Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1727/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum – X7, Müdafiəçi – Müdafiəçi1 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarından məhkum Y.R.Hüseynov və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-106/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli hökmü (hakimlər Rafail Əliyev (sədrlik edən), Nahid Mirzəyev (məruzəçi) və Bilal Məmmədovdan ibarət tərkibdə) ilə 23 noyabr 1957-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində doğulmuş, Azərbayan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, X8 Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətin verilməsi, X7 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan çəkisi 5 kiloqram 603,95 qram olan 21 ədəd çətənə bitkisi, 04 ədəd sellofan torbada olan torpaq nümunələrinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, X7 139,62 (yüz otuz doqquz manat 62 qəpik) AZN təşkil e dən ekspertiza xərcinin məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməsi və həmin pulun dövlət büdcəsinə aid edilməsi hökm edilmişdir. Həmin hökmdən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protestiti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-19/2022 saylı, 19 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X1аn iibarət tərkibdə) apellyasiya protesti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilərək, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhk um edilməsi, onun ibtidai istintaq dövründə şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, X7 dərhal məhkəmə iclas zalında həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 19 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X11 qarşı CM-in 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən özü istifadə etmək məqsədi ilə əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib, qəsdən, qanunsuz olaraq yaşadığı Şəki rayonu Baş Göynük kəndinin Qarasov deyilən ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib xüsusi qulluq göstərərək kultivasiya etmiş, 20 iyun 2020- ci il tarixdə saat 13:25 radələrində Alı Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində kökləri ilə birlikdə torpaqdan çıxarılmış vəziyyətdə, hündürlükləri 90 sm-dən 238 sm-dək olan, ümumi təmiz çəkisi 5 kiloqram 605 qram olmaqla ümumilikdə 21 ədəd külli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarından məhkum A.Y.Həsən ov və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi şikayətində göstərmişdir ki, əgər apellyasiya instansiyası məhkəməsi cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb, məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəsli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət versə idi, birmənalı olara q CM-nin 237.2.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə Alı Həsənovun təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində olan birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvəsində saxlamalı idi. İlk olaraq hörmətli məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istərdik ki, ibtidai istintaq orqanı “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini kobud surətdə pozaraq, sübut kimi yolverilməz materiallardan istifadə etməklə təqsirləndirilən şəxs Alı Həsənovun barəsində cinayət təqibinə başlamış və nəticədə də həmin cinayət işini baxılması üçün Şəki Ağır Cinayətlər məhkəməsinə göndərmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx. xx.1957-ci il təvəllüdlü Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olan və Şəki rayonu Baş Göynük kəndinin tərkibində olan “Qarasov” adlanan ərazidə yaşayan X12 cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə X7 yaşadığı Şəki rayonu Baş Göynük kəndinin tərkibindəki “Qarasov” deyilən ərazidəki fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyəyanı sahəsində dirrik olan hissədə kökləri ilə birlikdə torpaqdan çıxarılmış vəziyyətdə, hündürlükləri 90 sm-dən 238 sm-dək olan ümumilikdə 21 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilmiş və qablaşdırılaraq götür ülmüşdür. Müdafiə tərəfi hesab edir ki, Alı Həsənovun iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Raporf’da qeyd edildiyi kimi narkotik vasitələrin istifadəsi, satışı, habelə yaşadığı evin ərazisində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bitkilərini əkib-becərərək kultivasiya etməsi barədə əsaslandırılmış məlumat olsa idi, onun yaşadığı ünvanda baxış növündə əməliyyat axtarış tədbirinin keçirilməsi lazım olduğu təqdirdə əməliyyat axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı əsasında onun haqqında əməliyyat qeydiyyat işi başlanmalı və bu iş əməliyyat axtarış fəaliyyətinin səlahiyyətli subyekti tərəfindən mütləq qeydiyyata alınmalı idi. Həmçinin həmin əməliyyat axtarış tədbirinin nəticələri əməliyyat qeydiyyat işində əks etdirilməli və sistemləşdirilmə li idi. Çünki, “Əməliyyat axtarış fəaliyyəti” haqqında AR-sı Qanununun 15-ci maddəsinin İ bəndinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Lakin iş materiallarında olan Şəki Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərarından görünür ki, Alı Həsənovla bağlı Şəki ŞRPŞ CAB-nin əməlliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 20 iyun 2020-ci il tarixli qərarı olsa da həmin qərar əsasında əməliyyat qeydiyyat işi açılmamış, bu iş əməliyyat axtarış subtekti tərəfindən qeydiyyata alınmamış, həmçinin Alı Həsovun narkotik vasitələrin istifadəsi, satışı, habelə yaşadığı evin ərazisində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bitkilərini əkib-becərərək kultivasiya etməsi barədə ehtimal olunan məlumat əməliyyat qeydiyyat işinə daxil edilməmiş və barəsində əməliyyat axtarış tədbirlərinin nəticələri əməliyyat qeydiyyat işində edilməmiş və sistemləşdirilməmişdir. Ona görə də Şəki ŞRPŞ CAB-nin əmə' müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat- tədbirlərinin keçirilməsi barədə 20 iyun 2020-ci il tarixli qərarının təqdim vəziyyətdə məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmaması qərara alınmışdır. Qeyd edilənlərə əks nəticəyə gəlinməsi üçün əməliyyat axtarış fəaliyyətini keçirən subyekt tərəfindən Alı Həsənovun barəsində müvafiq əməliyyat qeydiyyat açılması və qeydiyyata alınmasını təsd iq edən hər hansı bir sübut həbs qətimkan tədbir bağlı məsələyə baxılarkən nə Şəki Rayon Məhkəməsinə, işə mahiyyəti üzrə baxılark; Şəki Ağır Cinayətlər Məhkəməsinə, nə də Şəki Apellyasiya Məhkəməsinə tə edilməmiş, hətta əməliyyat axtarış fəaliyyətini həyata keçirən subyektlər şahid qis: məhkəmələrdə dindirilərkən Alı Həsənovun barəsində müvafiq əməliyyat qeydiyyat açılmadığını qeyd etmişdir. Bununla da əməliyyat axtarış fəaliyyəti subyekti tərə “Əməliyyat axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, Alı Həsənovun yaşadığı ünvana baxışla bağlı əməliyyat «tədbirinin keçirilməsi haqqında qərar qəbul edilərkən onun barəsində başlanılmış cina;.: olmamış, həmçinin onun həmin ünvanda narkotik vasitələrin istifadəsi, satışı, yaşad ığı evin ərazisində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bit əkib-becərərək kultivasiya etməsi, yəni cinayət hazırlaması, törətməsi və ya törədər, olmasında şübhəli olması barədə heç bir tutarlı əsas və faktlar mövcud olmamışdır. Əməliyyat müvəkkili Şahid1 20 iyun 2020-ci il tarixli əməliyyat-a tədbirinin keçirilməsi barədə qərarında Ah Həsənovun narkotik vasitələrin istifadəsi, habelə yaşadığı evin ərazisində qanunsuz olaraq tərkibində narkotik vasitə olan bitkilərini əkib-becərərək kultivasiya etməsində şübhəli olması heç bir sübutla, doğuran məlum və qərəzsiz mənbədən alınmış məlumatla və ya digər əsaslı əsaslandırılmamış və bu qərarda göstərilməmişdir. Qərarın müəllifinin hansı cinayət işinə, fakta, məlum, qərəzsiz və etimad dc mənbəyə istinadən belə nəticəyə gəlməsi qərarda qeyd olunmamışdır və məlum da deyildir. Bu da “Əməliyyat axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 1 maddəsinin İV hissəsinin 1 və 3-cü bəndlərinə zidd olmaqla onların pozuntusudur. Bel; qeyd olunduğu kimi həmin qanun normalarında o cümlədən başlanmış cinayət işi ol və cinayət işinin başlanılmasına kifayət qədər əsaslar olmasa da, cinayəti hazırl törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz məni məlumat daxil olduqda əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə əmə! axtarış fəaliyyətinin səlahiyyətli subyekti qərar qəbul edə bilər. Bundan əlavə, Alı Həsənovun cinayəti hazırlaması, törətməsi barədə heç bir sübuu əsaslı fakta istinad olunmadığı halda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşıs alınması və onun ifşa o lunması üçün evinə daxil olunması “Əməliyyat axtarış fəalivhaqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İV hissəsinə ziddir, tərəfdən əməliyyat axtarış fəaliyyətini həyata keçirən subyekt Alı Həsənovun nal: maddələrin satışı ilə məşğul olmasının ifşa edilməsinin onun yaşadığı ünvana baxış ad: daxil olunmadan başqa digər yolla mümkün olmamasını öz qərarında göstərməmiş, əsaslandırmamış və bu barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə heç bir s təqdim etməmişdir. Bundan əlavə, Alı Həsənovun cinayəti hazırlaması, törətməsi barədə heç bir sübuu əsaslı fakta istinad olunmadığı halda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşıs alınması və onun ifşa olunması üçün evinə daxil olunması “Əməliyyat axtarış fəalivhaqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İV hissəsinə ziddir, tərəfdən əməliyyat axtarış fəaliyyətini həyata keçirən subyekt Alı Həsənovun nal: maddələrin satışı ilə məşğul olmasının ifşa edilməsinin onun yaşadığı ünvana baxış ad: daxil olunmadan başqa digər yolla mümkün olmamasını öz qərarında göstərməmiş, əsaslandırmamış və bu barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə heç bir s təqdim etməmişdir. Yuxanda qeyd edilənlərə əsasən hesab edirik ki, birinci instansiya məhkəməsi yox, apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Hörmətli məhkəmə kollegiyası, hesab edirik ki, apellyasiya instansiyası məhkəməsinin X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə təqsirli bilinməsində istinad etdiyi sübutlar mötəbər sübut kimi əsaslı şübhələrdən kənar olmamaqla, kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan ibarət olmamış, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi Ah Həsənovun ona qarşı irəli sürülən ittihama haqlı etirazlarının dəlillərinə heç bir əsas olmadan tənqidi yanaşmış və bu yanaşmalarının səbəbləri ancaq mülahizələrdən ibarət olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən müdafiəçi Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sprel 2022-ci il tarixli hökmünün ləğv edilərək A.Y.Həsənovun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X16 öz şikayətində apellyasiya məhkəməsi tərəfindən əsassız olaraq məhkum edilməsi barədə hökmün ləğv edilməsini və ona bəraət verilməsinə dair Şəki Ağır Cinay ətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə A.Y.Həsənovun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəs inə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətlərdə məhkum X14 istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həy ata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki form a və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul o lunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Alı Həsənovu CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərkən CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş, şahid ifadələrində və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələrin hansının Alı Həsənovun həmin cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Birinci instansiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, “Cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keç irilməsinin nəticələri ona qarşı cinayət işinin başlanmasına və yekunda sonuncuya qarşı CM-nin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə səbəb olan təməl nöqtəsi qismində çıxış etmiş və ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan bütün sübutlar (protokola əlavə olunan fotoşəkillər, mütəxəssis rəyi, ekspert rəyləri, şahid -ifadələri və s.) ibtidai istintaq orqanı tərəfindən zəruri sübut növü kimi qəbul edilərək təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi sonuncu barəsində yuxarıda göstərilən ittihamın irəli sürülməsini əsaslandıran sübutun əldə olunmasını təmin edən prosessual hərəkət rolunda çıxış etdiyindən, sözügedən baxışın aparılması üsul u, baxış nəticəsində aşkar olunan dəlillərin rəsmiləşdirilməsi və sonradan həmin baxışın nəticələrindən təqsirləndirilən şəxs Alı Həsənova qarşı istifadə edilməsi üsulu bütövlükdə aparılan cinayət təqibinin ədalətliliyinə təsir etmişdir. Odur ki, məhkəmə kollegiyası məhz 20 iyun 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Alı Həsənova məxsus evə və onun həyətyanı sahəsinə baxışın keçirilməsinin, nəmin baxışın nəticələrinin rəsmiləşdirilməsinə dair protokolun etibarlılığını yoxlayıb məhkəmə istintaqı zamanı müəyyən etdiyi halları əsas tutaraq qeyd edir ki, sözügedən baxış hərəkətinin keçirilməsi üsulu ilə bağlı nöqsanlar müəyyən edildiyindən, həmçinin tərtib olunan protokolda əks olunan məlumatlarda, o cümlədən protokola əlavə olunmuş fotoşəkillərdə ziddiyyətlər aşkar edildiyindən, hə min baxışın etibarlılığına və onun nəticəsində əldə olunan sübutun mötəbərliyinə şübhə yaranmışdır ki, nəticədə həmin sübut öz hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, sözügedən protokolda əks olunanlardan belə müəyyən olunur ki, polis əməkdaşları Alı Həsənovun yaşadığı ünvana gedərkən artıq əldə olunan agentura məlumatının mötəbərliyini əsas götürərək hal şahidləri və aqronom-mütəxəssisi baxışda iştirak etmək üçün dəvət etmiş, onların da iştirakı ilə Alı Həsənovun yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirilmişdir. Lakin məhkəmə istintaqı ilə müəyyən edilən hal (iş üzrə heç bir marağı olmayan şahidlər - aqronom-mütəxəssis Şahid5 və həmin baxışda iştirak edən hal şahidi Şahid4 ifadələri) ondan ibarət olmuşdur ki, sözügedən baxış keçirilməmişdən öncə polis əməkdaşları Alı Həsənovun y aşadığı ünvana gəlmiş və yalnız sonradan hal şahidləri və aqronom-mütəxəssis həmin ünvana dəvət olunmuşdur. Bu hal isə özlüyündə artıq məhkəmə heyətində həmin baxışın keçirilməsinin etibarlılığına dair şübhə yaratmışdır”... Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqs irləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayram ov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X10rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alın dığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. B undan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumps iyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yən i, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqi q edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: X4 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. X17 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1727/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1727/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver