Məhkəmə qərarları › İş №1(102)-1557/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1557/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1557/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Xasayev Vüqar Nəriman oğlunun iştirakları ilə xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmi ş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2023-cü il tarixli 1(103)-75/2023 nömrəli qərarından məhkum və onun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Xasayev Vüqar Nəriman oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 avqust 2022-ci il tarixli, 1(101)-129/2022 nömrəli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmə kdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, məhkum edilmiş şəxs və onun müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), H.H.Əhmədov və Z.A.Şirinov) apelyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 1(101)-12 9/2022 saylı hökmü dəyişdirilmişdir. Həmin hökmdən və elan olunmuş ittihamdan “döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş 1 ədəd yara” bəndi xaric edilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 4 (dörd) aya endirilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində tanışı Qanuni nümayəndə1 bir neçə saatlığına istifadə etmək məqsədi ilə aldığı mobil telefonu geri qaytarmaq üçün ünvan 3 ünvanına gələrək qapını möhkəm döyüb, uca səslə qışqırmış, bu zaman qapını Qanuni nü mayəndə1 qızı Şahid8 açaraq ona qapını möhkəm döyməməsini və qışqırmamasını deyib, haqlı iradını bildirdikdə, o, Şahid8 ilə uca səslə danışdığına görə sonuncunun qonaq gəlmiş nişanlısı, 04 dekabr 1986-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5, mənzil 72-də yaşayan Zərərçəkmiş şəxs Məhkum yanına gələrək ona nişanlısı ilə yüksək səslə danışmamasını deyərək, Şahid8nı evin içinə ötürən zaman aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, cəmiyyətdə birgə yaşayış normalarına zidd olaraq, öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, faktiki olaraq heç bir səbəb olmadan Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla iki zərbə vuraraq, ona hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətli itirilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş 01 ədəd yara və döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən 01 ədəd yara sağlamlığa ağır dərəcəli zərər vurmağa aid edilən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 130-cu maddəsinə tövsif edilməsi və yaxud cinayət işinin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs istintaq zamanı altı dəfə ifadə vermiş, təqsirləndirilən şəxs Məhkum onu bıçaqla vurmaması barədə 2 dəfə ərizə verərək ondan heç bir şikayətinin, tələbinin olmamasını göstərmişdir. Zərərçəkmiş şəxs istintaqa verdiyi 29 aprel 2020-ci il tarixli ilkin ifadəsində göstərimşdir ki, hadisə gecə vaxtı olmuş, o, nişanlısı Şahid8nın səsinə giriş qapısına yaxınlaşarkən orada Şahid8nın qapını möhkəm döyməsinə görə Məhkumlə yüksək səslə mübahisə etməsini görüb, Şahid8nı içəri otağa salmaq istəyərkən arxasına nəsə toxunduğunu hiss edib, arxaya çönərkən Məhkumin əlində iti uclu balaca bıçaq görməsini bildirərək yerdən taxta parçası götürüb Məhkumi badalaq verərək yerə yıxa raq vurmaq istəməsi, lakin vurduğu taxtanın ona dəyməməsi, ikinci dəfə isə Məhkumi taxta parçası ilə vurmaq istəyərkən taxta parçasının həyətdə paltar sərmək üçün çəkilmiş ipə ilişməsinə görə müvazinətini itirərək Məhkumin üzərinə yıxılması, həmin zaman sinəsinə nəyinsə batmasını hiss etməsini, bundan sonra Məhkumin çıxıb getməsini, özünün isə içəri girərək sinəsində cızıq olmasını görməsini demiş, sonra isə Şahid8 və sonradan hadisə yerinə gəlmiş X10la birlikdə X11in evinə gedərkən Məhkumi də orada gördüyü üçün hirslənərək ona ayaqqabı atmasını, oradakıların isə Məhkumi evdən çıxarmasını göstərmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində hadisənin şahidinin yalnız Şahid8 olması, X10un və digərlərinin hadisəni görməməsini bildirmişdir. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs ilkin ifadəsi ndən də aydın görünür ki, Məhkum ona qəsdən bədən xəsarəti yetirməmiş, Zərərçəkmiş şəxs olan xəsarət o Məhkumi vurarkən müvazinətini itirərək Məhkumin üzərinə yıxılması zamanı ehtiyatsızlıqdan yaranmışdır. Müdafiəçi həmçinin hesab edir ki, apelyasiya instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmadan zərərçəkmiş şəxsə ağır zərər vurulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 130-cu maddəsinə tövsif edilməsi və yaxud cinayət işinin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edil məsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin olunması barədə Məhkum və müdafiəçi V.Xasayevin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini tör ətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum əməlinin əsassız olaraq CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi mübahisə edilir və məhkumun əməlinin CM-in 130.1-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməs inə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsində “Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etmə klə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət qanunvericiliyinin müddəalarını nəzərə alıb məhkəmə iclasında araşdırılmış sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən onların mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirərək Məhkum ona ittiham olunmuş cinayəti törətməsi və onun əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi haqqında qanuni nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-in 36-cı maddəsinə əsasən: “36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vur maq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. 36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. 36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.” Məhkəmə kollegiyası ilk növbədə zəruri müdafiə haqqında qanunvericiliyin şərhini zəruri hesab edir. Zəruri müdafiə cinayət qanunvericiliyində əməlin cinayət olmasını aradan qaldıran hallardan biri kim i nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən məzmunundan görünür ki, əməlin zəruri müdafiə vəziyyətində törədilməsi nəticəsinə gəlinməsi üçün aşağıdakı halların mövcud olub-olmamasının müəyyən edilməsi zəruridir: 1) Müdafiə edənin özünün və ya başqa şəxsin həyatına, sağlamlığına və hüquqlarına, dövlətin və cəmiyyətin mənafelərinə ziyan vurmağa yönəlmiş qəsdin ictimai təhlükəli olması. 2) Qəsdin mövcud olması. Yəni ictimai təhlükəli qəsd başlanmasına real təhlükə yaranmış, yaxud qəsd başlamış və davam etməklə başa çatmamışdır. Bu zaman gələcəkdə baş verə biləcək gözlənilən təhlükədən deyil, ani olaraq başlayacağına əsas verən sübutların olması nəzərdə tutulur. 3) İctimai təhlükəli qəsdin olması müdafiə olunanın xəyalının məhsulu deyil, real və həqiqi olması. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunan məzmunundan görünür ki, qanunverici zəruri müdafiəyə dair hər bir şəxsin hüquqlarını tanıyarkən, ictimai təhlükəli qəsdin başlanmasının səbəbləri sırasında müdafiə olunan şəxsin qanunsuz hərəkətlərinin olmasını istisna edir. Ona görə də qanunsuz hərəkətləri ilə özünə qarşı hücumun baş verməsinə səbəb olmuş və belə hücumu bəhanə edərək qanun pozuntusuna yol vermiş şəxslərin hərəkətləri zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Belə halda şəxsin əməli ümumi əsaslar üzrə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayi sə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, cinayət işinin materialları ilə müəyyən olunur ki, baş vermiş cinayət hadisəsi səbəbsiz və ya cüzi səbəb üzündən baş verməmişdir. Təqsirləndirilən şəxs Məhkum hadisədən əvvəl təhqirə, ünvanına edilmiş nalayiq ifadələrə və sonuncu zorakı təsirə məruz qalmışdır. Mübahisə və dalaşma əvvəl Şahid8, sonra isə zərərçəkmiş şəxsin təşəbbüsü baş vermiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən ağır bədən xəsarəti yetirməsi üçün qəsdən münaqişə yaratmamışdır. İş materiallarından görünür ki, Məhkum özünü qismən təqsirli bilsə də, iş üzrə Zərərçəkmiş şəxs ifadələri, şahidlər Şahid12, Şahid11, X3, X11, X4, X2, Şahid8, Şahid1, Şahid2, Qanuni nümayəndə1, Şahid6, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhk əmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Suraxanı rayon Şöbəsinin canlıə şəxsin məhkəmə-tibb ekspertizasının 7 may 2020-ci il tarixli 386 saylı rəyi, canlı şəxsin təkrar məhkəmə-tibb ekspertizasının 28 avqust 2020-ci il tarixli T221/2020 saylı rəyi, canlı şəxsin maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizasının 19 iyun 2020-ci il tarixli, 235-MTKŞ/2020 saylı rəyi, canlı şəxsin maddi sübutların məhkəmə-tibbi-bioloji ekspertizasının 19 iyun 2020-ci il tarixli, 377/2020-MTBŞ saylı rəyi, canlı şəxsin maddi sübutların məhkəmə-tibbi-kriminalistik ekspertizasının 05 avqust 2020-ci il tarixli, 315-MTKŞ/2020 saylı rəyi, komisyon məhkəmə-tibbi ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anato miya Birliyi” Publik Hüquqi Şəxsin canlı şəxsin təkrar məhkəmə-tibb ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 703.1/KEŞ saylı (X5, Ramil Əliyev və Rafik Nuriyev) rəyi, təkrar komissiyon məhkəmə-tibbi ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin canlı şəxsin təkrar komissiyon məhkəmə-tibb ekspertizasının 7 sentyabr 2023-cü il tarixli, 105/MEŞ saylı rəyi, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmçinin, m əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Mehdi oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2023-cü il tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar