Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1695/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçiləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Hümbətov Pərviz Şakir oğlunun və Şirvan Regional Vəkil Bürosunun vəkili Əhmədova Ulduzə Mehdi qızının iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evl i, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət ə məlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, məhkum edilmiş şəxs Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda p sixotrop maddə əldə edərək daşımaqla üzərində saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdar hesab edilən 01 ədəd bükümdə 6,249 qram çəkidə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə 7,815 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 11 avqust 2021-ci il tarixdə, saat 20:20-də Astara RPŞ-nin əməkdaşlarının BNMİ-nin CBRŞ-nin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Astara rayonu Şahağacı kəndində saxlanılaraq Astara RPŞ-nin Astara şəhəri, H.Əliyev prospekti 35 ünvanında yerləşən inzibati binasına gətirilmiş və üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin sayda və çəkilərdə narko tik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayətdə qeyd edilir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılarkən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cümaddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü bir daha təqsirli bilməyib göstərmişdir ki, saxlanıldığı gü n, yəni 11 avqust 2021-ci ildə axşam saatlarında həmkəndlisi X10 adlı şəxsin evində olmuşdur. Həmin vaxt evə mülki geyimdə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları evə daxil olarkən X10 evinin pəncərəsindən çıxıb qaçmışdır. Bu zaman polis əməkdaşları ona X10in qaçmasına şərait yaratdığını bildirmiş, o isə X10in özünə məxsus evdən çıxdığını, nə baş verdiyini anlamadığını bildirmişdir. Polis əməkdaşları ona baş vermiş oğurluq hadisəsi ilə bağlı onlarla birlikdə şöbəyə getməli olduğunu bildirmişlər. Daha sonra onu polis əməkdaşları özləri ilə birlikdə Lənkəran şəhərinə CBRŞ-nə gətirmişlər. Regional şöbədə polis əməkdaşları tərəfindən döyülmüş, ona fiziki təzyiqlər edilmiş, üzərinə narkotik vasitələr qoyularaq sənədləşdirilmişdir. Etiraz etdikdə isə ona ailə üzvlərinin də şöbəyə gətirilə cəyi bildirilmiş, məcburiyyət qarşısında qalıb orada ona deyilənləri qəbul edərək sənədləri imzalamışdır. Aşkar olunmuş narkotik vasitələrdən məlumatı olmamış, həmin narkotik vasitələr polis əməkdaşlarının təsiri ilə üzərinə qoyulmuşdur. Bununla əlaqədar müdafiə tərəfi olaraq qeyd olunan xüsusatların araşdırılması barədə vəsatət qaldırılsa da, məhkəmə tərəfindən əsassız olaraq vəsatət təmin olunmamışdır. Müdafiəçi hesab edir ki, müdafiə tərəfinin vəsatəti əsassız olaraq təmin edilmədiyindən və iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadığından apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müd afiəçilər P.Hümbətovun və U.Əhmədovanın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutla r təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir, cinayət işinin yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanu na və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 234.1”-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə — beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cin ayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzala ndırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassio n Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həya ta keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum barəsində olan cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməyərək iş üzrə toplanmış sübutlar hərtərəfli araşdırılmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirilməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətlər aradan qaldırılmadan yekun nəticəyə gəlinmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə Məhkum 11 avqust 2021-ci il tarixdə tutularkən üzərində aşkar edilmiş narkotik vasitələrə görə verilmiş ittihaml ar üzrə sübutlara məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunub-olunmamasına münasibət bildirməyi zəruri hesab edir. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə: - Məhkum “satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdar hesab edilən 01 ədəd bükümdə 6,249 qram çəkidə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə 7,815 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 11 avqust 2021-ci il tarixdə, saat 20:20-də Astara RPŞ-nin əməkdaşlarının BNMİ-nin CBRŞ-nin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Astara rayonu Şahağacı kəndində saxlanılaraq Astara R PŞ-nin Astara şəhəri, H.Əliyev prospekti 35 ünvanında yerləşən inzibati binasına gətirilmiş və üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin sayda və çəkilərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.” İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin işin hallarında şərh olunan gəldikləri nəticəyə görə Məhkum 11 avqust 2021-ci il tarixdə, saat 20:20-də Astara RPŞ-nin əməkdaşlarının BNMİ-nin CBRŞ-nin əməkdaşları ilə birgə keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Astara rayonu Şahağacı kəndində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum tutulması zamanı aparılmış sənədləşmələrdən görü nür ki, onun cinayət prosessual qanunvericiliyi ilə nəzərdə tutulan hüquqlarının təmin edilib edilməməsi məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki: -Cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2021-ci il tarixli raportundan görünür ki, Məhkum həmin gün Astara rayonu, Şahağacı kəndində yaşadığı evinin yaxınlığında saxlanılmış və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə Astara RPŞ-nın inzibati binasına gətirilmişdir. - Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan Məhkum xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmasını xahiş etmişdir. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan protokoldan görünür ki, Astara Rayon Vəkil Bürosunun vəkili X2 Mirzəyevə müdaf iəçi kimi təqdim olunmuş, sonuncu da həmin vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 27-ci vərəqəsində olan “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci ildə saat 21-05-dən saat 21-35-dək Məhkum üstündə Astara RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Yadigar Mirzəyev tərəfindən müdafiəçinin iştirakı ilə axtarış aparılmış əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş spesifik iyə malik olan, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər büküm, 1 ədəd ağ rəngli sellofana bükülmüş spesifik iyiyə malik olan, toz formada psixotrop maddə olan metamfetaminə bənzər büküm olmaqla 2 ədəd kütlələr və həmin şalvarın sol yan cibindən 1 ədəd üzərində sim kartı olan “Samsunq ” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 113-cü vərəqəsində olan Azercell Telecom MMC-dən daxil olmuş 15 sentyabr 2021-ci il tarixli, 19213 saylı məktuba əlavə olunmuş 1 ədəd özündə telefon danışıqları barədə məlumatları əks edən CD diskə baxış keçirilməsi haqqında 18 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, CD diskdə olan Məhkum istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin məlumatlarında və SMS mətnlərinə istintaq marağı kəsb edən hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 130-cı vərəqəsində olan Məhkum məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 16 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefonda, zənglər siyahısında, SMS-lər siyahıs ında istintaq marağı kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabda qeyd olunmuşdur ki, tapşırıqla əlaqədar şöbənin cinayət-axtarış bölməsində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və keçirilmiş tədbirlərin nəticəsi olaraq müəyyən edilmişdir ki, Astara rayonun Şahağacı kənd sakini, narkotik vasitələrin alüdəçisi, əvvəllər məhkum olunmuş Məhkum üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 11 avqust 2021-ci il tarixdə Astara rayonun Şahağacı kəndində özünün tanıdığı, məlum olmayan şəxsdən əldə etmişdir. Məhkum külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə əldə etmişdir. Belə ki, narkotik vasitələrin istifadəçisi o lan Məhkum əldə etdiyi narkotik vasitə və psixotrop maddəni xırda bükümlərə bölərək narkoman tanışlarına satırmış və əldə etdiyi gəliri həm özü üçün xərcləyirmiş, həmdə yenidən narkotik vasitələr alırmış. Lakin keçirilən əməliyyataxtarış tədbirləri zamanı Məhkum narkotik vasitələri və psixotrop maddəni kimə və yaxud kimlərə satmasını, həmçinin narkotik vasitə və psixotrop maddəni əldə etdiyi şəxsin kimliyini, bundan başqa Məhkum narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirərkən kimlərlə əlbir olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 43-cü vərəqəsindən olan şübhəli şəxsin dindirilməsi haqqında 12 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum aşkar edilmiş narkotik vasitələrini və psixotrop maddələrini satış məqsədi olmadan əldə etdiyini etiraf etmişdir. Cinayət işinin 1-ci cild 173-cü vərəqəsində olan təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolundan görünür ki, məhkum ona elan olmuş ittihamda özünü təqsirli bilməmiş, bundan əlavə narkotik vasitələrin polis işçiləri tərəfindən qoyulduğunu bildirsə də, müstəntiq bununla əlaqədar onu dindirməmiş, həmçinin, bununla bağlı müdafiəçi tərəfindən verilmiş vəsatət heç bir araşdırma aparılmadan 11 noyabr 2021-ci il tarixli qərarı ilə rədd edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, saxlanıldığı gün 11 avqust 2021-ci ildə axşam saatlarında həmkəndlisi X10 adlı şəxsin evində olmuşdur. Həmin vaxt evə mülki geyimdə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları evə daxil olarkən X10 evinin pəncərəsindən çıxıb qaçmışdır. Bu zaman polis əməkdaşları ona X10in qaçmasına şərait yaratdığını bildirmiş, o isə X10in özünə məxsus evdən çıxdığını, nə baş verdiyini anlamadığını bildirmişdir. Polis əməkdaşları ona baş vermiş oğurluq hadisəsi ilə bağlı onlarla birlikdə şöbəyə getməli olduğunu bildirmişlər. Daha sonra onu polis əməkdaşları özləri ilə birlikdə Lənkəran şəhərinə CBRŞ-nə gətirmişlər. Regional şöbədə polis əməkdaşları tərəfindən döyülmüş, ona fiziki təzyiqlər edilmiş, üzərinə narkotik vasitələr qoyularaq sənədləşdirilmişdir. Etiraz etdikdə isə ona ailə üzvlərinin də şöbəyə gətiriləcəyi bildir ilmiş, məcburiyyət qarşısında qalıb orada ona deyilənləri qəbul edərək sənədləri imzalamışdır. Aşkar olunmuş narkotik vasitələrdən məlumatı olmamış, həmin narkotik vasitələr polis əməkdaşlarının təsiri ilə üzərinə qoyulmuşdur. Bu səbəbdən də barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələrində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. 1990-cı il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuşdur, evlidir və iki azyaşlı övladı vardır. Təxminən 4 ildir ki, narkotik vasitə istifadə edir, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 206.2-ci maddələri ilə məhkum olunmuş, 17 aprel 2019-cu il tarixdə cəzadan azad olunaraq azadlığa buraxılmış və azadlığa çıxdıqdan sonra yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Adətən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir, narkotik vasitə və psixotrop maddələri üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxslərdən əldə edir. 11 avqust 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı Astara rayonu, Şahağacı kəndində yol kənarı ilə evinə getdiyi zaman yoldan iki ədəd bükümdə narkotik vasitə olan heroin və psixotrop olan maddə metamfetamin taparaq istifadə etmək məqsədilə əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuş, həmin gün, saat 2 0 radələrində insanlarn olmadığı yerə gedib tapdığı narkotik vasitəni qəbul etməkdən ötrü xəlvət yer tapmaq üçün evdən çıxmışdır. Bu zaman yol ilə gdərkən polis əməkdaşları onu saxlayıb özlərini ona təqdim etmiş və üzərində narkotik vasitə daşımasından şübhələndiklərini ona bildirmişlər. O da polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu etiraf edib üzərinə öz kəndində, yaşadığı küçədə baxış keçirib biabır olmasın deyə polis şöbəsinə aparılıb orada üzərinə baxış keçirilməsini xahiş etmişdir. Polislər bu xahişi nəzərə alaraq onu Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Yol boyu hər iki əli polis əməkdaşları tərəfindən yuxarıda saxlanıldığı üçün cibinə müdaxilə edə bilməmişdir. Polis şöbəsində xidməti otaqların birində şübhəli şəxs qismində tutularaq hüquq və vəzif ələri elan edilmiş, həmin vaxt maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi dəvət olunmuş, dəvət olunan müdafiəçi və onu polis şöbəsinə gətirən polis işçilərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əyindəki qara rəngli şalvarının sağ yan cibinə qoyduğu 2 ədəd bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq zərfin üzəri möhürlənmiş, zərfin üzərini özü və vəkili imzalamışdır. Bütün istintaq hərəkəti videoçəkişliş vasitəsilə qeydə alınmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin bükümləri özünə məxsusdur, həmin narkotik vasitələri öz istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, adətən öz istifadəsi üçün narkotik vasitəni almaqdan ötrü pulu narkoman tanışlarına verərək narkotik vasitələr əldə etmişdir. Həmin şəxləri üzdən tanımış və Astara şəhər sakinləri olması barədə məlumatı vardır, bu şəxslərin adlarını və ünvanlarını bilməmiş, bədənində ağrılar olduğu zaman həmin şəxslərin həmişə toplaşdığı yerlərdən narkotik vasitə alıb istifadə etmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra təqsirləndirilən şəxs Məhkum, həmin ifadələrini təsdiq etmədiyini, ifadələrini oxumadan, orada yazılanlardan məlumatı olmadan imza etdiyini bildirmişdir. Lakin, iş materiallarından məlum olur ki, məhkəmə Məhkum ifadəsini yoxlamamışdır. Həmçinin məhkəm ə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə şahidlər X6, X7 və Şahid3 dindirməklə kifayətlənərək müdafiə tərəfinin vəsatətinin araşdırılmasını başa çatdırmadan yekun nəticəyə gəlmiş, apelyasiya instansiyası məhkəməsi də həmin qanunsuzluğu aradan qaldırmamışdır. Belə ki, cinayət işinin 2-ci cild 115-ci vərəqəsində olan məhkəmə baxışı iclasının protokolundan görünür ki, məhkumun müdafiəçisi məhkəməyə məlumat verərək qeyd etmişdir ki, Məhkum valideynləri Daxili işlər nazirinin qəbulunda olmuş və şikayət etmişlər. Şəhriyarın döyülməsi ilə əlaqədar Daxili İşlər Naziri tərəfindən yoxlama təyin edilmişdir.. İş nəzarətə götürülmüş və yoxlama işləri gedirdi. Həmçinin, iş materiallarından aydın olmuşdur ki, 2021-ci ilin avqust ayının 11-də saat 08:20 radələrində tutulmuşdur. Məh kum öz ifadəsində də qeyd etmişdir ki, qonşuluqda yaşayan X10 Məmmədovun evində olub, polis əməkdaşları gələndə X10 qorxusundan qaçmışdır. Polis əməkdaşlarının X10in evinə gəlməkdə məqsədləri o olmuşdur ki, həmin vaxt Bahar adlı qadın 102 məlumat xidmətinə müraciət edərək onun evində oğurluq olmasını bildirmişdir. Sonradan deyiblər ki, samovar oğurluğu olmuşdur, oğurluq hadisəsinə görə X10in evinə gəliblər, X10 polis əməkdaşlarını görüb qaçanda Şəhriyarı əvvəllər də məhkum olunduğuna görə aparmışlar. Sonradan məlum olmuşdur ki, Şəhriyar başqa bir maşında avtoqəza nəticəsində xəsarət almışdır. Xəsarət aldığına görə orada Şəhriyara işgəncələr vermişdilər. Bununla əlaqədar heç kim maraqlanmamışdır ki, xəsarət avtoqəza nəticəsində olmuş və ya döyülməyə almışdır. Buna əhəmiyyət verilməmişdir. H əmçinin, müdafiəçi apellyasiya instansiya məhkəməsi iclası zamanı təkrarən vəsatət verərək, məhkəmə baxışı iclasının qismən məhkəmə istintaqı ilə aparılmaqla Məmmədov X10in şahid kimi məhkəmə iclasına dəvət edilərək dindirilməsi, həmçinin DİN-nin 102 xidmətinə sorğu göndərilərək Bahar adlı qadının evindən oğurluq olub-olmamasını aydınlaşdırılmasını, həmçinin Məhkum barəsində narkotik maddənin istifadəsi, dövriyyəsi, ümumiyyətlə narkotik maddə ilə bağlı axtarış işinin açılıb-açılmaması barədə sorğu verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum tutulması və aşkar edilmiş narkotik vasitələrin rəsmiləşdirilməsi məqsədi ilə tərtib edilmiş sənədlərin işin gerçək hallarını əks etdirib-etdirmədiyini müəyyən etmək üçün zəruri olan araşdırma apar madan, o cümlədən müdafiə tərəfinin irəli sürdüyü vəsatətlərdə yoxlanılması zəruri olan halları yoxlamadan yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışlar. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki: “14. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır.
15. Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətlərlə əlaqədar olaraq, Avropa Məhkəməsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbul etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. Həmin qaydaya görə, bu növdən şikayətlərə baxarkən, aşağıda göstərilən üçpilləli testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır: 1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması; 2) işə ma hiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması; 3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərib-göstərməməsi. Birinci suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, vəsatətdə əlavə şahidin verəcəyi ifadənin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə necə və nə dərəcədə təsir edə biləcəyi haqda məlumat öz əksini tapmalıdır. İkinci suala cavab verərkən ilk növ bədə nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi müdafiə tərəfinin təklif etdiyi hər bir əlavə şahidin dindirilməsini tələb etmir, onun məqsədi tərəflərin bərabərliyinin təmin edilməsidir. Buna görə, müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Vəsatətlə bağlı qəbul edilmiş hər bir qərarda vəsatətin məzmununun işin halları ilə müqayisədə qiymətləndirilməsi öz əksini tapmalı, qiymətləndirmənin həddi və dərəcəsi vəsatətdə göstərilən əsaslara mütənasib olmalıdır. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir. Üçüncü suala müna sibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, əlavə şahidin dindirilməsinə dair vəsatətin rədd edilməsi haqqında məhkəmə qərarına qiymət verilərkən, hər bir işdə mütləq qaydada belə qərarın ədalətli yekun məhkəmə qərarının qəbul edilməsinə təsiri nəzərdən keçirilməlidir. Bu məqsədlə təqsirləndirilən şəxsin vəkillə təmsil edilib-edilməməsi, müdafiəsini səmərəli şəkildə qurmağa, əleyhinə ifadə vermiş şahidlərin dindirilməsində və əleyhinə istifadə edilən sübutların qiymətləndirməsində iştirak etməyə, əleyhinə ifadə vermiş şahidlərə suallar verməyə, öz xeyrinə sübut və baş vermiş hadisələr haqqında öz fərziyyəsini bildirməyə imkanlarının olub-olmaması, təqsirin digər, o cümlədən ittiham tərəfinin şahidlərinin yetərli ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyat-axtarış materiallar ı və s. sübutlarla təsdiq edilib-edilməməsi nəzərə alınmalıdır.
27. Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər.
28. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qey ri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmaları yerinə yetirməmişlər. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə a id biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniy aya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların m ənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.