Məhkəmə qərarları › İş №1(102)-1547/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1547/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1547/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun Məhkum və onun müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızının iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkə məsinin 04 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Z.S.Sadıqova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Elməddin Mirpaşa oğlu) Məhkum, xx xxxxxx 1975-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2008-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmuş, Nəsimi Rayon Məhkəməsinin 24 may 2010-cu il tarixli qərarı ilə barəsində tətbiq edilmiş şərti məhkum etmə vaxtından əvvəl ləğv olknaraq məhkumluğu götürülmüş, ünvan 2-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən Uşaq Bağçasında müvəqqəti məskunlaşmış, CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 17 iyul 2020-ci il tarixli və «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» 29 may 2020-ci il tarixli qərarlarının, Nazirlər Kabineti yanında Operativ Qərargahın 18 iyul 2020-ci il tarixli qərarının tələblərini pozaraq, həmçinin insanlar arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməsinin mütləq olduğu halda, bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq 20 iyul 2020-ci il tarixdə, saat 14:30 radələrində, ünvan 2 ünvanında yerləşən “AL Market”in yaxınlığında müəyyən olunmuş qaydaları pozub və sosial məsafəni gözləmədən piyada hərəkət edib digər şəxslərlə söhbət edərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin vaxt ərazidə xidmət aparan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən Məhkum yeni koronav irus (Covid-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Z.S.Sadıqova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 10 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Z.S.Sadıqova kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Z.S.Sadıqova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, Məhkum qarşı CM-nin 139-1.1-ci maddəsi ilə əsassız ittiham irəli sürülmüş və sonuncu əsassız olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum CM-nin 139-1.1-ci maddəsi ilə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Müdafiəçi Z.S.Sadıqova kassasiya şikayətində bildirir ki, Məhkum heç vaxt “Covid 19” xəstəliyinə yoluxmamı ş və onun tərəfindən karantin rejimi qaydalarının pozulması bu xəstəliyin yayılmasına səbəb olmamışdır. Belə ki, o, siyasi işlərlə məşğul olduğuna görə və “facebook” sosial şəbəkəsindəki səhifəsində dövlət əleyhinə çıxışlar etdiyinə görə qanunsuz olaraq həbs olunmuşdur. Həmçinin müdafiəçi Z.S.Sadıqova kassasiya şikayətində Məhkum həm Azərbaycan Respublikasının Konsttusiyasında, həm “İnsan Hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında” Avropa konvensiyasında və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş müdafiə və digər hüquqlarının pozulmasını da iddia edir. Qeyd olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsini, Məhkum “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Kon vensiyanın 3, 5, 6, 8,10,11, 13,14 və 18-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusunun tanınması barədə Qərar qəbul edilməsini və onun həmin hüquqlarının pozulmasına yol vermiş müstəntiqin, Nəsimi RPİ 19-cu Polis Bölməsinin polis əməkdaşları X5 və Şahid2 barəsində CM-nin 297.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün xüsusi qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi Z.S.Sadıqovanın həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş, yekun məhkəmə aktlarının əsasına yolverilməz sübutlar qoyulmuş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz ola raq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilm əz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Z.S.Sadıqovanın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protes tinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəy yən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya m əhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416.1-ci maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya inst ansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin şərh edilən normalarının tələblərindən belə nəticə hasil olur ki, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlə rinə onların hüdudları çərçivəsində baxaraq və eyni zamanda bu müraciətlərin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə əsasən işlərə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayaraq, bu yoxlamanın nəticəsində isə məhkum olunmuş şəxsin milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarınının pozulmaqla CPM-nin 416.1-ci maddəsində sadalanmış pozuntulara yol verilməsini müəyyən etdikdə həmin hüquqların pozulmasının tanınması barədə deyil, məhz CPM-nin 416.1-ci maddəsində göstərilən əsaslarla həmin Məcəllərnin 419.10-cu maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir. Eyn zamanda, CPM-nin 419.14-cü maddəsinə əsasən, kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək, birinci və ya apellyasiya instansiyası məhkəməsində icraat zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, kassasiya instansiyası məhkəməsi bu Məcəllənin 406-cı maddəsində göstərilənlərə uyğun olaraq xüsusi qərar çıxara bilər. Kassasiya şkayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqları nın müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu müddəalar həmçinin ümumilikdə cəmiyyətin və hər bir insanın cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla cinayətkarlıqla səmərəli mübarizənin aparılmasını, cinayət törətmiş şəxslərin vaxtında aşkar edilərək onların törətdikləri əməllərə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilmələrini və təqsirlilikləri sübuta yetirildiyi halda onların barəstində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini və cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyə n edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəl miş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 124, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutla rla, yəni hazırki iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri, Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən onun COVİD-19 virusuna yoluxmasını təsdiq edən laboratoriya müayinəsinn nəticələri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Cinayət işinin materiallarından həmçinin görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, yenə də kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmişdir. Bundan başqa, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də işə mahiyyəti üzrə məhkəmələrdə baxılarkən fiziki və ya psixi təsirlərə, işgəncələrə və ya şərəf və ləyaqətini alçaldan hərəkətlərə məruz qalması, onun cinayət məsuliyyətinə cəlb edilməsi, tutulması və həbs olunması, sonradan isə məhkum olunması zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun, habelə, kassasiya şikayətində iddia edildiyi kimi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3, 5, 6 və digər maddələrində nəzərdə tutulmuş hüquq və azadlıqlarının pozulması müəyyən edilməmiş və məhkum olunmuş şəxsin CM-nin 139-1.1-ci maddəsində təsbit edilmiş cinayət əməlini törətməsi haqda işin faktiki halları maddi və prosessual hüquq norma larının tələblərinə uyğun olaraq müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum barəsində aparılmış cinayət təqibi mərhələsində toplanmış sübutların qanunsuz yolla əldə edilməsi öz təsdiqini tapmadığından işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tam haqlı olaraq bu sübutları – şahidlərin ifadələrini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsin Laborator tədqiqatlar şöbəsinin müdiri X tərəfindən imzalanaraq möhürlənmiş 20 iyul 2020-ci il tarixli sənədini (Məhkum 20 iyul 2020-ci il tarixdə “PZR”müayinə üsulu ilə aparılan müayinə zamanı laboratoriya nəticəsi müsbət olmuş, yəni onun COVİD-19 virusunun daşıyıcısı olması müəyyən edilmişdir) onun elan olunmuş ittiham üzrə təqsirliliyinə dəlalət edən s übutlar kimi qəbul etmiş, təqsirləndirilən şəxsin həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrini isə özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirib həmin ifadələri yekun məhkəmə aktlarının əsası kimi qəbul etməkdən imtina etmişlər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, bütün sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əmə l etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək be lə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Burada məhkəmə kollegiyası məhkəmə iclaslarında araşdırılmış sübutların bir qisminə və cinayət qanunvericiliyinin tələblərinə də müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiyası məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili X5 göstərmişdir ki, o, Məhkum əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 20 iyul 2020-ci il tarixdə Məhkum “COVİD-19” virusunun daşıyıcısı olması və yaşadığı evi tərk edərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozması barədə daxil olmuş əməliyyat məlumatı barədə şöbə rəhbərliyinə məruzə edilmiş və əməliyyat məlumatının araşdırılması ona və həmin şöbənin əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. Həmin məlumatla əlaqədar olaraq 20 iyul 2020-ci il tarixdə təxminən saat 14:30 radələrində, ünvan 3 ünvanda yerləşən “AL Market”in yaxınlığında olarkən Məhkum həmin yerdə aşkar edildikdə onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim edib daxil olmuş məlumatla əlaqədar məsələyə aydınlıq gətirmək üçün onu 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Məhkum onların dəvəti ilə Polis Şöbəsinə gətirildikdən sonra əməliyyat mə lumatının araşdırılması müvafiq əməkdaşa həvalə edilmiş, Polis Şöbəsinə mobil həkim dəstəsi dəvət edilmiş və Məhkum COVİD-19 virusu ilə əlaqədar yaxma götürülmüşdür. Eyni tarixdə laboratoriya analizinin nəticələri polis şöbəsinə daxil olmuş və müəyyən edilmişdir ki, Məhkum COVİD-19 virusunun daşıyıcısıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 da şahid X5un ifadələri ilə uyğunluq təşkil eyni məzmunlu ifadələr vermişdir. «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli Qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadl arın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli Qərarından göürünür ki, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsinin Laborator tədqiqatlar şöbəsinin müdiri Ş.Rəsulova tərəfindən imzalanaraq möhürlənmiş 20 iyul 2020ci il tarixli sənəddən göründüyü kimi, Məhkum 20 iyul 2020-ci il tarixdə “PZR” müayinə üsulu ilə aparılan müayinə zamanı laboratoriya nəticəsi müsbət olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, 2020-ci ilin əvvəllərindən başlayaraq bütün dünyada insanların həyatı və sağlamlıqları üçün təhlükəli olan COVİD19 virusunun yayılmasının qarşısının alınması, digər tərəfdən insanların özlərinin də bu məsələyə münasibətdə məsuliyyətlərinin gücləndirilməsi məqsədilə, demək olar ki, dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycan Respublikasında həmin virusun fəsadlarına qarşı qanunvericilik və institusuonal tədbirlər həyata keçirilməyə başlanmış, dig ər ölkələrdə olduğu kimi, ölkəmizdə də pandemiya dövrü elan edilərək sərt tədbirlərlə müşaiyət olunan karantin rejimi tətbiq olunmuş və həm bu rejimin pozulmasına, həm də COVİD-19 virusunun yayılmasına görə inzibati və cinayət məsuliyyətini nəzərdə tutan müvafiq normalar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə edilmişdir. Belə normalardan biri də “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasısının 17 mart 2020-ci il tarixli 28VİQD nömrəli Qanunu ilə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” adı altında CM-nə əlavə edilmiş və iki hissədən ibarət olan CM-nin 139-1-ci maddəsidir. Belə ki, CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, san itariyagigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda həmin əməlləri törətmiş şəxsin iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalan ilə cəzalandırılması nəzərdə tutulmuşdur. CM-nin 139-1.2-ci maddəsinə əsasən isə şəxs tərəfindən törədilmiş eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, belə şəxs üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 139.-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin hazırki işin müəyyən edlmiş faktiki halları ilə bağlı birgə təhlili belə nəticəyə gəlmə k üçün əsas verir ki, şəxs COVİD-19 virusunun daşıyıcısı olmaqla ölkədə tətbiq edilən karantin rejimini pozaraq həmin rejimə görə müvafiq normativ aktlarla müəyyən edilmiş qaydaları pozub icazəsiz, hətta qoruyucu vasitələrdən istifadə etsə belə yaşayış yerini tərk etməsi, insanların toplaşdıqları yerlərə getməklə onların da həmin virusun, yəni koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratması belə şəxsin göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edlməsinə səbəb olur. Qeyd olunmalıdır ki, göstərilən virusun hamıya məlum olan əlamətlərinə görə, onun daşıyıcısı olan şəxsin insanlar arasında olması həmin virusun yayılması riskini artıran əlamətlərdən biridir. Buna görə, təsadüfi deyil, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bunun qarşısının alınması məqsədilə Azərbayca n Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə (onların bir hissəsinə hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında da istinad olunmuşdur) öz xüsusiyyətlərinə görə insanların həyatı və sağlamlığı üçün çox təhlükəli olan virusun yayılmasının qarşısının alınması üçün ilk dövrlərdən başlayaraq çox sərt karantin rejimi tətbiq olunmuşdur ki, bu tədbirlərdən biri də virus daşıyıcıyalırın və həmin virusa yoluxa biləcəyi şəxslərin təcrid edilmələri ilə əlaqədar olmuşdur. Hazırki cinayət işi üzrə araşdırılmış sübutlarla isə müəyyən edilir ki, belə sərt tədbirlərin görülməsinə baxmayaraq COVİD-19 virusunun daşıyıcısı olan Məhkum pandemiya dövrünün ilk vaxtlarına təsadüf edən və həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyi 20 iyul 2020-ci il tarixdə müvafiq icazəsi olmadan yaşadığı yeri tərk etmiş və başqalarının olma ehtimalı çox olan yerə getməklə, hətta kütləvi tədbir keçirməy cəhd etməklə virusun yayılmasına zəmin yaratmış, yəni CM-nin 139-1.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməli törətmişdir. Bu baxımdan onun həmin vaxt saxlanılması, sonradan isə tutularaq azadlığının məhdudlaşdırılması qanunvericiliyin və tətbiq edilən karantin rejiminin tələblərinə uyğun olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, onun əməliyyat məlumatına əsasən təhlükəli virusun daşıyıcısı kimi azadlığının qanunsuz olaraq məhdudlaşdırılmasından və əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsindən və məhkum olunmasından söhbət gedə bilməz. Bunların fövqündə məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkum barəsində ilkin və ibtid ai araşdırmanı aparan orqanın vəzifəli şəxsləri (kassasiya şikayətində göstərilən) tərəfindən də hər hansı bir qanun pozuntusuna yol verilməmiş və buna görə onların barəsində xüsusi qərarın çıxarılması üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, araşdırılmış sübutlara əsasən, Məhkum yuxarıda təsvir edilmiş əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi, sonradan isə CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması onun hər hansı fəaliyyəti ilə əlaqədar olmamış və bu məsləyə də dair müdafiəçi Z.S.Sadıqovanın dəlilini əsassız hesab edlməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri i lə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416.1-ci maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Buna görə kollegiya hesab edir ki, müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə də tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən hallar, o cümlədən himayəsində iki yetkinlik yaşına çatmamış uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməlində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416.1-ci maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum və onun müdafiəçi Z.S.Sadıqovanın, həmin şikayətin təmin olunmaması barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı isə kassasiya şikayətin ə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar