə mindiyi günədək birinci instansiya məhkəməsi tərəfindən baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına şamil edilir.

19. Amnistiya qərarının 9.2 və 9.2.2-ci bəndlərinin ümumi məzmununa görə, məhkəmələr bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hök mlər üzrə bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

20. Davam edilərək qərarın 9.3-cü bəndində qeyd edilir ki, məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir.

21. Bu o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi də amnistiya qərarı qüvvəyə minənədək çıxarılmış, lakin apellyasiya qaydasında mübahisələndirildiyi üçün hökm qanuni qüvvəyə minmədən onun icraatına daxil olmuş işlər üzrə amnistiya aktını həmin qərarın məhz 9.2-ci bəndinə müvafiq olaraq tətbiq etməlidir.

22. Amnistiya qərarının 2 və 2.5-ci bəndlərinin ümumi məz mununa görə isə, qərarın 1-ci hissəsində göstərilən şəxslər istisna olmaqla, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər - məhkumlar cəzalardan azad edilməlidirlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

23. Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsbit edilmişdir. Həmin cinayət əməlinə görə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin e dilmişdir.

24. Hazırki cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin hökmü 30 iyun 2021-ci il tarixdə, yəni amnistiya qərarı qüvvəyə mindiyi günədək çıxarılmış, amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minməmişdir.

25. Həmin hökm üzrə Məhkum birinci instansiya məhkəməsi tərəfindən törətdiyi böyük ictimai təhlükə törətməyən cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və müvafiq olaraq o, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi üzrə tətbiq edilməli olan şəxslər dairəsinə aiddir. Deməli, ümumilikdə götürülməklə, həmin Qərarın 9.2.2, 9.3 və 2.5-ci bəndlərinə əsasən Məhkum amnistiya qərarı qüvvəyə minənədək çıxarılmış, lakin qüvvəyə minməmiş hökmlə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər siyahısına aid olmaqla cəzadan azad edilməli olduğundan, apellyasiya instansiyası məhkəməsinin onun barəsində amnistiya qərarının 2.5-ci bəndinin tətbiq edilməsi və onun təyin edilmiş əsas cəzadan azad edilməsi barədə mövqeyi əsaslı olmuşdur.

26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 dekabr 2021-ci il tarixli, 1(104)-486/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar