Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1643/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, "xxxx" MMC-nin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsində nəzarətçi-məsləhətçi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qediyyatda olan, ünvan 2 yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: Ə.M.Abasov (sədrlik edən), M.M.Ağalarov və E.Ə.Mikayılov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 32.5, 311.3.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 312.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X8 da CM-nin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), F.A.Qasımov və E.E.Rəhimov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs 24 noyabr 2006-cı il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində ********** VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, X10un 24 may 2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadəsinə götürdüyü ünvan 3 ünvanında yerləşən ofisdə rəhbərlik etdiyi cəmiyyətə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyi müqabilində 2019-cu ilin iyul ayının əvvəllərində birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən X10a təqdim etməsindən sonra sonuncu tərəfindən 17 iyul 2019-cu il tarixdə qəbul edilən əmrlə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar X10un edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaiti rüşvət qismində vermişdir. Bundan başqa, o, 17 iyul 2019-cu il tarixdən "xxxx" MMC-nin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsində nəzarətçi-məsləhətçi vəzifəsində işləyərkən, həmin Cəmiyyətin təsisçisi və faktiki rəhbəri, hab elə Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvətqismində istəyərək alınması ilə bağlı cinayətinin törədilməsi üçün işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsi ndə məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməyi və ona çatdırmağı qabaqcadan vəd etməklə yardım edərək, X10un 24 may 2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadəsinə götürdüyü ünvan 3 ünvanında yerləşən qeyd olunan Cəmiyyətdə Sumqayıt şəhər sakini Nümayəndə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan 2019-cu ilin iyul ayının ortalarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən istəyib alaraq, ünvan 3 ünvanında yerləşən ofisdə həmin tarixdə X10a təqdim etməsindən sonra sonuncu tərəfindən 19 iyul 2019-cu il tarixdə qəbul edilən əmrlə Nümayəndə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edi lməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar X10un edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində istənilməklə alınmasında köməkçi qismində iştirak etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, təkrarən, həmin Cəmiyyətin təsisçisi və faktiki rəhbəri, habelə Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək alınması ilə bağlı cinayətinin törədilməsi üçün işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməyi və ona çatdırmağı qabaqcadan vəd etməklə yardım edərək, qeyd olunan Cəmiyyətdə Sumqayıt şəhər sakini Şahid3 nəzarətçiməsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan 2019-cu ilin iyul ayının sonlarında ünvan 3 ünvanında yerləşən ofisdə birbaşa yolla maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən istəy ib alaraq qeyd olunan ofisdə həmin tarixdə X10a təqdim etməsindən sonra sonuncu tərəfindən 01 avqust 2019-cu il tarixdə qəbul edilən əmrlə Şahid3 həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar X10un edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində istənilməklə alınmasında təkrarən köməkçi qismində iştirak etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, birinci və apellyasiya instansiyas ı məhkəmələrinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, ona istinad edilən cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən verilmiş kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 311-ci maddəsinə “Rüşvət alma (passiv rüşvətxorluq)” əsasən, “311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsiüç ilədək müd dətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; 311.3.2. təkrar törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsinə əsasən: “Rüşvət vermə, yəni xidməti vəzifəsinin ( səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsibeş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun mə hdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların mə hkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, l akin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzif əsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instan siyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərin ə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq, birinci instansiya və apellyasiya instyansiya məhkəmələrində verdiyi ifadələri ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, iş üzrə şahidlər – Nümayəndə, Şahid3, Şahid1, Şahid2, Şahid7, Şahid6 və Şahid5 ifadələri, 05 iyul 2019-cu il tarixli 01 nömrəli müqavilə, 05 iyul 2019-cu il tarixli ĞĞV nömrəli 085351 seriyalı qəbz, üzləşdirmədə dindirmə protokolları, baxış və götürmə protokolları və işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri iş materiallarında olan şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kolleg iyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndiril ən şəxs barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərd ə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Cinayət
Məhkəmə qərarları › İş №1(102)-1643/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1643/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver