Məhkəmə qərarları › İş №1(102)-1692/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1692/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1692/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü il ə Azərbaycan Respublikası CM-nin 29,144.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Osmanov Elxan Osman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü ilə ( hakimlər: E.İ.Rüstəmov (sədrlik edən və məruzəçi), F.N.Mahmudov və X.H.Səmədovdan ibarət tərkibdə) Məhkum – xx.xx.1989-cu il tarixdə Samux rayonunun Qiyaslı kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış Azərbaycan Respublikası CM-nin 29,144.2.3-cü maddəsi ilə təqsirli bili nərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 12 avqust 2019-cu il tarixdən hesablanmışdır. Həmin hökmlə X7 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 04 avqust 2019-cu il tarixdə saat 17 radələrində tanışı X8 ilə Gəncə şəhərində görüşüb qabaqcadan əlbir olan bir qrup təşkil edərək əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı X3 Gədəbəy rayonundan iradəsinə zidd olaraq X7ə məxsus VAZ-2106 minik markalı, **-DC-*** dövlət nömrəli avtomobilə mindirib gətirəcəkləri barədə razılığa gəldikdən sonra həmin günü saat 19 radələrində Gədəbəy şəhəri ərazisində yerləşən “Təzə Bazar” adlanan əraziyə X3 oğurl amaq məqsədilə gələrək avtomobili bazarın içərisində yerləşən “Halal Market” adlanan mağazasının qarşısında saxladıqdan sonra avtomobildən düşüb X2nın iradəsinə zidd olaraq sonuncunun qolundan tutub sürüyərək ona sol bazunun, sol sağrının geniş ölçülü qançırları, sol və sağ saidin, sol əklin ikinci barmağının sıyrıqları ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə avtomobilin arxa sol oturacağına mindirib aparmaq istəyən zaman bazarda və ətrafda olan şəxslər həmin yerə yığışaraq X2nı onun əlindən alması səbəbindən biləvasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib adam oğurluğuna cəhd etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əs asən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) 10 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmünü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Osmanov Elxan Osman oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək işin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi-vəkil Osmanov Elxan Osman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi G əncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlara eyni yanaşmaqla Məhkum bu cinayəti törətməsini, iş materialında olan ekspert rəyini və iş üzrə təqsirləndirilən şəxslə əvvəllər ailə münasibətində olması və arvadının onu aparmağa çağırmasını, onda olan hadisə zamanı baş qaldırmış psixoloji vəziyyəti düzgün qiymətləndirməmişdir. Həmçinin müdafiəçi kassasiya şikayətində onu bildirmişdir ki, iş üzrə qərarla tanış olarkən məhkəmə tərəfindən apellyasiya icraatı zamanı məhkəmə psixatrik və psixoloji ekspertiza ilə bağlı ekspertin şəxsin anlaqlı olub-olmaması məsələsini açıq saxlandığı halda onu anlaqlı hesab etməsi məntiqsizdir. Ekspertin hadisə zamanı təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlı öz hərəkətlərini ölçüb- biçmək iqtidarında olmaması və bu halın hadisə zamanı yaranm ası halında onun əməlinin ictimai təhlükəlilik vəziyyətini qiymətləndirməsi ilə özü ekspert rolunda çıxış etməklə rəy vermiş olur. Çünki ekspert rəyi ilə tanış olarkən müəyyən edilir ki, ekspert rəyi tam olmamaqla iş üzrə əlavə və təkrar ekspertizanın keçirilməsi zəruridir və bununla bağlı tərəfindən vəsatət verilərək təkrar və əlavə ekspertizanın keçirilməsi və bunun üçün ekspertin məhkəməyə dəvət edilməsi xahiş edilsə də məhkəmə tərəfindən vəsatət əsassız olaraq təmin edilməmişdir. Beləki, iş materiallarında zərərçəkmiş şəxsin və onun anasının ifadəsindən də görünür ki, onların ailəsinin dağılmasının səbəbi də Məhkum psixi münasibətlərdə xəstəlikdən əziyyət çəkməsi olmuşdur. Belə bir halda şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəzaya məruz qalmalı deyil, əksinə müalicə olunmalıdır. Hazır da təqsirləndirilən şəxsin mütəmadi olaraq həkim nevroloqun konsultasiyadan keçirilməsi isə cəzaçəkmə müəssisəsində deyil, müalicə müəssisəsində həll edilməlidir. Bu halda Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin tələbinə əsasən şəxsə cəza təyin edilməyə bilərdi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü y oxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş, yalnız məhkəmələr tərəfindən işə baxılarkən Məhkum bu cinayəti törətməsi, iş materialında olan ekspert rəyləri və iş üzrə təqsirləndirilən şəxslə əvvəllər ailə münasibətində olması və arvadının onu aparmağa çağırması, onda olan hadisə baş qaldırmış psixoloji vəziyyəti düzgün qiymətləndirməməsi iddia edilmişdir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ə dalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığ a, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəs inin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İş materialları ilə müəyyən edilir ki, Məhkum qeyd edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs X2 ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin, ekspert rəyləri və iş üz rə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış, şahidlər dindirilmiş, digər sübutlar yoxlanılmış, apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası tərəfindən apellyasiya araşdırması qismən məhkəmə istintaqı aparılmadan keçirilmiş, apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Məhkum tərəfindən CM-in 29,144.2.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməllər törədilmişdir. Məhkumun müdafiəçisinin hüquqularını müdafiə etdiyi şəxs barəsində işə baxılarkən ekspert rəylərinin düzgün qiymətləndirilməməsi ilə bağlı kassasiya şikayətinin dəli linə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanserinin 29 noyabr 2019-cu il tarixli 4662 saylı arayışından görünür ki, Məhkum Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Samux rayon Mərkəzi Xəstəxanasının direktoru İ.İ.Həsənov və həkimi M.Ağayev tərəfindən verilmiş məktubdan görünür ki, Məhkum Samux MRX-nın ruhi əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Ruhi Əsəb Dispanserinin 29 okt yabr 2019cu il tarixli 573/237 saylı rəyindən görünür ki, Məhkum, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkum əməli AR CM-nin 21.1 və 22-ci maddələrin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkum aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: 1.Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.

2. Məhkum cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur.

3. Məhkum psixi emosional vəziyyəti ilə əlaqədar olaraq törətdiyi əməlin mənasını dərk edə bilərdi.

4. Məhkum cinayət əməlini törədərkən fizoloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Həmçinin apellyasiya instansiya məhkəməsində işə baxılarkən Məhkum ruhi-əsəb xəstəliyindən əziyyət çəkib-çəkməməsi, onun anlaqlı olub-olmaması məsələsində ziddiyyətli hallar olduğu üçün iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertiza təyin edilmiş və 03.05.2021-ci il tarixli 52 saylı rəy alınmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, Məhkum hal-hazırki müayinə zamanı «Üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi pozuntu müəyyən edilir. Lakin həmin pozuntu Məhkum hazırda öz hərəkətlərinin məsuliyyəti ni dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Məhkum hazırda öz hərəkətlərinə rəhbərlik etmək və özünə hesabat vermək iqtidarındadır. Hal-hazırki psixi vəziyyətinə görə Məhkum məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Məhkum hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəliləri formal mülahizələrdən ibarət olduğu üçün əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi ilə əlaqdar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin edilmişdir. Məhkumun hərəkətlərində cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilmədiyindən, barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsinin tətbiqi üçün qanuni əsaslar da mövcud olmamışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Osmanov Elxan Osman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar