Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1581/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə ilə bəraət verilməsinə dair cinayət işi üzrə Baki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmü ilə (hakimlər Ağayev Zeynal Qurban oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan 3000 manat ödəməklə 08 (səkkiz) ədəd k ibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,137 qram, 2,017 qram, 2,810 qram, 2,862 qram, 2,073 qram, 1,942 qram, 2,471 qram və 2,662 qram və 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 1005 qram olmaqla, ümumi təmiz çəkisi 1023,974 qram (1 kq 23,974 qram) bitki mənşəli kütlələr, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib üzərində saxlamaqla daşımış və 02 mart 2022-ci il tarixdə saat 22:10 dəqiqədə Suraxanı RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 08 (səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,137 qram, 2,017 qram, 2,810 qram, 2,862 qram, 2,073 qram, 1,942 qram, 2,471 qram və 2,662 qram və əynindəki qara rəngli gödəkçəsinin sağ iç hissəsindən 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 1005 qram olmaqla, ümumi təmiz çəkisi 1023,974 qram (1 kq 23,974 qram) bitki mənşəli kütlələr, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 23 yanvar 2023-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 06 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 06 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermi ş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş və əssasız olaraq Məhkum bəraət verilməsi haqqında birinci instansiyası məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Dövlət ittihamçısının mövqeyinə görə, ibtidai araşdırma dövründə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi tam sübuta yetirilmiş, həmin dövrdə sonuncunun müdafiə hüququ pozulmamış, bəzi prosessual sənədlərdə istintaq hərəkətlərinin aparılması vaxtı və müdafiəçinin soyadı texniki səhv olaraq düzgün göstərilməsə də bu hallar da ağır cinayət əməlini törətmiş və cəmiyyət üçün təhlükəli olan Məhkum bəraət verilməsinə əsas olmamışdır. Belə səhvlər əməliyyat-axtarış fəaliyyətini həyata keçirən və təhqiqat aparmış polis əməkdaşlarının barəsində onların int izam məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərarın çıxarılması üçün əsas yarada bilərdi ki, belə bir qərar da məhkəmələr tərəfindən qəbul edilməmişdir. İş üzrə təhqiqat və ibtidai araşdırma zamanı Məhkum müdafiə hüququnun pozulması ilə bağlı məhkəmələrin gəldikləri nəticə ilə razılaşmayan kassasiya protestinin müəllifi hesab edir ki, bu nəticə də əsassız olmuş, dövlət hesabına təyin olunmuş vəkil X14 şübhəli şəxsin tutulmasında iştirak etmiş, sonuncunun üzərində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi qanuni olmuş, çünki Məhkum özü bu haqda ərizə ilə təhqiqat orqanına müraciət etmiş, buna baxmayaraq müdafiəçi şəxsi axtarış aparılması və götürmə haqqında 02 mart 2022-ci il tarixli protokolla tanış olmuş, sonrakı istintaq hərəkətlərinin aparılmasında bilavasitə iştirak ed ərək səmərəli şəkildə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. X14un istifadə etdiyi mobil telefon nömrəsinin anten dairələsinə dair məlumatlarla bağlı dövlət ittihamçısı qeyd etmişdir ki, 02 mart 2022-ci il tarixdə həmin nömrənin həddindən artıq yüklü olması səbəbindən anten dairələri səhv göstərilə bilərdi, lakin məhkəmələr göstərilən məlumatları əldə etdikdən sonra bu halı yoxlamamış və müdafiəçi X14 bununla bağlı məhkəmədə dindirilməmişdir. Daha sonra kassasiya protestində göstərilir ki, müdafiə tərəfinin məhkmə iclasında təqdim etdiyi videogörüntülərdə Məhkum 02 mart 2022-ci il tarixdə saat 20 radələrində sərbəst şəkildə yaşadığı küçə ilə hərəkət etməsi və həmin vaxt əlində hər hansı əşyanın olmaması görünsə də, bu hal da onun üzərində narkotik vasitələrin olmaması barədə nəticəyə gəlməyə əsas vermirdi ona görə ki, sonuncu onda aşkar edilrək götürülmüş narkotik vasitəni üzərində gizlətmiş və polis bölməsində gizlətdiyi yerdən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Həmçinin Məhkum yaşadığı evdə baxışın və ya axtarışının keçirilməməsi, bu zaman videoçəkilişin aparılmamasına və ya hal şahidlərinin iştirak etməmələrinə, habelə onun üzərində şəxsi axtarışın aparılmasını əks etdirən videogörüntülərin 09 hissədən ibarət olmasına görə bu istintaq hərəkətlərini qanunsuz hesab edən məhkəmələr nəzərə almamışlar ki, hər iki istintaq hərəkətinin aparlması müvafiq protokollarda əks etdirilmiş, həmin protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, prosessual qanunvericilikdə videoçəkilişin tam olmasını müəyyən edən nə imperativ, nə də ki dispositiv, o c ümlədən videoçəkilişin hissələrdən ibarət olmasını qadağan edən hər hansı bir norma mövcud deyildir. Məhkum müdafiə hüququnun pozulması barədə nəicəyə gələrkən məhkəmələr ona da əsaslanmışlar ki, cinayət işinin materiallarında olan 09 mart 2022-ci il tarixli vəkil orderinə əsasən vəkil Qasımlı Anar Elman oğlu həmin tarixdə Məhkum hüquqlarını müdafiə etmək üçün həmin tarixdə müqavilə bağlamış, lakin o, təqsirləndirilən şəxsə yalnız 12 may 2022-ci il tarixdə təqdim olunmuşdur. Bununla əlaqədar kassasiya protestinin müəllifi qeyd etmişdir ki, A.E.Qasımlı özü də məhkəmə iclasında bildirmişdir ki, 09 mart 2022-ci il tarixdə vəkil ordenini təqdim etdikdən sonra müstəntiq tərəfindən ona Məhkumla söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ün siyyət saxlamaq imkanı yaratmışdır. Belə olan halda ibtidai araşdırma orqanı tərəfindən Məhkumun müdafiə hüqununun məhudlaşdırılması barədə məhkəmələrin gəldikləri qənaət tamamilə əsassız olmuş, sonuncunun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirliliyi isə mötəbər sübutlarla təsdiq edilmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq Dövlət ittihamçısı4 onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında bəraət almış şəxs Məhkum qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmraovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kass asiya protestinə bəraət almış şəxs Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, Dövlət ittihamçısı4 həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmaqla əsassız olaraq Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini, əhəmiyyətli sübutların tədqiqindən imtina olunmasını, məhkəmənin qəbul etdiyi qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək həmin qərarın ləğv edilməsi haqqında kassasiya tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları təd qiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instans iyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya sı məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxsl ərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münas ibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsi nə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu no rması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilmə si zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təq sirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəl lə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyekt iv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalard an kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Cinayət mühakimə icraatının təməl prinsipləri ndən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraat ında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədl ər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, ya ranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olun ma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübu tlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutul muş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Ko nstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik pr ezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm m övcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsi nin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərin də məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqi q edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki halları Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökm ü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası m əhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclasında tam həcmdə araşdırılmış, məhkəmə çıxardığı hökmdə məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırma zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya i nstansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən dövlət ittihamçısının bununla bağlı müraciətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan baxaraq Məhkum barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət itthamçıları ittihamın sübuta yetirilməsi məqsədilə ittiham aktında göstərilən sübutlardan başqa əlavə sübutları məhkəməyə təqd im etməmişlər. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına, o, cümlədən Məhkum müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilmişdir. Belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində bəraət hökmü çıxarımş birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-ci madd əsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, Dövlət ittihamçısı4 məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin bu aktların əsasına qoyulmuş, bundan əvvəl isə məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-n in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol veriməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Belə ki, Məhkum ilkin araşdırma zamanı 02 mart 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən və tarixi və vaxtı göstərilməyən izahatında ona əldə edərək saxlaması və daşıması iddia olunan narkotik vasitə olan cəmisi 1 023,974 qram çəkidə qurudulmuş marixuananı 02 mart 2022-cü il tarixdə Türkan qəsəbəsində yaşayan tanışı “Yadigar” adlı şəxsdən 3000 manata həm şəxsi istifadəsi üçün, həm də satmaq məqsədilə almasını bildirsə də, növbəti gün, yəni 03 mart 2022-ci il tarixdə şübhəli, cinayət təqibinin digər bütün mərhələlərində, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və ilkin izahatında göstərdiklərini inkar edərək göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə təxminən saat 20 radələrində o, yaşadığı evdən çıxıb onlarla qonşuluqda yaşayan tanışı Pərvinin ad gününü qeyd etmək üçün onun yaşadığı evə getməyə başlamış və həmin evin həyətinə daxil olan zaman polis əməkdaşları onu həyətdə saxlayaraq Suraxanı RPİ-nə aparmış və oradakı otaqlar ın birində əvvəlcə üzərinə baxış keçirmiş, lakin üzərindən heç nə aşkar edilərək götürülməmişdir. Buna baxmayaraq, polis əməkdaşları 08 ədəd kibrit qutusunu, bir ədəd elektron tərəzini və bir ədəd iri həcimli bağlamanı verib onların içərisində nəşə kimi tanıdığı qurudulmuş marixuana olduğunu bildirərək kibrit qutularını və bir ədəd elektron tərəzini onun əynində olan gödəkçənin sol yan cibinə, iri həcimli bağlamanı isə əynində olan gödəkçəni açıb sağ içəri hissəsinə qoymuş və üzərində videoçəkilişlə axtarış aparılan zaman həmin əşyaları təqdim edərək içərisində qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni Türkan qəsəbəsində "Yadigar” adlı şəxsdən 3000 manata həm öz istifadəsi, həm də satmaq üçün aldığını deməyi tapşırmışlar. O, əvvəlcə buna razı olmasa da, polis əməkdaşları ona p sixoloji təsir etdikləri üçün qorxmuş və onların təklifi ilə razılaşaraq videoçəkilişlə üzərində axtarış aparılarkən onların dediklərini icra edib gödəkçəsinə yerləşdirilmiş narkotik vasitəni və elektron tərəzini çıxarıb təqdim etmiş, narkotik vasitəni isə Türkan qəsəbəsində yaşayan "Yadigar” adlı şəxsdən 3000 manata həm öz istifadəsi, həm də satmaq üçün aldığını bildirmişdir. Lakin əsl həqiqətdə həmin narkotik vasitə və elektron tərəzi ona məxsus olmamış, Türkan qəsəbəsində yaşayan “Yadigar” adlı şəxsi isə o, tanınmamışdır. Məhkum həmçinin qeyd etmişdir ki, istər şübhəli şəxs qismində tutularkən, istərsə də şəxsi axtarış aparılarkən onun müdafiəçisi olmamış və sonuncunu o, ilk dəfə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə görmüşdür. Bundan başqa, onun yaşadığı evdə müstəniq tərəfindən heç bir baxış və ya axtarış da aparılmamış, bu haqda tərtib olunmuş 02 mart 2022-ci il tarixli protokola əlavə edilmiş fotoşəkilləri isə müstəntiqin xahişi ilə onun anası öz telefonuna çəkib “WatSapp” vasitəsi ilə ona göndərmişdir. Həmin fotoşəkillərdən görünür ki, orada yalnız yaşadığı evin otaqları və həmin otaqlarda yerləşdirilmiş əşyalar təsvir edilmiş, guya baxışın keçirilməsində iştirak etmiş şəxslərdən isə heç biri bu fotoşəkillərdə görünmür. İbtidai araşdırma orqanı tərəfindən Məhkuma CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətlərini əks etdirən xüsusatlar (Məhkum narkotik vasitəni 3000 manat pulun müqabilində satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) onun i lkin araşdırma zamanı verdiyi izahatı əsasında müəyyən edilərək həmin izahat sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyulmuşdur. Halbuki, 124.2-ci madəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Bu normanın tələblərindən göründüyü kimi, həmin normada şübhəli şəxsin ilkin araşdırma zamanı verdiyi izahatın, hətta həmin izahattda cinayətin törədilməsi halları əksini tapsa belə, sübut kimi qəbul edilməsinə, sonradan isə belə izahatın ittihamın əsasına qoyulmasına yol verilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya ins tansyası məhkəmələri əsaslı olaraq Məhkum izahatını onun təqsirliliyini təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmiş və bu zaman həm də aşağıda göstərilənlərə də əməl etmişlər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqs irləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzm unlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edən məhkəmə kollegiyası daha sonra qeyd edir ki, işdə olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 02 mart 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis mayoru Anar İbrahimov göstərilən Polis Bölməsinin rəisinə ünvanladığı raportunda ona qərəzsiz və etimad doğuran mənbədən Məhkum qanunsuz olaraq narkotik vasitələri əldə edərək satması, saxlaması və həmin vasitələrdən istifadə etməsi barədə məulmatın daxil olmasını bildirmiş və bu məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün sonuncunun barəsində aşkar və giz li üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Bundan sonra, A.İbrahimovun raportu Suraxanı RPİ-də qeydiyyata alınmış, bu raport üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün isə Suraxanı RPİ-nin rəisinin 02 mart 2022-ci il tarixli 764-096-22 saylı əmri ilə Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 (qrupun rəhbəri), həmin bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və 31-ci Polis bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri tərəfindən eyni tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, bu qərarın nəticəvi hissəsində isə Məhkum olduğu yerin müəyyən edilməsi, həmin yerin və onun nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, zərurət olduqda üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarışın aparılması, üzərində aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxışın keçirilməsi, həmçinin 48 saat müddətində qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 02 mart 2022-ci il tarixli qərarın surətinin məhkəmə nəzarətini həyata keçirən Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə 02 mart 2022-ci il tarixli 096-4863-1222 sa ylı imzasız məktub əlavə edilsə də, göstərilən qərarın qanuniliyinin yoxlanılması haqqında həmin məhkəmənin qərarı iş materiallarında aşkar edilməmişdir. Hərçənd, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bu tələb faktiki olaraq belə nəticəyə gəlməyə əsas verir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 02 mart 2022-ci il tarixli qərarın və həmin qərarın əsasında keçirilmiş əməliyat-axtarış tədbirlərinin qanuniliyi yoxlanılmadığına görə həmin tədbirlər sübut kimi qəbul edilməyə bilər. Məhz bu kontekst ən çıxış edən birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum ittihamda göstərildiyi vaxt və yerdə saxlanılmasına şübhə ilə yanaşarq sonunucun ifadələrinin fövqündə bu halların digər sübutların araşdırılması yolu ilə həqiqətə uyğun olub-olmamasını yoxlamağı zəruri bilmiş və belə yoxlamanın nəticəsində təqsirləndirilən şəxsin ifadələrinin araşdırılmış digər sübutlarla uzlaşmasını müəyyən etmişdir. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, bundan əvvəl isə bilə-bilə yalan ifadə verməyə görə CM-nin 297-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti haqqında xəbərdar edilmiş Şahid5 göstərmişdir ki, o, Məhkumla eyni məhəllədə yaşayır, onunla aralarında qonşu kimi yaxşı münasibətlər vardır. 02 mart 2022-ci il tarixdə onlarla eyni həyətd ə yaşayan baldızı oğlu Şahid7in ad günü olmuş və sonuncu öz evində bununla bağlı məclis təşkil etmişdir. Həmin gün o, saat 20 radələrində öz həyətində olarkən Məhkum oraya gəlmiş, bundan bir-iki dəqiqə sonra isə 2 nəfər mülki geyimli şəxslər icazəsiz həyətə daxil olub Məhkumun qoluna girərək, onu tutub həyətdən çölə çıxarmış və avtomobilə əyləşdirib özləri ilə aparmışlar. O, arxadan Məhkumu səsləyib nə baş verdiyini soruşmuş, lakin sonuncu ona cavab verməmişdir. Sonradan o, eşitmişdir ki, güya Məhkumun əlində narkotik vasitə olduğuna görə o, polis əməkdaşları tərəfindən tutulmuşdur. Lakin bu məlumat həqiqətə uyğun olmamışdır, çünki Məhkum onların həyətinə gələn zaman onun əlində heç nə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, 02 mart 2022ci il tarixd ə onun ad günü olmuş və o, əvvəlcədən dost-tanışlarına, o cümlədən qonşusu olan Məhkum bu haqda xəbər verərək ad günü münasibətilə təşkil etdiyi məclisə onu da dəvət etmiş, bunun üçün isə saat 20 radələrində “WatSapp” proqramı vasitəsilə ona zəng etmişdir. Bundan təxminən bir neçə dəqiqə sonra o, evdə olan zaman həyətlərindən səsküy gəldiyini eşidib çölə çıxdıqda 2 nəfər mülki geyimli şəxsin onların həyətinə daxil olaraq Məhkum orada saxlanılıb aparılmasını bilmişdir. Kassasiya protestində Dövlət ittihamçısı4 ümumiyyətlə bu ifadələrlə bağlı heç bir dəlil irəli sürməsə də, məhkəmə kollegiyası qeyd edir ki, adları çəkilən şahidlərin hazırki işdə hər hansı maraqlarının olması, buna görə Məhkum müdafiəsinə yönəlmiş yalan ifadələr vermələri iş materialları ilə müəyyən edilmir və buna görə də bu ifadələrin yolverilməz sübutlar kimi qiymətləndrilməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, istər Məhkum, istərsə də əlavə şahidlərin təsvir edilmiş ifadələri ilə Məhkum irəli sürülmüş ittihamda göstərilən şəraitdə (yerdə və vaxtda) deyil, 02 mart 2022-ci il tarixdə saat 20 radələrində qonşusunun yaşadığı evin həyətində saxlanılması və polis bölməsinə aparılması, bununla da onun şübhəli şəxs qismində rəsmi tutulana qədər, yəni 02 mart 2022-ci il tarixdə saat 22:45-dək polis əməkdaşlarının nəzarətində olaraq Polis İdarəsində saxlanıldığı müddətdə azadlıq hüququnun məhdudlaşdırılması müəyyən edilir. Burada o da qeyd olunmalıdır ki, cinayət işinə əlavə edilmiş sənədlərin bir hissəsində Məhkum polis əməkdaşları tərəfindən faktiki olaraq 02 mart 2022-ci il tarixdə saat 22.10-da, digərlərində isə saat 22.25-də tutulması göstərilmiş, bununla da bu məsələ ilə bağlı aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum ilkin izahatında iş üzrə maddi sübut kimi tanınan narkotik vasitəni 02 mart 2022-ci il tarixdə Türkan qəsəbəsində “Yadigar” adlı şəxsdən 3000 manata almasını bildirməsinə, bu halın da ona elan olunmuş ittihama daxil edilməsinə baxmayaraq, həmin halı da təsdiq edən heç bir mötəbər sübut ibtidai araşdırma zamanı əldə edilməmiş, işə mahiyyəti üzrə baxılmasında iştirak edən dövlət ittihamçıları da belə sübutları məhkəməyə təqdim etməmiş, “Yadigar” adlı şəxsin aşkar edilib dindirilməsi üçün naməlum vaxtda və şəraitdə aparılmış əməliyyat axtarış tədbirlərindən başqa heç bir zəruri istintaq hərəkəti aparılmamış, Məhkum Türkan qəsəbəsinə aparılmayaraq ona həmin şəxsin (izahata görə tanışının) olduğu yeri göstərməsi üçün heç bir tədbir görülməmiş, onun həqiqətən 3000 manat narkotik vasitə əldə etməsi üçün maddi imkanının olub-olmaması isə yoxlanılmamışdır. Göründüyü kimi, Məhkum qarşı irəli sürülmüş ittiham toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmamış, əksinə, bu hallar məhkəmə iclasında araşdırılmış sübutlara ziddiyyət təşkil etmişdir. Halbuki, CPM-nin 223.1-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. CPM-nin 223.3-cü maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; 223.3.2. cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; 223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; 223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. Təhlil göstərir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə görə elan olunmuş ittihamda (təqsirləndirilən şəxs qismində cə lb etmə haqqında 04 mart 2022-ci il tarixli qərarda) nəinki yuxarıda göstərilən halların əksəriyyəti əksini tapmamış, həm də bu hallar araşdırılmış sübutlara uyğun olmamışdır. Məhkum barəsindəki cinayət işi üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən aşkar olunmuş prosessual hüquq normalarının pozulmasına münasibət bildirərək məhkəmə kollegiyası daha sonra qeyd edir ki, CPM-nin 445.1.1-445.1.6-cı maddələrində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: - telefon danışıqlarına qulaqasma; - poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; - texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; - binaya, o cümlədən yaşayış yerlərin ə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; - texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; [570] - insanların güdülməsi. CPM-nin 445.2-ci maddəsinin tələbinə görə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tə dbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin III bəndinə əsasən, bu maddənin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinin V bəndində göstərilmişdir ki, bu maddənin IV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yo xlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası, CPM-nin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra həmin Qərarda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almad an, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-nin 445.2-ci maddəsinə müvafi q olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarı ş tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sü but kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qanunvericiliyin təsvir edilmiş tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında yuxarıda göstərilən 02 mart 2022-ci il tarixli qərarın və onun əsasında keçirilmiş müvafiq tədbirlərin qanunauyğunluğu istər məhkəmə tərəfindən məhkəmə nəzarəti qaydasında, istərsə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən yoxlanılmadığından məhkəmələrin onun əsasında əldə edilmiş materialların Məhkum təqsirliliyinin müəyyən edilməsi üçün sübut kimi qəbul edilməsindən imtina etmələri barədə iş üzrə gəldikləri nəticə tamamilə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməlidir. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, Məhkum 02 mart 2022-ci il tarixdə təqiq müəyyən edilməyən vaxtda və yerdə polis əməkdaşları (əməkdaşı) tərəfindən saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirildikdən sonra şübhəli şəxs qismində tutulmazdan əvvəl ona müdafiəçi seçmək üçün həmin İdarənin ərazisində fəaliyyət göstərən 09 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o, həmin siyahı ilə tanış olduqdan sonra dövlət hesabına müdafiəçi təyin olunması barədə ərizə ilə Polis İdarəsinin rəisinə müraciət etmiş, buna görə bu haqda 02 mart 2022-ci il tarixdə qərar qəbul edilərək həmin tarixli protokolla vəkil X14 Məhkum hüquqlarının müdafiəsi üçün ona təqdim edilmiş, eyni tarixdə tərtib olunmuş tutma protokoluna əsasən o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin gün saat 22.45-də tərtib olunmuş protokolla o, və müdafiəçisi tanış olub onu imzalamışlar. Şəxsi axtarış və götürmə haqqında 02 mart 2022-ci il tarixli protokola görə, bundan cəmisi on beş dəqiqə sonra – saat 23.00-dan 23.10-dək Məhkum üzərində şəxsi axtarış aparılmış, bu istintaq hərəkətinin aparılmasında isə müdafiəçi X14 iştirak etməmiş, buna əsas kimi Məhkum Suraxanı RPİ-nin rəisinə ünvanladığı ərizəsi əsas götürülmüşdür. Həmin 02 mart 2022-ci il tarixli naməlum vaxtda kompyuterdə icra olunmuş ərizəsində isə Məhkum üzərində şəxsi axtarış və götürmə apar ılması zamanı tamamilə başqa müdafiəçinin – X1 iştirak etməsini məqsədə müvafiq hesab etmədiyini bildirərək bu istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qeyd edilən protokolda və ərizədə göstərilənlərin hansı zərurətdən irəli gəlməsi isə ilkin araşdırmanı aparın təhqiqatçı tərəfindən aydınlaşdırılmamış, bununla bağlı heç bir əsaslandırılmış qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə, Məhkum həm tutulması zamanı, həm də tutulduqdan sonra üzərində şəxsi axtarışın aparılmasında müdafiəçi X14un iştirak etməməsini müdafiə hüququnun kobud pozulması kimi qiymətləndirir və eyni zamanda göstərilən istintaq hərəkətinin aparılması zamanı videoçəkilişdən istifadə edilməsini nəzərə alaraq sonuncunun ümumiyyətlə 02 mart 2022-ci il tarixdə Suraxanı RPİ-də olmasına, Məhkum tutulmasında iştirak etməsinə şübhələrin yaranması üçün əsasların meydana gəlməsini qeyd edir. Məhz belə şübhələrə görə, birinci instansiya məhkəməsi Məhkum şübhəli şəxs kimi tutulması zamanı Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X14un iştirak etməməsi barədə müdafiə tərəfinin iddiasını araşdırmaq məqsədi ilə adı çəkilən vəkilin istifadəsində olan mobil telefonların 02 mart və 03 mart 2022-ci il tarixlərə olan anten dairəsi haqda məlumatları əldə edərək müdafiəçinin göstərilən tarixlərdə Suraxanı Rayon Polis İdarəsinin yerləşdiyi ərazidə, yəni həmin İdarədə deyil, Bakı şəhərinin Nərimanov rayonunun, Mərdəkan, Balaxanı və Hövsan qəsəbələrinin, Abşeron rayonunun Novxanı və Masazır qəsəbələrinin və Sumqayıt şəhərinin ərazilərində olmasını müəyyən etmişdi r. Kassasiya protestində bu məlumatların həqiqətə uyğun olması mübahisələndirilsə də, məhkəmə kollegiyası bununla bağlı dəlilləri qəbul edilməz sayır və qeyd edir ki, göstərilən hal, yəni Məhkum tutulması və onun üzərində şəxsi axtarışın aparılması zamanı müdafiəçi X14un Suraxanı RPİ-də ümumiyyətlə olmaması ehtimallara əsasən yox, Azərbaycan Respublikasında kifayət qədər nüfuza malik olan “Azersell” şirkətinin elekttron-informasiya bazasında olan məlumatlara əsasən müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Məhkum üzərində şəxsi axtarışın aparılmasında müdafiəçinin iştirakının məqsədə uyğun olmaması barədə onun ərizəsinin alınması zərurəti ona görə yaranmışdır ki, həmin istintaq hərəkətinin aparılmasını əks etdirən videogörüntülərlə müdafiəçi X14un həqiqətən həmin vaxt p olis idarəsində olmaması, onun nəinki şəxsi axtarışın aparılması, həmçinin Məhkum tutulmasında da iştirak etməməsi açıq-aşkar müəyyən edilə bilərdi ki, təhqiqatçı da məhz bu halın aşkar edilməməsi üçün qeyd edilən ərizəni almaqla özünü sığortalamış, lakin nəticədə Məhkum müdafiə hüququnun kobud şəkildə pozulmasına yol vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, müdafiəçi X14un sonradan həm tutma, həm də şəxsi axtarışın aparılması haqqında 02 mart 2022-ci il tarixli protokollarla tanış olub onları imzalaması isə heç də onun tərəfindən şübhəli şəxsin hüquqlarını səmərəli şəkildə müdafiə etməsinə dəlalət etmir. Məhkəmə kollegiyası hesab edir ki, bu xarakterli işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə və şübhəli və təqsirləndirilən şəxslərin təhqiqat və ibtidai araşdırma zamanı müdafiə hüququnun pozulub-pozulmamasını müəyyən etmək üçün istər onların, istərsə də müdafiəçilərin ərizələrinə əsasən sonuncuların bu və ya digər istintaq hərəkətlərinin aparlmasında iştirak etməkdən imtina etmələrinin səbəbləri yoxlanılmalı, hazırki işdə olduğu kimi, bu yoxlamanın nəticələrinə uyğun olaraq da müvafiq qərarlar qəbul edilməlidir. Məhkum təhqiqat zamanı müdafiə hüququnun kobud pozulması barədə nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, CPM-nin 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirak təmin olunmalıdır. Yəni belə hallarda şübhəli və ya təqsirləndirilən şəxslə müvafiq istintaq hərəkətlərinin aparılmasında müdafiəçi mütləq iştirak etməlidir. CPM-nin 92.6-cı maddəsinin tələbi ndən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-nin 92.12-ci maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Qeyd olunan tələblərə baxmayaraq, Məhkum adından kompyuterdə yazılmış ərizəyə əsasən, təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçi olmadan keçirilməsi barədə şübhəli şəxsin xahişi qəbul edilmişdir ki, məhkəmə kollegiyası da bu xahişin Məhkum özünün iradə ifadəsi kimi qiymətləndirilməsinə şübhə ilə yanaşır və hesab edir ki, bəraət almış şəxsin heç nə ilə təsdiq olunmayan 02 mart 2022-ci il tarixli ərizəni öz təşəbbüsü ilə könüllü yazması inandırıcı və qanuni müraciət kimi qəbul edilə bilməz. Qeyd olunan hallar qanunveric iliyin aşağıdakı tələbləri baxımından təhlil edildikdə Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı həmçinin digər qanun pozuntularına da yol verilməsi müəyyən edilir. Belə ki, həm CPM-nin 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqdan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak eməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da Məhkum hazırki iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şə kildə təmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-nin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüquq unu təmin etməlidir. Göründüyü kimi, qanunun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkət inin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Eyni zamanda müdafiəçinin bu və ya istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbiri nin tətbiq edilməsində iştirakdan imtina etmək hüququ isə yoxdur. İş materiallarından göründüyü kimi, Məhkum üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı onun müdafiəçisinə müraciət etməyərək və sonuncunun müdafiəçi ilə təmin olunması barədə xahişin olması barədə məlumat verməyərək bu istintaq hərəkətinin aparlmasında iştirak etmək vəzifəsini, habelə özünün də şübhəli şəxsin müdafiə hüqununun təmin edilməsi vəzifəsini daşıdığını ona izah etməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol verməklə qüvvəsi olmayan 02 mart 2022-ci il tarixli ərizəyə əsaslanaraq şübhəli şəxsin üzərində şəxs axtarış aparmış, ibtidai araşdırma zamanı başqa sübutlar da məhz kobud qanun pozuntuları ilə həmin istintaq hərəkətinin aparılmasının, habelə məhkəmə nəzarəti qaydasında yoxlanılmamış Məhkum barəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələrinə əsasən toplanmışdır. Bunlarla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 246.1-ci maddəsinin tələbinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-nin 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mü hafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxala ndığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmasa da, məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçin in yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-nin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, hə min istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir iki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzərdə tutulduğu hallarda, hətta şübəhli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla istər müdafiəçinin, istərsə də şübəhli və ya təqsirləndirilən şəxsin belə imtinası təhqiqatçı və ya müstəntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə cinayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosessual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci m addələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). İş materiallarından göründüyü kimi, müdafiəçi X14un şəxsi axtarışda iştirak etməsinin məqsədə uyğun olmaması barədə Məhkum ərizəsini əsassız olaraq qəbul etmiş təhqiqatçı belə qərar da qəbul etməmişdir. Bütün göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-nin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-nin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsi baxımından və CPM-nin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-nin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-nin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məc əllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası Məhkum 02 mart 2022-ci il tarixdə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirilib şübhəli şəxs qismində tutularkən, sonra isə onun üzərində şəxsi axtarışın aparılması zamanı müdafiəçinin iştirakı etməməsində, lakin şahidlərin – yalnız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılmasında şübhəli şəxsin müdafiə hüququnun kobud şək ildə pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr də bu hala diqqət yetirməklə, ona qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət vermişlər. Məhkəmə kollegiyası müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı Məhkum hüquqlarının müdafiə olunması 09 saylı Vəkil Bürosunun vəkili X14a həvalə edilərək sonradan o, ibtidai araşdırma zamanı m üxtəlif isintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış, sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş və işin əsl hallarının araşdırılmasına təşəbbüs göstərməmiş, bununla bağlı heç bir vəsatət qaldırmamış və yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdirdir. Belə olan halda təhqiqat və ibtidai araşdırma zamanı vəkil X14 tərəfindən Məhkum hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd e dir ki, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən, ibtidai araşdırma orqanı ilə yanaşı Dövlət ittihamçısı4 də əsas və mötəbər sübut hesab etdiyi şəxsi axtarışın və götürmənin aparılması haqqında 02 mart 2022-ci il tarixli protokoldan daha sonra görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı Məhkum üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə - qurudulmuş marixuana olması ilk olaraq yalnız şübhəli şəxsin izahatına əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin protokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Bu baxımdan tə sadüfi deyil ki, CPM-nin 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-nin 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edi lməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-nin 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. CPM-nin 245.8-ci maddəsində axtarış və ya götürmə zamanı götürülmüş bütün əşy a və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bununla yanaşı məhkəmə kollegiyası Məhkum üzərində şəxsi axtarışın aparılması zamanı yol verilmiş qanun pozuntusunu həmçinin onda görür ki, bu istintaq hərəkətinin aparılması haqqında protokolda onun saat 23.00-dan 23.10-dək aparılması göstərilsə də, həmin vaxt Məhkum üzərindən götürülmüş mobil telefonda saat 23.49-u göstərir. Bu hal digər hallarla yanaşı ona dəlalət edir ki, təhqiqat zamanı tərtib edilmiş bir çox prosessual sənədlər, o cümlədən qeyd olunan protokol artıq daxili işlər orqanlarından həmin orqanların əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdiyinə xaric edilmiş təhqiqatçı X18 tərəfindən saxtalaşdırılmışdır. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, Məhkum 02 mart 2022-ci il tarixdə saat 22.45-də şübhəli şəxs qismində tutulmasına baxmayaraq, o, həmin qismdə yalnız 04 mart 2022-ci il tarixdə saat 18.45-dən 19.30-dək, yəni təxminən iyirmi saat keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-nin 232.1-ci maddəsinin tələbinin pozulmasına da yol verilmişdir. Belə ki, CPM-nin 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Qanunvericiliyin bu tələblərinə də ə məl olunmaması bir daha ona dəlalət edir ki, Məhkum tutulduqdan sonra dərhal dindirilməsi zamanı müdafiəçi X14un da iştirakının bu dindirmədə təmin edilməsi mütləq olmuşdur, lakin sonuncu həmin vaxt Polis İdarəsində olmadığından bu istintaq hərəkətinin qanuna müvafiq qaydada və müddətdə aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin, bu haqda tərtib edilmiş 02 mart 2022-ci il tarixli protokolun, habelə bundan sonra məhz bu istintaq hərəkətinə əsasən ibtidai araşdırma zamanı toplanmış bütün sübutların CPM-nin 125.2-ci maddəsinin tələbləri baxımından yolverilməz sübutlar olması barədə nəticəyə gəlmək üçün əsas verir. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşlarının həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hеsab еdir. Bеlə ki, iş materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı Məhkum CMnin 234.4.3-cü maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ittiham aktında şahid qismində dindirilmiş polis əməkdaşları – Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrinə əsaslanmışdır ki, bu ifadələrin də əsasən şübhəli şəxsin tutulması və vaxtı barədə hissələrinin məhkəmə iclasında araşdırılmış digər sübutlarla ziddiyət təşkil eməsi müəyyən edilmişdir. Adları çəkilən şəxslərin ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Avropa Məhkəməsi göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzərə yetirildikdə müəyyən olunur ki, adları çəkilən polis əməkdaşları Məhkum saxlanılaraq polis şöbəsinə gətirilməsi və onun üzərində axtarışın aparılması barədə şahid kimi ifadələr vеrmişlər və ibtidai araşdırma orqanı Məhkum təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, Məhkum narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-nin 234.4.3cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan halların müəyyən edilməsi məqsədilə nə ibtidai araşdırma orqanı, nə də ki birinci instansiya məhkəməsi heç bir sübut əldə etməmiş, bununla bağlı məhz həmin halları təsdiq edə bilən və maraqları olmayan şəxslər dindirilməmişlər. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının (yuxarıda ətraflı təsvir edilmiş) fonunda məhkəmələr tərəfindən polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşılmasını haqlı hesab edir və bir daha qeyd edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, məhkəmə iclasında araşdırılmış sübutlara əsasən Məhkum yaşadığı evdə 02 mart 2022-ci il tarixdə baxışın keçirilməsi də müəyyən edilməmiş və bu haqda tərtib olunmuş prosessual sənədlər həqiqətə uyğun olmamı şdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Məhkum anası Şahid6 göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə axşam saatlarında onlarla qonşuluqda yaşayan Şahid7nin ad günü olmuş və sonuncu bununla bağlı məclis təşkil etmişdir. Buna görə, həmin tarixdə axşam saatlarında oğlu Vüqar yaşadıqları evdən çıxıb Pərvinin ad gününü qeyd etmək üçün onun yaşadığı evə getdiyini bildirmiş, lakin bundan bir neçə dəqiqə sonra o, yəni Şahid6 küçədən səs-küy gəldiyini eşidib evdən çıxarkən oğlunun tanımadığı bir neçə nəfər mülki geyimli şəxs tərəfindən avtomobilə əyləşdirilib özləri aparılmasını görmüşdür. Həmin vaxt küçədə Şahid və onun qohumu olan Nəhayət də orada olmuşlar. O, həmin şəxslərə yaxınlaşıb nə baş verdiyini soruşduqda, Nəhayət bildirmişdir ki, polis əməkdaşları Məhkumu Şahid7n in yaşadığı evin həyətində saxlayaraq özləri ilə aparmış. Sonradan ona məlum olmuşdur ki, Məhkum Suraxanı RPİ-nə aparılmışdır. Şahid həmçinin qeyd etmişdir ki, oğlunun barəsində aparılan istintaq zamanı onun yaşadığı evdə polis əməkdaşları tərəfindən baxış və ya axtarış aparılmamış, sonradan işi aparan müstəntiqin xahişi ilə onun oğlu Məhkuma kömək edəcəyini düşünüb yaşadığı mənzilin fotoşəkillərini telefonla çəkib «WhatsApp» proqramı vasitəsi ilə ona göndərmişdir. Şəkilləri çəkdikdən sonra o, müstəntiqin yanında da olmuş, müstəntiq ona oğlu Məhkuma kömək edəcəyinə söz vermiş, lakin sonradan oğlu günahsız olmasına baxmayaraq həbs olunmuş və bir daha buraxılmamışdır. Cinayət işinə əlavə edilmiş tarixi göstərilməyən Şahid6 ərizəsindən görünür ki, o, həmin ərizəsində yaşadığı evə polis əməkda şları tərəfindən baxış keçirilməsinə etirazının olmamasını bildirir. Bundan sonra iş üzrə ibtidai araşdırma aparan müstəntiq tərəfindən mənzilə baxış keçirilməsi haqqında 02 mart 2022-ci il tarixli qərar qəbul edilmiş və həmin tarixdə Əmircan qəsəbəsində yerləşən mənzildə saat 23.30-dan 23:55-dək (Məhkum üzərində axtarış aparıldıqdan cəmisi 20 dəqiqə sonra) axtarışın aparılması haqqında protokol tərtib olunmuş, həmin protokolda isə axtarışın yox, baxışın keçirilməsi, mənzildə sübut əhəmiyyətli heç nəyin aşkar edilməməsi və bu baxışda Məhkum, onun müdafiəçisi X14un və adları yuxarıda göstərilən polis əməkdaşlarının iştirak etmələri göstərilmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, müdafiəçi X14un həmin gün ümumiyyətlə Suraxanı Rayon Polis İdarəsində olmaması müəyyən edilmiş, baxış zaman ı videoçəkilişdən istifadə olunmamış, həmin istintaq hərəkətinin aparılmasında hal şahidləri də iştirak etməmiş, protokola əlavə edilmiş fotoşəkillərdən isə Məhkum evinə həqiqətən baxış keçirilməsi görünmür. Bütün bunlara əsasən məhkəmə kollegiyası həqiqətdə Məhkum yaşadığı evdə heç bir baxışın keçirilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və həmin istintaq hərəkətinin, onun keçirilməsi haqda prosessual sənədlərin heç bir sübutedici qüvvəsi olmamasını, digər tərəfdən isə məhkəmələrin bu pozuntuya və saxtakarlığa yol verilməsinə qiymət verdiklərini nəzərə bu məsələyə dair yenidən təftiş aparılmasını lüzumsuz sayır. Məhkum üzərində şəxsi axtarışın aparılmasını özündə əks etdirən videogörüntünün 9 hissədən ibarət olmasının ona bəraət verilməsi üçün əsas o lmaması barədə kassasiya protestinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda bu və ya digər istintaq hərəkətinin aparılması haqqında mühüm prosessual sənəd hesab olunan protokolda həmin istintaq hərəkətinin keçirilməsi ilə bağlı videoçəkilişin aparılması, onun ardıcıllığı, bu zaman hər hansı səbəbdən çəkilişin dayandırılması və ya fasilələrin yaranması kimi hallar əksini tapmalı, bunların da səbəbləri həmin protokolda göstərilməlidir. Lakin, Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında tərtib edilmiş 02 mart 2022-ci il tarixli protokoldan videoçəkilişin hansı səbəblərdən 9 hissədən ibarət olması görünmür, bu isə həmin protokolun əldə olunmuş videogörüntülərlə ziddiyyət təşkil etməsinə, nəticə etibarı ilə bu halın da göstərilən istintaq hərəkə tinin qanun pozuntusu ilə aparılmasına, yəni onun nəticəsində əldə edilmiş sübutların yolverilməz olmasına dəlalət edir. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu haqda gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq Məhkum elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə Məhkum hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, digər tərəfdən isə tam haqlı olaraq həmin pozuntuları təqsirləndirilən şəxsin ziyanına həll etməkdən və onun barəsində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina etmişlər. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri bu nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə sübutların toplanması zamanı kobud qanun pozuntularını, xüsusilə də Məhkum müdafiə hüququnun kobud şəkildə pozulmasını təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 1 25-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiklərini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Dövlət ittihamçısı4 kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda məhkəmələrin iş üzr ə gəldikləri qənaət isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərə k hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Baki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzr ə Baki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1581/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1581/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver