Məhkəmə qərarları › İş №1(102)-1668/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1668/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1668/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs X3 və onun müdafiəçisi İsayev Elşad Nəsrəddin oğlunun iştirakları ilə, Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli hökmü ilə isə birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək X3ə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Qən iyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) X11, 4 yanvar 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 22 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddətin 1 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər hesabı ilə hesablanmaqla və həmin müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması, məhkum olunmuş şəxsin isə məhkəmə iclas zalından həbs edilərək həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X11 22 sentyabr 2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi 4,735 qram kustar üsulla hazırlanmış narkoti k vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 22 sentyabr 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-ə aparılaraq orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,633 qram və 2,102 qram olmaqla ümumi çəkisi 4,735 qra m kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli hökmündən məhkum X3 və onun müdafiəçisi E.N.İsayev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Əliyev Emin Zöhrab oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 10 aprel 2025-ci il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, X3ə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək məhkum olunmuş şəxsin məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi qət edilmişdir. Apellyasiya instansiyası mə hkəməsinin hökmü ilə həmçinin X3in pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən X3ə qarşı irəli sürülmüş ittihama, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına və kassasiya qaydasında mübahisələndirildiyi hökm üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə və gəldiyi nəticələrə istinad eməklə həmin nəticələri şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instans iyası məhkəməsi 10 aprel 2025-ci il tarixli hökmündə sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş, həmin hökmün əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamçısının ehtimallar üzərində qurulmuş mövqeyinə görə, məhkəmənin hökmü yalnız X3ün ziddiyyətli ifadələrinə və onun yaxın qohumlarının ifadələrinə əsasən çıxarılmış, həmin yekun məhkəmə aktında məhkəməyədək icraat zamanı toplanmış sübutlar müqayisəli şəkildə təhlil edilməmiş, işin faktiki halları isə subyektiv mülahizələrə əsasən dəyərləndirilmişdir. Belə ki, X3 ilkin və ibtidai araşdırmalar zamanı özünün seçdiyi müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata məhkə mədə baxılarkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək həqiqətən qanunsuz olaraq öz istifadəsi üçün narkotik vasitə olan heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, lakin həmin narkotik vasitənin ittihamda göstərilən miqdarda deyil, daha az miqdarda olmasını bildirmişdir. İş materiallarından görünür ki, onun bu qismən etirafedici ifadələri iş üzrə toplanmış və araşdırılmış digər sübutlarla da tam təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan şahidlərin ifadələrini, məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini və digər sübutları əlaqəli şəkildə yoxlamamış və biri-biri ilə müqayisə etməmiş, X3ün ifadələrinə di gər sübutlara nisbətdə daha çox üstünlük vermiş və bununla da ona təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli olması barədə əsassız nəticəyə gəlmişdir. Daha sonra kassasiya protestinin müəllifi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi X3ə bəraət verərkən yalnız prosessual hüquq normalarının pozulmasına, eləcə də sonuncunun polis əməkdaşları tərəfindən ittihamda göstərilən tarixdə və vaxtda deyil, ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı 20 sentyabr 2022-ci il tarixdə tutularaq polis şöbəsinə gətirilməsinə, orada iki gün saxlanılaraq həmin vaxt zorakılığa məruz qaldığına görə ona verilmiş narkotik vasitənin özünə məxsus olması barədə ifadələr verməyə məcbur edilməsinə, üzərində şəxs axtarış aparılarkən müdafiə hüququnun pozulmasına, anası X10 və dayısı X15 ifa dələrinə və onların istifadəsində olan telefonların anten dairəsi haqqında məlumatlara əsaslanmış, lakin nəzərə almamışdır ki, əvvəla X3 22 sentyabr 2022-ci il tarixdə onun üzərində şəxsi axtarış aparılmazdan əvvəl özü müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştirakından imtina edərək bu haqda ərizə ilə təhqiqat orqanına müraciət etmiş və buna görə onun ərizəsi təmin olunmuş, sonradan isə bütün istintaq hərəkətləri müdafiəçilərin iştirakları ilə aparılmış, bununla da onun müdafiə hüququnun pozulmasına yol verilməmişdir. Bundan başqa, apellyasiya icraatı zamanı əldə edilmiş sənədlərlə X3ün həqiqətən Suraxanı RPİ-nin 30-cu PŞ-nin fəaliyyət göstərdiyi ərazidə oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar saxlanılaraq həmin Polis Şöbəsinə gətirilməsi müəyyən edilmiş, lakin göstəri lən sənədlərə əsasən X3in oğurluqla bağlı izahatı alındaqdan sonra o, sərbəst buraxılmışdır. Məhkəmə isə X3in və onun yaxın qohumları olan X10nın və X15in ifadələrinə və sonuncuların istifadələrində olan telefonların anten dairəsinə dair məlumatlara əsaslanaraq belə yanlış nəticəyə gəlmişdir ki, X3 20 sentyabr 2022-ci il tarixdən sonra Polis Şöbəsindən buraxılmamışdır. Lakin məhkəmə nəzərindən qaçırmışdır ki, bunu təsdiq edən sübutlar məhkəmə baxışı iclasında əldə olunmamış, adları göstərilən şəxslərin telefonlarının anten dairəsinə dair məlumatlar səhv ola bilər və bu məlumatlar onların 20-22 sentyabr 2022-ci il tarixlərdə 30-cu Polis Şöbəsinin yerləşdiyi ərazidə olmalarını, X3in isə 20 sentyabr 2022-ci il tarixdə sərbəst buraxılmamasını təsdiq etmir. Şərh olunan dəlillərə əsaslanaraq B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli hökmünü qanunsuz və əsassız hesab edən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestinin təmin edilməsini və həmin hökmün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı A.A.Ələkbərov apellyasiya instansiyası məhkəməsinin X3ə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulmasına yol verdiyini və məhkəmənin çıxardığı hökmün əsasını yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 10 aprel 2025-ci il tarixli hökmünün ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestini CPM- in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq m üraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırkı iş üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respubl ikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəməd ə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüq uqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cin ayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmə yibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğ u əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyə n edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 m art 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının h ərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edil miş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirlə ndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühaki mə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyin ə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyə n edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübut lara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübu tlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymə t verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tə dbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qayda lar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına ş übhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir k i, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikası nın Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəmə si (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən is tisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivli yinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsi r edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət q ədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. X3in cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və p olis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, 728-İQ nömrəli Qanunun (“Əməliyyat-axtarış fəaliyyəti” haqqında 28 oktyabr 1999-cu il tarixli Qanun) 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də 728-İQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması ə məliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavil ələrin və cinayət və cinayət-prosessual qanunvericiliklərinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sü butlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq edilmiş, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən isə müdafiə tərəfinin vəsatətləri əsasında və məhkəmənin öz təşəbbüsü ilə əldə olunmuş əlavə sübutlar da məhkəmə iclasında tam həcmdə araşdırılmış, apellyasiya instansiyası məhkəməsi də çıxardığı hökmün əsasına X3ə qarşı irəli sürülmüş ittiham üzrə onun cinayət əməlini törətməsini təkzib edən məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X3in təqsirliyinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırmalar zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmişdir. Apellyasiya icraatı zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə iclaslarında iştirak edən və kassasiya protestinin müəllifi olan dövlət itthamçısı A.A.Ələkbərov X3ə qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi barədə mötəbər nəticəyə gəlməyə əsas verə bilən əlavə sübutları məhkəməyə təqdim etməmiş və belə sübutların əldə edilərək araşdırılması barədə vəsatətlər qaldrmamışdır. Məhkəmə kollegiyas iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir k i, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə həm ittihamın, həm də birinci instansiya məhkəməsinin hökmünün əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına, o, cümlədən X3in azadlıq və müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilmiş və həmin sübutlar apellyasiya icraatı zamanı əldə edilərək araşdırılmış sübutlarla ziddiyyət təşkil etmiş, bu ziddiyətlərin aradan qaldırılması isə mümkün olmadığından bütün şübhələr tam əsaslı olaraq sonuncunun xeyrinə həll edilmişdir. Belə olan halda məhkəmə kollegiyası X3in barəsində bəraət hökmü çıxarmış apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddə sinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı A.A.Ələkbərov həmin məhkəmə tərəfindən hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, əvvəla, həmin yekun məhkəmə aktının əsasına qoyulmuş sübutların tədqiqində dövlət ittihamçısı özü də iştirak edərək onların qanunsuz yolla əldə edilməsinin nədə ifadə olunmasını, yəni məhkəmə iclasında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər əks sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-i n 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının gəldiyi nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməs i üçün isə məhkəmə kollegiyası həmin məhkəmənin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarında olan, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 10 aprel 2025-ci il tarixli hökmündə istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutları hazırkı qərarda da təhlil etməyi zəruri sayır. Belə ki, iş üzrə toplanmış ilkin sənədlərə əsasən 22 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə X3in narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş (Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 22 sentyabr 2022-ci il tarixli raportu), həmin məlumatın yoxlanılması məqsədilə adı çəkilən polis əməkdaşı tərəfindən eyni tarixdə təxirəsalınmaz əməliyyat-a xtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, həmin qərarın surətinin isə 48 saat ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi nəzərdə tutulmuş, eyni zamanda adı çəkilən əməliyyat müvəkkilindən və 30cu PŞ-nin digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır (Polis Şöbəsi rəisinin vəzifəsini müvəqqəti icra edən polis-polkovnik leytenantı E.Əbdülhəsənovun 22 sentyabr 2022-ci il tarixli Ə 100-097-22 saylı əmri). Cinayət işinin materiallarında göstərilən və iki vərəqdən ibarət olan 22 sentyabr 2022-ci il tarixli qərarın Bakı şəhəri Suraxanı rayon prokuroruna və Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə eyni tarixli 1168-1222 saylı müşaiyət məktubları əlavə olunsa da, həmin qərarın və onun əsasında toplanmış ilkin materialların (məktublara əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərardan başqa heç bir material əlavə edilməmiş, qoşma kimi isə yalnız 2 vərəqədə olan həmin qərarın əlavə olunması göstərilmişdir) birinci instansiya məhkəməsinə daxil olması və həmin qərarın və onun əsasında keçirilmiş müvafiq tədbirlərin məhkəmə nəzarəti qaydasında yoxlanılması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal yuxarıda göstərilən müşaiyət məktublarının formal şəkildə sadəcə olaraq tərtib edilib iş materiallarına əlavə edilməsinə, məhkəməyə isə istər qeyd olunan qərarın, istərsə də onun əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair toplanmı ş materialların məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün ümumiyyətlə təqdim edilməməsinə, bununla da qanunvericiliyin bu məsələ ilə bağlı tələblərinin kobud şəkildə pozulmasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinin və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinin nəzərə alınmamasına dəlalət edir, Halbuki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən isə görünür ki, “Əməliyyat-axtarış fəaliyyə ti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkə məyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin apar ılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əs asən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kaka şvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülə n dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi d ə “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edi lməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, hazırkı iş üzrə qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərarın və onun əsasında toplanmış ilkin materialların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından bu qərar əsa sında toplanmış sübutlar da X3ə qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Daha sonra əməliyyat müvəkkili Şahid1 30-cu Polis Şöbəsinin rəisinə ünvanladığı 22 sentyabr 2022-ci il tarixli digər raportundan görünür ki, həmin raportda Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə əldə edərək istifadə etməsində, üzərində saxlamasında və daşımasında şübhəli bilinən, ünvan 5 ünvanında qeydiyyatda olan, ünvan 6yan, 4 yanvar 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ailəli (işə əlavə olunmuş sənədlərə əsasən X3 subaydır), əvvəllər məhkum olunmuş X3 həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayon, Qum adası qəsəbəsi, üst keçidin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilməsi göstərilmi ş və onun üzərində saxlaması ehtimal olunan narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müfaviq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş sənədlərin təhlili göstərir ki, X3 saxlanılaraq Suraxanı RPİ-nin 30cu Polis Şöbəsinə gətirildikdən sonra həmin Şöbənin təhqiqatçısı polis kapitanı X29 tərəfindən ona 22 sentyabr 2022-ci il tarixli protokolla hüquqlarının müdafiə olunması müdafiəçi seçmək hüququ izah olunmuş, sonuncu da həmin Şöbənin rəisinə ərizə ilə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar, yəni maddi imkansızlığı səbəbindən ona dövlət hesabına müdafiəçi ayrılmasını xahiş etmişdir. Bu ərizəyə əsasən təhqiqatçı X3ə 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, şübhəli şəxs isə siyahı üzrə istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə olunmasını bildirdikdən sonra, göstərilən vəkil qurumundan müdafiəçinin dəvət edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən şübhəli şəxsin hüquqlarının müdafiə olunması üçün 9 saylı Vəkil Bürosunun vəkili X1 təyin olunaraq X3ə təqdim olunmuş və sonuncu müdafiəçinin iştirakı ilə 22 sentyabr 2022-ci il tarixdə saat 19:20-dən 19:35-dək tutulmuş, onun tutulması müddətinin əvvəli isə 22 sentyabr 2022-ci il tarix saat 18.00-dan hesablanmışdır. Daha sonra iş materialları ilə müəyyən edilir ki, təhqiqatçı V.İ.İsazadə tərəfindən heç bir əsaslandırılmış qərar qəbul edilmədən 22 sentyabr 2022-ci il tarixdə saat 19.40-dan 19.45-dək X3in üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, bundan əvvəl isə bu istintaq hərəkətinin aparılmasında tərtib edilmiş sənədlərə əsasən hələ də Polis Şöbəsində olan müdafiəçi H.S.Hacıbalayev iştirak etməmiş (həmin istintaq hərəkəti aparıldıqdan sonra sonuncu X3in izahatının alınmasında iştirak edərək bu haqda tərtib edilmiş sənədi imzalamışdır) və bunun əsası kimi X3in kompyuterdə icra olunmuş və 3-cü Polis Şöbəsinin rəisinə ünvanlanmış ərizəsi, yəni şəxsi axtarışın və götürmənin aparılmasında müdafiəçinin iştirakını zəruri hesab etməməsinə və bu istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etməməsi barədə müraciəti nəzərə alınmış, həmin ərizəni isə müdafiəçi sadəcə imzalamış, istər X3ə, istərsə də onun müda fiəçisinə şübhəli şəxslə aparılan bütün istintaq hərəkətlərində müdafiəçinin məcburi iştirak etməli olması barədə qanunvericiliyin aşağıdakı tələbləri izah edilməmişdir. Əvvəla, X3in qeyd olunan ərizəsinin kim tərəfindən alınması onun məzmunundan müəyyən edilmir, şəxsi axtarışın aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli protokolda isə ona CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələrinin izah olunması göstərilsə də, ona müdafiəçinin xidmətlərindən “müvəqqəti olaraq” imtina etməsinin səbəbləri, bu halın hansı məntiqi zərurətdən irəli gəlməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Halbuki, maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin edilməsi haqqında müraciətinə baxmayaraq X3in adından kompyuterdə yazılmış ərizə təhqiqatçı tərəfindən q əbul edilmişdir ki, məhkəmə kollegiyası da bu ərizədə əksini tapmış xahişin X3in özünün iradə ifadəsi kimi qiymətləndirilməsinə, habelə tərtib edilmiş ilkin sənədlərlə onun tanış olmasına, o cümlədən öz hüquqlarını bilməsinə şübhə ilə yanaşır ona görə ki, maddi imkansızlığı səbəbindən vəkillə müqavilə bağlaya bilməyərək dövlət hesabına müdafiəçi ilə təmin edilməsini tələb edən şübhəli şəxslə o tutulduqdan sonra bütün prosessual hərəkətlərin aparılmasında müdafiəçinin iştirakı məcburi şərt olmuşdur. Belə ki, CPM-in 92.3.1 və 92.3.4-cü maddələrinə şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə və cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində (bütün prosessual hərəkətlərin aparılmasında – m.k.) müdafiəçinin iştirakı təmin olunmalıdır. CPM-in 92.6-cı maddəsinin t ələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-in 92.12-ci maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5 (o cümlədən 92.3.4-m.k.), 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Bu tələbərə baxmayaraq təhqiqatçı X3in ərizəsini qanunsuz olaraq qəbul etmiş və müdafiəçinin iştirakı mütləq şəkildə təmin olunmalı halda şəxsi axtarış və götürmə istintaq hərəkətini müdafiəçinin iştirakı olmadan, yəni şübhəli şəxsin müdafiə hüququnu kobud şəkildə pozmaqla aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu baxımdan da X3in 22 sentyabr 2022-ci il tarixli ərizəni öz təşəbbüsü ilə könüllü yazması inandırıcı və qanuni müraciət kimi qəbul edilə bilməz. Qeyd olunan hallar qanunvericiliyin aşağıdakı tələbləri baxım ından təhlil edildikdə X3in üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı həmçinin digər qanun pozuntularına da yol verilməsi müəyyən edilir. Belə ki, həm CPM-in 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqdan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak etməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da X3in hazırkı iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-in 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Göründüyü kimi, qan unun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etm ək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Eyni zamanda müdafiəçinin bu və ya istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində iştirakdan imti na etmək hüququ isə yoxdur. İş materiallarından göründüyü kimi, X3in üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı onun müdafiəçisinə müraciət etməyərək və şübhəli şəxsin maddi imkansızlığı səbəbindən müdafiəçi ilə müqavilə bağlamaq imkanında olmaması barədə məlumat verməyərək bu istintaq hərəkətinin aparılmasında mütləq şəkildə iştirak etmək vəzifəsini ona izah etməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol verməklə qüvvəsi olmayan ərizəyə əsaslanaraq X3in üzərində şəxs axtarış aparmış, ibtidai araşdırma zamanı başqa sübutlar da məhz kobud qanun pozuntuları ilə həmin istintaq hərəkətinin aparılmasının nəticələrinə, habelə X3in ilkin və ibtidai araşdırma zamanı verdiyi, lakin digər sübutlarla təkzib edilən və həqiqətə uyğun olmayan izahatına və ifadələrinə əsasən toplanmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsinin tələbinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərba ycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-in 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-in 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericil iklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-in 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-in imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-in 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata ke çirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir iki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzərdə tutulduğu hallarda, hətta şübhəli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla belə imtina təhqiqatçı və ya müstəntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə cinayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosessual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). Bütün göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təh lil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-in 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsi baxımından və CPM-in 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini q orumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-in 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-in 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərilən qaydada verilmiş təfsirdən və Konstitusiya Məhkəməsi Plenum unun hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası şübhəli şəxsin tutulması haqqında qərara və protokola əsasən X3 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yalnız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi bu hala da diqqət yetirməklə, ona qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət vermişlər. Məhkəmə kollegiyası müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-c ı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı X3in hüquqlarının müdafiə olunması 9 saylı Vəkil Bürosunun vəkili H.S.Hacıbalayevə həvalə edilərək sonradan o, təhqiqat və ibtidai araşdırma zamanı müxtəlif istintaq hərəkətlərinin aparılmasında iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış, sonuncu hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş və yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdir. Belə olan halda vəkil H.S.Hacıbalayev tərəfindən X3in hüq uqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, X3in CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən ibtidai araşdırma orqanı ilə yanaşı, dövlət ittihamçısı A.A.Ələkbərovun da əsas və mötəbər sübut hesab etdiyi şəxsi axtarışın və götürmənin aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan daha sonra görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı X3in üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdəki kütlənin – protokola görə tünd qəhvəyi toz şəkilli narkotik vasitənin heroin olması ilk olaraq hər hansı mötəbər sübutla təsdiq olunmamış, bunun həqi qətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin növlərini ayırd edə bilməsi isə müəyyən edilməmiş, götürülmüş kütlə isə tərəzidə çəkilməyərək onun miqdarı müəyyən edilməyərək həmin kütlə daha ətraflı təsvir edilməmiş və iştirakçılara təqdim olunmamışdır. Buna görə təsadüfi deyil ki, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-in 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surət də verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, X3in şübhəli şəxs qismində tutulması 22 sentyab r 2022-ci il tarixdə 19.20-də rəsmiləşdirilsə də, o, bu qisimdə yalnız 23 sentyabr 2022-ci il tarixdə saat 17.00-dan 17.30-dək, yəni təxminən iyirmi bir saatdan artıq müddət keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmişdir. Halbuki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən X3ə şübhəli şəxs qismində tutulduqdan sonra ona qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittiham onun müdafiə hüququnun pozulması və digər qanun pozuntuları ilə üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 22 sentyabr 2022-ci il ta rixli tarixli protokola, bu istintaq hərəkətinin aparılması nəticəsində 2 ədəd bükümdə heroinə bənzər kütlənin aşkar edilib götürülməsinə, habelə X3in saxlanılmasında və üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinə və iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2023-cü il tarixli 6/5437 saylı rəyinə, habelə qanun pozuntuları ilə əldə edilmiş maddi sübuta əsasən irəli sürülmüşdür. Öyrənilmiş cinayət işindən isə görünən odur ki, bu haqda heç bir əsaslandırılmış qərar qəbul edilmədən təhqiqatçı V.İ.İsazadə tərəfindən 22 sentyabr 2022-ci il tarixdə saat 19.40-dan 19-45-dək axtarış və götürmə istintaq hərəkəti yalnız Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 (ilkin sənədlərə əsasən, X3in saxlanılmasını həyata keçirmiş polis əməkdaşları) iştirakları aparılmazdan əvvəl şübhəli şəxsə üzərində hər hansı qanunla qadağan edilmiş əşya, predmet və kütlə varsa təqdim olunması təklif edilmiş və onun əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd ağ rəngli selofanda bükümləri, bükümlərin içərisində isə tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə aşkar edilərək götürülmüş, lakin həmin vasitənin ətraflı təsviri, onun iştirakçılara təqdim olunması və hər hansı şəkildə qablaşdırılıbqablaşdırılmaması, götürülmüş əşya ilə bağlı X3ə hansısa süalların verilib-verilməməsi və onun belə sualları cavablandırması bu haqda tərtib edilmiş protokolda əksini tapmamış, istintaq hərəkətinin video çəkilişinin Şahid2 tərəfindən “Samsunq” markalı telefon vasitəsilə aparılması, videogörüntülərin isə məlumat daşıyıcısına köçürülərək protokola əlavə ediləcəyi göstərilmişdir. Əvvəla, məhkəmə kollegiyası qeyd olunan istintaq hərəkətinin də prosessual hüquq normalarının tələblərinin pozulması ilə aparılmasını onda görür ki, həmin istintaq hərəkəti heç bir qərar qəbul edilmədən aparılmış, digər tərəfdən isə bu istintaq hərəkətinin aparılmasında X3i ilkin sənədlərə əsasən saxlayaraq təhqiqat orqanına təhvil vermiş polis əməkdaşlarının iştiraklarının hansı zərurətdən irəli gəlməsinə təhqiqatçı tərtib etdiyi protokolda heç bir izah verməmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənə dləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Prosessual qanunun bu normalarının, habelə CPM-in 243.3 və 243.4-cü maddələrinin tələblərindən və mənasından belə nəticə hasil olunur ki, təxirə salına bilinməyən hallarda, o cümlədən CPM-in 246.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ş əxsi axtarış və götürmə istintaq hərəkəti məhkəmənin qərarı alınmadan, lakin müstəntiqin və ya təhqiqatçının əsaslandırılmış qərarı əsasında aparılmalı, bu qaydada həmin istintaq hərəkətinin aparılmasının zəruriliyi və təxirə salına bilinməməsi əsasları isə həmin qərarda göstərilməlidir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CPM-in 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyə t növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer (digər şəxslər barəsində belə məlumatlar 4 may 2023-cü il tarixli protokolda əks etdirilməmişdir); 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (təhlil edilən protokoldan bunların X3ə izah edilməsi görünmür); 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd. CPM-in 247.4-cü maddəsində axtarış və götürmə protokolunun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə verilməsi nəzərdə tutulsa da, hazırkı iş üzrə bu istintaq hərəkətinin aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli protokolun X3ə və onun müdafi əçisinə verilməsi təmin edilməmişdir. Ən əsası isə məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, kassasiya protestinə baxılması üçün bundan əvvəl cinayət işinin materialları öyrənilərkən kollegiyanın hakimləri tərəfindən təhlil edilən protokola əlavə olunması göstərilmiş və şəxsin axtarışın videogörüntüləri əks olunaraq DVD diskə yazılması qeyd olunmuş həmin videogörüntülərə də baxış keçirilməsinə cəhd edilsə də, qeyd edilən diskdə hər hansı videogörüntünün yazılması aşkar olunmamışdır. Halbuki, CPM-in 245.3-cü maddəsinə əsasən müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir CPM-in 246.3-cü maddəsinin tələbinə görə, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. X3in üzərində şəxsi axtarışın aparılmasına dair 22 sentyabr 2022-ci il tarixli protokoldan göründüyü kimi, həmin istintaq hərəkətinin aparılmasında hal şahidləri iştirak etməmiş, bu protokola əlavə edilmiş DVD diskdə isə videogörüntülərin olmaması isə məhkəmə kollegiyasında həmin vaxt videoçəkilişdən istifadə edilməsi məsələsinə şübhə ilə yanaşmağa əsas yaratmışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, prosessual hüquq normalarının yuxarıda təsvir edilən tələblərinə və mənasına görə, müstəntiq (təhqiqatçı) təxirə salınmaz hallarda şübhəli şəxsin üzərində şəxsi ax tarışın məhkəmənin qərarı alınmadan aparılmalı olması barədə qənaətə gəldikdə, o, bu haqda əsaslandırılmış qərar qəbul etməli, qeyd olunan istintaq hərəkətini isə ya videoçəkilişdən istifadə etməklə, yaxud da ən azı iki hal şahidinin iştirakları ilə aparmalı, videoçəkilişdən istifadə edildikdə müvafiq videogörüntüləri hər hansı elektron daşıyıcıya yazmaqla həmin elektron daşıyıcını şəxsi axtarışın və götürmənin aparılması haqqında protokola əlavə etməli və yalnız bu tələblərə əməl olunduqda təhlil edilən istintaq hərəkətinin nəticələri şəxsə qarşı ittihamın irəli sürülməsi üçün əsas ola bilər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə istintaq və məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, belə işlərin ibtidai araşdırması zamanı yuxarı da təsvir edilən tələblərə əməl olunduqdan sonra ibtidai araşdırma zamanı bir qayda olaraq şəxsi axtarışın və götürmənin hallarını özündə təsvir edən videogörüntülərə baxış keçirilir, bu haqda müvafiq protokol tərtib olunduqdan sonra həmin görüntülər yazılmış elektron daşıyıcının cinayət işinin materiallarına maddi sübut kimi əlavə edilməsi haqqında müvafiq qərar qəbul edilir, işə məhkəmədə baxılarkən isə digər sübutlarla yanaşı belə videogörüntülər də tədqiq olunur. Hazırkı işin materiallarından görünür ki, bu iş üzrə ibtidai araşdırma zamanı X3in üzərində şəxsi axtarışın aparılmasını özündə əks etdirən videgörüntülərə baxış keçirilməsi haqda iş materiallarına 23 sentyabr 2022-ci il tarixli protokol əlavə edilmiş, lakin həmin protokolda göstərilən halların da şəxsi axtarışın və götürmənin aparılması haqda protokolda göstərilənlərlə ziddiyyət təşkil etməsi müəyyən edilmişdir. Belə ki, diskə baxış keçirilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli protokolda qeyd olunmuşdur ki, videogörüntülərə baxış keçirilərkən istintaq hərəkətinin aparılması zamanı X3ə üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif edilməsi, X3in belə əşya və ya predmetin olmasını bildirdikdən sonra əynindəki qara rəngli şortun sağ yan cibindən 2 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etməsi, bükümlərin içərisində narkotik vasitə heroinin olmasını və həmin narkotik vasitəni metronun “Əhmədli” stansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə alaraq üzərində sa xlayıb daşımasını bildirməsi müəyyən edilir. Göründüyü kimi, şəxsi axtarışın və götürmənin aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli protokolda göstərilən hallar həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videogörüntülərə baxış keçirilməsi haqda 23 sentyabr 2022-ci il protokolda qeyd olunanlarla kəskin ziddiyyət təşkil edir və aradan qaldırılmamışdır, məhkəmə kollegiyasının qənaətinə görə bu ziddiyyətlər də həmin istintaq hərəkətinin nəinki X3in müdafiə hüququnun, həm də prosessual qanunvericiliyin tələblərinin pozulmaqla aparılmasını bir daha təsdiq edir. Belə hal isə, göstərilən istintaq hərəkətinin, onun nəticələrinin və ona dair tərtib edilmiş prosessual sənədlərin yolverilməz sübutlar kimi qiymətləndirilməsinə əsas verdiyindən onun əsasında toplanmış digər s übutlar da qanun pozuntusu ilə əldə edilmiş sübutlar kimi dəyərləndirilməli və həmin sübutlar X3ə qarşı ittihamın irəli sürülməsi üçün istifadə oluna bilməzdi, çünki CPM-in 125.2.6-cı maddəsi və prosessual qanunvericiliyin yuxarıda təsvir edilmiş digər normalarında qanun pozuntuları ilə əldə edilmiş sübutların şəxsə qarşı hər hansı cinayəti törətdiyinə görə ittihamın irəli sürülməsi və onun bu cinayəti törətməkdə təqsirli bilinməsi haqda ittiham hökmünün çıxarılmasının yolverilməzliyi təsbit edilmiş, bunun əksini olan normalar isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, həmin materiallara 22 sentyabr 2022-ci il tarixli X3in adından kompyuter vasitəsilə çap olunmuş, lakin alınması vaxtı göstərilməyən izahat əlavə edilmiş və həmin iza hata görə, X3 göstərmişdir ki, o, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş iki bükümdə narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün 22 sentyabr 2022-ci il tarixdə metronun “Əhmədli” stansiyasının yaxınlığında 30 manat məbləğində pulun müqabilində tanımadığı şəxsdən almış, həmin tarixdə Hövsan qəsəbəsi, Qum adası qəsəbəsində, üst keçidin qarşısında olarkən 2 nəfər polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi şübhəsi ilə saxlanılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış zamanı həmin narkotik vasitəni təhqiqatçıya təqdim etmişdir. Həmin izahata görə, X3 həmçinin qeyd etmişdir ki, narkotik vasitənin miqdarı 1 və ya 1,3 qram olmuş, o, həmin narkotik vasitəni satmaq niyyəti izləməmiş, ona qarşı polis əmə kdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. X3in şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi haqda müvafiq olaraq 23 və 24 sentyabr 2022-ci il tarixli protokollarda isə onun adından yazılmış ilkin izahatda göstərilənlər təkrarlanmış və eyni zamanda qeyd olunmuşdur ki, o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, həmin vasitəni satmaq niyyəti izləməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İş materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı X3 24 sentyabr 2022ci il tarixdən sonra iş baxılması üçün məhkəməyə göndərilənədək dindirilməmişdir, halbuki ilkin araşdırma zamanı sübutların toplanılması zamanı təhqiqat orqanı tərəfindən qanun pozuntularına yol verilməsi, o cümlədən şübhəli şəxsin müdafiə hüququnun pozulması üzrə araşdırmanın məhz onun təkrarən dindirilməsi yolu ilə aparılması zəruri olmuşdur. Cinayət işinə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən isə X3 ilkin və ibtidai araşdırmalar zamanı onun izahatında və dindirilməsi haqqında protokollarda yazılanları tamamilə inkar edərək və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, polis işçiləri tərəfindən, ittihamda göstərilən vaxt və yerdə deyil, 20 sentyabr 2022-ci il tarixdə yaşadığı evin həyətində tanışları ilə birlikdə olarkən 3 nəfər polis əməkdaşı onu saxlayıb zor tətbiq edərək və qollarına qandal bağlayaraq 30-cu Polis Şöbəsinə aparmış və orada əməliyyat müvəkkili Şahid1 ona oğurluq cinayətini törətməkdə şübhəli bilindiyinə görə saxlanılmasını deyərək həmin cinayəti törə tməsini etiraf etməyi tələb etmişdir. O, buna cavab olaraq heç bir oğurluq etmədiyini bildirsə də, polis əməkdaşları ona inanmamış, iki gün ərzində o, Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında saxlanılmış, bu müddət ərzində də sonuncular oğurluqla bağlı izahat verməsini, hətta 21 sentyabr 2022-ci il tarixdə onun qollarını yenə də qandallayaraq Qum adası deyilən yerə aparıb oğurluq edilən evi göstərməyi tələb etmişlər. Bu iki gün ərzində onun anası və dayısı polis şöbəsinə gəlmiş, lakin polis əməkdaşları ona yaxın qohumları ilə görüşmək üçün imkan yaratmamış, əksinə, onu sonunculardan gizlətməyə çalışmış, özü isə yenə də təkidlə heç bir oğurluq törətmədiyini bildirmişdir. 22 sentyabr 2022-ci il tarixdə isə Şahid1 onu müvəqqəti saxlama kamerasından öz otağına gətizdirərək ona ya oğurluq törətməsini, ya da üzərində narkotik vasitə saxlamasını etiraf etməyi təklif etmiş, lakin o, hər iki təklifi rədd edərək narkotik vasitələrdən də istifadə etmədiyini bildirdikdə, yenidən polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq döyülmüş, bu səbəbdən də onların tələbi ilə razılaşmağa məcbur olaraq cibinə qoyulmuş narkotik vasitənin özünə məxsus olması barədə izahat və ifadələr vermişdir. Halbuki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və şəxsi axtarış zamanı təhqiqatçıya təqdim etdiyi narkotik vasitə ona məxsus olmamış, həm bu vaxt, həm də sonrakı izahat və ifadələrini polis əməkdaşlarının diktəsi ilə vermişdir. Bütün bunlar barəsində o, 24 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata Suraxanı Rayon Məhkəməsind ə baxılarkən hakimə bildirmiş və məhz buna görə onun barəsindəki həmin təqdimatın təmin olunmasından imtina edilmişdir. Ona verilmiş suallara cavab olaraq, X3 həmçinin qeyd etmişdir ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyindən narkomaniya xəstəliyindən əzab çəkmir, bu xəstəlikdən məcburi müalicəyə ehtiyacı yoxdur, ibtidai araşdırma zamanı onun ətraflı olaraq narkoloji müayinəsi aparılmamış, həkim-narkoloqun qəbulunda olarkən isə sonuncu ona bir-iki sual verməklə kifayətlənmiş və onun verdiyi rəylə tanış deyil. Eyni məzmunda ifadələri X3 həmçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinə baxılarkən də vermişdir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış və kassasiya qaydasında mübahisələndirilən 10 aprel 2025-ci il tarixli hökmdən göründüyü kimi, həmin məhkəmə əsaslı olaraq X3in məhkəmə iclaslarında əldə edilmiş və araşdırılmış sübutlarla kifayət qədər təsdiq edilməyən, onun tərəfindən ibtidai araşdırma zamanı verdiyi ifadələrini, habelə əksəriyyəti prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilmiş sübutları onun təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul etməkdən imtina etmiş və bu zaman həm də aşağıda göstərilənlərə də əməl etmişdir. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə p redmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestində X3in məhkəmə iclaslarında ətraflı olaraq verdiyi ifadələrinin yolverilməz sübut kimi qiymətləndirilməli olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüqüqudur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci madddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun məhkəmə aktı qəbul edərkən əsas sübut növlərindən biri kimi X3in məhkəmə iclaslarında verdiyi ifadələrini qəbul etməsində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etməyərək bununla bağlı kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış digər sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə X3ə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən əsas sübutların prosesual hüquq normalarının tələblərinin, o cümlədən sonuncunun müdafiə hüququnun pozulması ilə əldə edilməsini qeyd edir. Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılması zamanı X3 yuxarıda təsvir edilmiş ifadələr verməsinə, bu ifadələrin yoxlanılması üçün onun müdafiəçisinin iş üzrə əlavə sübutların əldə edilərək araşdırılması barədə bir çox vəsatətlər qaldırmasına baxmayaraq həmin vəsatətlər heç bir əsas göstərilmədən təmin edilməmiş və məhkəmə yalnız ittiham tərəfinin təqdim etdiyi sübutların araşdırılması ilə kifayətlənərək onun elan olunmuş ittiham üzrə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə 27 fevral 2024-cü il tarixli ittiham hökmü çıxarmışdır. Bunun əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi iş üzrə həqiqətin müəyyən edilməsi üçün həm müdafiə tərəfinin vəsatətləri, həm də öz təşəbbüsü ilə bir sıra əlavə sübutlar əldə etmiş və bu sübutlara əsasən X3in məhkəmə iclasında verdiyi ifadələrində göstərmiş olduğu hallar öz təsiqini tapmışdır. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X25 göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə bacısı Gülarə Həsənova ona zəng edərək oğlu Nurlanın polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsini aparıldığını bildirdiyindən, o, həmin tarixdə axşam saatlarında bacısı ilə həmin Şöbəyə getmiş və orada bacısı oğlunun oğurluq c inayətinin törədilməsində şübhəli bilinərək saxlanıldığı bildirilmiş, lakin onlara X3a görüşməyə icazə verməmişlər. Buna baxmayaraq onlar növbəti günlər də, yəni 21 və 22 sentyabr 2022-ci il tarixlərdə yenə də Polis Şöbəsinə gedərək orada gözləmiş, lakin həmin tarixlərdə X3 polis şöbəsindən buraxılmadığından onun saxlanılmasının səbəblərini dəqiq öyrənə bilməmiş, yalnız sentyabrın 21-də sonuncunun oğurluq törədilmiş mənzilləri göstərməsi üçün harasa aparılması barədə məlumat almış, lakin özləri X3la görüşməmişlər. X3 bir neçə gün ərzində buraxılmadan 30-cu Polis Şöbəsində saxlanıldıqdan sonra onlar X3ın Suraxanı Rayon Pois İdarəsinə aparılması barədə məlumat almış, sentyabrın 24-də isə o, Suraxanı Rayon Məhkəməsində həbsdən azad edilmişdir. Məhz həmin vaxt onlara məlum olmuşdur ki, X3 nark otik vasitənin qansuz dövriyyəsi ilə məşğul olması şübhəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Halbuki o, heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş və təqsirli bilindiyi əməli də törətməmişdir. X15in ifadələrinə uyğun məzmunda ifadələri həmçinin apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3in anası X19 da vermişdir. Cinayət işinin materiallarından göründüyü kimi, istər X3in, istərsə də əlavə şahid qismində dindirilmiş şəxslərin məhkəmə iclaslarında verdikləri ifadələri apellyasiya icraatı zamanı əldə olunmuş və araşdırılmış digər təkzibedilməz obyektiv sübutlarla da təsdiq edilmişdir. Belə ki, apellyasiya şikayətlərinə məhkəmə baxışı zamanı Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu P öbəsi Şöbəsi tərəfindən 3 sentyabr 2024-cü il tarixl 3-13-54-1/2-9227/24 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim olunmuş X3in həmin PŞ-nə gətirilməsinin qeydə alınması haqqında qeydiyyat jurnalındakı məlumatda göstərilmişdir ki, X3 20 sentyabr 2022-ci il tarixdə oğurluq cinayətini törətməkdə şübhəli bilinərək saat 17:00-da 30-cu Polis Şöbəsinə gətirilmiş, onun izahatı alındıqdan sonra isə həmin gün saat 18.00-da sərbəst buraxılmışdır. Bununla bağlı araşdırma materiallarının Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi barədə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəfələrlə sorğu verildikdən sonra həmin şöbədən 7 aprel 2025-ci il tarixli məktuba əlavə edilmiş Suraxanı RPİ-nin 30cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş 20 sentyabr 2022-ci il tarixli protokolda qeyd edilmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə inzibati ərazidə baş verən oğurluq hadisələri ilə bağlı bir nəfər şəxdən sənəd tələb etdikdə heç bir sənəd təqdim etməməsi səbəbilə, həmin şəxs 30-cu PŞ-nə gətirilmişdir. Sonradan onun X11 olması müəyyən edilmiş, sonuncu isə heç bir cinayət əməli törətmədiyini, qanunazidd hərəkət etmədiyini səbəb gətirərək, izahat verməkdən imtina etmiş, buna görə onun profilaktik söhbətlər aparıldıqdan sonra o, sərbəst buraxılmışdır. Hər iki sənədin arasında ziddiyyətlər isə ondan ibarətdir ki, birinci sənəddə X3in izahatı alındıqdan sonra buraxılması, Şahid1 tərtib etdiyi 20 sentyabr 2022-ci il tarixdə isə onun izahat verməkdən imtina etməsi və onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılması göstərilmiş, bununla belə, bu sə nədlərlə X3in həqiqətən, ifadələrində göstərdiyi kimi, 20 sentyabr 2022-ci il tarixdə oğurluq cinayətini törətməsi şübhəsi ilə saxlanılaraq 30-cu Polis Şöbəsinə gətirilməsi təsdiq olunur, baxmayaraq ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilərkən adı çəkilən polis əməkdaşı bu faktı ümumiyyətlə inkar etmişdir. Bundan başqa apellyasiya icraatı zamanı X3in anası X10 və dayısı X15 istifadəsində olmuş 070 *** ** ** saylı mobil nömrənin 20, 21, 22 sentyabr 2022-ci il tarixlərdə, Şahid1 məxsus olan 050 *** ** ** saylı, 077 *** ** ** saylı, 050 *** ** ** saylı və Şahid2 məxsus olan 051 *** ** ** saylı, 050 *** ** ** saylı saylı mobil nömrələrin 22 sentyabr 2022-ci il tarixində hansı ötürücü stansiyasının əhatə dairəsində və qeydə alındığı anten dairələri üzrə hərəkət trayektori yaları-hərəkət istiqamətlərinin dəqiq vaxtlarının (saat və dəqiqəsi) göstərilməsinin müəyyən edilməsi barədə məlumtların “Bakcell Telekom”, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi haqqında qərara əsasən "xxxx" MMC-nin 25 dekabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş CD diskdə olan məlumatlarla adları göstərilən şəxslərin 21 sentyabr 2022-ci il tarixdə saat 14:23-dən 22.10-dək, növbəti gün, yəni 22 sentyabr 2022-ci il tarixdə saat 10.48-dən saat 15.33-dək olan müddətdə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında olmaları müəyyən edilmişdir ki, bu hal da həmin müddətlərdə X3in 30-cu Polis Şöbəsində saxlanılmasına, onun yaxın qohumlarının isə onun saxlanılmasının səbəblərini öyrənmək və onun görüşmək məqsədi lə həmin Şöbəyə getmələrinə, bu hissədə də həm bəraət almış şəxsin, həm də şahidlərin ifadələrinin həqiqiliyinə dəlalət edir. Bununla yanaşı,"xxxx" MMC-nin 18 dekabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş CD diskdə olan məlumatlardan (Şahid1 məxsus ********** saylı və Şahid2 məxsus 051 *** ** ** saylı, ********** saylı mobil nömrələr) Şahid1 və Şahid2 22 sentyabr 2022-ci il tarixdə saat 18.00-da X3in saxlanıldığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında olmadıqları görünür. Bundan başqa "xxxx" MMC-nin 19 fevral 2025-ci il tarixli məktubuna əlavə edilmiş CD diskdə olan məlumatlarla (Şahid1 məxsus ********** saylı mobil nömrə) və "xxxx" MMC-nin 23 yanvar 2025-ci il tarixli məktubuna əlavə edilmiş CD diskdə o lan məlumatlarla (Şahid1 məxsus ********** saylı mobil nömrə) Şahid1 22 sentyabr 2022-ci il tarixdə saat 18.00-da X3in saxlanıldığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında olmadığı müəyyən edilir. Təsvir edilmiş sübutların təhlili X3in polis əməkdaşları tərəfindən başqa vaxtda və başqa ərazidə, yəni 20 sentyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında saxlanılaraq 30-cu Polis Şöbəsinə aparılması barədə məhkəmə iclasında verdiyi ifadələrinin həmin sübutlarla tam uzlaşması barədə nəticəyə gəlmək üçün əsas verir. Belə olan halda isə, məhkəmə kollegiyası X3in həmin ifadələrini inandırıcı ifadələr kimi qəbul edərək hesab edir ki, əsl həqiqətdə o, 20 sentyabr 2022-ci il tarixdə oğurluq cinayətini törətməkdə şü bhəli bilinərək Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən yaşadığı Xətai rayonunun ərazisində saxlanalaraq həmin Şöbəyə aparılmış, 22 sentyabr 2022-ci il tarixədək heç bir qərar qəbul edilmədən həmin Şöbənin müvəqqəti saxlama yerində saxlanılmış, 22 sentyabr 2022-ci il tarixdə isə kifayət qədər sübutlar olmadan narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi ilə tutulmuş, bundan sonra CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, onun belə məsuliyyətə cəlb edilməsinə əsaslardan biri kimi isə təzyiq və təsir nəticəsində etirafedici ifadələr verməsi olmuşdur. Əvvəla, X3in Polis Şöbəsində olduğu iki gün müddətində üzərində narkotik vasitə saxlaması, sonra isə şəxsi axtarış və götürmə aparılması zamanı onu təhqiqatçıya təqdim etməsi inandırıcı g örünmür və bu halı təsdiq edən mötəbər və qərəzsiz sübutlar istər ilkin və ibtidai araşdırmalar zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən əldə olunmamış və belə olan halda həm X3in məhkəməyədək icraat dövründə verdiyi ifadələrinin, onun üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli protokolun, bu istintaq hərəkətinin nəticələrinə əsasən toplanmış digər sübutların (polis əməkdaşlarının ifadələrini, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinin) mötəbər olmayan və şübhə doğuran sübutlar kimi qiymətləndirilməsinə əsas yaradır ki, apellyasiya instansiyası məhkəməsi də tam əsaslı olaraq belə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası X3in məhkəmə iclaslarında verdiyi ifadələrinin mötəbər sübutlardan biri kimi qiymətləndirilməsi b arədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq onu da vurğulamağı lazım bilir ki, ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 5 oktyabr 2022-ci il tarixli 5774 nömrəli rəyində X3də opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyinin) aşkar edilməsi, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülməsi göstərilsə də, bu rəyin ətraflı aparılmış tədqiqat nəticəsində verilməsi onun məzmunundan görünmür, işə birinci instansiya məhkəməsində baxılarkən isə müdafiəçi tərəfindən X3in “Zəfəran hospitalda” narkoloji müayinəsinə dair arayış təqdim olunmuş və həmin 10 oktyabr 2022-ci il tarixli arayışa görə, onda nark otik metaboitlərininin təyin edilməsi üçün verdiyi analizlərdə (sidikdə, ekspres-test) nəticələrin “Neqativ” olması müəyyən edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin X3in polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki təsirlərə və qeyri-insani rəftara məruz qalmaması barədə polis əməkdaşları Şahid1 və Şahid2 də ifadələrinə, habelə bu xüsusatla bağlı araşdırma aparılması zamanı Suraxanı rayon prokurorluğunda verdikləri izahatlarına da şübhə ilə yanaşması əsaslı olmuşdur ona görə ki, X3in şikayəti üzrə prokurorluqda aparılmış araşdırma heç də səmərəli olmamış, onu aparan prokurorluq əməkdaşı isə sonuncunun izahatı ilə yanaşı, yalnız adları göstərilən və barələrində şikayət edilmiş şahidlərin izahatlarının alınması və hadisədən səkkiz ay keçdikdən sonra heç bir əhəmiyyətə malik olmayan məhkəmə-tibbi ekspertizasının təyin edilərək keçirilməsi ilə kifayətlənmiş, 14 iyun 2023-cü il tarixdə isə təhlil edilən məsələ ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən isə X3in müdafiəçisi tərəfindən məhkəməyə onun ayaqlarında xəsarətlərin olmasını əks etdirən fotoşəkillər təqdim etmiş, lakin məhkəmə bununla əlaqədar özü heç bir araşdırma aparmamışdır. Halbuki, həm prosessual qanunvericilin tələblərinə əsasən, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusu ilə bağlı bir çox Qərarlarında sərgilədiyi hüquqi mövqeyə görə, X3in məhkəməyədək icraat zamanı fiziki təsirlərə, işgəncələrə və onun şərəf və ləyaqətini alçaldan qeyri-ins ani rəftara məruz qalıb-qalmaması faktı üzrə həm prokurorluq orqanı, həm də ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi tərəfindən səmərəli araşdırmanın aparılması labüd olmuşdur Apellyasiya instansiyası məhkəməsi isə X3in ayaq nahiyələrində olan xəsarətlərin əməliyyatçılar və ya digər şəxslər, yaxud da özü tərəfindən yetirilməsini müəyyən edə bilməyərək yaranmış şübhələri onun xeyrinə həll etmiş və sonuncunun həqiqətən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə nəticəyə gələrək bu yolla da əldə edilmiş sübutların yolverilməz hesab edilməsini mümkün bilmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin X3in həqiqətən polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra fiziki təsirlərə və şərəf və ləyaqətini alç aldan qeyri-insani rəftara məruz qalması, saxlanılarkən isə onun üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşyanın, o cümlədən narkotik vasitənin olmaması barədə ifadələrini mötəbər sübüt kimi qəbul etməsini tam qanuni və əsaslı sayır və bir daha qeyd edir ki, bu ifadələr həmin məhkəmənin məhkəmə iclasında araşdırılmış və yuxarıda təsvir edilmiş başqa sübutlarla da tam uzlaşır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu haqda gəldiyi nəticə ilə razılaşaraq onu qanuni və əsaslı hesab edir və buna görə həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas görməyərək eyni zamanda qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayə tkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmoun i Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa M əhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensi yanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəs ində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşları Şahid1 və Şahid2 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırkı iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hеsab еdir. Əvvəla iş materiallarına görə, adları çəkilən şəxslərin, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrinə görə, onlar X3in narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil o lmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş və bu tədbirlər nəticəsində onu 22 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı qəsəbsi, Qum adası deyilən yerdəki keçidin yaxınlığında saxlayıb Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə gətirərək təhqiqatçıya təhvil vermişlər. Bundan sonra onlar təhqiqatçı tərəfindən X3in üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş və bu zaman sonuncunun üzərindən iki ədəd bükümdə qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Əvvəla, adları çəkilən həmin polis əməkdaşlarının göstərilən istintaq hərəkətinin aparılmasında iştirak etmələrinin hansı zərurətdən irəli gəlməsi nə təhqiqatçı tərəfindən aydınlaşdırılmamış, nə də ki, bunun ə sası X3ə izah edilməmişdir. Sonuncu isə məhkəmə iclaslarında verdiyi ifadələrində göstərmişdir ki, o, Polis Şöbəsində fiziki zorakılığa məruz qaldıqdan sonra ona qarşı irəli sürülmüş ittihama uyğun olan etirafedici izahat və ifadələr verməyə məcbur olmuş, bu izahat və ifadələri isə onu saxlamış polis əməkdaşlarının diktəsi ilə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilmiş və şübhəli şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartlarını müəyyən еtmiş və Ali Məhkəmənin Cinayət Kollegiyası da bir sıra qərarlarında bu standartlardan çıxış etmişdir (məsələn, X7 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025-ci il tarixli qərarı). “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” işl üzrə 18 yanvar 1978-ci il tariхli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Belə hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası hazır kı iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda apellyasiya instansiyası məhkəməsinin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırkı iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmasını haqlı hesab etməklə qeyd edir ki, X3in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq X3ə elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmi ş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmişdir. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə, X3in CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmə tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda da məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisələndirilsə də, onun müəllifi hazırkı iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntularına yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə gəldiyi nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməklə əldə olunmuş yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəki ldə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X3ə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və buna görə dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin olunmaması haqda isə bəraət almış X3in və onun müdafiəçisi E.N.İsayevin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X3ə CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protesti təmin edilməsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2025ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar