Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1532/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 1(104)-121/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 1(100)-264/2022 nömrəli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və X.H.Səmədov) xx xxxxxxx 1998-ci ildə Ağstafa rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşamış, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 14 dekabr 2021-cı tarixdən hesabl anmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətlər və dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə, (hakimlər: T.A.Muxtarov (sədrlik edən), R.M.Cəfərov və N.T.Əliyev) məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətlərinə və apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 31 yanvar 2023-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən Məhkum zərərçəkmiş şəxs X5 xuliqanlıq niyyəti ilə qəsdən öldürərək həyatdan məhrum etmişdir. Belə ki, o, 14 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində dayısı oğlu X8 ilə telefonda sonuncunun ona olan 10 manat borcunu vermədiyinə görə mübahisə edərkən Çingiz Vəlizadə onun ünvanına nalayiq ifadə işlətdiyindən sonuncu ilə mübahisələrini aydınlaşdırmaq üçün Ağstafa rayonu Köçəsgər kəndinin içərisindən keçən su kanalının yanında görüşməyə sözləşərək yaşadığı evdən soyuq silah hesab edilməyən məişət təyinatlı, tiyəsinin uz unluğu 110 mm, dəstəyinin uzunluğu 120 mm olan bıçağı götürüb həmin vaxt əynində olan köynəyinin sol qol hissəsinə salıb gizlətməklə sövdələşdikləri yerəkanalın yaxınlığına gedib, həmin gün saat 20 radələrində Çingiz Vəlizadəni ilkin olaraq yumruqla vuraraq sonuncu ilə mübahisə etməyə başlamış, sonuncunun telefonda ona nalayiq ifadə işlətməsini özünə təhqir hesab edib şəxsiyyətini digərlərinin fövqündə qoyaraq əsaslı səbəb olmadan, şəxsiyyətinə qarşı təhqir kimi qiymətləndirdiyi cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə Çingiz Vəlizadəni qəsdən öldürmək məqsədi ilə köynəyinin sol qol hissəsində gizlətdiyi bıçaqla əvvəlcə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq sol sağrının 1 ədəd, sol budun yuxarı 1/3-nin 2 ədəd səthi kəsilmiş, deşilmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, Çingiz Vəlizadənin xəsarət aldıqdan sonra hadisə yerindən evlərinə gedən küçəyə doğru qaçıb getməsinə mane olmaq və onu öldürməkdən ibarət qəsdini başa çatdırmaq üçün sonuncunun arxasınca 40 m məsafə qaçaraq ona çatıb əlində saxladığı bıçaqla Çingiz Vəlizadəni təkrar vuraraq ona sol döş qəfəsinin 1 ədəd boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığın zədələnməsi ilə nəticələnən və kəskin qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək sonuncunu öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsi isə müəyyən etmişdir və apellyasiya instansiyası məhkəməsi razılaşmışdır ki, təsvir edilən hadisə zamanı Məhkum xuliqanlıq ni yyəti ilə hərəkət etməmiş, əksinə zərərçəkmiş Çıngiz Vəlizadənin təşəbbüsü və qeyri-qanuni hərəkətlərinin təsirindən mübahisə yaranmış və bu mübahisənin davamında baş vermiş qarşılıqlı dalaşma zamanı Məhkum bıçaqla yuxarıda qeyd olunan nahiyədən Ç.Vəlizadəni vurub onu qəsdən öldürmüş, yəni Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum xuliqanlıq niyyəti ilə zərərçəkmiş X5 qəsdən öldürdüyü halda, onun əməli əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 120.1-ci maddəsinə tövsif edilmişdir. Lakin, apellyasiya i nstansiyası məhkəməsi də hökmdən verilən apellyasiya protestini təmin etməyib, hökmü dəyişdirilmədən saxlamış, beləliklə, birinci instansiya məhkəməsinin yol verdiyi pozuntular aradan qaldırılmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15 maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qəymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-c u maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını is ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 120.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.2.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin ( hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosesual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin norması xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni nəzərdə tutan 120.2.2-ci maddəsidir. Kassasiya protestinin müəllifi Məhkum hərəkətlərində “xuliqanlıq niyyəti” əlamətinin olması barədə fikrini onunla əlaqələndirir ki, Məhkum zərərçəkmiş Çingiz Vəlizadəni “cüzi səbəbi bəhanə edərək”, yəni gerçək səbəb olmadan qəsdən öldürmüşdür. Dövlət ittihamçısından fərqli olaraq, məhkəmələr hesab etmişlər ki, hadisə zamanı Məhkum səbəbsiz, yəni nəyisə bəhanə edərək hərəkət etməmiş, onun davranışını zərərçəkmiş şəxs Çingiz Vəlizadənin qeyri-qanuni hərəkətləri şərtləndirmiş və məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış münaqişənin gedişində o, şəxsi münasibətlər zəminində sonuncunu bıçaqla vurub qəsdən öldürmüşdür. Məhkəmələrin bu qənaəti cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən 21.2 və 145.3cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktik hallara əsaslanır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki,: _ Məhkumla mərhum Çingiz Vəlizadə (dayısı oğlu) arasında sonuncu tərəfindən əmək haqqının ödənilməməsi səbəbinə mübahisə olmuş, _ Tərəflər arasında əmək haqqının ödənilməməsinə görə mübahisə Məhkum Çingiz Vəlizadəni telefonda söyməsi və nömrəsini blok etməsi ilə başa çatmış, qeyd olunan mübahisə hadisədən on gün əvvəl olmuş, _ Ç.Vəlizadə 10 gün ərzində müxtəlif yollarla Məhkum söydüyü söyüşə görə cəzalandırmaq və intiqam almaq istəmiş, bu məqsədlə digər şəxslərin telefonundan istifadə etməklə Məhkumla əlaqə yaratmış, _ Ç.Vəlizadə mübahisəyə aydınlıq gətirmək üçün Məhkum Ağstafa rayonunun Köçəsgər kəndinin içərisindən keçən su kanalının yanına çağırmış, 3-cü şəxslərin yanında "gəlməyən peysərdi” deyib söyüş qoymuş, _ Məhkum qeyd olunan ünvana getmiş və orada Çingiz Vəlizadənin qəsdən öldürülməsi ilə nəticələnən hadisə baş vermiş, Hadisənin yuxarıda təsvir olunduğu kimi inkişaf etməsi Məhkum münaqişənin zərərçəkmiş Çingiz Vəlizadənin təşəbbüsü ilə başlamasına və hərəkətlərinin sonuncunun qeyri-qanuni davranışı ilə şərtləndirilməsinə dair ifadəsinə məhkəmələrin verdiyi qiymətin, yəni bunları həqiqəti əks etdirən, nəticə etibarı ilə Məhkum xuliqanlıq niyyəti ilə hərəkət etmədiyini göstərən məlumatlar kimi qəbul etməsinin düzgün olduğunu təsdiq edir. Qeyd olunan xüsusatlar barədə Məhkum verdiyi məlumatlar məhkəmədə baxılmış digər sübutlarla təkzib edilməmiş, əksinə şahidlər Şahid2 və Şahid1 ifadələri, mobil telefonlara "baxış keçirilməsi haqqında” protokollarla və iş üzrə toplanmış digər sübutlarla təsdiq olun muşdur. Qeyd olunan və digər sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası onların yenidən ətraflı təsvir və şərh edilməsinə zərurət görmür. Məhkəmələrin qiymətləndirməsi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 6-cı bəndində qeyd olunur ki, “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıl ara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”... Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz”. Qeyd edilən qərarda xuliqanlıq niyyətinə verilmiş təfsiri məhkəmələrin müəyyən edilmiş saydıqları halla – qəsdən adam öldürmənin səbəbsiz və ya cuzi səbəbin bəhanə ed ilməsi ilə deyil, zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətlərinin təsirindən baş vermiş mübahisənin gedişində şəxsi münasibətlər zəminində törədilməsi ilə müqayisə etdikdə, məhkəmələrin Məhkum əməlində xuliqanlıq niyyətinin olmamasına dair qənaətlərində haqlı olduqları müəyyən edilir. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin – xuliqanlıq niyyətinin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Məhkum cinayətkar hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsifini istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməni cinayət olaraq məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi nəzərdə tutmuşdur. Odur ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayətprosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan, kollegiya bu məsələ ilə əlaqədar dövlət ittihamçısının irəli sürdüyü iddia ilə (təqsirkarın əməlinin CM-in 120.2.2-ci maddəsindən qeyd olunan maddəyə tövsif olunmasının məhkəmə səhvi olması barədə fikirlə) və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşmır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 4 16.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 31 yanvar 2023-cü il tarixli, 1(104)-121/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin təl əblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 1(104)-121/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1532/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1532/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver