Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1512/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Bayramzadə Xanlar Əsgər oğlunun iştirakları ilə xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabun çu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Bayramzadə Xanlar Əsgər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), S.İ.Əliyev və C.İ.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il müddətin ə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 15 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmişdir Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi i lə qanunsuz olaraq ayrı-ayrı bağlamalarda və kibrit qutularında miqdarları 5,349 qram, 5,235 qram, 5,327 qram və 3100 qram olmaqla külli miqdarda - cəmi 3115,911 qram narkotik vasitə hesab olunan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd bağlamada 1070 qram çəkidə narkotik vasitə hesab olunan kustar üsula hazırlanmış heroini əldə etdikdən sonra, 1 ədəd kibrit qutusuna qablaşdırılmış 5,349 qram qurudulmuş marixuananı cibində, iki ədəd kibrit qutularında olan 5,235 qram və 5,327 qram qurudulmuş marixuananı özünə məxsus “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilin salonundakı dirsəkaltında olan saxlanc yerində, sintetik torbaya qablaşdırılmış 3100 qram qurudulmuş marixuananı və polietilen bağlamada olan 1070 qram heroini isə avto mobilin yük yerində saxlamaqla Nardaran qəsəbəsi, Bağlar massivinə daşımış, 15 yanvar 2020-ci il tarixdə saat 20:30 radələrində Sabunçu RPİ Cinayət axtarış şöbəsinin və Sabunçu RPİ 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq 42-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə və avtomobilinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda 5,349 qram çəkidə, avtomobilin salonundakı dirsəkaltında olan saxlanc yerindən 2 ədəd kibrit qutularında çəkisi 5,235 və 5,327 qram olan narkotik vasitə qurudulmuş marixuana və həmin avtomobilin arxa yük saxlanc yerindən isə 3100 qram çəkidə sellofan torbada qurudulmuş marixuana və 1070 qram çəkidə yapışqan lentə bükülmüş bağlamada narkotik vasitə olan he roin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməyə görə təqsirli bilərkən qanunvericiliyin tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin faktiki halları aydınlaşdırılmamış, habelə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Şikayətdə həmçinin qeyd olunur ki, Məhkum tutulması ilə əlaqədar əməliyyat tədbirləri kobud qanun pozuntuları, o cümlədən Məhkum müdafiə hüquqlarının pozulması ilə keçirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum xx.xx.2020-ci il tarixdə tutulan zaman ona vəkil təyin olunmasına dair ərizə vermiş və ona vəkil təyin olunmuşdur. Lakin elə həmin gün saat 21:10-da tərtib edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolda Məhkum aşağıdakı cümləni yazmağa vadar edilmişdir: ”Mənə vəkillərin siyahısı təqdim olundu. Baxış zamanı vəkilin iştirakından etiraz edirəm. Bu mənim maddi vəziyyətimlə bağlı deyil...Öz hüquqlarımı özüm müdafiə edirəm.” Müdafiəçi hesab edir ki, Məhkum şəxsi axtarış aparılanadək müdafiəçi ilə təmin olunmamışdır. Şikayətdə göstərilir ki, iş materiallarında xx.xx.2020-ci ildə saat 21:32-dən 21:55-dək “Whatsapp” proqr amı vasitəsi ilə yazışması və polis işçilərinin onun evinin qapısını qırmasına dair məlumatlar vardır. Bu onu göstərir ki, həmin vaxt Məhkum bağ evində olmuş və polis işçiləri tərəfindən tutulmamışdır. Lakin işdəki sənədləşməyə görə Məhkum saat 20:50-də artıq polis işçiləri tərəfindən tutulmuş və baxış keçirilmişdir. Müdafiəçinin fikrincə, bu fakt qeyd olunan sübutların mötəbərliliyinə əsaslı şübhələr yaradır və onların sübutlar siyahısından çıxarılması üçün əsasdır. Şikayətdə qeyd olunur ki, Məhkum məxsus olan avtomobil polis işçiləri tərəfindən sonuncunun bağ evindən polis bölməsinə gətirilmişdir. Müdafiəçi hesab edir ki, bu hal avtomobilə keçirilmiş baxışa dair çox ciddi şübhələr yaradır və sözü gedən baxış protokolu sübut kimi qəbul edilə bilməz. Şikayətdə qeyd olunur ki, Sabunçu RPİ -nin 42-ci Polis Bölməsinin təhqiqatçısı Şahid10 məhkəmədə dindirilərkən Məhkum bağ evinə getmədiyini və bağ evində axtarışda iştirak etmədiyini bildirmişdir. Şahid10 bağ evinə baxış keçirilməsinə dair protokolu tərtib etməsinin səbəbini izah edə bilməmişdir. Lakin məhkəmə tərəfindən polis əməkdaşlarının qanunsuz hərəkətlərinə heç bir münasibət bildirilməmişdir. Şikayətdə qeyd olunur ki, əməliyyatın keçirilməsində iştirak etmiş polis işçilərinin Məhkum bağ evində, yaxud küçədə tutulması, ona məxsus avtomobilin polis bölməsinə kimin tərəfindən gətirilməsi, bağ evində axtarışın keçirilməsi və orada iştirak edən şəxslər barədə verdikləri ziddiyyətli ifadələr məhkəmələr tərəfindən araşdırılmamış, əsassız olaraq sübut kimi qəbul edilmişdir. Müdafiəçi hesab edir ki, Məhkum barəsində aparılan iş üzrə həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələbləri pozulmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi X.Bayramzadənin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq ya lnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir, cinayət işinin bəraətverici əsaslarla x itam edilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 234.1”-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə — beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunun dan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanu nunun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfind ən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcm usu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut ed ilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum barəsində olan cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməyərək iş üzrə toplanmış sübutlar hərtərəfli araşdırılmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirilməmiş və ittihamın həlli üçün z əruri olan ziddiyyətlər aradan qaldırılmadan yekun nəticəyə gəlinmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə Məhkum 15 yanvar 2020-ci il tarixdə tutularkən üzərində və avtomobilində aşkar edilmiş narkotik vasitələrə görə verilmiş ittihamlar üzrə sübutlara məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunubolunmamasına münasibət bildirməyi zəruri hesab edir. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə: - “Məhkum məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrı bağlamalarda və kibrit qutularında miqdarları 5,349 qram, 5,235 qram, 5,327 qram və 3100 qram olmaqla külli miqdarda - cəmi 3115,911 qram narkoti k vasitə hesab olunan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd bağlamada 1070 qram çəkidə narkotik vasitə hesab olunan kustar üsula hazırlanmış heroini əldə etdikdən sonra, 1 ədəd kibrit qutusuna qablaşdırılmış 5,349 qram qurudulmuş marixuananı cibində, iki ədəd kibrit qutularında olan 5,235 qram və 5,327 qram qurudulmuş marixuananı özünə məxsus “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilin salonundakı dirsəkaltında olan saxlanc yerində, sintetik torbaya qablaşdırılmış 3100 qram qurudulmuş marixuananı və polietilen bağlamada olan 1070 qram heroini isə avtomobilin yük yerində saxlamaqla Nardaran qəsəbəsi, Bağlar massivinə daşımış, 15 yanvar 2020-ci il tarixdə saat 20:30 radələrində Sabunçu RPİ Cinayət axtarış şöbəsinin və Sabun çu RPİ 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq 42-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə və avtomobilinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda 5,349 qram çəkidə, avtomobilin salonundakı dirsəkaltında olan saxlanc yerindən 2 ədəd kibrit qutularında çəkisi 5,235 və 5,327 qram olan narkotik vasitə qurudulmuş marixuana və həmin avtomobilin arxa yük saxlanc yerindən isə 3100 qram çəkidə sellofan torbada qurudulmuş marixuana və 1070 qram çəkidə yapışqan lentə bükülmüş bağlamada narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.” İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin işin hallarında şərh olunan gəldikləri nəticəyə görə Məhkum 15 yanvar 2020- ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən evinin yaxınlığında tutulub,Sabunçu RPİ 42-ci Polis bölməsin gətirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum tutulması zamanı aparılmış sənədləşmələrdən görünür ki, onun cinayət prosessual qanunvericiliyi ilə nəzərdə tutulan hüquqlarının təmin edilib edilməməsi məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki: -Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan Sabunçu RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2020-ci il tarixli raportundan görünür ki, Məhkum həmin gün Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən evinin yaxınlığında, idarə etdiyi “Mercedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobillə saxlanılmış və əməliyyat qrupunun üz vlərinin iştirakı ilə avtomobili idarə etməklə, Sabunçu RPİ 42-ci Polis bölməsinə gəlmiş, avtomobilin qapılarını bağlayıb özü ilə (qeyd: yəqin ki avtomobilin açarları nəzərdə tutulur) götürmüşdür. Həmin raportdan sonra Məhkum tutulmasına dair qərarın “9a” nömrəli vərəqdə yerləşməsi qeyd edilir. Cinayət işinin 1-ci cildinin siyahısında “9a” nömrəsi yoxdur. Məhkəmələr tərəfindən qeyd edilən raportun cinayət işinin materiallarının siyahisında əvvəldən daxil-edilib-edilməməsi, cinayət işinə aid sənədlərin siyahısına nə vaxt daxil edilməsinə dair xüsusatlar araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin raportun sonradan cinayət işinə əlavə edilibedilməməsinin araşdırılması ona görə zəruri idi ki, Məhkum idarə etdiyi avtomaşının tutulduğu yerdən 42-ci PB-nin həyətinə kimin tərəfində n idarə olunaraq gətirilməsi nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr tərəfindən sonadək araşdırılmamış qalmışdır. Həmin avtomobilin Məhkum idarəçiliyindən alınıb-alınmaması və bir müddət onun nəzarəti olmadan polis işçilərində olub-olmaması, avtomobildə aşkar olunmuş narkotik vasitələrə görə Məhkum məsuliyyət daşıyıb-daşımamasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. - Cinayət işinin 1-ci cild 13-cü vərəqəsində olan Məhkum xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmasını xahiş etmişdir. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan protokoldan görünür ki, Bakı şəhəri 07 saylı hüquq məsləhətxanasının (qeyd: hazırda hüquq məsləhətxanaları yoxdur, yəqin 7 saylı Vəkil Bürosu nəzərdə tutulub) vəkili X2 müdafiəçi kimi təqd im olunmuş, sonuncu da həmin vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 30-cu vərəqəsində olan Məhkum xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, üzərində aparılan baxışın ona təyin olunmuş müdafiəçinin iştirakı olmadan aparılmasına etiraz etmir. Cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki,xx.xx.2020-ci ildə saat 21-10-dan saat 2120-dək Məhkum üstündə Sabunçu RPİ-nin təhqiqatçısı, polis baş leytenantı Şahid10 tərəfindən müdafiəçinin iştirakı olmadan axtarış aparılmış əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda spesifik iyə malik ot kütləsi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 33-cü vərəqəsində olan “Avtomobilə baxış k eçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci ildə saat 21-40-dan saat 21-55-dək Məhkum idarə etdiyi “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilə Sabunçu RPİ-nin təhqiqatçısı, polis baş leytenantı Şahid10 tərəfindən müdafiəçinin iştirakı olmadan baxış keçirilmiş və avtomobilin salonundakı dirsəkaltında olan saxlanc yerindən 2 ədəd kibrit qutuları və həmin avtomobilin arxa yük saxlanc yerindən isə 1 ədəd sellofan torba və yapışqan lentə bükülmüş 1 ədəd bağlama aşkar edilərək götürülmüşdür. Avtomobildə müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə şübhə edilən şəxs Məhkum etirazın olub-olmaması aydınlaşdırılmamışdır. Cinayət işinin 35-ci vərəqəsində olan “Baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki,xx.xx.2020-ci ildə saat 22-15-dən 22-30-dək Məhkum məxsus Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən evinə Sabunçu RPİ-nin təhqiqatçısı, polis baş leytenantı Şahid10 tərəfindən müdafiəçinin iştirakı olmadan baxış keçirilmiş və qanunla qadağan edilmiş heç nə aşkar edilməmişdir. Lakin aşağı instansiya məhkəmələri tərəfindən Məhkum müdafiəçi ilə təmin olunmasına dair ərizə verdiyi halda, real müdafiəçi ilə təmin olunmuşdusa, onun üzərində avtomaşınında və evində aparılan baxış və axtarışlar zamanı müdafiəçinin iştirakının təmin olunmamasının səbəbləri araşdırılmamışdır. Bundan başqa Məhkum üzərində, avtomobilində və evində baxış və axtarış aparılmasına dair yuxarıda qeyd edilən protokollara vizual baxışdan görünür ki, protokolların tərtib edilmə xəttləri ilə axtarışların başlanması və qurtarmasına dair vaxtı ək s etdirən “Başlandı: 21-10”, “Qurtardı 21-20”, “Başlandı 21-40”, “Qurtardı 21-55”, “Başlandı 22-15”, “Qurtardı 22-30” qeydlərə dair xəttləri eyni deyil. Lakin həmin xüsusatlar da məhkəmələr tərəfindən araşdırılmamış qalmışdır. Bu xüsusatların araşdırılması ona görə zəruri idi ki,keçirilmiş baxış və axtarış hərəkətlərinin təhqiqatçı Şahid10 tərəfindən, yaxud başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilsin. Azərbaycan Respublikası CPM-nin 125.2.5-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tutulduğ u andan müdafiəçinin yardımından istifadə hüququnun real təmin olunub-olunmamasının, onun tutulması və üzərində, avtomobilində və evində aparılmış axtarış və baxışa dair sənədlərin gerçəkliyi əks etdirib-etdirməməsinin müəyyən edilməsi onun ittiham olunduğu əməldə təqsirli olubolmamasının müəyyən edilməsi üçün zəruri şərtdir. Belə ki, cinayət işinin 2-ci cild, 69-72-ci vərəqlərində olan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Məhkum qardaşı Şahid7 Hacıağa oğlunun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin “Whatsapp” mobil tətbiqi ilə Məhkum həmin vaxt istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında olan mesaj yazışmalarına əsasən 15 yanvar 2020-ci il tarixdə saat 21:27-dən saat 22:05-də olan vaxt ərzində onlar telefon əlaqəsi saxlamış və bir-birinə mesaj yazmışlar. Yazılmış mesajların mətnlərindən görünür ki, həmin vaxt Məhkum bağ evində olmaqla qapını bağlamış, polis işçiləri isə həmin evə daxil olmaq istəmiş, lakin o, qapını açmamışdır. Mesajların mətnlərindən həm də görünür ki, polislər Məhkum tutmamışdan əvvəl o, qardaşından ona müdafiəçi dəvət etməyi xahiş etmişdir. İş materiallarına qeyd edilən sənədlər əlavə edilsə də, birinci instansiya məhkəməsi iş üzrə Şahid7 Hacıağa oğlunu və Şahid8 dindirməklə kifayətlənərək müdafiə tərəfinin vəsatətinin araşdırılmasını başa çatdırmadan yekun nəticəyə gəlmiş, apelyasiya instansiyası məhkəməsi də həmin qanunsuzluğu aradan qaldırmamışdır. Ona görə də cinayət işin materiallarında Məhkum 15 yanvar 2020-ci il tarixdə saat 20:30 radələrində tutulması rəsmiləşdirildiyi və məhkəmələr də həmin sənədləri sübut kimi qəbul edərək onun təqsirli bilinməsi və məhkum edilməsi nəticəsinə gəldiyi halda, Məhkum həmin gün saat 22:05-ə qədər bağ evində olub qardaşı ilə telefon əlaqəsi saxlamasına dair sənədlərin işə əlavə edilərək araşdırılmaması məhkəmə kollegiyasının qənaətinə görə cinayət prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mülki geyimlərdə və mülki maşınlarda olan polis işçiləri Məhkum Sabunçu rayonu ərazisində avtomaşını idarə edərkən saxlamaq istəmiş, lakin saxlaya bilməmişlər. Məhkum Hacağa oğlu birinci instansiya məhkəməsinin iclasında, elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək gös tərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və çəkmək yolu ilə qurudulmuş marixuana qəbul edir. Hadisə baş verən gün o, Bakıxanov qəsəbəsində “Akkord”un binaları kimi tanınan ərazidə idarə etdiyi “Mersedes” markalı avtomaşında olmuş, dayanacaqda durduğu zaman avtomobilinin izlənildiyini başa düşmüşdür. Sonra onun maşınına mülki geyimli şəxslərin yaxınlaşdığını görmüş, onların düşmənləri olmasından ehtiyat etdiyindən avtomobilini idarə edib uzaqlaşmaq istəmişdir. Bu zaman «Pikap» tipli maşın onun qarşısını kəsməyə cəhd etmişdir. O, çətinliklə maşınını idarə edib sürərkən onu saxlamağa çalışan «Pikap» tipli maşını vurmuş, sürətlə avtomobili idarə edib sürərək Nardaran qəsəbəsi istiqamətində hərəkət etmişdir. Lakin həmin «Pikap» tipli avtomobil də onu təqib etmiş, oradakı dəmir yolunu keçəndən sonra həmin avtomobilin gözdən itdiyini və onu təqib etmədiyini görmüşdür. Həmin vaxt onu tutmaq istəyən şəxslərin polis əməkdaşları olduqlarını başa düşmüşdür. Daha sonra aeroport yoluna çıxaraq maşınını idarə edib yaşadığı Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən evə getmişdir. Həmin vaxt onun üzərində istifadəsi üçün saxladığı bir kibrit qutusu marixuana olmuş, lakin idarə etdiyi maşının salonunda və baqajında heç bir narkotik vasitə olmamışdır. O, bağ evinə gələrkən qardaşı Şahid7 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edərək, mülki şəxslərin avtomobillə onun arxasınca düşdüklərini, onları polis əməkdaşlarına oxşatdığını demişdir. Bundan sonra dayısı Şahid8 onun ***-***-**-** mobil nömrəsinə zəng etmiş, o, dayısına bağ evinin dəmir darvazasını açmasını bi ldirmişdir. Nardarandakı bağ evinə çatdıqda bayır darvazası açıq olmuş, o, avtomobilini həyətə salaraq darvazanı, sonra isə evə keçib qapını arxadan bağlamışdır. Təxminən saat yarım keçdikdən sonra polis əməkdaşları onun yaşadığı bağ evinə gəlmiş, qapını döyərək evə daxil olmağa çalışmışlar. O, bu zaman qardaşı Şahid7 “Whatsapp”da yazaraq polis işçilərinin qapını döydüklərini, dayısı ilə birlikdə qapını açmağı tələb etdiklərini bildirmişdir. Saat 23 radələrində polis əməkdaşları ona bağ evinin qapısını açdırıb evə daxil olmuşlar, lakin dayısını evin içərisinə buraxmamışlar. O, polislər gələnə qədər cibində olan bir kibrit qutusunda marixuananı evdəki qab-qacaq şkafının gözündə gizlətmiş, polis işçiləri evdən həmin narkotiki tapmışlar. Bundan sonra polis əməkdaşları onun qollarına qandal vu rub evdən çıxararaq öz maşınları ilə Sabunçu RPİnin 42-ci Polis Bölməsinə aparmışlar. Bağın həyətində qalan ona məxsus «Mersedes» avtomaşınını isə sonradan polis əməkdaşları ondan götürdükləri açardan istifadə etməklə özləri bölmənin həyətinə gətirmişlər. Bu zaman o, avtomobildə olmamış, buna görə maşını konkret olaraq kimin idarə etdiyini, yaxud evakuatorla gətirildiyini bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında verilən sualları cavablandıran Məhkum bildirmişdir ki, Sabunçu RPİ 42-ci Polis Bölməsində polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər edilmiş, polislər göy rəngdə olan dolu bağlamanı və izolentə bükülmüş sellofan torbanı ona təqdim edib, baxış zamanı həmin narkotik vasitələrin ondan aşkar edildiyini deməsini tələb etmişlər.O da, polis işçilərinin göstərdikləri t əzyiqlərə dözməyərək, həm də həmin vaxt narkotikin təsiri altında olduğundan, videoçəkiliş aparılarkən narkotik vasitələrin özünə məxsus olmasını və maşında gəzdirərək saxlamasını bildirmişdir. Bununla bağlı təqdim olunmuş sənədlərə də imza etmişdir. Əslində isə, onun avtomaşınına qoyulmuş narkotik vasitələrdən məlumatı olmamış, polis əməkdaşlarının təzyiqi altında sənədlərə imza etmiş və videoçəkiliş zamanı onların diqtəsi altında izahat vermişdir. Onda yalnız bir kibrit qutusu qurudulmuş marixuana olmuşdur. Hətta ilk dəfə təhqiqatçıya izahat verərkən də, o, izahatında ondan heroin aşkar olunduğu barədə heç nə göstərməmişdir. Bağ evindən polis işçiləri onu Sabunçu RPİ 42-ci Polis Bölməsinə gətirmişlər, polisə gətirildikdən sonra onu heç kim bağ evinə aparmamış və orada axtarış aparılmamış dır. 15 yanvar 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulan zaman və polis bölməsində saxlanılarkən,o,vəkil görməmiş,ona heç bir vəkil təqdim edilməmiş,vəkili ilk dəfə Sabunçu rayon Məhkəməsində ona sanksiya verilərkən məhkəmə zalında görmüşdür. Məhkum ibtidai istintaq zamanı da 25 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə baxışı zamanı verdiyi ifadəyə uyğun ifadə vermişdir. İş materiallarından görünür ki, Məhkum tutulandan bilavasitə sonra verdiyi izahatında və istintaqın ilkin mərhələsində verdiyi ifadələrində bildirmişdir ki, 2012-ci ildə narkotik vasitə istifadə edib üzərində daşıdığına görə cinayət məsuliyyətinə cəlb edilmişdir.xx.xx.2020-ci il tarixdə təxminən saat 20:30 radələr ində özünə məxsus olan “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord”un binalarının qarşısından keçərkən izlənildiyini başa düşmüş və polis əməkdaşları olmasından ehtiyat etdiyindən avtomobilini bir qədər sürətlə idarə edərək oradan uzaqlaşmaq istədikdə, avtomobilinin qarşısına “Toyota-pikap” markalı dövlət nömrəsinin sonu “777” olan avtomobil çıxıb onun avtomobilini sıxaraq dayandıqda, o, tutulmamaq üçün avtomobilini idarə edib həmin “Toyota” markalı avtomobili arxadan və sol yan hissədən vurub sürətlə Nardaran qəsəbəsi istiqamətdə idarə etməyə başlamışdır. Lakin həmin “Toyota” markalı avtomobil onu təqib etməyə davam etmişdir. O, yaşadığı Nardaran qəsəbəsi, Bağlar massivində yaşadığı məhləyə girəcəkdə saxlayaraq daha qaçmaqd an vaz keçmiş və artıq hər bir şeyin polis əməkdaşlarına məlum olmasını bilərək qərara gəlmişdir ki, təslim olsun. Belə ki, onun avtomobilində dirsəkaltında, arxa baqaj yerində, həmçinin üzərində şəxsi istifadə üçün əldə etdiyi narkotik vasitə olan heroin və qurudulmuş marixuana olmuşdur. Beləliklə, orada onu təqib edən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək 42-ci PB-nin və CAŞ-nin əməkdaşları olmalarını bildirmişlər və onun narkotik vasitə saxlama, daşınma və satmaqda şübhəli olmasını izah edərək, onu Sabunçu RPİ-nin 42-ci PB-nə gətirmişlər. Orada hüquqları izah edildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan çibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixu ana, daha sonra isə idarə etdiyi “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilinə baxış zamanı avtomobilin salonundakı dirsəkaltından iki ədəd kibrit qutusunda qurudulmuş marixuana, avtomobilin arxa yük-saxlanc yerindən isə sellofan torbaya bükülmüş vəziyyətdə təxminən 3 kiloqram çəkidə qurudulmuş marixuana və yapışqan lentə bükülmüş təxminən 1 kiloqram çəkidə heroin aşkar edilərək götürülmüş və sənədləşdirilmişdir, o da, tərtib olunan sənədləri öz imzası ilə təsdiq etmişdir. O, həmin aşkar edilmiş narkotik vasitələri əvvəllər tanıdığı, hazırda isə münasibəti olmayan Sədail Mövlanov tərəfindən bir il əvvəl pay verilməsini və həmin narkotik vasitələri idarə etdiyi avtomobildə saxlayıb daşıdığını bildirmişdir. Ziddiyyətlərlə bağlı sualları cavablandıran Məhkum müqavilə əsasında müdafiəçisi Mehman Abbasovun iştirakı ilə verdiyi 25 iyul 2020-ci il tarixli ifadəsini təsdiq etdiyini, digər izahat və ifadələri polis əməkdaşları tərəfindən göstərilmiş təzyiqlər nəticəsində verdiyini, ondan əlyazma şəklində alınmış izahatında heroin barədə heç nə yazılmadığını, işini aparan birinci müstəntiqin də ona qarşı qərəzli münasibət göstərdiyini bildirmişdir. İşdən görünür ki,18 yanvar 2020-ci ildə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Abbasov Mehman Mais oğlu ilə Məhkum hüquqlarının Sabunçu RPİ-də aparılan cinayət işi üzrə hüquqlarının müdafiəsinə dair müqavilə imzalanmış və vəkil orderi verilmişdir. (cild 1,vərəqə 113) Müdafiəçinin dəfələrlə müracitlərinə baxmayaraq vəkil M.Abbasov 24.06.20-ci ildə, yəni müqavilə bağlanandan 5 ay 6 gün sonra Məhkum təqdim olunmuşdur. (c ild 1,vərəqə 200) Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum tutulması və aşkar edilmiş narkotik vasitələrin rəsmiləşdirilməsi məqsədi ilə tərtib edilmiş sənədlərin işin gerçək hallarını əks etdirib etdirmədiyini müəyyən etmək üçün zəruri olan araşdırma aparmadan, o cümlədən müdafiə tərəfinin irəli sürdüyü vəsatətlərdə yoxlanılması zəruri olan halları yoxlamadan yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışlar. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdır ması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki: “14. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahi şə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır.
15. Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətlərlə əlaqədar olaraq, Avropa Məhkəməsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbul etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. H əmin qaydaya görə, bu növdən şikayətlərə baxarkən, aşağıda göstərilən üçpilləli testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır: 1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması; 2) işə mahiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması; 3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərib-göstərməməsi. Birinci suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, vəsatətdə əlavə şahidin verəcəyi ifadənin obyektiv baxımdan həqiqətin m üəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə necə və nə dərəcədə təsir edə biləcəyi haqda məlumat öz əksini tapmalıdır. İkinci suala cavab verərkən ilk növbədə nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi müdafiə tərəfinin təklif etdiyi hər bir əlavə şahidin dindirilməsini tələb etmir, onun məqsədi tərəflərin bərabərliyinin təmin edilməsidir. Buna görə, müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Vəsatətlə bağlı qəbul edilmiş hər bir qərarda vəsatətin məzmununun işin halları ilə müqayisədə qiymətləndirilməsi öz ə ksini tapmalı, qiymətləndirmənin həddi və dərəcəsi vəsatətdə göstərilən əsaslara mütənasib olmalıdır. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir. Üçüncü suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, əlavə şahidin dindirilməsinə dair vəsatətin rədd edilməsi haqqında məhkəmə qərarına qiymət verilərkən, hər bir işdə mütləq qaydada belə qərarın ədalətli yekun məhkəmə qərarının qəbul edilməsinə təsiri nəzərdən keçirilməlidir. Bu məqsədlə təqsirləndirilən şəxsin vəkillə təmsil edilib-edilməməsi, müdafiəsini səmərəli şəkildə qurmağa, əleyhinə ifadə vermiş şahidlərin dindirilməsində və əleyhinə istifadə edilən sübutların qiymətləndirməsində iştirak etməyə, əleyhinə if adə vermiş şahidlərə suallar verməyə, öz xeyrinə sübut və baş vermiş hadisələr haqqında öz fərziyyəsini bildirməyə imkanlarının olub-olmaması, təqsirin digər, o cümlədən ittiham tərəfinin şahidlərinin yetərli ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyat-axtarış materialları və s. sübutlarla təsdiq edilib-edilməməsi nəzərə alınmalıdır.
27. Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrində n asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər.
28. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər mate rialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmaları yerinə yetirməmişlər. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsa sən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onla r şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm ye tərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına tə