Məhkəmə qərarları › İş №1(102)-1497/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1497/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1497/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkum Zeynalov Anar Ədalət oğlunun müdafiəçisi Həsənova Sevinc Eldar qızının iştirakları ilə, Müəyyən etdi: Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci tarixli, 1(020)-67/2022 nömrəli hökmü ilə (hakim: R.V.Nurullayev) xx xxxx XX ildə Beyləqan şəhərind ə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, X1 qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə vermiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdiri lmiş, Məhkum Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan və birinci instansiya məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmündən cinayət hadisəsi olmadığına görə onun Beyləqan şəhəri X3 küçəsi ilə X7 küçəsinin kəsişməsində yerləşən, istifadə hüquqi ilə x2 məxsus 36 m2 torpaq sahəsini özbaşına tutması və qeyd olunan ölçülü sahənin üzərində özbaşına tikinti işləri aparması ilə bağlı müddəalar xaric edilmiş, sonuncuya təqsirli bilindiyi həm Cinayət Məcəlləsinin 188.2-ci, həmdə Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları 1 (bir) il müddətə azaldılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən və zifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2019-cu ilin mart ayının ortalarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan şəhəri, X6 küçəsi ilə X0 küçəsinin kəsişməsində yerləşən Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan 71.2 kvadratmetr torpaq sahəsini özbaşına tutmuş və 2020-ci ilin dekabr ayının ortalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edil miş qaydada müvafiq icazə almadan, 1000 voltdan çox olan elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən həmin torpaq sahəsinin üzərində mişar daşından bir mərtəbəli, «Məhkum Hüquq evi» adlı tikili tikərək özbaşına tikinti işləri aparmışdır. Apellyasiya instansiyası məhkəməsi isə müəyyən etmişdir ki, Beyləqan şəhəri x3 küçəsi ilə x6 küçəsinin kəsişməsində yerləşən, istifadə hüququ ilə X2 məxsus 36 m2 torpaq sahəsinə sonuncunun vermiş olduğu etibarnamə əsasında Məhkum qanuni istifadə hüququ olmuşdur. Məhkəmə kollegiyası göstərilən halı Məhkum münasibətdə Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə həyata keçirilən cinayət təqibini (qeyd olunan hissədə) istisna edən hal kimi qiymətləndirmiş və Məhkum Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan və birinci instansiya məh kəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmündən cinayət hadisəsi olmadığı əsası ilə Məhkum X6 küçəsi ilə X0 küçəsinin kəsişməsində yerləşən, istifadə hüquqi ilə x2ya məxsus 36 m2 torpaq sahəsini özbaşına tutması və qeyd olunan ölçülü sahənin üzərində özbaşına tikinti işləri aparması ilə bağlı müddəaları xaric etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum məsuliyyətini yüngülləşdirən halları düzgün nəzərə almayıb, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini (qəti cəza müddətini) 2 (iki) il 6 (altı) aydan 1 (bir) il 3 (üç) ayadək azaltmaqla Məhkum şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uy ğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya insta nsiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv et məyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmədiyini, nəticədə Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, şəxsiyyətinə, törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilm ir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumi yyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hü dudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda, apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınm alı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanı açıq-aydın yüngül hesab etmək üçün əsas vermədiyi müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Cin ayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 222-2.1-ci maddəsinin sanksiyasında isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-in 188.2 və 222-2.1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını hər iki maddənin sanksiyaları daxilində 1 il endirmiş (müvafiq olaraq CM-nin 188.2- maddəsi ilə 1 (bir) il, CMnin 222-2.1-ci maddəsi ilə 1 (bir) il), həmçinin təyin olunmuş cəzaları qismən toplamaq y olu (CM 66.2) ilə onun üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzanı yüngülləşdirən hallar müəyyən edilmədiyi halda, apellyasiya məhkəməsi Məhkum “İsterik hal davamsız dekompensiyalarla” diaqnozu xəstəlikdən əziyyət çəkməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan halların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması cinayət qanununun tələblərinə zidd olmamaqla, göstərilən yüngülləşdirici hallar həm ayrı-ayrılıqda, həmdə birlikdə götürülməklə nəzərə alındıqda, ağlabatanlıqla cəzanın müddətinin (həcminin) müəyyən edilməsinə təsiri olan yüngülləşdirici hallar kimi çıxış edilər. Çünki, məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına artıq yuxarıda istinad olunduğu kimi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi yol verir. Cəzanın yüngülləşdirilməsi barədə nəticəyə gələrkən apellyasiya məhkəməsinin nəzərə aldığı, yuxarıda şərh edilən hallar müvafiq və yolverilənliyi təkzib edilməyən subutlara əsaslanır. Bu səbəbdən apellyasiya məhkəməsinin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmənin baxılan işdə cəzanı ağır laşdıran halların olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in 188.2 və 222-2.1-ci maddələrinin sanksiyası müəyyən olunarkən qanunvericini n nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələri ilə nəinki 1 il müddətə azadlıqdan məhrum etmə cəzasının, müvafiq olaraq CM 188-ci maddəsində alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzasının, CM 222-2.1-ci maddəsində isə qeyd olunan müddətdən də az müddətə (3 aydan başlayan) azadlıqdan məhrum etmənin və ya islah işlər cəzasının təyin edilməsi mümkün görülmüşdür. Digər tərəfdən yuxarı qeyd olunduğu kimi birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya məhkəməsi haqlı olaraq Məhkum Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən onun Beyləqan şəhəri X4 küçəsi ilə X7 küçəsinin kəsişməsində yerləşən 36 m2 torpaq sahəsinə g örə x2ya etibarnaməli idarəçisi olduğundan həmin torpaq sahəsini özbaşına tutması və qeyd olunan ölçülü sahənin üzərində özbaşına tikinti işləri aparması ilə bağlı müddəalar xaric edilməsi ilə bağlı nəticə (cinayət hadisəsi olmadığı əsası ilə) gəlmişdir ki, göstərilən bu hal Məhkum tərəfindən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəliliyinin azalmasına və bununla da, sonuncuya təyin edilmiş cəzanın yünüglləşdirilməsinə təsir edən amil kimi çıxış etmişdir. Qeyd olunan halların fonunda Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza (həm təqsirli bilindiyi ayrı-ayrı maddələrlə həmdə cinayətlərin məcmusu üzrə qəti cəza) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiy a protestinin təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 08 dekabr 2022-ci il tarixli, 1(106)-964/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci i l tarixli, 1(106)-964/2022 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar