Məhkəmə qərarları › İş №1(102)-1742/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1742/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1742/2024 20.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi İlqar Səyyad oğlu Qılıcov, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi-vəkil Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-871/2023 saylı, 6 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2066/2023 saylı,13 dekabr 2023-cü il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin etmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan Məhkum müdafiəçisi-vəkil Müdafiəçi3 tərəfindən verilmiş və zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Ali Məhkəməsinin Cinayət Kol legiyasının 1(102)-1066/2024 saylı, 14 may 2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. 17 may 2024-cü il tarixdə Məhkum digər müdafiəçisi Müdafiəçi2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti məhkəmə baxışına təyin edilənədək 21 may 2024-cü il tarixdə Məhkum ərizə ilə Ali Məhkəmənin Cinayət Kollegiyasına müraciət edərək müdafiəçisinin kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar