Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1498/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Mütəllimov Coşqun Akif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 mart 2022-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X14 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) 04 mart 2022-ci il tarixli hökmü ilə xx xxxx 1979-cu ildə Sabirabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum edilmiş, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məh kum edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 6 altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən toplanmış və ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmış və hazırda Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi, Azərbaycan Respubl ikası CMin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə X13 və X2 ibarət tərkibdə) 26 may 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə ona Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)-467/2022 saylı qərarı ilə CM-in 177.2.3.-1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 3 (üç) gün hissəsi CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanmaqla, ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Məhkum cəzasını 29 aprel 2024-cü il tarixədək ciddi rejimli cəzaçəkmə müəssisəsində,həmin tarixdən sonra isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmünün apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X9 (sədrlik edən və məruzəçi), X12 və Mövsümov Nazim Rasim oğlundan ib arət tərkibdə) 27 oktyabr 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı3 kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-460/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X10 (sədrlik edən), X3 və X5 ibarət tərkibdə) 19 yanvar 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmündən verilmiş apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü apellyasiya protestinə əsasən d əyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)-467/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Lənkər an Ağır Cinayətlər Məhkəməsinin 4 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, özünə məlum olan mənbədən və vaxtda satış məqsədi ilə 11,538 qram çəkidə qurudulmuş marixuana və külli miqdar təşkil edən 304,624 qram çəkidə heroin narkotik vasitələri, həmçinin külli miqdarda 101,108 qram çəkidə metamfetamin psixotrop maddəni qanunsuz əldə edib üzərində daşımaqla Sabirabad rayonu Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinə gətirərək saxlamış, daxil olmuş məlumat əsasında 15 avqust 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədb irləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman, evin qonaq otağında, televizorun altındakı rəfdə bir ədəd şəffaf rəngli polietilen torba kəsiyində 304,624 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli polietilen torba kəsiyində 101,108 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 5 ədəd kibrit qutularında qablaşdırılmış, ayrı-ayrılıqda çəkiləri 1,668 qram, 2,461 qram, 2,711 qram, 2,927 qram və 1,771 qram, ümumi təmiz çəkisi isə 11,538 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmənin qərarı ilə işin müəyyən edilmiş faktiki halları, el əcə də məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi ittiham tərəfində mübahisə doğurmur, CM-in 66.5-ci maddəsinə uyğun olaraq cəza təyin edilsə də, cəzanın əvvəlinin hesablanmasında səhvə yol verilmiş, cəzasının əvvəli 4 mart 2022-ci il tarixdən hesablanmışdır. Lakin qanunun müvafiq normasına uyğun olaraq Məhkum cəzasının hesablanması iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündə göstərildiyi kimi həbs olunduğu xx.xx.2020-ci il tarixdən hesablanmalı idi. Göründüyü kimi, nəticə olaraq, hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual Məcəllələrinin göstərilən tələbləri pozulmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təc rübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı izahlar nəzərə alınmamış və məhkum edilmiş şəxsə cəza təyini ilə bağlı olan sübutlar (sənədlər) CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarının ləğv olunması və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını din ləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şə xslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız h əmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi, ona təyin edilmiş cəza mübahisələndirilmir, cəzaçəkmə müddətinin əvvəlinin düzgün qeyd edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cə za təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin tələblərindən görünür ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları əhatə etmə və ya toplama qaydasında birləşdirib qət i cəza təyin edir. Bu halda birinci hökmə əsasən tamamilə və ya qismən çəkilən cəza yeni cəza müddətinə hesablanır. Bu qayda tətbiq edilərkən cinayətlərin məcmusuna görə ikinci hökmlə təyin edilmiş cəzanın müddəti və ya həcmi birinci hökmlə təyin edilmiş cəzadan az olmamalıdır. cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları əhatə etmə və ya toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Bu halda birinci hökmə əsasən tamamilə və ya qismən çəkilən cəza yeni cəza müddətinə hesablanır. Bu qayda tətbiq edilərkən cinayətlərin məcmusuna görə ikinci hökmlə təyin edilmiş cəzanın müddəti və ya həcmi birinci hökmlə təyin edilmiş cəzadan az olmamalıdır. Əvvəlki hökmlə müəyyən edilmiş cəzanın çəkilmiş hissəsi yeni hökmə əsasən təyin edilən cəzanın müddətinə hesablanarkən cəzanın qəti müddətindən birinci hökm üzrə çəkilmiş cəzanın adi hesabla çıxılmasına yol verilmir. Bunun üçün yeni hökmlə təyin edilən qəti cəzanın icrası birinci hökmlə təyin edilmiş cəzanın icrasına başlanılmış olduğu gündən müəyyən edilir. CPM-in 353.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində digər məsələlərlə yanaşı, təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi; çəkilməli olan yekun cəza tədbiri; azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün müəyyən edilmiş cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növü; cəzaçəkmə müddətinin başlanğıcı da göstərilməlidir. Cinayət işinin materiallarından görünür ki: Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum CM-in 177.2.3-1 -ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)-467/2022 saylı qərarının surətindən görünür ki, həmin qərarla Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək, Məhkum cinayətlərinin təhlükəli residivi müəyyən edilmiş, habelə hökm təyin olunmuş cəzanın həddi hi ssəsində dəyişdirilmiş və CM-in 177.2.3-1 -ci maddəsi ilə təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 il 6 ay həddinədək artırılmışdır. Apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərini nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)467/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1- ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti cəza təyin etsə də, həmin cəzanın əvvəlinin müəyyən edilməsində səhvə yol vermişdir. Belə ki, Məhkum cinayətlərin məcmusu üzrə təyin edilmş azadlıqdan məhrum etmə cəzasının əvvəli Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmündə qeyd edilən xx.xx.2020-ci il tarixdən hesablanmalı olduğu halda, səhvən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmünün çıxarıldıcı tarixdən, yəni 4 mart 2022-ci il tarixdən hesablanmışdır. Nəzərə alınmalıdır ki, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 14 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda vurğulamışdır ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə p rosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini də pozmuş olar. Qeyd olunan prinsiplərə riayət olunması, bununla da cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qarşıda duran vəzifələrin qanuna əsasən yerinə yetirilməsi cinayət mühakimə icraatının məqsədlərinə nail olunmasına xidmət etməklə, nəticədə hər kəsin hüquqlarının müdafiəsini də təmin etmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum CM-in 66.5-ci maddəsi ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi zamanı cəzaçəkmə müddətinin əvvəli səhv hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin norm alarına riayət edilməsini yoxlayarkən bu hala qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur, buna görə də kassasiya protestinin qismən təmin etməklə, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2023-cüil tarixli qərarı dəyişdirilməli, məhkum edilmiş şəxsin cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2020-ci il müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli q ərarı dəyişdirilsin. Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin əvvəli 29 oktyabr 2020-ci il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1498/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1498/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver