Məhkəmə qərarları › İş №1(102)-1622/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1622/2019

04.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1622/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi),Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə 01 avqust 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, boşanmış, bir övlad atası, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üz rə Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli hökmü ilə (sədrlik edən: M.A.Xankişiyev, hakimlər: Ş.B.Məmmədova və R.A.Əliyev) X10 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məh kəməsinin 20 iyun 2019-cu il tarixli hökmü ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), V.C.Cəfərov və H.Ə.Nəbiyev) verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli hökmü ləğv edilmiş və X3rşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona CM-nin 263.3-cü maddəsi ilə bəraət verilmişdir. İşin halları: V. ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, 19 mart 2013-cü tarixdə saat 00:30 radələrində sərxoş vəziyyətdə idarə etdiyi "Toyota Rav 4" markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba magistral yolunun 37-ci kilometrliyində Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən "Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu"nun 36-cı maddəsin in 1-ci hissəsinin 3-cü bəndinin, 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yol üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda habelə, əks istiqamətli nəqliyyat axının ayıran bütöv üfüqi nişanlanma xəttini kəsib keçməməli olduğu halda, əks hərəkət zolağına çıxaraq qarşıdan gələn "Qaz 3110” markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratmış və qanunun tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texnik imkanı olduğu halda, bunu etməmiş, nəticədə avtomobilin qabaq tərəfi ilə "Qaz 3110" markalı avtomobilin sağ yan hissəsinin qarşılıqlı toqquşması nəticəsində “Toyota Rav 4" markalı avtomobildə olan sərnişinlər: 1951-ci il təvəllüdlü, X14 4-9-cu qabırğaların qapalı yerdəyişən sınıqları, sağ ağ ciyərin cırılmış yaraları, sağ bazunun orta 1/3-nin, sağ budun orta 1/3-nin qapalı sınıqlar sağ qaşın bayır bucağının yarası, burun belinin, üst dodağın sağ hissəsinin, sol diz oynağının ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin, sağ saidin yuxarı 1/3-nin arxa səthinin sıyrıqları, sol və sağ gözaltı nahiyyələrin, sağ almacıq nahiyyəsinin, üst dodağın sağ hissəsinin, alnın sağ hissəsinin qançırları ilə nəticələnən bədən xəsarətləri aldığından, ehtiyyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Həmin avtomobildə olan digər sərnişin-1965-ci il təvəllüdlü, X5 3-10-cu qabırğaların qapalı yerdəyişən sınıqları, sağ ciyərin cırılmış yaraları, sağ budun yuxarı 1/3-nin qapalı sınığı, üst dodağın sol gözüstü nahiyyənin və sağ yanağın yaraları, sol baldırın yuxarı və orta 1/3-nin ön səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin, alının orta hissəsinin, burnun sol yan səthinin və burun belinin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri aldığından, ehtiyyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. "Qaz 3110" markalı avtomobildə olan sərnişin-1990-cı il təvəllüdlü, X15 ənsə nahiyyəsinin dərialtı hematoması, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, baş beyninə qansızma, sağ saidin aşağı 1/3-nin, sağ budun yuxarı 1/3-nin açıq, sağ baldırın orta 1/3-nin, sağ əlin 4-cü barmağının qapalı sınıqları, sol xayanın eventerasiyası, sol almacıq nahiyyəsinin, sol qulaqönü bayır səthinin, döş qəfəsinin ön səthinin, sol əlin arxa səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol budun yuxarı 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri aldığından, ehtiyyatsızlıqdan həmin şəxsin ölümünə səbəb olmuşdur. Bundan əlavə "Qaz 3110" markalı avtomobilin sürücüsü X1 yüngül zərər vuran qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, alın təpə nahiyyəsinin, burun belinin, üst dodağın sol hissəsinin, sol əlin 5-ci barmağının əsas falanqasının arxa səthinin, sol və sağ diz oynaqlarının ön səthinin yaraları ilə nəticələnən bədən xəsarətləri və burun sümüyünün tənəffüsün pozulması ilə müşayiət olunan yerdəyişən sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla ona ehtiyatsızlıqdan az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Kassasiya protestinin dəlilləri: Apellyasiya instansiya məhk əməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kollegiyası tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən V6 ə əsassız olaraq bəraət verilmişdir və hökm qanunsuzdur. Belə ki, V6 in birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi, işin faktiki hallarına uyğun olmayan və təkzibolunmaz sübutların məcmusu ilə inkar olunan özünü müdafiə xarakterli ifadələri məhkəmə kollegiyası tərəfindən əsassız olaraq sübut kimi qəbul edilmiş və ədalətsiz və qanunsuz bəraət hökmünün əsasını təşkil etmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq olunan şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciəti n dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edil məməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, V6 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq V. ə bəraət vermiş, habelə bu vaxt cinay ət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi baş verən zaman hadisənin yeganə şahidi hadisənin baş verdiyi ərazidə yaşayan E6 olmuşdur. Belə ki, E6 dərhal hadisə yerinə gəlmiş və avtomaşınlardan sərnişinlərin və sürücünün çıxarılmasına köməklik göstərmişdir. O, “Toyota-Rav-4” markalı avtomobildən 3 nəfər şəxsi çıxartdığını və hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və bəraət verilmiş V6 avtomaşının arxa oturacağından, hətta baqaj hissədən çıxartdığını qeyd etmişdir. Belə ki, həmin vaxt arxa oturacaqda olan sərnişinin ayağı arxa qapının ruçkasına girdiyi üçün və qapını açmaq mümkün olmadığı üçün, onu qapıdan deyil, baqajdan çıxartmaq mümkün olmuşdur. X18 apellyasi ya instansiyası məhkəməsində qeyd etmişdir ki, o həm də birinci instansiya məhkəməsində də eyni məzmunlu ifadə vermiş, həmçinin istintaq orqanında hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçmiş şəxsin sükan arxasında deyil, arxa oturacaqda olduğunu bildirmişdir. Lakin müstəntiq ona avtomobilin sahibinin rus millətinə məxsus şəxs olmasını bildirmiş və ifadəni imzalamasını tələb etmişdir. İş materiallarından görünür ki, V6 iş üzrə dindirilməmişdən əvvəl, X18in ifadəsi alınmış, hətta tanınma protokoluna əsasən o, hadisə zamanı V6 sükan arxasından çıxartdığını göstərmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirmiş X13 yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl “Toyota Rav-4” markalı avtomobildə olan şəxslərin avtomaşınlarda hansı yerlərdə əyləşməsini görmüş şəxsdir. Belə ki, Samir Quliyev hadisə günü “Toyota Rav-4” markalı avtomobildə olan şəxslərlə Siyəzən şəhərinə yolu düşmüş və ordan həmin şəxsləri Bakı şəhərinə yola salmışdır. X22 göstərmişdir ki, "mən V6ni 2007-ci ildən tanıyıram. V6 ilə biz birlikdə torpaq, ev alqı-satqısı ilə məşğul olmuşuq. Bir gün V6 mənə dedi ki, Siyəzəndə torpaq sahəsi var, ona baxıb qiymət qoymaq lazımdır. Mən də razılaşdım. Görüşdük, getdik. Bakıdan Siyəzənə qədər avtomobili mən sürmüşəm, çünki V6 azca içkili idi. Getdik, torpaq sahəsinə baxdıq. Mən dedim ki, mən qohumlarımgilə gedib görüşüm, siz isə bir yerdə oturub çörək yeyin. Qohumlarım dedilər ki, qal, başqa dostlarla da görüşərik, Gilgilçaya gedərik. Sonra V6gil mənə zəng etdilər ki, gəl biz getmək istəyirik. Mən də V6gilin yanına gəldim deyəm ki, getməyəcəm. Gəldim, gördüm içkilidirlər, lakin Şükür içməmişdi. V6 çox içmişdi, özündə deyildi. Onların oturduqları kafenin adı "Göygöl”, yaxud “Göyçay" idi. Mən qayıtmayacağımı dedim. Onlar isə getmək istədiklərini dedilər, sükan arxasına Şükürü oturtdum, çünki o, ümumiyyətlə içki içmir. Onları yola salıb qohumlarımın yanına qayıtdım". Suallara cavab olaraq şahid göstərmişdir ki, V6 arxada oturtmuşdur. Qohumlarıgildə olanda Şükür zəng etmişdir ki, gəl, biz getmək istəyirik. (cild 3, vərəq 199200) Məhkəmə kollegiyası qeyd edir ki, istər X22in, istərsə də Ehtiram Quliyevin ifadələrindən görünür ki, onlardan birincisi hadisə baş verməmişdən qabaq sükan arxasına Şükürün əyləşdiyini, V6nin isə arxa oturacaqda oturtduğunu, digəri isə hadisə baş vərəndən sonra V6 sükan arxasından deyi l, arxa oturacaqda olduğundan baqajdan çıxardığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymadan işin bütün halları tədqiq edilməli, qanuni və əsaslı yekun nəticəyə gəlinməsi üçün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. Həqiqətə söykənməyən qərar qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi, mübahisəli məqam qəza hadisəsi baş verən zaman V6y in avtomobilin sükanı arxasında olub-olmamasıdır. Bununla bağlı şübhələr var və qanunun tələbinə görə bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki,apellyasiya instansiya məhkəməsi tərəfindən həm ibtidai araşdırma zamanı,həm də məhkəmə baxışlarında toplanmış sübutlar hərtərəfli,tam və obyektiv olaraq tədqiq olunmaqla,yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsasslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ittiham tərəfi X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsində təqsirli olmasını təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə verilən ittihamı sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Yol hərəkəti və nəqliyyat vas itələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “X8 qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin ed ilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu ndan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir.Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə icl aslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq V. in təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla ə sassız olduğundan, protestin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X10 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyun 2019-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar