Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1643/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə ** ***** 1962-ci ildə Ukrayna Respublikasının Zakarpatye vilayətində anadan olmuş, Ukrayna vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, ünvan 1 kəndində qeydiyyatda olan və yaşayan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), C.Ş.Səfərli və A.Ə.Musayev) X9 - Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü mad dəsinə əsasən bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.İ.Əliyev və İ.Q.Abdullayev) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: X9 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş yerdə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında əldə etmə, sa xlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Çexiya Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun İran İslam Respublikasındakı (bundan sonra – İİR) şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda- 105 kiloqram 400 qram heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə,silindir formalı rezin borunun içərisində yerləşdirib, cəmi 101 ədəd düzbucaqlı formalı, üzəri mozaikalı panelin çərçivə hissəsi boyunca daxilində gizlətmiş, İİR-da qeydiyyatda olan “X13” şirkəti tərəfindən Çexiya Respublikasında qeydiyyatd a olan “İ am Verto S.R.O. Company” şirkətinə göndərilən “mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar” yükü adı ilə 25 aprel 2021-ci ildə İran İslam Respublikasının Astara şəhərində onun idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yüklətmiş, o isə əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, həmin narkotik vasitəni satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə, İİR-dan Çexiya Respublikasına aparmaq üçün idarə etdiyi nəqliyyat vasitəsində saxlamış, daşımış və 26 aprel 2021-ci il tarixdə saat 01 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləş ən Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, postda kinoloji it tətbiq edilməklə, 27 aprel 2021-ci il tarixdə saat 11 radələrində aparılmış yoxlama zamanı qeyd edilən narkotik vasitə gömrük əməkdaşları tərəfindən gizlədildiyi yerdən aşkar edilib götürülmüşdür. Birinci instansiya məhkəməsi X9 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət vermişdir. Belə ki, həmin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İİR-da qeydiyyatda olan “X13” şirkəti tərəfindən Çexiya Respublikasında qeydiyyatda olan “İ am Verto S.R.O. Company” şirkətinə göndərilən “mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar,ağac heykəllər və dekorativ məmulatlar” olan yük 25 aprel 2021-ci il tarixdə İİR-nın Astara şəhərində Ukrayna vətəndaşı X8 idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yüklənmişdir. Yük İran İslam Respublikasının Astara Gömrük Postunda bağlanaraq möhürlənmişdir. Bundan sonra X11 Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə, İİR-dan Çexiya Respublikasına aparmaq üçün cəmi 101 ədəd düzbucaqlı formalı, üzəri mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlardan ibarət yüklə idarə etdiyi nəqliyyat vasitəsi ilə 26 aprel 2021-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində ye rləşən Astara gömrük postuna daxil olmuşdur. 27 aprel 2021ci il tarixdə saat 11 radələrində X10 idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat avtomobilinə kinoloji it tətbiq edilməklə gömrük yoxlaması keçirilmişdir. Aparılmış yoxlama zamanı avtomobilin qoşqusunda olan 101 ədəd düzbucaqlı formalı, üzəri mozaikalı panellər sındırılaraq onların çərçivə hissəsi boyunca daxilində gizlədilmiş, 105 kiloqram 400 qram heroin narkotik vasitəsi aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X9 bəraət verilməsinə dair hökmü dəyişdirilmədən qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən həmin qərar ləğv edilməlidir. Belə ki, dövlət ittihamçısının fikrincə, X8 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi ibtidai araşdırma zamanı toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, «X8 İdarə etdiyi “Volvo FH” markalı “AO9902Aİ/AO44 81XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi Ukraynanın Kuşnitsa şəhərində fəaliyyət göstərən “Ştefko” şirkətinə məxsus olsa da, həmin yük avtomobili ilə daşıyacağı yükləri öz iradəsi və mülahizəsi əsasında sərbəst şəkildə seçmişdir. Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli, 812-İQ saylı Qanunu ilə ratifikasiya etdiyi “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 3-cü bəndində göstərilmişdir ki, daşıyıcı həm öz şəxsi fəaliyyəti və diqqətsizliyinə görə, həmçinin yük daşınması zamanı xidmətindən istifadə etdiyi öz agentlərinin və digər başqa şəxslərin fəaliyyəti və diqqətsizliyinə görə məsuliyyət daşıyır. Həmin konvensiyanın 4-cü maddəsinə əsasən yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Yəni ki, mal müşay iət sənədlərinə daxil olan qaimə (CMR) həm də müaviləni əvəz edir. Konvensiyanın 8-ci maddəsinə əsasən sürücü yükü qəbul edən zaman yük yerlərinin sayının, əlamətlərinin, nömrəsinin qaimədə düzgün göstərilməsini və yükün xarici görünüşünü və qablaşdırılmasını yoxlamalıdır. Sürücünün göstərilənlərin düzgünlüyünü yoxlamağa imkanı olmadıqda qaimədə əsaslandırılmış qeyd-şərtini göstərməlidir. Yükgöndərən daşıyıcıdan yükün qeyri-xalis çəkisinin, digər ölçü vahidlərində ifadə olunmuş miqdarının yoxlanılmasını tələb edə bilər. Daşıyıcı yoxlama ilə əlaqədar çəkilən xərclərin ödənilməsini tələb edə bilər. Bu yoxlamaların nəticələri qaimədə qeyd olunur. 9-cü maddədə göstərilmişdir ki, qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. 17-ci maddənin 3-cü bəndinə əsasən isə daşıyıcı öz üzərindən məsuliyyəti götürmək üçün yük daşıyan avtomobilin qüsurlu olmasına, avtomobili icarəyə götürən şəxsin və ya onun agentinin günahkar olmasına istinad edə bilməz. Konvensiyanın müddəalarından da görünür ki, sürücünün yükü yoxlamaq hüququ vardır, hətta sürücünün yükü yoxlamaq imkanı olmadıqda qaimədə (CMR-də) bu barədə öz qeyd-şərtini yazmalıdır. Lakin iş materiallarında olan beynəlxalq qaimədən görünür ki, daşıyıcının qeyd-şərtləri qrafasında X11 tərəfindən heç bir qeyd göstərilməmişdir. X11 öz cinayətkar niyyətini pərdələmək, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə guya ki, “yükü yoxlamaq səlahiyyətinin olmaması”, “sadəcə sürücü olması” kimi göstərdiyi xüsusatların məhz beynəlxlaq qanunvericilik səviyyəsində məsuliyyət müəyyən edən hallar olması öz təsdiqini tapır. Bununla yanaşı, Azərbaycan Respublikasının 9 dekabr 2003-cü il tarixli, 555-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiya”nın “Xüsusi əlavələr” bölməsinin E.2/F.3 bəndinə əsasən «daşıyıcı»-malların faktiki daşınmasını həyata keçirən və ya nəqliyyat vasitəsindən istifadəyə görə cavabdeh olan şəxs başa düşülür. 4-cü standarta əsasən isə daşıyıcı bütün malların yük bəyannaməsində göstərilməsinə görə və ya onlar barədə informasiyanın gömrük xidmətinin nəzərinə istənilən digər icazə verilmiş üsulla çatdırılmasına görə gömrük xidməti qarşısında məsuliyyət daşıyır. Protestdə həmçinin qeyd olunur ki, X11 uzun müddətdir sürücülük fəaliyyəti ilə məşğul olmuş və İİR-dan mütəmadi olaraq beynəlxalq yük daşı nmalarını həyata keçirmiş və bu sahədə kifayət qədər təcrübəli bir şəxs olmuşdur. O, beynəlxalq yük daşınmaları qaydaları ilə yanaşı bu münasibətlər çərçivəsində yaranan qanunvericiliklə tənzimlənən və tənzimlənməyən xüsusatları da yaxşı bilmişdir. Onun daima İİR-dan yük qəbul etməsi, orada müxtəlif şəxslərlə əlaqələrinin olması da onu söyləməyə əsas verir ki, o, bu qədər ziddiyyətli məqamları görmüşdür və görməli idi. Lakin o, şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsi barədə cinayət əlaqəsinə girdiyi səbəbindən bu qədər aşkar ziddiyyətləri, beynəlxalq təcrübə və işgüzar münasibətlər zəminində formalaşmış normaların uyğunsuzluğunu bilərək görməzdən gəlmiş və cinayət əm əllərinin törədilməsində birbaşa qəsdlə iştirak etmişdir. Dövlət ittihamçısı hesab edir ki,X8 özünün ifadələrində göstərdiyi kimi, xx.xx.2021-ci il tarixdə “Mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulat” yüklərini İİR-dan qəbul edib Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Çexiya Respublikasına çatdırmağı 4000 ABŞ dolları qarşılığında qəbul etməsi, yəni müqavilə şərtlərindən daha çox məbləğdə- 4000 ABŞ dolları məbləğində pulla yükü daşımağı qəbul etməsi onu deməyə əsas verir ki,İ.Tominets əvvəlcədən apardığı yükün əslində nədən ibarət olmasını bilmişdir və buna görə də ona daha çox məbləğdə haqq təyin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə a raşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlilləri ndən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələl ərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, X9 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. CM-nin 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” CM-nin 206.2-ci maddəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə; CM-nin 206.3-cü maddəsində isə “Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsi “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 234.4-cü maddəsində “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə” cinayət məsuliyyətini nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyə nləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığı nın ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İ.Tominetsə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xe yrinə həll etmiş, apellyasiya məhkəməsi də həmin hökmü tam əsaslı olaraq dəyişdirilmədən qüvvədə saxlamışdır. Belə ki, məhkəmələr haqlı olaraq hesab etmişlər ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, X9 özünün ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri əsasında X9 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki: Cinayət işinin materiallarında olan “malların yoxlanılması haqqında” 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, “Volvo FH” markalı“AO9 902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə saat 11 radələrində gömrük nəzarətindən keçirilərkən saxlanılmış, yoxlama zamanı kinoloji it tətbiq edilmiş, qoşquda olan 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellərin daxilində çərçivə hissəsi boyunca gizlədilmiş silindir formalı rezin borunun içərisində boru boyunca yerləşdirilmiş ümumilikdə külli miqdarda 105 kiloqram 400 qram heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan DGK-nin VAİS altsistemindən götürülmüş məlumatlara əsasən X11 Azərbaycan Respublikasının dövlət sərhədini 26 aprel 2021-ci il tarixdə saat 01 radələrində İran İslam Respublikası istiqamətindən Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara“ gömrük postuna daxil o lmuşdur. İşdə olan 14 iyun 2021-ci il tarxli telefon məlumatlarına baxış keçirilməsi haqqında istintaq hərəkəti protokollarından görünür ki, X9 istifadəsində olan AzerSell operatoruna məxsus 050 66792 saylı mobil telefonla müxtəlif vaxtlarda çoxlu sayda danışıqlar aparılmşdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən ediməmişdir. İşdə olan «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamədən görünür ki, “Volvo FH” markalı AO9902Aİ/AO4481XX dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sahibi Ukraynanın Kuşnitsa şəhərində fəaliyyət göstərən “Ştefko” şirkətidir. İvan Tominets həmin yük avtomobilini etibarnamə əsasında idarə edir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmı ş bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, is tintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki,istintaq orqanı tərəfindən X9 ittiham olunduğu cinayətləri törətməsi mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməllərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, iş üzrə X9 qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsinin əsas sübutu kimi ittiham tərəfi Astara gömrük postunda gömrük nəzərəti ilə bağlı aparılan yoxlama zamanı X9 idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyy at vasitəsində olan yüklərin, mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatların içərisinə qoyulmaqla gizlədilmiş külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilməsi faktına istinad etsə də, aşkar edilmiş həmin külli miqqdarda narkotik vasitənin şəxsiyyətləri məlum olmayan cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olarar əldə edilib, saxlanıb, daşınmasında, yəni qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində X9 iştirakını təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə də təqdim olunmamışdır. Bundan başqa, məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid3, X5 və Şahid5h oğlunun ifadələrinə əsasən X9 idarə etdiyi Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı avtomobildə olan mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlarınüzəri də sellofanla tam olaraq bağlanmış vəziyyətdə olmuşdur. Həmin məmulatlar bir-bir sındırılmaqla açılıb yoxlanarkən onların hər birnin içərisindən külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Həmçinin təqsirləndirilən şəxs X9 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, aşkar olunmuş külli miqdarda narkotik vasitənin idarə etdiyi avtomobildə olan yükün, içərisində olan mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatların harada, nə vaxt və kimlər tərəfindən qoyulmasını (gizlədilməsini) bilməmiş, onun bu ndan heç bir məlumatı olmamışdır. İranın Astara şəhərində digər avtomobildən içərisində yük olan bağlamalar üzəri tam olaraq əvvəlcə selofanla bağlanaraq karton qutulara qoyulmuş vəziyyətdə taxta yeşiklərə yerlədirilmiş halda yüklənmişdir. Yükə aid sənədlərə əsasən o yeşiklərdə olan mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar olduğunu bilmişdir. O, həmin yükü İranın Astara şəhərindən götürdükdən sonra yük heç bir yerdə açılmamış, yalnız Azərbaycanın Astara gömrük postunda yoxlama aparılarkən açılmışdır. Yükdaşıcı sürücü kimi onun qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükü açıb içərisində sənəddə göstərilən malın olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yükün xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu sə bəbdən o, maşına yüklənmiş yükün içərisində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkana malik olmamışdır. Ona görə də yükdaşıcı sürücü kimi onun maşınına yüklənmiş yükün, yəni zavod üsulu ilə tam olaraq üzəri sellofana bağlanmış (karton qutularda üzəri də sellofanla bağlanmışvəziyyətdə olmaqla) olan yükün içərisində sənəddə göstərilən maldan başqa bir şeyin, o cümlədən narkotik vasitənin olmasını bilmək imkanı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,iş üzrə dindirilmiş şahidlərin,eləcə də təqsirləndirilən şəxsin ifadələri, habelə iş üzrə olan digər sübutlarla, o cümlədən Astara gömrük postunda X9 idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük maşının gömrük əməkdaşları tərəfindən yoxlanması ilə bağlı çəkilmiş fotoşəkillər və videoçəkilişə dair materiallara baxış keçirilməsinə dair “malların yoxlanılması haqqında” 27 aprel 2021- ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər və videogörüntülərlə tam olaraq təsdiq olunmuşdur ki, maşınına yüklənmiş mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatların hər biri zavod üsulu ilə düzəldilməklə, üzərləri tam olaraq sellofanla bağlanaraq karton qutulara yerləşdirilməklə taxta yeşiklərə qoyulmuşdur. Avtomobil isə yükləndikdən sonra gömrük əməkdaşları tərəfindən bağlanaraq plomblanmışdır. Həmin yüklər Astara gömrük postunda yoxlanan vaxtadək açılmamış və avtomobilin üzərində olan plombun pozulması, yüklərin üzərində olan sellofanın cırılması və ya açılması halları aşkar edilməmişdir. Qeyd o lunan içərisində mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar olan qutular yalnız gömrük postunda açıldıqdan sonra yoxlanılarkən panellər xüsusi alətlərlə sındırıldıqdan sonra panelin çərçivəsi boyu yerlədirilmiş rezin boruların içərisində heroin olması aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq 101 ədəd içərisində mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatların zavod üsulu ilə düzəldilməsini, həmin məmulatların çərçivəsi boyunca əvvəlcədən rezin borular yerlədirilməklə heroin maddəsinin həmin boruların içərisində gizlətdikdən sonra zavod üsulu ilə çərçivənin tam örtülməsi, lövhənin üzərinə əvvəlcə selefon çəkilməsi və təkrarən karton qutu larda yerləşdirldikdən sonra taxta yeşiklərə qablaşdırılması, sellofan və kağız örtüyü sökmədən, paneli xüsusi alərlə sındırmadan və onun içərisinə bərkidilmiş rezin borunu uc hissələrini kəsmədən onun içərisində olan kütlənin faktiki olaraq mənsubiyyətinin müəyyən edilməsinin mümkünsüz olmasını, qeyd edilən yükün nəqliyyat vasitəsinə yükləndikdən sonra avtomobilin əvvəlcə İİR-nın Astara şəhərində yerləşən gömrük ərazisində kinoloji it tətbiq edilməklə yoxlanılmasını, bundan sonra maşının yük yerinə İİR-in gömrük orqanına məxsus rəsmi plombun vurulmasını, X9 idarə etidiyi nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postuna daxil olub yoxlama keçirilən ana qədər yük yerinə vurulmuş İİR-ə məxsus rəsmi plombun qırılmamas ını və tamlığının pozulmamasını, həmin plombun yoxlama aparan gömrük əməkdaşları tərəfindən açılmasını, yük yerində olan bütün panellərin zavod üsulu ilə çəkilmiş örtüklərin və panellərin tamlığının pozulmamasını nəzərə alaraq hesab etmişlər ki, X9 idarə etdiyi nəqliyyat vasitəsində yük bağlamalarının içərisində 101 ədəd panellərin çərçivə boyu yerləşdiril içərisinə yerləşdirilmiş ümumi təmiz çəkisi 105,400 kiloqram olan narkotik vasitə – heroinin oraya harada və necə yerləşdirilməsindən, habelə həmin maddəni Azərbaycan Respublikasına daşımasından məlumatsız olmuşdur. İşdə olan «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 06 dekabr 2019-cu il tarixli protokoldan bu hal təstiq olunmuşdur. Həmin protokoldan görünür ki, X9 istifadəsində olan telefona aid məlumatlara baxış keçirilərkən orada onun narkotik vasitələrə barədə heç bir danışıq qeydə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yükdaşıyığı (sürücü) X9 daşıdığı yükün, yəni üzəri tam olaraq sellofanla əhatələnərək bağlamalara yığılmış karton qutularda olan məmulatların içərisindəki külli miqdarda narkotik vasitənin gizlədilməsini bilməsi və ya bilməli olması istisna edilir. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı, “Beynəlxalq Yükdaşımalar müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cnevrə Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə görə beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünün) nəzarət sahəsinə aid de yil. Həmin Konvensiyasının 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edlilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Re spublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Göstərilən Beynəlxaq Konvensiyaya və Qaydalara əsasən hazırki iş üzrə daşıyıcı X9 daşıdığı yükün daxilini yoxlamaq səlahiyyəti, eləcə də yükü müşayət edən sənədlərin düzgünlüyünü və bütövlüyünü yoxlamaq vəzifəsi olmamışdır. Cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər h ansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı X4baqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəl ərin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşyaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirməsini təsdiq edən heç bir mötəbər sübut əldə etmədiyindən məhkəmələr ona təqsirinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apell yasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq X6baqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublika sına gətirilməsi cinayətinin törədilməsində təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM- in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X11 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1643/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1643/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver