Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-173/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, bəraət almış şəxs Məhkum, müdafiəçisi Bayramov Mahir Qədim oğlu və Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum Azərbaycan Respubli kası CM-nin 182.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin (hakim Məmmədov Mübariz Sərxoş oğlu) xx xxxx 2019-cu il tarixli hökmü ilə xx xxxx 1989-cu ildə Tərtər rayonunun Kəbirli kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi təsərrüfatla məğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Tərtər rayonunun Kəbirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinməsi, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxslə nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin apelyasiya şikayətləri təmin edilməmiş, məhkumun müdafiəçisinin apelyasiya şikayəti təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 182.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə təxminən 2015-ci ilin yay aylarından 2016-cı ilin yay aylarına qədər olan müddətdə Tərtər rayonu Kəbirli kəndində yaşayan əmisi qızı, eyni zamanda əmisi oğlu Mirzəyev Babək Rasim oğlunun arvadı Zərərçəkmiş şəxs başqa şəxslərlə intim münasibətdə olmasından şübhələndiyini bildirməklə, bunu sübut etmək üçün Nəsiov Sərdar Misir oğluna və Şükürov Xəyyam Fərrux oğluna Zərərçəkmiş şəxs güdməyi təklif etmiş, lakin həmin şəxslər bu təklifi qəbul etməkdən imtina etdikdən sonra Zərərçəkmiş şəxs həmkəndliləri Nəbiyev Saməddin İdris oğlu, Həziyev Emruz İman oğlu və Əmiraslanov Əmiraslan Müslüm oğlu ilə in tim münasibətdə olması barədə onun əri Babək Mirzəyevə və digər şəxslərə məlumat verməklə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müxtəlif vaxtlarda ondan 20, 10, 30, 50 və 50 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində pul almış, bununla da Məhkum Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək vahid niyyətlə əhatə olunan qəsdlə onun 160 (bir yüz altmış) manat məbləğində pulunu ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü qanunsuz və əsassız olmaqla, qanunvericiliyin tələbləri kobud şəkildə pozulması ilə çıxarılmış, nəticədə qeyd edilən cinayəti törətmiş şəxsə əsassız və qanunsuz olaraq bəraət verilmişdir. Belə ki, zərərçəkmiş şəxs bütün ifadələrində Məhkum onunla cinsi əlaqədə olarkən (zorlayarkən) səsini yazdığını, əgər onunla yenidən cinsi əlaqədə olmazsa bu səsi kənddə ayrı-ayrı adamlara qulaq asdıracağını, həmçinin Təhminənin kənddə başqa şəxslərlə də cinsi əlaqədə olduğunu əri Babəkə söyləyəcəyini bildirərək hədə qorxu gəlməklə Təhminədən ayrı-ayrı vaxtlarda 20, 10, 30, 50 və 50 olmaqla, ümumilikdə 160 manat pul aldığını göstərmişdir. Lakin Apellyasiya məhkəməsi zərərçəkmişin məhkəmədə verdiyi ifadəsinə istinad etməmiş, Prosessual Qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa, Apellyasiya məhkəməsi bəraət hökmü çıxararkən işin halları ilə bağlı istinad etdiyi sübutlar əsassızdır və həmin sübutlar birinci instansiya məhkəməsi zamanı ətraflı araşdırılaraq Tərtər rayon məhkəməsi tərəfindən qanuni və ədalətli hökm çıxarılmışdır. Kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən mülahizələrə və ehtimallara əsaslanmaqla formal xarakterli hökmün çıxarıldığı qeyd olunmuşdur. Həmçinin təqsirləndirilən şəxsə bəraət verilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı nəzərə alınmadığı vurğulanaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi və işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, təqsirləndirilənin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün yeni apellyasiya baxışına təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı, bəraət almış şəxs və müdafiəçisinin çıxışlarını dinləyib, kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normal arının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəm ə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında toplanmış sübutlar hərtərəfli, tam və obyekti v olaraq tədqiq olunmaqla, cinayət işi üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verərək, Məhkum barəsində bəraət hökmü qəbul etməklə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət it tihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Bu maddələrdə ifadə olunan müddəalar və onların mahiyyətini təşkil edən əsas prinsiplər milli qanunvericiliyimizdə də geniş təsbit olunmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqaməti ndə mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyə tinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barəd ə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göstərilənlərə əsasən cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən və qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-173/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-173/2021
24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver