Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1582/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun müdafiəçisi Göyüşov Nizami Əhram an oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli, 1(106)-70/2021 nömrəli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Səfərova Jalə Vahid qızı (eləcə də zərərçəkmiş şəxs M.Məmişovun qanuni nümayəndəsi) tərəfindən birgə verilmiş kassasiya şikayətinə, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun müdafiəçisi Göyüşov Nizami Əhraman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 13 mart 1984-cü il tarixdə Ağcabədi rayonu, Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Ağabəyli kəndində qeydiyyatda o lmaqla, həmin ünvanda yaşamışdır.
2. Məhkum2 13 yanvar 1986-cı il tarixdə Ağcabədi rayonu, Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Ağabəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
3. Məhkum3 Həsən oğlu 01 avqust 1969-cu il tarixdə Ağcabədi rayonu, Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Ağabəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 4. 17 iyun 2020-ci il tarixli ittiham aktına görə Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 157.2 və 221. 3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.
5. İbtidai istintaq orqanı tərəfindən Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğluna ittiham verilmişdir ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında Amil Hüseynovla Ağcabədi şəhər sakini Zərərçəkmiş şəxs arasında olan borcla bağlı mübahisəni qanundan kənar yolla, özlərinin müəyyən etdiyi qaydalar əsasında yoluna qoymaq və sonuncunu qorxutmaq məqsədilə 14 oktyabr 2019-cu il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə gedərək sonuncunun və ailə üzvlərinin vahimə və sarsıntı keçirmələrinə səbəb olan hərəkətlərlə ictimai qaydanı və ətrafda yaşayan şəxslərin rahatlığını pozaraq, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli d ərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq sözlər işlədərək ondan həyətə düşməsini təkidlə tələb etmiş, sonuncu evdən çıxmadığı üçün onu zor tətbiq etməklə hədələmiş, səs-küyə toplaşmış çoxlu sayda şəxslərə əhəmiyyət vermədən onların gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlərlə birlikdə evin həyətdəki stullardan götürüb silah qismində istifadə edərək qəsdən Zərərçəkmiş şəxs və digər ailə üzvlərinin evin içərisində dayanıb onlara baxdıqları pəncərəyə doğru istiqamətdə tullayıb pəncərə şüşələrini sındırmaqla özgə əmlakı nı məhv edib mülkiyyət sahibinə 60 manat maddi ziyan vurmuş, şüşə parçalarının pəncərənin qarşısında dayanmış şəxslərin üzərinə tökülməsi nəticəsində Zərərçəkmiş şəxs sol saidin aşağı üçdə birinin ön səthində üç ədəd kəsilmiş yara xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs bacısı Səfərova Jalə Vahid qızına sol dirsək oynağının arxa səthində bir ədəd kəsilmiş yara xəsarəti ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət və Jalə Səfərovanın azyaşlı oğlu Məmişov Murad Dəyanət oğluna sağ iç topuq nahiyəsində bir ədəd səthi kəsilmiş yara xəsarəti ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt Məhkum3 Zərərçəkmiş şəxs evdən ç ıxmadığına görə evin pəncərəsinə yaxınlaşıb üzərində olan bıçağı çıxararaq pəncərədən sonuncuya doğru uzadıb vuracağı ilə hədələyərək evdən çıxmasını tələb etmiş, Zərərçəkmiş şəxs onların hərəkətlərindən vahiməyə düşərək qaçıb evin zirzəmisində gizlənmiş, onlar cinayət əməllərini davam etdirərək mənzildə yaşayan şəxslərin iradəsinə zidd olaraq, zor tətbiq etmək hədəsi ilə mənzil toxunulmazlığını pozaraq sındırdıqları pəncərədən birlikdə evə daxil olub Zərərçəkmiş şəxs axtarmış, lakin sonuncunu tapa bilmədiyi üçün Məhkum1 üzərində olan bıçağı Murad Məmişovun sağ böyrünə diriyərək Zərərçəkmiş şəxs harada olmasını deməyi tələb etmiş, bundan sonra həyətə çoxlu adamlar toplaşdığı üçün evdən çıxaraq həyətdə Zərərçəkmiş şəxs ailə üzvləri ilə mübahisə etməklə ictimai qaydanı pozmaqda davam etmiş, lakin hadisə yerinə toplaşmış şəxslərin tələbi ilə həyətdən çıxıb getmişlər, bununla da onlar, qərəzli xuliqanlıq hərəkətləri etməklə mənzil toxunulmazlığını pozmuşlar. 6. 01 iyul 2020-ci il tarixdə Ağcabədi rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlu cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
7. Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-88/2020 saylı hökmü ilə Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 157.2 və 221.3-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 157.2 və 221.2.1-ci maddələrinə tövsif edilmiş, onlar Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onların hər birinə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
8. Hökmdən.zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Səfərova Jalə Vahid qızı (eləcə də, zərərçəkmiş şəxs M.Məmişovun qanuni nümayəndəsi) birgə apelyasiya şikayəti, dövlət ittihamçısı Ağayev Seyid-Əzim Nağı oğlu isə apelyasiya protesti vermişlər.
9. Dövlət ittihamçısı apelyasiya protestində Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun Azərbaycan Respublikası CM-nin 157.2 və 221.2.1-ci maddəl əri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Azərbaycan Respublikası CMnin 157.2 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə onlara həmin maddələrin sanksiyası həddində, eləcə də, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə, yeni hökm çıxarılmasını xahiş etmişdir.
10. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Səfərova Jalə Vahid qızı (zərərçəkmiş şəxs M.Məmişovun qanuni nümayəndəsi) birgə verdikləri apelyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun Azərbaycan Respublikası CM-nin 157.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrlə həbslə əlaqəli cəzaya məhkum olunmasını xahiş etmişlər.
11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli, 1(106)-70/2021 nömrəli hökmü ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Səfərova Jalə Vahid qızı (eləcə də zərərçəkmiş şəxs M.Məmişovun qanuni nümayəndəsi) tərəfindən birgə verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-88/2020 saylı hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılaraq, Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlu Azərbaycan Respublikası CM-nin 221.3 və 157.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərba ycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla onlara qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Səfərova Jalə Vahid qızı (eləcə də zərərçəkmiş şəxs M.Məmişovun qanuni nümayəndəsi), məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun müdafiəçisi Göyüşov Nizami Əhraman oğlu kassasiya şikayətləri vermişlər. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
13. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Səfərova Jalə Vahid qızı (eləcə də zər ərçəkmiş şəxs M.Məmişovun qanuni nümayəndəsi) tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə tərəfindən məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanın yüngül olması mübahisələndirilmişdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli, 1(106)-70/2021 nömrəli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
14. Məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun müdafiəçisi Göyüşov Nizami Əhraman oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkumların əməllərində cinayət tərkibinin əlamətləri olmadığına görə, barələrində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. 15.Kassasiya şikayətlərin ə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessua l Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya ins tansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Səfərova Jalə Vahid qızı (eləcə də zərərçəkmiş şəxs M.Məmişovun qanuni nümayəndəsi) kassasiya şikayətində məhkum edilmiş şəxslər barəsində yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. 21.Məhkumların müdafiəçisi kassasiya şikayətlərində hüquqlarını müdafiə etdiyi şəxslərin əməlində cinayət tərkibinin olmadığını qeyd edərək onlara bəraət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini kimi Azərbaycan Respublikası CPM-nin 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
22. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin və müdafiəçinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
23. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli tör ədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
24. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uy ğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
25. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
26. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alı na bilməz.
27. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
28. Lakin, kassasiya şikayətində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğluna təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
29. Apellyasiya instansiya məhkəməsi Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 58.3 və 59-cu maddələrini rəhbər tutaraq, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, hab elə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitini, Məhkum1 himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Məhkum2 himayəsində həmçinin iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Məhkum3 Həsən oğlunun Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzalarını yüngülləşdirən hallar kimi, həmçinin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan, məhkumların məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onlara ədalətli cəzası təyin etmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslərə apellyasiya instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsə lənin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onların islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailələrinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, həddindən artıq yüngül cəza kimi qiymətləndirilə bilməz.
31. Məhkəmə kollegiyası həmçinin müdafiəçinin məhkum edilmiş şəxslərə əməllərində cinayət tərkibinin əlamətləri olmadığına görə barələrində olan cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə dəlillərini də əsassız hesab edir.
32. Belə ki, məhkum edilmiş şəxslərin o nlara hökmlə istinad edilən cinayət əməlini törətmələri apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum1, Məhkum2 və Məhkum3 silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, şəxs üzərində zor tətbiq olunması hədəsi, özgə əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq və mənzil toxunulmazlığını pozma ilə müşayiət olunan cinayət əməllərini törətmələri tam sübuta yetirilmiş, onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 157.2 və 221.3-cü maddələri ilə tövsif olunmuşdur
34. Apellyasiya instansiya məhkəməsi Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 157.2 və 221.3-cü maddəsi dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onların təqsirli bilinməsini haqqında nəticəyə gəlmişdir.
35. Apellyasiya məhkəməsinin sözüged ən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiya məhkəməsində CinayətProsessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun əməllərinin Azərbaycan Respublikası CM-nin 157.2 cə 221.3-cü maddəsi ilə tövsif edilməsi, onların bu maddə ilə təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
36. Beləliklə, kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun ittihamda qeyd olunan əməlləri törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, hadisə yerinə baxış protokolu, üzləşdirmə protokolları, məhkəmə-tibbi ekspertizası rəyləri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və digər sübutlarla və iş üçün mühüm əhəmiyyət kəsb edən, apellyasiya instansiyasında tədqiq olunmuş mötəbər, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur.
37. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPMnin 42-ci maddəsi ilə tənzimlənir. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, məhkum edilmiş şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğluna bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsinə dair müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
39. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Səfərova Jalə Vahid qızı (eləcə də zərərçəkmiş şəxs M.Məmişovun qanuni nümayəndəsi) tərəfindən birgə verilmiş kas sasiya şikayəti, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun müdafiəçisi Göyüşov Nizami Əhraman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli, 1(106)-70/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Səfərova Jalə Vahid qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 Həsən oğlunun müdafiəçisi Göyüşov Nizami Əhraman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli, 1(106)-70/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.