Məhkəmə qərarları › İş №1(102)-17/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-17/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-17/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), X17 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından A1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətə cəlb edilsin. Xüsusi ittiham qaydasında şikayət vermiş A1 birinci instansiya məhkəməsində şikayət ərizəsini müdafiə edərək göstərmişdir ki, 1993-cü ildə fəaliyyətini bərpa etmiş, xx xxxx 1994-cü ildə dövlət qeydiyyatına alınmış A2 Mərkəzi İcraiyyə Komitəsinin sədri olduğu dövlət qeydiyyatına alınmış Azərbaycan Kommunist Partiyasının üzvü olduğu zaman bir qrup partiya üzvləri ilə antipartiya mövqe tutduğuna, partiyada apardığı pozuculuq fəaliyyətinə görə AKP MİK Rəyasət Heyətinin xx.xx.1996-cı il qərarı ilə partiya sıralarından xaric edilmiş, lakin partiyaya bərpa olunmadan özünü AKP üzvü, AKP Mərkəzi Komitəsinin üzvü, Mərkəzi Komitə bürosunun üzvü, Mərkəzi Komitənin birinci katibi kimi fəaliyyət göstərmiş, Xət ai rayon partiya təşkilatının xx xxxx 2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə partiya üzvlüyündən yenidən xaric edilmiş, buna baxmayaraq heç nə baş verməmiş kimi həmin vaxtdan indiyə kimi özünü Azərbaycan dövlətinə, cəmiyyətinə, kommunistlərinə, solçulara, SSRİ-nin müttəfiq respublikalarının kommunist partiyalarına, kommunistlərinə, hətta beynəlxalq kommunist fəhlə hərəkatına və onun beynəlxalq müşavirə iştirakçılarına dövlət qeydiyyatına alınan AKP-nin üzvü, MK üzvü, MK bürosunun üzvü və MK-nın birinci katibi kimi təqdim edən Bakı şəhəri, ünvan 1 yaşayan X14 yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, onu nüfuzdan, hörmətdən salan, həmçinin şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaldan yalan, həqiqətə uyğun olmayan məlumatları xx xxxxxx 2018-ci ildə saat 23:45-d ə “internet informasiya ehtiyatı olan “Facebook" sosial şəbəkədə öz profilində (səhifəsində) “Azərbaycan KP MK-nin mətbuat xidməti”-nin adından qəsdən yaymaqla ona dəfələrlə böhtan atmış, onu nüfuzdan, hörmətdən salmış, onu təhqir etmişdir. A2 yaydığı həmin məlumatda göstərmişdir ki: “Biz elə bilirdik ki, bəzi adamlarda iki sifət olur. Bunlara hər cəmiyyətlərdə rast gəlinir. Bizim cəmiyyətimiz də bunlardan yaxa qurtara bilmir. Lakin üç sifətlilər çox az təsadüf olunanlardır. Görünür belə adamlar bizim respublikada bir qədər çoxdur. Elə adamlar var ki, əvvəli sovet ideologiyasına sədaqətliylərini göstərməklə sovet dövlət strukturlarında (idarəçilik, hüquq mühafizə, kütləvi informasiya vasitələri və s.) müəyyən mənsəbə çatmışlar. Bir qisim adamlar sovet sistemi dağıdıldıqdan sonra öz əqidə lərindən dönərək Qərb dairələrinin təsiri altında "liberal" ideologiyaya sədaqətliklərini nümayiş etdirərək burjua hakimiyyətinə xidmət göstərməkdən usanmadan əqidələrini dəyişdilər. Bunlar iki üzlü adamlar sırasına aid olsalar da belələrini başa düşmək mümkündür. Ancaq elə adamlar da var ki, onlar bu və ya digər səbəbdən vəzifədən kənarlaşdrıldıqda hansısa bir siyasi quruma üz tuturlar. Bunları da başa düşmək olar. Fəqət elələri də var ki, Sovet sistemini daima tərifləyən, ona qulluq edəcəklərinə "and" içən və sosializmi yazılarında tərənnüm edənlər Sovet hakimiyyəti dağılan kimi milli burjuaziya ideologiyasına bağlı olduqlarını nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxdılar, beləliklə yeni qurulan "liberal" sistemin alətlərinə çevrildilər. Lakin sonradan onları tutduqları vəzifələrdən q ovduqdan sonra onlar yenidən kommunistlərə üz tutmaqdan belə utanmadılar. Belə adamlardan biri A1 və A3 indi bilmirlər ki, boş, mənasız vaxtlarını necə və hara sərf etsinlər. Elə başa düşürlər ki, kommunist hərəkatına qarışıqlıq salmaqla indiki hakimiyyətin rəğbətini qazanacaqlar və bunun nəticəsində onların övladlarına "işıqlı" yol açılacaqdır!? Təəssüf.... Nəzərinizə çatdırırıq ki, A3 hələ dövlət qəzetində məsul vəzifə daşıdığı halda separatçılıqda suçlandırılan X1, ad günü münasibəti ilə, təbrik teleqramı göndərmiş, bunun nəticəsi olaraq onu vəzifəsindən kənarlaşdrırlar. Çox tərəddüd etdikdən sonra keçmiş hüquq-mühafizə orqanlarında çalışmış A1 təkidi ilə o və A1 kommunistlərə qoşulmuşlar. Bir daha qeyd etmək istəyirik ki, Azərbaycan KP MK plenumunun qərarı ilə hər üç üzlü bu iki adam k ommunist partiyası sıralarından qovulmuşlar. Kommunistlərin adından onların çıxış etmələri respublika kommunist hərəkatına təhlükə yarada bilər. Ətraflı məlumat almaq istəyənlər "Azərbaycan Kommunisti" qəzetinə müraciət edə bilərlər". Azərbaycan KP MK-nın mətbuat xidməti, X2, X3i ehё 7 Kommentarii: 12 Podelilisğ: 2; A5 yaydığı bu məlumatında ona böhtan atmış, onu cəmiyyətdə nüfuz və hörmətdən salmış, təhqir etmişdir. O, onu mənası riyakar, yaltaq, maraqları naminə dondan-dona girən, girə bilən ikiüzlü hesab edilənlərdən də deyil, ondan da qat-qat daha çox riyakarlıq, yaltaqlıq edən, şəxsiyyəti olmayan, istənilən vaxt, istənilən yerdə maraqları naminə hər cür cildə, dona girən, girməyi bacaran üçüzlü hesab etmişdir. Hansı ki, ədəbiyyatda, məişətdə insanlar arasında azərbaycan dilində bir qa yda olaraq üçüzlü anlayışından istifadə edilmir. Lakin A3 bu məlumatda onun rəhbərlik etdiyi partiyada birgə fəaliyyət göstərdikləri müddətdə üzərinə kommunist, partiya təşkilatının katibi, MK üzvü, MK bürosunun üzvü və MK katibi kimi partiyanın Proqramı, nizamnaməsi və digər partiya sənədləri ilə, eləcə də siyasi partiyalar haqqında qanunvericiliklə üzərinə düşən vəzifələri yerinə yetirərkən tutduğu prinsipial mövqeyinə, onun qanunsuz və nizamnaməyə zidd olan əməllərini tənqid etdiyi, onların üstünü açıb onları ifşa etdiyi üçün ondan bu zəmində qisas almaq niyyəti ilə barəsində kommunistə, insana yaraşmayan sözlər, ifadələr işlətməklə ona böhtanlar atmış, onu cəmiyyətdə nüfuzdan, hörmətdən salmış, onu təhqir etmişdir. Bu məlumat yayılandan sonra dərhal 9 nəfər onu bəyənmiş, iki nəfər bəyə nməklə yanaşı həm də paylaşmış, A3 rəhbərlik etdiyi özünü hüquqi şəxs kimi təqdim edən AKR isə onu həm bəyənmiş, həm də yaymışdır. A3 onun barəsində yaydığı bu keyfiyyətlərdən heç biri onda olmamış və ola da bilməzdi. Çünki o, şəxsiyyətini bəziləri kimi ucuz tutan, nəyinsə xatirinə özünü aşağılayan adam olmamışdır. A3 bu məlumatda barəsində göstərdiklərini, öyrətdiyi şahidlərlə ona sübut etmək istəmiş, yaxın adamları vasitəsi ilə bu məlumatın bəyənilməsinə və yayılmasına nail olmuşdur. Bu məlumatı bəyənənlərdən biri A3 qanunsuz rəhbərlik etdiyi AKP MK-nın üzvü olmayan, lakin həmin AKP MK-nın üzvü, MK bürosunun üzvü və MK katibi kimi özünü təqdim edən və həmin partiya tərəfindən təqdim edilən, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, azərbaycanlı, Azərbaycan Respublikas ının vətəndaşı. Bakı şəhəri, ünvan1 qeydiyyatda olan X4r. O, A3 xx.xx.2018-ci ildə internet informasiya ehtiyatı olan "Facebook” sosial şəbəkədə öz profilində “Azərbaycan KP MK-nın mətbuat xidınəti”nin adından yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan, hörmətdən salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir edən yalan, həqiqətə uyğun olmayan yaydığı məlumatları bəyənib onların həqiqət olduğunu təsdiq edərək özü də həmin tarixdə sosial şəbəkədə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, həm də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan, onu təhqir edən məlumatların düzgün olduğunu qəbul edərək ona böhtan atmış, onu təhqir etmişdir. Çünki, rus dilində “nravitsya”sözünün azərbaycan dilində mənası “xoşa gəlmək, “bəyənilmək”, “ürəyə yatmaq” deməkdir(Bax: əiavə-1. Rusca Azərbaycanca lüğəti, İİ cild, Azərnəşr Bakı, 1983, səli., 234). Azərbaycanca Rusca lüğətində də “xoşa gəlmək” “nravitsya” kimi qəbul edilmişdir (Bax: əlavə-2. Azərnəşr, Bakı- 1985.səh.,60). Göründüyü kimi bu məlumat K.İbrahimovanın xoşuna gəldiyi üçün bəyənmişdir. Əks təqdirdə onu bəyənməz və “narvitsiya” sözünə işarə qoymazdı. K.İbrahimova həmin məlumatı oxuyandan sonra özü də onun adını çəkməsə də onun ünvanına mənfi məzmunlu sözlər işlətmişdir. Bu gün o “ həmin məlumatla tanış deyildim” deyə bilməz. Beləki, həmin dialoqda o, A11 və sonra da A2 iştirak edirdi. Hər bir halda kometdə yazdığı sözləri onlara aid etmirdi. Belə olduqda ona aid idi. O, xx xxxxxxx 2019-cu ildə Xətai Rayon Məhkəməsində A2 CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsir ləndirilməsi barədə 1(011)-XXX/2019 saylı cinayət işi üzrə şahid qismində verdiyi ifadəsində də A2 xx.xx.2018-ci ildə sosial şəbəkədə öz profilində “Azərbaycan KP MK-nın mətbuat xidməti”-nin yaydığı məlumatları xx xxxxxx 2018-ci ildə bəyəndiyini, həmin məlumatların həqiqətə uyğun oduğunu təsdiq etdiyini, lakin həmin məlumatda yalnız “üçüzlü olmağım” barədə ifadə istisna olmaqla məlumatda qeyd olunan digər halları indi də təsdiq eldiyini bildirdi. Onun həmin məlumatda “üçüzlü olmağım”ı indi təsdiq etməməsi indiyə kimi təsdiq etdiyi müddətə şamil ola bilməz. İndi məhkəmədə “üçüzlü olmağını təsdiq etməməsindən sosial şəbəkə iştirakçıları məlumatsız olduqları üçün iki ilə yaxın müddət ərzində onu kommunist və həmin partiyanın rəhbərlərindən biri hesab edən A4 mövqeyinə inanalar, o cümlədən də indiyə kimi onu tanımayan, ünsiyyətdə olmayan oğlu A5 da ona inanaraq bu məlumatı bəyənmişdir. Onun indi onu üçüzlü olmağını təsdiq etməməsi həmin adamlar arasında onun şərəf və ləyaqətinin ləkələnməsinin, cəmiyyətdə nüfuzdan düşməyinin, təhqir olunmağının yayılmasının nəticələrini aradan qaldırmır. İndi onlara A4 iki il bundan əvvəl bəyənib yaydığı məlumatdakı “üçüzlü” olmağını təsdiq etmədiyini çatdırmaq mümkün deyil. O, məhkəmədə şahid qismində ifadə verəndən sonra hakim müşavirədə olarkən məhkəmə zalında olan şəxslərin yanında etdiyi kütləvi çıxışında da onu partiyada qarışıqlıq salmaqda və məlumatda göstərilən digər hərəkətlərdə ittiham edərək ona yenidən böhtan atdı və onu təhqir etmişdir. A4 onunla qərəzli münasibətdə olmasını onun “Messenger” vasitəsi ilə onunla apardığı dialoqunda n da aydın görmək olar. “Azərbaycan kommunisti” qəzetində barəsində dərc edilən böhtan və təhqiredici məlumatlara görə təsisçi kimi A2, onu baş redaktor və A6 məsul katib kimi məhkəməyə verəndə, o, xx xxxxxx 2019-cu ildə ona müraciət edib etik qaydadan kənara çıxaraq, onu məhkəməyə verdiyi üçün onu Azərbaycan kişisi kimi hərəkət etməməkdə və sair formada aşağıladı. Həmin dialoq: “X5 obhix druzey, vklöçaя A2 i X15 v Azerbaydjanskiy institut nefti i ximii im. M.Azizbekova xx xxx 2019 Q., 18:22 Salam!! Azərbaycan kişisinə yaraşmayan bir hərəkət, qadını məhkəmə ayağına çəkməklə nə demək istəyirsiniz?! Mən heç Sizi tanımıram, Sizin şəxsi işinizdir. Amma heyif, əyər ağsaqqallar belə hərəkət edirsə, vay gənclərimizin halına. Çox təəssüf etdim bu hərəkətinizə, yaxşı ki, elə Sizi tanımıram vallah M ənə cavab yazmayın, hərəkəti izlə hər şey bəllidir. Vı otvetili Kяmalя: Salam. Məni tanısaydınız. Baş redaktor olduğunuz qəzetdə ağsaqqal Azərbaycan kişisinə yazılan o böhtan və təhqirlərin dərc olunmasına razı olmazdınız. Azərbaycan qadınına yaraşarmı Azərbaycan kişisinə böhtanla təhqirlə dolu yazılan dərc edib bütün respublikada yayıb biabır etsin. Azərbaycan kişisindən hörmət gözləyən qadının da borcudur ki, Azərbaycan kişisinə hörmətlə yanaşsın. Özünü düşünən qadın başqasına da hörmət etməlidir. Mən iki il gözlədim ki, bu böhtan və təhqirlərə görə gəlib məndən üzr istəsinlər. Amma əksinə oldu. Davam etdilər. Mən sizi qəzetin baş redaktoru kimi məhkəməyə vermişəm. Bu işi görən adam niyə gizlənib, niyə ortaya çıxıb əməllərini boynuna almır? O, çıxsaydı mənim sizinlə Hüseynlə nə işi var idi. Amma qəzetdə Siz baş redaktor, o da məsul katib getdiyinə görə qanunvericiliyə görə mən sizi də məhkəməyə verməli idim. Qəzetin nəşrinə məsul olan şəxslər kimi. Mənim sizinlə şəxsi qərəzliyim yoxdur və ola da bilməz. Mən də bir tayfanın ağsaqqalıyam. Həs bu qəzetdə dərc etdiyiniz, bu yalan məlumatlara görə mən insanlar arasına necə çıxım? Onsuz da qəzetdə gedən bu məlumatları gündə başıma qaırlar. Bəs mən bu yaşımda bunlara necə dözüm? Yaxşı eləmisiz verin məkəməyə Hörmətiniz artar Sağ olun Gedin məhkəmələrə İşinizdə olun Allah ya Sizə verər, ya mənə Yazmayın Hər kəz əməlinə görə cavab verməlidir. Siz mənə maraqlı deyilsiz Siz Allah qarşısında cavab verəcəksiniz inşallah. Cavab verərəm!! Özüdə necə lazımdır!! Mən elə əsl Azərbaycan qadınıyam. Niyə yazmayım, böhtan atıb təhqir etməyin iz az deyilmiş kimi hələ bir Allaha da tapşırırsınız. Boş bekar adamsız. Bəli Allaha tapşırırdım. Kim sizə dedi ki, Azərbaycan qadını deyilsiniz? Allah bilsin. Sizinlə və Sizin kimilərlə Heç nədən də qorxmuram, mən Sizi tanımıram, heç belə yaxşı ki, tanımamışam da!!! İşinizdə olun. Məni tanımadığınız, işdən halı olmadığınız halda niyə ədalətsiz danışırsınız? Saö olun!!! Siz acıq çıxırsız Telman müəllimdən, amma adam kişi kimi edər!! Bəs tanımadığınız adam haqqında bilmədiyiniz məlumatları niyə dərc etmisiniz? Təhqir etməyin! Oldu!! Sağ olun, işinizdə uğurlar!! Bu məhkəmədən sonra Sizin qohumlarınızla tanış olub, Sizi onlara tanıdıram, Əmin olun buna Nahaq mənə şər atdınız, görərsiz Allahın cavabını çox çəkməyəcək, ancaq Allah bilsin Sizinlə vəssalam!! Sizi o uca Allaha həvalə etdim, gedin, yazın!!! Məni tanımadığınız halda necə tanıdracaqsınız? Belə çıxır ki, məni qohimların deyil, telman yaxşı tanıyır. Bu nə məntiqsizlikdir. Tapacağım qohumlarınızı, onlarla söhbət edəcəyəm, qoy onlar da görsünlər ki, onların ağsaqqalı nə edir, kimə şər yaxir, bekarcılıqdan Mənim alnim açıqdır, nə Sizin, nə Telman müəllimin, nə bir kimsənin yanında başıaşağı deyil!! Mən bekar deyiləm. Mənə şər atan sizsiniz, məndən üzr istəməyiniz budurmu? Gedin verin məhkəməyə!! Mən də Siz Allahın məhkəməsinə verdim, vəkilim, hakim Allahdır. Allah. Bıı yaşinizda cavab verərsiniz. Oldu Mən üzr?? Sizdən?? Siz mənə müraciət edib, danışdınız, dediniz?? Yooox!! Getmisiniz, məhkəməyə, gedin!! Məhkəmədə barəmdə yazıb dərc etdiklərinizin doğru olduğunu sübut edin, min Sizlərdən üzr istəyim. Sizin üzr istəməyiniz m ənə lazım deyil!! Oldu. Hüseyn kişiyə bu iki ildə ən azı əlli dəfə demişəm ki, Telman gəlib üzr istəsin. Qəzetdə təkzib versin. Bu məsələ qurtarsın. O, bir az da məni artıq təhqir etməyə başladı. İndi də dalımca danışır. Sağ olun. CB08:46 npocmotreno C6 10:46 PN18:39 (xx.xx.2019) Utandım yerinizə!!!! Vallah. Bekarçılıq üzüb Sizi Oldu. Bunu da verin məhkəməyə Vaay-vaaay, ağsaqqal!!!!” O, yenə də qadın olmasını nəzərə alıb onu bağışlamışdır. Baş redaktoru olduğu qezetdə dərc edilən məlumatlarıdan onun xəbəri olduğunu bildiyi halda, qadın olmasını nəzərə alıb onunla barışmışdır. Lakin ondan sonra şahid kimi gəlib məhkəmədə yalandan ifadə vermişdir. Ona görə də onu məhkəməyə vermişdir. Bunda sonra da K.İbrahimova xx.xx.2019-cu ildə "Messenger"də “Utandım yerinizə!!!!. Vallah Bekarçılıq üzüb si zi Oldu, bunu da verin məhkəməyə Vaay-vaaay, ağsaqqal!!!!“ sözləri ilə ona müraciət etdiyini görmüşdür. Amma bu dəfə ona baş qoşmamışdır. Onsuz da xeyri yoxdur. A11 onu tanımadığı, onunla heç bir vaxt ünsiyyətdə olmadığı, katibi olduğu Xətai rayon təşkilatının qeydiyyatında olduğu halda, 3 il ərzində bir dəfə də olsa təşkilata gəlmədiyi, əlaqə saxlamadığı və üzvlük haqqı vermədiyi üçün Xətai rayon partiya təşkilatının ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarı ilə 296 nəfərləı birlikdə AKP Nizamnaməsinin 5ci maddəsinə əsasən uzun müddət partiya təşkilatı ilə əlaqəni kəsib üzvlük haqqı ödəmədiyi əsası ilə partiya sıralarından xaric edildiyinə görə ondan narazıdır, buna görə də onunla qərəzlidir. O, A2, X5, X6 və onlar kimi başqalarının verdiyi yalan, həqiqətə uyğun olmayan məlumatla r əsasında sosial şəbəkədə də ona qarşı çıxaraq onu partiyada qarşıqlıq salmaqda və kommunistə yaraşmayan əməllərə yol verməkdə gah birbaşa, gah da ehyamlarla ittiham edib ona böhtanlar, atmış, onu nüfuzdan salan, ifadələr işlətməklə həm də onu təhqir etmişdir. Bildirmək istəyir ki, A2 komandasının bir üzvü olan A3 barəsində yalandan ifadə vermişdir. Elə bilir ki, bununla A2 kömək edə biləcəkdir. Əsla! A2 özü üçün elə bir quyu qazıb ki, özü də istəsə oradan çıxa bilməz. Təhrikçiləri də A3. A5 və A4. O, A2 xx.xx.2018-ci ildə barəsində yaydığı böhtandolu, təhqiramiz məlumatları “üçüzlü” məlumatı istisna olmaqla, nəinki sosial şəbəkədə, hətta məhkəmənin xx.xx.2019cu il tarixli iclasında ifadə verərkən bir daha təsdiq etdiyini bildirməklə ona təkrar böhtan atdı və onu təkrar olaraq təhqir et di. Məlumatı bəyənmiş, təsdiq etmiş və məhkəmədə “üçüzlü “olmağından başqa məlumatda göstərilən digər halları bir daha həm ifadəsində, həm də ifadəsindən sonra təsdiq edən A3 sübutetmə vəzifəsi qanunla üzərimə düşsə də cinayət prosesinin bir tərəfi kimi deyil, özünü kommunist hesab etdiyi üçün, kommunist isə həmişə həqiqət tərfdarı olmalıdır, həqiqəti danışmalı, müdafiə etməlidir, bir kommunist kimi bu məlumatların, o cümlədən də onun: 1) sovet sistemini daima təriflədiyini, 2) ona qulluq edəcəyinə "and" içdiyini, 3) sosializmi yazılarında tərənnüm etdiyini, 4) sovet hakimiyyəti dağılan kimi milli burjuaziya ideologiyasına bağlı olduğunu nümayiş etdirdiyini, 5) bunun üçün dəridən-qabıqdan çıxdığını, 6) beləliklə yeni qurulan "liberal" sistemin alətinə çevrildiyini, 7) tutduğun vəzifədən q ovulduğunu, 8) bundan sonra yenidən kommunistlərə üz tutduğunu, 9) buna görə utanmadıqlarını, 10) boş, mənasız vaxtımı necə və hara sərf etməyinizi bilmədiyini, 11) kommunist hərəkatına qarışıqlıq saldığını, 12) bununla da indiki hakimiyyətin rəğbətini qazanmaq istədiyini, 13) bunun nəticəsində övladına "işıqlı" yol açılacağını düşündüyünü, 14) kommunistlərin adından çıxış etdiyini, 15) bununla da respublika kommunist hərəkatına təhlükə yarada biləcəyini, 16) Azərbaycan KP MK plenumunun qərarı ilə hər üç üzrlü hesab etdiyi bu iki adamdan biri kimi onun kommunist partiyası sıralarından qovulduğunu 17) barəsində ətraflı məlumat almaq istəyənlərin "Azərbaycan Kommunisti" qəzetinə müraciət edə biləcəklərini, yəni kommunist qəzetində barəsində dərc edilənlərindən məlumatlı olan bir şəxs, həmin qəzetin baş redaktoru kimi doğru olduğunu qəbul edən bir şəxs kimi həm məlumatda, həm də həmin qəzetdə barəsində yayılmış məlumatlarındoğru olduğunu dəlillərlə, sənədlərlə sübut etsin. O, xx.xx.2019-cu ildə məhkəmədə “Azərbyacan kommunisti” qəzetində barəsində dərc edilən böhtan və təhqiredici məlumatlardan xəbəri olmadığını bildirdi. xx.xx.2019-cu il tarixdə məhkəmədə verdiyi ifadəsində həmin məlumatda olanları təsdiq etdiyini bildirdi. Hansı ki, həmin məlumatda sosial şəbəkə iştitakçılarına barəsində daha ətraflı tanış olmaq üçün “Azərbaycan kommunisti” qəzetinə müracət etmələri tövsiyyə edilmişdir. A4 məlumatda barəsində göstərilənlərin düzgün olduğunu sübut etsin, o, da ondan və hamıdan üzr istəyir, o, bunların düzgün omasını ona və məhkəməyə sübut etməlidir. Çünki bu xarakterlərin ond an olmasını o bəyənmiş və məhkəmədə onların doğru olduğunu təsdiq etmişdir. Çox adamlar da olduğu kimi onun üçün də şərəf və ləyaqətini, nüfüzun ən dəyərli nemətdir, sərvətdir. Onun heç bir şeylə müqayisə etmək, dəyərləndirmək mümkün deyil. A4 da A2, A3, A5 kimi onun üçün həyatda ən dəyərli nemət olan şərəf və ləyaqətini ləkələmiş, onu hörmətdən salmış, şərəf və ləyaqətini nalayiq formada alçaltmış, şəxsiyyətini aşağılamış, onu cəmiyyətdə, əhatəsində olan insanlar arasında biabır etmişdir. O, heç nəyi olmasa da onun kommunist partiyasından qovulmağı barədə sənədləri məhkəməyə təqdim etməlidir. Vəzifəsindən qovulmağını, eləcə də partiyadan AKP Nizamnaməsinə əməl edilməklə qovulduğunu sübut edə bilsə, o, onunla barışmaq məsələsinə baxmağa hazırdır. Şərəf, ləyaqət və işgüzar nüfuz şəxsiyyəti xarakterizə edən nemətlərdir. Digər tərəfdən, bu nemətlər şəxsiyyətlə cəmiyyət arasında yaranan ictimai münasibətləri əks etdirir, buna görə də həmin nemətlər böyük ictimai əhəmiyətə malik olduğuna görə Azərbaycan Respublikasının qüvvədə olan mövcud qanunvericiliyində konstitusion prinsip səviyəsinə yüksəlir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Mühum əhəmiyət kəsb edən bu konstitusion müddəa hüququn müxtəlif sahələri, o cümlədən də cinayət və mülki hüquq qanunvericilikləri tərəfindən həyata keçirilir. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, 1966cı il Mülki və Siyasi hüquqlar haqqında Pakta əsasən hər kəsin şərəf və ləyaqətinin müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin lə yaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə şinayət məsuluyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CMnin 148-ci maddəsi təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət ınəsuluyyəti nəzərdə tutur. A6 bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan, 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayət əməllərini törətmişdir. O, bu əməlləri AKP üzvü olmadığı halda həmin AKP-nin qanunsuz olaraq NK üzvü, MK bürosunun üzvü, MK katibi olduğu A2 qanunsuz rəhbərlik etdiyi AKP-nin Bakı şəhəri Xətai rayonu, A7 adına toxuculuq kombinatının yanında yerləşən qərargahında keçirilmiş MK katibliyinin iclasında müzakirə edilib qərar qəbul edilməsində iştirak etməklə və sonra Bakı şəhəri ünvanda sosial şəbəkədə yayılmış məlumatı bəyənib təsdiq etməklə, ondan sonra xx.xx.2019-cu ildə bu barədə Xətai rayon məhkəməsində ifadə verməklə və ifadədən sonra yenə də həmin məhkəmədə törətmişdir. Bu cinayətlər Xətai rayon ərazisində törədildiyi üçün şikayət Bakı şəhər Xətai rayon məhkəməsinə aiddir. A4 bu əm əllərini kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında olan səhifəsində barəsində işələdilmiş ifadələr, ona dair birbaşa mənfi rəy yaradılması və təhqir edilməyi üçün etmişdir. Buna görə hesab edir ki, onun tərəfindən barəsində işlədilmiş böhtan və təhqiredici ifadələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. O, həmin əməllərini Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cinayətləri təkrar (61.1.1 -ci maddəsi), digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə (61.1.1.6-cı maddəsi), ictimai borcunu yerinə yetirən şəxsə qarşı (61.1.8-ci maddəsi), cinayəti qulluq mövqeyindən istifadə e tməklə (61.1.13-cLi maddəsi) törətdiyi üçün həmin ağırlaşdırım halları nəzərə almaqla onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində, məni isə xüsusi ittihamçı, zərər çəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edib onu həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edib cəzalandırılmalıdır. Şikayət ərizəsində göstərdiyi əsaslara görəAR Konstitusiyasının 12-ci, 16-cı, 25-ci, 46-cı, 50-ci, 54-cü, 57-ci, 58-ci, 60-cı, 71-ci, 125-ci maddələrini, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Paktı, “İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı. 8ci, 13-cü maddələrini, insan və vətəndaş hüquq və azadlıqlarını nəzərdə tutan Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələri. AR CM- nin 61.1.1 -ci, 61.1.6-cı, 61.1.8-ci, 61.1.13-cii, 147.1 -ci və 148-ci maddələrini, AR CPM- nin q2. 37.2-ci. 87-ci. 88-ci, 221 -ci. 293, 298-ci və digər maddələrini rəhbər tutub: hüquqi ünvanı ünvan 1 mənzil 73-də kimi göstərilən Azərbaycan Kommunist Partiyasının tərəfindən dövlətə, cəmiyyətə, kommunistlərə, solçulara, təəsübkeşlərə və digər insanlara həmin partiyanın üzvü olmadığı halda, həmin partiyanın üzvü, Mərkəzi Komitəsinin üzvü, Mərkəzi Komitə bürosunun üzvü, Mərkəzi Komitənin katibi kimi təqdim edilən və özünü də bu qaydada təqdim edən, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, azərbaycanlı. Azərbaycan Respublikasının vətəndaşı. Bakı şəhəri, Xətai rayonu, ünvanda yaşayan və qeydiyyatına alınmadığı halda, dövlət qeydiyyatına alınmış Azərbaycan Kommunist Partiyasının, qısaca AKP Mərkəzi Komitəsinin üzvü, Mərkəzi Komitə bürosunun üzvü və Mərkəzi Komitəsinin birinci katibi kimi özünü təqdim edən, əslində isə partiya üzvü olmayan X6 xx xxxxxx 2018 ildə AKP MK- nın Mətbuat xidmətinin adından internet informasiya ehtiyatı olan “Facebook”sosial şəbəkədə özünə məxsus olan profilində (səhifəsində) mənim şərəf və ləyaqətimi ləkələyən, onu nüfuzdan, hörmətdən salan, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan bilə-bilə yalan, həqiqətə uyğun olmayan sosial şəbəkə iştirakçıları arasında qəsdən yaymaqla ona böhtan atdığı, onu dəfələrlə təhqir etdiyi yalan, həqiqətə uyğun olmayan məlumatı bəyənməklə, bununla da özü də onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan, hörmətdən salan, onun şə rəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatları sosial şəbəkədə təsdiq etməklə, eləcə də həmin məlumatla bağlı şikayəti əsasında Xətai rayon məhkəməsi tərəfindən (hakim Cabid Hüseyn) A2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair 01(001 )- 338/2019 saylı şinayət işi üzrə Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində də həmin məlumatda göstərilən “üçüzlü” ifadəsi istisna olmala qalan məlumatların həm məlumatın yayıldığı vaxtda, ifadə verdiyi zaman və ifadə verəndən sonra məhkəmə zalında doğru olduğunu bir daha təsdiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayə tləri Cinayət Məcəllənin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdırılan hallardan cinayətləri təkrar (61.1.1-ci maddəsi), digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, habelə başqa cinayəti örtbasdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə (61.1.1.6-cı maddəsi), ictimai borcunu yerinə yetirən şəxsə qarşı (61.1.8-ci maddəsi) törətdiyi üçün ağırlaşdıran halları nəzərə almaqla onu AR CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində tanınması, onu xüsusi ittihamçı qismində tanınmağı, şikayətin icraata götürülüb məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul etməyi və onu həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edib cəzalandırmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İbrahim İbrahimli) 1(011)-397/2019 n ömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X7 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Qərardan X1 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavələr verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və şikayətinin icraata qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Qədim Babayevdən ibarət tərkibdə) 1(103)172/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, X1 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavələr təmin edilməmişdır. Apellyasiya instansiya məhkəməsinin qərarından narazı qalan Ə.S.Şirinov kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətinin dəlillərini xüsusi ittiham qaydasında şikayət vermiş X13 onunla əsaslandırır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Belə ki, ünvan 1 mənzil 73 ünvanında yaşayan X14 yalan olduğunu bilə- bilə şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan, hörmətdən salan, şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaldan yalan, həqiqət ə uyğun olmayan məlumatları xx xxxxxx 2018-ci ildə saat 23:45-də“internet informasiya ehtiyatı olan “Faeebook” sosial şəbəkədə öz profilində (səhifəsində) “Azərbaycan KP MK-nin mətbuat xidməti”nin adından “Biz elə bilirdik ki, bəzi adamlarda iki sifət olur” sözləri ilə başlayıb, “Azərbaycan KP MK-nin mətbuat xidməti” sözləri il qurtaran məlumatı qəsdən yaymaqla mənə dəfələrlə böhtan atmış, məni nüfuzdan, hörmətdən salmış, məni təhqir etmişdir. Bu məlumatı bəyənib təsdiq edənlərdən biri də Xətai rayon təşkilatında qeydiyyatda olmuş, lakin uzun müddət (3 ildən çox) partiya təşkilatı ilə əlaqəni tamamilə kəsmiş, üzvlük haqqı ödəmədiyinə görə katibi olduğum Xətai rayon partiya təşkilatının xx.xx.2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə 295 nəfərlə birlikdə partiya sıralarından xaric ed ilmiş, AKP MK-nin üzvü olmayan, lakin həmin AKP MK-nın üzvü, MK bürosunun üzvü və MK katibi kimi özü və həmin partiya tərəfindən cəmiyyətə təqdim edilən X10 olmuşdur. Lakin o, X4 qadın olmasını və ondan əvvəl etdiyi şikayətlərində barışıb onu bağışladığına görə bu əməlinə görə ondan məhkəməyə şikayət verməmişdir. X21 xx xxxxxxx 2019 il tarixdə Xətai Rayon Məhkəməsində A2 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə şahid qismində dindirilərkən ifadəsində A2 xx.xx.2018-ci ildə internet informasiya ehtiyatı olan “Facebook” sosial şəbəkədə öz profilində “Azərbaycan KP MK-nin mətbuat xidməti”nin adından yaydığı məlumatları həmin vaxtda bəyəndiyini, “üçüzlü olmağım” barədə ifadə istisna olmaqla məlumatda qeyd olunan digər halların doğr u olduğunu, yalan olmadığını indi də təsdiq etdiyini bildirmişdir. Onun həmin məlumatda “üçüzlü adam olmağım”ı indi də təsdiq etməməsi indiyə kimi təsdiq etdiyi müddətə şamil ola bilməz. İndi məhkəmədə etdiyi etirafından sosial şəbəkə iştirakçıları məlumatsız olduqları üçün iki ilə yaxın müddət ərzində kommunist partiyasının rəhbərlərindən biri hesab edilən K.İbrahimovanın mövqeyinə çoxları iananmışlar. Bu mənim şərəf və ləyaqətimin ləkələnməsinin, cəmiyyətdə nüfuzdan düşməyimin, təhqir olunmağımın nəticələrini aradan qaldırmır. Bundan başqa X4 Xətai Rayon Məhkəməsinin sədrinin vəzifələrini icra edən hakim İbrahim İbrahimlinin təyin etdiyi məhkəmənin xx.xx.2019-cu il tarixli hazırlıq iclasına gəlməmiş, lakin iclasda hakim tərəfindən dövlət vəsaiti hesabına K.S.İbrahimova üçün müdafiəçi qis mində müdafiəçi təyin edilmiş və müdafiəçi işdə iştirak etmişdir. Kəmalə İbrahimova təqsirləndirilən şəxs qismində tanınmadığı, müdafiəçi istəyib-istəmədiyi soruşulmadığı halda, istədiyi halda vəsaiti olmadığı halda onun üçün dövlət hesabına müdafiəçi dəvət edilməsi barədə vəsatəti olmadığı halda, onun üçün hakimin qərarı ilə dövlət vəsaiti hesabına dəvət edilmiş vəkil E.M.Qənbərovun CPM-nin müdafiəçinin cinayət təqibi orqanının, o cümlədən də məhkəmənin hansı hallarda, hansı andan və hansı qaydada şübhəli və ya təqsirləndirilən şəxslərin öz və ya dövlət hesabına müdafiəçi ilə təmin edilməsini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19.4.1-ci, 19.4.4-cü, 91.1-ci, 92.3.1-ci, 92.4-cü, 92.4.1-ci, 92.6-cı, 92.14-cü, 143.3-cü, 193.1, 193.2, 193.3 və 312-ci maddələri nin tələblərini pozulmaqla dəvət edildiyini bildirib buna etirazını bildirmiş və onun işdən kənarlaşdırılmasını tələb etməsi barədə vəsatəti hakim tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir. Bundan başqa kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi şikayətinin məzmununun Azərbaycan Respublikası CPM-in 293.3.1-293.1.7-ci maddələrin hansı tələblərinə cavab vermədiyini konkret göstərməmişlər. Məhkəmələr onun sübut təqdim etmədiyini göstərmişlər, halbuki, o, şikayətinin qeyd hissəsində A6 Xətai Rayon Məhkəməsinin hakimi C.Hüseynin icraatında şikayətimlə bağlı iş üzrə məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında şahid qismində verdiyi ifadəsində və tənəffüs zamanı mənə böhtan atıb məni təhqir etdiyini göstərmiş və məhkəmənin həmin iclas protokolunun. A6 şahid qismində çağırılması barədə məhkəmə bildirişinin, ifadə verməkdən imtina etmək və ya bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq edilməsi barədə verdiyi iltizamın alınıb şikayətə əlavə olunması üçün hakim C.Hüseynə ərizə ilə müraciət etdiyimi, çıxarışı verilən kimi təqdim edəcəyimi, verməyəcəyi təqdirdə məhkəmədən onların alınıb işə əlavə edilməsinin təmin edilməsini xahiş etmişdi. Hakim İ.İbrahimli məhkəmənin xx.xx.2019-cu il tarixli iclas protokolu əvəzinə həmin tarixli məhkəmə linqvistlik ekspertisazmın təyin edilməsi barədə qərarı alıb işə əlavə etmişdir (vər.45-49). Hansı ki. bu qərarda K. İbrahimovanm ifadəsi də iclas protokolundan fərqli göstərilmiş, saxtalaşdırılmışdır. Belə ki, onu n ifadəsi məhkəmə iclas protokolunda “həmin məqaləni qismən təsdiq edirəm. Mən sizin üçüzlü olmağınızı təsdiq etmirəm” kimi verildiyi halda qərarda “belə məsələlər partiya daxili məsələlər olduğundan məhkəmə mübahisəsinə çevrilməsinə tərəfdar deyil. Həmin məqalə ilə ola bilsin ki, tanış olmuş, amma uzun müddət keçdiyindən yadında qalmamışdır. X1 üçüzlü olmasını təsdiq etmir' kimi göstərilmişdir. Göründüyü kimi iclas protokolunda məhkəmə prosesinin gedişi öz əksini tam tapmadığı halda, az yazılan və yanlış yazılanlar də qeyd edilən qərarla uyğun deyildir. Ona görə də onun ifadəsinin "belə məsələlər partiya daxili məsələlər olduğundan məhkəmə mübahisəsinə çevrilməsinə tərəfdar deyiləm.Məlumatda barənizdə göstərilənlərdən“ üçüzlü adam” olmağınızdan başqa qalan halları təsdiq edirəm”kimi dax il edilməsini təklif etmişdim. Lakin qeydlərim rədd edilmşdir. Ona görə də kassasiya instansiyası məhkəməsindən bu iclas protokolu ilə qərardakı ifadəsinin fərqini nəzərə alıb, hakimin qərarda K.İbrahimovanm ifadəsini saxtalaşdırması faktını nəzərə alıb şikayətimin bu dəlilini ətraflı yoxlayıb ona obyektiv hüquqi qiymət verməsini xahiş edir. İş üzrə hakim İ.İbrahimli hazırda həmin protokolu almağın mümkün olmadığını, A5 qərarda (məhkəmə linqistik ekspertizası təyin ediiməsi barədə qərarı nəzərdə tutumuşdur) olan ifadəsini kifayət etdiyini bildirdi və bu vəsatətimi bu əsasla təmin etmədi. Mən A5 iclas protokolunda ifadəsi ilə qərarda olan ifadəsi arasında mühüm fərq olduğunu və onun bu qərarından narazı qaldığımı bildirdim, lakin hakim buna əhəmiyyət vermədi. A5 iclas protokolundakı ifadəsi qərardakı ifadəsindən mənim üçün daha üstün sübut idi. Həmin protokoldakı ifadəsinin özü də onun mənə böhtan atması, təhqir etməsi üçün əsas idi (bax:əlavə-2-3). Mən həmin şikayətimlə bağlı imkanın daxilində bütün hərəkətləri yerinə yetirmişdim. Məhkəmədə də bu halların müəyyən edilməsi ilə bağlı vəsatət qaldırmış, vəsatətim təmin edilmiş, lakin icra edilmədi. Məhkəmə CPM-nin 32.2.6-cı. 88.4.4-cü. 143.2-ci və digər maddələri üzərinə qoyulmuş vəzifələrini yerinə yetirməyib şahidlərin dindirilməsi ilə bağlı bağlı vəsatətimi isə məhkəmə baxışının predmeti olması əsası ilə təmin etmədi. Bununla da qeyd edilən maddələrin tələblərini pozmaqla həm də mənim AR Konstitusiyasının 12, 24, 25, 26, 46. 50, 54, 57, 58, 60, 71, 125. 127, 129, 147, 149-cu maddələrində. “İnsan hüquqlarının və əsas azadlıq larının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6,8.13.14.17,18-ci maddəslərində nəzərdə tutulmuş hüquqlarımı da pozdu. Belə ki, Konstitusiyanın 25-ci maddəsinə əsasən dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. CPM-nin 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiə edilməsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin 1 hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanuvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddənin ikinci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kim məhdudlaşdıra bilməz. Maddənin V hissəsinə əsasən Konstitusiyanın heç bir müddəası insan, vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təvsir edilə bilməz. Maddənin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusivanm 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddənin Vİİ hissəsinə əsasən Məhkəmə icraatı çəkişmə prinsipi əsasinda həyata keçirilir. 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının K onstitusiyası Azərbaycan Respublikasında ən yüksək və həm də birbaşa hüquqi qüvvəyə malikdir, qanunvericilik sisteminin əsasıdır. 149-cu maddəsinin 1 hissəsinə əsasən normativ hüquqi aktlar hüquqa, haqq-ədalətə(bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Beləliklə, hakim İ.İbrahimli şikayətimin icraata götürülməsi barədə qərar qəbul edilmədiyi. K. İbrahimova iş üzrə təqsirləndirilən şəxs qismində tanınmadığı, yalnız bu statusa malik olduqdan sonra müdafiəçi ilə təmin olunmasını tələb etmək hüququ yarandığı halda və məhkəmədən müdafiəçi, həm də dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi tələb etmədiyi halda. AR CPM-nin 19.4.4-cu, 92.3.1-ci, 92.4-cü, 92.4.1-ci, 92.6cı, 92.14- cü,143.3-cu və 193-cü maddələrinin tələblərini pozulmaqla onun dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilməsi barədə 15.1 1.2019 il tarixli qərarının ləğv edilməsi barədə apellyasiya şikayətimə apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə toxunulmamış, şikayətimin bu qərarlarla bağlı hissəsinə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Kassasiya şikayətinin dəlillərindən biri barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş A4 dövlət hesabına müdafiəçi təyin edilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 92-ci maddəsinə əsasən...... Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilərsə, məhkəmə xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etdiyi andan müdafiəçinin iştirakını təmin edir. Göründüyü kimi, qeyd olunan xüsusi ittiham qaydasında şikayət ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və iş üzrə ilkin hazırlıq iclasına təyin edilmiş və hakim barəsində şikayət verilmiş şəxs Kəmalə İbrahimovaya dövlət hesabına müdafiəçi tutmaqda hər hansı bir prosessual pozuntu yol verilməmiş və həmçinin həmin hal xüsusi itti hamçı A2 cinayət prosessual hüququnu pozmamışdır. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili məhkəmə baxışı zamanı onun vəsatətlərinin təmin olunmamasının qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclas protokollarından görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiyası məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Qanunvericiliyə görə vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib - edilməməsi məsələsi isə məhkəmənin səlahiyyətinə aiddir. Vəsatətin təmin edilməməsi həmin iş üzrə çıxarılmış hökm və ya qərarın qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlər ə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili əsassızdır. Kassasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsində işə baxılarkən ərizəçinin şikayətinin icraata qəbul edilməməsinin əsassız və qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi aşağıdakı hallarda baş verir: həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, bu Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməd ikdə. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən ci nayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. İşdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayət ərizəsinə əlavə olunmuş sənədlərdən də müəyyən edilmişdir ki, bilavasitə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 tərəfindən xüsusi ittihamçı X11 (nravitsya, podelitsya) böhtan atması və təhqir etməsi haqqında məlumatlar öz əksini tapmamışdır. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(011)-338/2019 saylı qərarında da X3 xüsusi ittihamçı X12 (məhkəmə iclasında üçüzlü ifadəsi) təhqir etməsi haqqında məlumatlar öz əksini tapmamışdır. Göründüyü kimi, X13 şikayət ərizəsində qeyd edildiyi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 tərəfindən törədilməsinin, kütləvi çıxışlarda, kütləvi nümaiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində böhtan atmasına və təhqir etməsinə dair iş materiallarına xüsusi ittihamçı tərəfindən hər hansı bir mötəbər sübut əlavə edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 № li qərarının 12 bəndinə əsasən, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan x arakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayə tin məhkəmənin icraatına qəbul edilməsindən imtinanı düzgün olaraq Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7, 302.1.3 və 302.2.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Ə.Şirvanovun ərizəsini icraata qəbul etməməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin şikayətini icraata qəbul etməkdən imtina etməklə cinayət və cinayət prosessual qanunun tələblərini pozmamışlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 20 20-ci il tarixli qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtinaya dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar