Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1499/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə ma hiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim E.A.Abdullayev) Məhkum (xx xxxxxx 1993-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olmaqla ünvan3də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək tutulub saxlanıldığı 1 (bir) gün azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum üzərinə XXX33nə məlumat vermədən saat 22:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan3i tərk etməmək, XX və XXX şəhərlərinin, habelə XX22 rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, məhkumun cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, M əhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.G.Rəhimov, hakimlər E.M.Əhmədov və M.Ə.Rzayevdən ibarət məhkəmə tərkibi) apellyasiya protesti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək tutulub saxlanıldığı 1 (bir) gün cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 13 mart 2024-cü il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış m əqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 12 (on iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,042 qram, 0,076 qram, 0,066 qram, 0,063 qram, 0,069 qram, 0,063 qram, 0,011 qram, 0,054 qram, 0,038 qram, 0,044 qram və 0,049 qram, ümumilikdə isə təmiz çəkisi 0,599 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, XXX35-nin CAŞ-nin əməkdaşları tərəfindən 23 iyun 2023-cü il tarixdə, saat 16:10-da ünvan4in yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq XXX35-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə (heroin) əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Mü dafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi hallarına uyğun olaraq Məhkum azadlığın məhdudlaşdırılması növündə ədalətli cəza təyin edildiyi halda, apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının apellyasiya protestinə baxarkən əsassız olaraq Məhkum cəzasını ağırlaşdırmış, baxılan iş üzrə Məhkum cəzasını yüngülləşdirən halların müəyyən edilməsinə, cəzanı ağırlaşdıran halların isə olmamasına, təqsirkarın ilk dəfə məhkum olunmasına və müsbət xarakterizə olunmasına baxmayaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 58-ci maddələrinin tələblərini pozmuşdur. Müdafiəçi3 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcə lləsinin 416.1.21-ci maddəsində göstərilən halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə b axaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar və məsuliyyətini ağırlaşdıran halların olmama sı nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia etməklə, mübahisələndirilən qərarı dəyişdirməklə ona birinci instansiya məhkəməsinin hökmündə olduğu kimi azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hal ilə əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığı nı yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də Cinayət Məcəlləsi nin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin Məhkum həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum cinayət əməlini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanu n pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayətin tərkib inin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. Həmçinin, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi də Məhkum cəzasını yüngülləşdirən halları, o cümlədən ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərindən qaçırmamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Lakin, birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya instansiyası məhkəməsi sözügedən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını Cinayət Məc əlləsinin 58.3-cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən digər əsaslarla, yəni cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları (xüsusilə, təqsirkarın üzərində eyni vaxtda 12 xırda bükümə qablaşdırılmış, şəxsi istehlak miqdarından dəfələrlə çox olan miqdarda heroin narkotik vasitəsinin aşkarlanması), CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın məqsədləri, o cümlədən cəzanın təqsirkarın islah olunmasına, digər şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, beləliklə də Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah edilməsi və cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi üçün kifayət etməməsi, Məhkum azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin daha məqsədəuyğun olması haqqında nəticəyə gəlib, cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən halların məcmusunun daha yaxşı, tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin edə bilmişdir. Bu qaydada Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş, həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmənin yarısından da az olan 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası məsuliyyəti yüngülləşdirən halları nəzərə almayan həddindən artıq ağır cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusu kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı old uğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini, yəni kassasiya şikayətində irəli sürülmüş mübahisələndirilən qərarın dəyişdirilməsinə, məhkumun cəzasının yüngülləşdirilməsinə dair tələbin təmin edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və məhkum edilmiş şəxsin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda gös tərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1499/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1499/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver