Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1690/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxxxx 1983-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarına əsasən (hakimlər: X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və A.Ə.Musayev) Məhkum keçmiş arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsi, əməlində cinayət tərkibinin olması, psixi xəstəliyinin pisləşməsi səbəbindən halhazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarının olmaması, əməlinin CM-in 21.3-cü maddəsinin təsiri altına düşməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olmasının sübuta yetirilmiş hesab edilməsi, Azərbaycan Respublikası CM-in 93.1.1 və 95.0.3-cü maddələrinə əsasən, Məhkum barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməsi, qər arın icrasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» Publik Hüquqi Şəxsə tapşırılması, qərar qanuni qüvvəyə minənədək (ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicəyə yerləşdirilənədək) Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, iş üzrə icraatın Məhkum sağalanadək dayandırılması qərara alınmışdır. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), İ.H.Əhmədov və M.Ə.Bağırov) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum keçmiş arvadı Zərərçəkmiş şəxs onunla barışmaqdan imtina etməsi və Zərərçəkmiş şəxs himayəsində yaşayan azyaşlı övladları Qanuni nümayəndə ondan icazə alınmadan Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan xalasının evinə göndərilməsi və qaytarmaması səbəbindən 29 və 30 may 2020-ci il tarixlərdə növbəti dəfə aralarında yaranmış mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs qəsdən öldürüb ondan qisas almaq qərarına gəlmiş, bu məqsədlə 30 may 2020-ci il tarixdə saat 17 radələrində işlədiyi ərzaq mağazasında iş görən zaman istifadə etdiyi, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı bıçağı götürərək əynindəki şalvarın arxa cibində gizlədib Zərərçəkmiş şəxs izləməyə başlamış, həmin gün saat 19 radələrində Ağcabədi rayonu, Rəncbərlər kəndinin ərazisində yerl əşən bulaqdan su gətirməyə gedən Zərərçəkmiş şəxs güdüb əlverişli şəraitin yaranmasına əmin olaraq sonuncuya yaxınlaşıb qəsdən öldürməkdən ibarət olan cinayətkar niyyətini həyata keçirmək üçün xüsusi amansızlıqla, yəni həmin vaxt hadisənin baş verdiyi yerdə Zərərçəkmiş şəxs yanında dayanmış və hadisəni bilavasitə müşahidə edən Zərərçəkmiş şəxs əmisinin arvadı olmaqla sonuncunu özünə yaxın adam hesab edən şəxsin, yəni X4 gözü qarşısında, onların bir-birilərinə əziz və dəyərli olmalarını, hərəkətləri ilə onların hər birinə xüsusi əzab və işgəncə verəcəyini dərk edib bunları arzu edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək sol əli ilə Zərərçəkmiş şəxs boğazından tutub sağ əli ilə əvvəlcədən özü ilə götürdüyü bıçağı cibindən çıxarıb Zərərçəkmiş şəxs döş qəfəsinin sağ ya rısının arxa səthində kürəkarası nahiyədə 3-4-cü qabırğa arasından döş boşluğuna keçərək pnevmotorksla müşahidə edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən deşilmiş-kəsilmiş yara xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs onu öldürməməsi barədə dönə-dönə aman diləyən yalvarışlarına məhəl qoymadan həmin bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən həyat üçün mühüm olan orqanların yerləşdiyi nahiyələrinə yenə də bir neçə dəfə bıçaq zərbəsi vurub ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sağ yarısının yan səthində deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yan səthində yuxarıdakı yaradan 3 sm aşağıda digər deşilmiş-kəsilmiş yara, sağ qoltuqaltı nahiyənin a rxa səthində deşilmiş-kəsilmiş yara, sol qoltuqaltı nahiyənin yuxarı şöbəsində deşilmiş-kəsilmiş yara, sol qoltuqaltı nahiyənin aşağı şöbəsində deşilmişkəsilmiş yara, sağ bazunun orta üçdə birinin yan səthində kəsilmiş yara, sol bazunun yuxarı üçdə birinin yan səthində kəsilmiş yara, sol bazunun orta üçdə birinin iç səthində kəsilmiş yara və sağ dirsək oynağının ön səthində kəsilmiş yara xəsarətlərini, yəni 10 (on) ədəd kəsilmiş-deşilmiş yara xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs huşunu itirib yıxılmasından sonra onun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşdığından və Zərərçəkmiş şəxs hadisə yerinə gəlmiş həmkəndliləri tərəfindən Ağcabədi rayon Mərkəzi xəstəxanasına çatdırılaraq ona göstərilmiş təxirəsalınmaz və ixtisaslı tibbi yardımlar nəticəsində həyatını xilas etmək mümkün oldu ğundan Məhkum öz iradəsindən asılı olmayan səbəbdən niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürə, yəni qəsdən həyatdan məhrum edə bilməmiş, beləliklə onu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protestdə qeyd olunur ki, Məhkum törətdiyi cinayət əməli barədə iş üzrə ibtidai istintaq dövründə və məhkəmə istintaqında səlis, tam, dolğun, biri digərini tamamlayan, hər hansı psixi pozuntularla müşayiət olunmayan qismən etiraf edici ifadələr vermiş, özünü CM-in 29, 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməmişdir. İş üzrə aparılmış ibtidai istintaq zamanı Məhkum barəsində kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası təyin edilərək keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 88 nömrəli rəydə göstərilmişdir ki, Məhkum emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkən, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətlərinə rəhbərlik etmək və öz-özünə hesabat vermək iqtidarındadır. Ona istinad edilən cinayət əməlini törədərkən emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Müayinə zamanı şəxsiyyətin emosional davamsız pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin hə min pozuntu Məhkum öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Psixi vəziyyətinə görə Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Buna görə də Məhkum ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Buna baxmayaraq müdafiə tərəfinin vəsatəti ilə məhkəmə qərarı ilə təyin edilmiş təkrar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 83 saylı rəyində göstərilmişdir ki, Məhkum ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Lakin Məhkum hal-haz ırda qeyd olunan «Emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə» formasında psixi pozuntu onda cinayət əməlini törətdikdən sonrakı dövrdə psixogen amillərin təsirindən kəskinləşmiş və dekompensasiya (pisləşmə) vəziyyətinə çatmışdır. Məhkum hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Məhkum əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum aşkar olunan emosional davamsız şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyəti hal-hazırda davam etdiyinə görə onun özü və ətrafdakılara qarşı təhlükə yaratdığı nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcbur i müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Dövlət ittihamçısının vəsatəti əsasında təkrar stasionar komisyon-kompleks məhkəməpsixiatrik və məhkəmə psixoloji ekspertizası təyin edilərək keçirilmiş, verilmiş xx.xx.2021-ci il tarixli, 119 saylı rəydə də göstərilmişdir ki, eyni əsaslarla cinayət əməlinin törədən zaman Məhkum əməli CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Lakin cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində Məhkum psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti yarandığından hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətinə görə Məhkum hərəkətləri CM-in 21.3-cü maddəsinin təsiri altına düşür. Onun barəsində CM-in 95.0.3-maddəsinə əsasən, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi məsləhət görülür. Dövlət ittihamçısı hesab edir ki, həmin rəylər, həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar stasionar komisyon-kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizası təyin edilərək keçirilmiş, verilmiş 06 aprel 2022-ci il tarixli, 39 saylı rəy əsaslandırılmadığı üçün sübut kimi qəbul edilə bilməz. Dövlət ittihamçısının fikrincə,məhkəmə natamam, işin faktiki hallarına uyğun olmayan ekspert rəylərinə əsaslanaraq Məhkum CM-in 21.3-cü maddəsinin təsiri altına düşməsi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına dair qərar qəbul etmiş, cinayət işi üzrə toplanmış sübutları CP M-nin tələblərinə əsasən qiymətləndirməmişdir. Halbuki CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspert rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi onun tərəfindən yoxlanmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə Məhkum münasibətdə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi A.Hüseynovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdir ilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual n ormalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilmir, yalnız barəsində məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin olunmasına dair qərarın əsassız olması bildirilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin qərara yalnız kassasiya protestinə münasibətdə hüquqi qiymət verəcəkdir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə görə “Qəsdən: 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təh lükəli üsulla adam öldürmə— on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikasının CM-in 21.3-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının CM-in 93.1-1.2-ci maddəsinə əsasən, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının CM-in 95.0.2-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin növü olan ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. İş materiallarında olan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 88 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Məhkum emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkən, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hal-hazırda hərəkətlərinə rəhbərlik etmək və öz-özünə hesabat vermək iqtidarındadır. Yoxlanılan şəxs Məhkum ona istinad edilən cinayət əməlini törədərkən emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Məhkum h al-hazırkı müayinə zamanı şəxsiyyətin emosional davamsız pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu Məhkum öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Hal-hazırkı psixi vəziyyətinə görə Məhkum məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Yoxlanılan şəxs Məhkum əziyyət çəkdiyi emosional davamsız şəxsiyyət pozuntusu onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Məhkum ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Məhkum iştirakı ilə hər hansı bir istintaq hərəkətinin aparılması mümkündür. Məhkum ixtiyari yaddasaxlamasının bir qədər aşağı olması, diqqətində dayanıqsızlıq - tez yayınıb, gec mərkəzləşməsi, abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, proqnozlaşdırma qabiliyyətinin bir qədər zəifləməsi, təfəkkürünün konkretliyi aşkar olunsa da, qavramasının həcminin normaya uyğun olduğu, yanlış təsəvvürlərə malik olmadığı, qavradığı materialın mahiyyətini anlaya bildiyi, həmçinin təfəkkürünün təhlil-tərkib proseslərində normadan kənara çıxma hallarına təsadüf olunmamaqla, əqli-intellektual imkanlarının ümumilikdə normaya uyğun olduğu müəyyən edilir. Məhkum qeyd edilən cinayət i törədən zaman ona istinad edilən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Məhkum cinayət əməli törədərkən güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt) olmamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında, məhkəmənin 17 iyun 2021-ci il tarixli qərarı əsasında keçirilmiş təkrar məhkəmə-psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 83 saylı rəyində göstərilmişdir ki, Məhkum ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Lakin Məhkum hal-hazırda qeyd olunan «Emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsməl ərlə» formasında psixi pozuntu onda cinayət əməlini törətdikdən sonrakı dövrdə psixogen amillərin təsirindən kəskinləşmiş və dekompensasiya (pisləşmə) vəziyyətinə çatmışdır. Məhkum hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum aşkar olunan emosional davamsız şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyəti hal-hazırda davam etdiyinə görə onun özü və ətrafdakılara qarşı təhlükə yaratdığı nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Dövlət ittihamçısının vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Müşviq Bayramovun barəsində təkrar stasionar komisyon-kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi Şəxsin ekspertləri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 119 saylı rəydə də göstərilmişdir ki, eyni əsaslarla cinayət əməlini törədən zaman Müşviq Bayramovun əməli CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Lakin cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində Müşviq Bayramovda psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti yarandığından hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. Onun baəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə tədbirinin tətbiq edilməsi məsləhət görülür. İş materiallarında olan, apelyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı dövlət ittihamçısının vəsatəti əsasında təyin edilmiş təkrar komisyon stasionar məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 39 saylı rəyinə əsasən Məhkum emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilmişdir. Məhkum ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai t əhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkum qərarın təsviri hissəsində şərh edilən və ona ittihama olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi emosional davamsız şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyətində olduğundan cinayət hadisəsini törətdiyi dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Məhkum anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-in 22.1ci maddəsinin təsiri altına düşür. Məhkum emosional dəvamsız şəxsiyyət pozuntusu öz gedişində natamam kompensasiya vəziyyətindən dekompensasiya vəziyyətinə keçdiyi üçün həmin şəx s hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətə görə Məhkum Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törətdikdən sonra emosional dəvamsız şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi bir daha təsdiq olunur. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, aşağı instansiya tərəfindən məhkəmələri tərəfindən iş üzrə toplanmış sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutl ara qiymət verilərək, Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1 və 95.0.3-cü maddələrinə əsasən, uyğun olaraq onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunması, qərarın icrasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasına tapşırılması, cinayət işi üzrə icraatın Məhkum sağalanadək dayandırılmasına dair əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə əsasən uyğun olaraq onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan Azərbaycan Respublikası CM-in 95.0.3-ci maddəsinə uyğun olaraq onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1690/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1690/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver