Məhkəmə qərarları › İş №1(102)-1687/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1687/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1687/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(103)-353/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yeni Yurdlar yaşayış massivində nömrəsiz fərdi ya şayış evində yaşamaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 120 nömrəli fərdi yaşayış evinin 30 metr yaxınlığında tanışı Zərərçəkmiş şəxs əmisi Şahid1 yerə yıxıb sinəsinin üzərində oturaraq bədəninin müxtəlif nahiyələrinə dayanmadan yumruq zərəbələri vurmasını görüb, yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə zərbə vuraraq sonuncuya başın sol gicgah nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yarası, başın ənsə nahiyyəsinin dörd ədəd əzilmiş yarası, başın sol gicgah nahiyyəsinin ə zilmiş yarası, sağ bazu nahiyəsinin bir ədəd kəsilmiş yarası ilə nəticələnən dərəcələrinə görə ümumilikdə və həm ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmin yerdən bir qədər kənarlaşdıqdan sonra əmisi Şahid1 yaşadığı Qobustan qəsəbəsi, 1-ci massiv, 120 nömrəli fərdi yaşayış evinin həyətində səs-küy eşidib oraya gedərkən Zərərçəkmiş şəxs əlindəki bıçaqla Şahid1 xəsarət yetirdiyini və hücum etməkdə davam etdiyini görüb, Zərərçəkmiş şəxs qucaqlayaraq bıçağı əlindən aldıqdan sonra həmin bıçaqla Zərərçəkmiş şəxs qəsdən üç zərbə vurub sonuncuya sağ bazu nahiyəsinin səthi kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti, sağ ağciyər in zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X3 və X4 ibarət məhkəmə tərkibində) 04 dekabr 2023-cü il tarixli, 1(101)-656/2023 nömrəli qərarı ilə Məhkum CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X3 və X4 ibarət məhkəmə tərkibində) 04 dekabr 2023-cü il tarixli, 1(101)-656/2023 nömrəli hökmü ilə Məhkum CM-in 126.1- ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu 25 oktyabr 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddətin nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 dekabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Na zirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

5. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Məhkum barəsində verilmiş ittihamın sübut olunmadığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(101)-656/2023 nömrəli hökmünün ləğv edilərək onun əməlinin Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsindən CM-nin 130.1-ci maddəsinə tövsif edilməsi, məhkəmə baxışı zamanı tövsif üçün əsaslar müəyy ən olunmazsa, cinayət işı üzrə müəyyən olunmuş hallara münasibətdə Məhkum təyin edilmiş cəzanın ağır olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(101)-656/2023 nömrəli hökmünün dəyişdirilərək ona CM-in 62-ci maddəsi tətbiq edilməklə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddən aşağı cəza təyin edilməsi və CM-in 70-cı maddəsi tətbiq edilərək təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən, məruzəçi hakim), X6 və X2 ibarət məhkəmə tərkibində) 02 aprel 2024-cü il tarixli, 1(103)-353/2024 nömrəli qərarı ilə Məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 1(101)-656/2023 nömrəli hökmü məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsində, ittiham tərəfi Ramizin Elsevərə xəsarət yetirdiyi zaman artıq qəsdin bitmiş olduğunu iddia etmiş, müdafiə tərəfi isə bunun əksini qəsdin hələ davam etdiyini göstərmişdir. Burada qəsdin davam edib-etməməsi ilə bağlı fikir ayrılığı olmasına baxmayaraq və bu halın təqsirləndirilən şəxsin törətdiyi əməlin tövsifinə təsir etməsinə baxmayaraq məhkəmə bu halı araşdırmamış və bununla bağlı verdiyimiz sübutlara qiymət verməmişdir. Çünki qəsdin davam etdiyi halda Ramizin Elsevərə xəsarət yetirməsi onun əməlinin CM-in 130.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəmədə bizi ayırdılar ifadəsini işlətmiş və bu ifadədən belə çıxır ki, hadisə baş verən həyətdə kənar şəxslər olub, lakin cinayət işinin materialları ilə bu ifadə ziddiyyət təşkil edir. Çünki burada həyətdə başqa şəxslər olubsa və həqiqətən onlar Elsevəri Ramildən ayırıbsa qəsd bitmiş olur və Ramizin qəsd bitdikdən sonra vurduğu xəs arət CM-in 126.1-ci maddəsi ilə tövsif edilə bilər. Yox əgər həyətdə heç kim olmayıbsa bu zaman onları ayıranın məhz Ramiz olduğu üzə çıxır ki, bu da qəsdin davam etdiyini göstərir və Ramizin Elsevəri zərərsizləşdirmək üçün ona xəsarət yetirməsi əmisini müdafiə etməsini, qəsdin qarşısını almaq istəməsini təsdiq etdiyindən onun əməli hesab edirik ki, CM-in 126.1-ci maddəsi ilə tövsif edilə bilməz. Bu ziddiyyət məhkəmə tərəfindən araşdırılmamış bununla bağlı sübutlara qiymət verilməmişdir. Bundan başqa tərəfimizdən məhkəməyə bu işlə bir başa bağlı olan digər məhəkmə qərarları işə sübut kimi əlavə edilməsi üçün təqdim edilmiş və həmin məhkəmə qərarları ilə müəyyən edilmiş halların (qəsdin davam etməsi, həyətdə kənar şəxslərin olmaması hazırki işə baxan məhkəmə üçün preyudisial xarakter daşıdı ğını bildirməyimizə baxmayaraq məhkəmə bu sübutlara baxmamış onlara qiymət verməmişdir. Halbuki, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir.

9. Belə ki, zərərçəkənin etdiyi qəsd ictimai təhlükəlidir, bununla bağlı o cəza alıb. Şahidləri yaralaması qəsdin olmasını təsdiq edir, şahidin bıçaqlanması və yenidən bıçağın ona tərəf aşağı yuxarı hərəkət etdirilməsi, Elsevəri Ramildən ayırana qədər hücumu davam etdirməsi qəsdin başladığını və davam etdiyini göstərir. Zərərçəkənin Novruzun biləyini kəsməsi, Ramili bıçaqlaması xəsarət yetirdikdən sonra dayanmaması və əlindəki bıçaqla hərəkətlərini davam etdirməsi qəsdin xəyal məhs ulu deyil, real və həqiqi olmasını göstərir. Hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 126.1-ci maddəsindən həmin məcəllənin 130.1-ci maddəsinə tövsif edilməli idi.

10. Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPM-in”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi nin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(103)353/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

12. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun şəkildə çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual n ormalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azın dan həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Müdafiəçi kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən 130.1-ci maddəsinə tövsif edilmmədiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir

20. Bununla da, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(103)-353/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə, Məhkum əməlini tövsif edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, düzgün olmayaraq onu qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməy ə görə təqsirli bilmişdir.

22. Kollegiya qeyd edir ki, şəxslərin ictimai-təhlükəli qəsdlərdən qorunmasının təminatlarından biri də CM-in 36-cı maddəsində öz əksini tapmış zəruri müdafiə hüququdur.

23. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.

24. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şami l olunur.

25. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.

26. Hüquq nəzəriyyəsinə və praktikasına əsasən, zəruri müdafiənin qanunauyğunluğu şərtləri qəsdə və müdafiəyə aid edilərək iki yerə bölünür - zəruri müdafiənin qəsdə aid olan hüquqilik şərtləri və müdafiə hərəkətlərinə aid olan hüquqilik şərtləri.

27. Əməlin zəruri müdafiə şəraitində törədilməsi kimi qəbul edilməsi üçün bu iki şərtləri müəyyənləşdirməsi zəruridir.

28. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəmələri tərəfindən əməlin zəruri müdafiə şəraitində törədilməsini müəyyənləşdirilməsində bir çox hallarda yanlışlığa yol verilir.

29. Zəruri müdafiənin qəsdə aid hüquqi şərtləri aşağıdakılardır: 1. qəsdin ictimai təhl ükəli xarakterə malik olması; 2. mövcud olması; 3. həqiqi olması; 4. əvvəlcədən süni surətdə qəsdə təhrik edilməməsi.

30. Qəsdin ictimai-təhlükəli xarakterə malik olması, onun cinayət xarakterli olması ilə səciyyələndirilir. CM-in 36-cı maddəsinə əsasən, qəsd şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərinə yönəlməlidir.

31. Qəsdin mövcud olması o deməkdir ki, hücum edən artıq obyektə zərər vurmağa başlamış, yaxud zərərin vurulması üçün, bilavasitə, real təhlükə yaratmışdır. Yəni qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Qəsd sona yetsə belə, əgər müdafiə olan üçün, şəraitə uyğun davam edən kimi qəbul etməyə əsas verən hallar olduqda da zəruri müdafiə şəraitinin mövcud olması hesab edilməlidir.

32. Qəsdin həqiqi olması – onun real, görünən, hərəkətin xarakteri aydın olan, təhlükəli nəticə yaratması dərk edilən olmasıdır. Qəsd xəyali, yəni müdafiə olunanın təxəyyülündə olmamaılıdır. Yəni qəsdə münasibətdə müdafiə olunan tərəfindən faktiki səhvə yol verilməməlidir. Qəsd xəyali olduqda, yalnız yaranmış şərait müdafiə olunana real təhlükənin yaranmasına əsas verən real və obyektiv hallar olduqda vurduğu zərərə görə cinayət məsuliyyəti daşımır.

33. Əvvəlcədən qəsdə təhrik edilməməsi – müdafiə olunan tərəfindən qəsd edənə zərər vurmaq üçün, əvvəlcədən planlı şəkildə onun qanunsuz hərəkətlər etməyə sövq etməklə zəruri müdafiə şəraitinin yaradılmasıdır.

34. Zəruri müdafiənin müdafiəyə aid şərtləri aşağıdakılardır:

1. Qanunla qorunan obyektlərə yönələn qəsddən müdafiəsi;

2. Müdafiənin qəsdin xarakter və ictami təhlükəlilik dərəcəsinə uyğun olması;

3. Yalnız qəsd edənə zərər yetirilməsi.

35. Qanunvericilikdə müdafiə olunan obyektlərə müdafiə edənin və ya başqa şəxslərin həyatı, sağlamlığı və hüquqları, dövlətin və cəmiyyətin mənafeləri aid edilir.

36. Nəzərə almaq lazımdır ki, zəruri müdafiə qanunla qorunmayan obyektlərə şamil edilə bilməz. Qanuni hərəkətlərə qarşı da zəruri müdafiə tətbiq edilə bilməz.

37. Zəruri müdafiə qəsdin xarakter və ictami təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Qanunla qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Zəruri müdafiə zamanı qəsd edənlərin sayı, yaşı, fiziki imkanları, silah və ya tətbiq edilən əşyaların xarakteri, şəraiti, yeri və vaxtı kimi hallar nəzərə alınmalıdır. Qəsd ba şa çatmışdırsa və müdafiə olunan üçün açıq-aşkar olaraq təhlükə sovuşmuşdursa, zəruri müdafiə tətbiq oluna bilməz. Zəruri müdafiə yalnız qəsd edənin və ya edənlərin özlərinə yönəlməlidir.

38. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir.

39. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 120 nömrəli fərdi yaşayış evinin 30 metr yaxınlığında tanışı Zərərçəkmiş şəxs əmisi Şahid1 yerə yıxıb sinəsinin üzərində oturaraq bədəninin müxtəlif nahiyələrinə dayanmadan yumruq zərəbələri vurmasını görüb, yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə b ir neçə dəfə zərbə vuraraq sonuncuya başın sol gicgah nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yarası, başın ənsə nahiyyəsinin dörd ədəd əzilmiş yarası, başın sol gicgah nahiyyəsinin əzilmiş yarası, sağ bazu nahiyəsinin bir ədəd kəsilmiş yarası ilə nəticələnən dərəcələrinə görə ümumilikdə və həm ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmin yerdən bir qədər kənarlaşdıqdan sonra əmisi Şahid1 yaşadığı Qobustan qəsəbəsi, 1-ci massiv, 120 nömrəli fərdi yaşayış evinin həyətində səs-küy eşidib oraya gedərkən Zərərçəkmiş şəxs əlindəki bıçaqla Şahid1 xəsarət yetirdiyini və hücum etməkdə davam etdiyini görüb, Zərərçəkmiş şəxs qucaqlayaraq bıçağı əlindən aldıqdan sonra həmin bıçaqla Zərərçəkmiş şəxs qəsdən üç zərbə vu rub sonuncuya sağ bazu nahiyəsinin səthi kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti, sağ ağciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur.

40. Birinci instansiya məhkəməsi Məhkum onun əmisinə hücum etməyə görə Zərərçəkmiş şəxs qisas almaq məqsədilə ona bıçaq zərbəsi yetirməsi barədə qənaətə gələrək, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif etmişdir.

41. Lakin birinci instansiya məhkəməsi bu qənaətə gələrkən, təqsirləndirilən şəxs Məhkum özünü müdafiə şəraitinin elementlərinin olmasını nəzərə almamış, bu səbəbdən əməlin tövsifində yanlışlığa yol vermişdir.

42. İşin mübahisə olunmayan faktiki hallarından, təqsirləndirilən və zərərçəkmişin ibtidai istintaq, birinci və apelyasiya instansiya məhkəmələrində verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs Məhkum, Zərərçəkmiş şəxs əmisi Şahid1 yerə yıxıb sinəsinin üzərində oturaraq bədəninin müxtəlif nahiyələrinə dayanmadan yumruq zərəbələri vurmasını görüb, yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə zərbə vurmuş, bundan sonra həmin yerdən bir qədər kənarlaşdıqdan sonra əmisi Şahid1 yaşayış evinin həyətində səs-küy eşidib oraya gedərkən Zərərçəkmiş şəxs əlindəki bıçaqla Şahid1 xəsarət yetirdiyini və hücum etməkdə davam etdiyini görüb, Zərərçəkmiş şəx s qucaqlayaraq bıçağı əlindən aldıqdan sonra Zərərçəkmiş şəxs də bıçağı geri almağa çalışmasını gördükdən sonra həmin bıçaqla Zərərçəkmiş şəxs qəsdən üç zərbə vurmuşdur.

43. Bu sübutlardan görünmüşdür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin özünə və əmisinə qarşı hərəkətləri ictimai-təhlükəli xarakterə malik olmuşdur. Çünki, onun zərbələrinin xarakteri qeyri-müəyyən qəsd kimi qiymətləndirilməlidir, bu hərəkətlərdən sonra təqsirləndirilənin ala biləcəyi zərbələr müxtəlif xarakterli və müxtəlif dərəcəli ola bilərdi.

44. Qəsd mövcud olmuşdur, yəni başlamış, davam etmiş və təqsirləndirilən tərəfindən xəsarət yetirilərkən başa çatmamışdır.

45. Məhkum ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, “...O, Elsevəri zərərsizləşdirmək üçün onu arxadan qucaqlayıb bıçağı onun əlindən almışdır. Bu zaman Elsevər onun üzərinə gəlmiş və əlindəki bıçağı almaq istəyirmiş. Sanki, Elsevərin gözünü qan tutmuşdur. O, fikirləşmişdir ki, Elsevər bıçağı onun əlindən alsa, onu da bıçaqlayacaq. Buna görə Elsevər onun üstünə hücum edərkən özünü müdafiə etmək üçün bıçaqla Elsevərin qoluna və sinə nahiyyəsinə bıçaq xəsarəti yetirmişdir...”

46. Zərərçəkmiş şəxs qismən məhkəmə istintaqı ilə aparılan apellyasiya məhkəmə icraatı zamanı dövlət ittihamçısının və sədrlik edənin suallarına cavab olaraq göstərmişdir ki, “Ola bilsin ki, mənə xəsarət bizi aralaya bilmədiyi üçün yetirilib”, “Məhkum sizi nə vaxt vurdu? Mən əmisini vuranda. Məni əmisindən aralaşdıranda, Ramiz də məni vurdu.”

47. Eyni zamanda, təqsirləndirilən şəxsin bildirdiyi “Evə gird im, əmimi qan içində gördüm, Elsevərlə əlbəyaxa çıxdım, bıçaq yerə düşdü, mən də həmin bıçaqla onu vurdum”, ifadəsinə qarşı Zərərçəkmiş şəxs bildirmişdir ki, “ola bilər ki, doğrudur, mən özümü itirmişdim”.

48. Göründüyü kimi Məhkum bıçaq zərbəsi yetirən zaman zərərçəkmiş tərəfindən ictimaitəhlükəli qəsdin artıq bitməsini təsdiq etmək olmaz. Zərərçəkmiş qeyd edir ki, o, təqsriləndirilən şəxsin əmisini vuran zaman, əlindəki bıçaq yerə düşmüş və bundan sonra ona xəsarət yetirilmişdir. Başqa sözlə, həmin an üçün Məhkum özünə və əmisinə münasibətdə təhlükə bitmiş hesab edilə bilməz. Belə ki, Məhkum Zərərçəkmiş şəxslə əmisi arasında olan mübahisədə əmisini müdafiə etmək məqsədi ilə zərərçəkmişin başına yerdən götürdüyü daş parçası ilə bir neçə zərbələr vurub aralaşdıqdan sonra da Zərərçəkmiş şəx s bıçaq götürərək təqsriləndirilənin əmisinə xəsarətlər yetirməsi, zərərçəkmişin əlindəki bıçağın yerə düşməsindən istifadə edib onu götürdükdən sonra da Zərərçəkmiş şəxs bıçağı geri almağa çalışması onun hərəkətlərini davam etdirmək niyyətində olmasını təxmin etməyə kifayət qədər obyektiv əsaslar vermişdir.

49. Həmçinin Zərərçəkmiş şəxs ictimai-təhlükəli hərəkətləri real olmuş, Məhkum özü və əmisinin sağlamlığı üçün real təhlükə yaranmış, sonuncuya bıçaqla xəsarət yetirmişdir. Qəsdin real olması faktı da, heç bir mübahisə yaratmamışdır.

50. Müdafiə şərtlərinə gəldikdə onu qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin əmisinə qarşı qəsdi onun sağlamlığına zərər vurulmasına yönəlmişdir. Belə ki, bıçaqla yetirilən xəsarətin onun bədən nahiyyəsinə yönəlməsi təqsirləndirilən şəxsin əmisinin sağlamlığı üçün real təhlükə yaratmasını təxmin etməyə əsas vermişdir. Həmçinin Zərərçəkmiş şəxs bıçağı onun əlindən aldığı təqdirdə zərərçəkmişin aqqressiv,cinayətkar xarakterli əməllərə meyillliik baxımından təhlükəli nəticə ilə nəticələnə bilməsi ehtimalını da real etmiş olur. Başqa sözlı, qəsd qanunla qorunan obyektə, müdafiə olunanın sağlamlığına yönəlmişdir.

51. İkincisi, müdafiə məhz qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilmişdir. Bu baxımdan, təqsirləndirilən şəxs Məhkum məhz qəsd edən Zərərçəkmiş şəxs zərər vurmuşdur.

52. Lakin müdafiə zəruri müdafiə həddini aşmaqla həyata keçirilmişdir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum əmisinə qarşı zor tətbiq etməsi, ona qarşı bıçaqla xəsarət yetirməsi, daha sonra təqsirləndirilən şəxsdən bıçağı geri almağa ça lışması ictima-təhlükəli hərəkətlər kimi qiymətləndirilsə də, mahiyyətcə təqsirləndirilən şəxs və onun əmisinə ağır xəsarət yetirilməsi ilə nəticələnməmişdir. Bıçaq onun əlində olmuş, lakin zərərçəkmişdə heç bir silah olmamışdır. Onların sağlamlığına ağır zərər vurulmamışdır. Məhkum özünün və əmisinin müdafiəsi zamanı Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlər kimi qiymətləndirilməlidir.

53. Cinayət qanunvericiliyinin tələblərinə görə zəruri müdafiə həddini aşmaqla sağlamlığına ağır zərər vuran şəxsin əməlində CM-in 126-cı maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətlərindən hər hansı biri olduqda da, əməl yalnız CM-in 130.1-ci maddəsi ilə tövsif olunmalıdır.

54. Qe yd edilənlərə əsasən, məhkəmə kollegiyası Məhkum əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif olunması, yəni onun qəsdən sağlamlığa ağır zərər vurma cinayəti törətməsi barədə istintaq orqanının mövqeyi ilə razılaşan birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticələri əsassız və işin faktiki hallarına uyğun olmayan hesab edir.

55. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Sübutların məcmusu əsasında Məhkum qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsini müəyyən və təsdiq etmək mümkün olmadı.

56. Məhkəmə kollegiy ası yekunda qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Cinayət işi materiallarında mövcud olan sübutlar məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir, təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2).

57. Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki hall arın ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə mübahisələndirilən məhkəmə qərarlarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər.

58. Məhkəmə kollegiyası həmçinin, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən məhkumun əməlinin CM-in 130.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə cəzadan azad edilmə hallarının mövcud olması dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.

59. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, vətəndaş Məhkum ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və heç bir şikay əti yoxdur.

60. Belə ki, Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.

61. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.639.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.

62. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 1 56.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

63. Həmin Məcəllənin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir.

64. Beləliklə, məhkəmə kollegiyası məhkum olunmuş və hazırda cəzasını çəkən Məhkum Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 80-1-ci maddəsinə əsa sən Məhkum CM-in 130.1-ci maddəsi ilə cəzadan azad edilməlidir.

65. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(103)-353/2024 nömrəli qərarı dəyişdirilməli, Məhkum əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 130.1-ci maddəsinə tövsif edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə cəzadan azad edilməlidir.

66. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 02 aprel 2024-cü il tarixli, 1(103)-353/2024 nömrəli qərarı Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilib, cəzadan azad edilməklə, o, cəzasını çəkdiyi müəssisə üzrə cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar