Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1754/2022 16.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Nural Turab oğlunun sədrliyi ilə, X8 və X4 ibarət tərkibdə) 21 oktyabr 2021-ci il tarixli hökmü ilə, 02 avqust 1986-cı ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən,Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 30,mənzil 18-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il 5 (beş) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 29 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, həmçinin hökmlə maddi subutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 11 yanvar 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcələsinin 29,149.3.3-cü ma ddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(100)-150/2021 saylı hökmü müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 28 avqust 2020-ci il tarixdə saat 14 radələrində orta dərəcəli sərxoş vəziyyətində əvvəlcədən tanıdığı, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi ev 32də yerləşən 7 nömrəli mənzilin pəncərəsinin qarşısına gələrək, sonuncu ilə bir qədər danışıb valideynlərinin evdə olmadığını bildikdən sonra, onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş, bu niyyətlə ona pul verərək meyvə arağı almaq adı ilə sonuncudan dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən həmin mənzilin bağlı vəziyyətdə olan giriş qapısının açarını pəncərədən alaraq qapını açıb mənzilə daxil olmuş, əvvəlcə Zərərçəkmiş şəxs bir stəkan su istəmiş, lakin ona verilən suyu içməyərək yerə töküb stəkanı əlində sındırıb sağ əlin 3-4-cü barmaqlarının və sol əlin 1-ci barmağının səthi yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almış, daha sonra Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onu mənzilin hamam otağına apararaq orada saçından tutub sifət nahiyəsinə sillə ilə vurub müqavimətini qırmış, zorakılıq hərəkətlərini davam etdirərək onun əynində olan qara rəngli şalvarı və ağ rəngli alt paltarını (tumanı) çıxartmış, daha sonra öz əynində olan göy rəngli şalvarı və göy rəngli alt paltarını (tumanı) topuğad ək aşağı çəkmiş, bundan sonra Zərərçəkmiş şəxs iradəsi əleyhinə onunla zorla cinsi əlaqədə olmaq üçün davamlı olaraq cinsiyyət orqanını öncə onun sifət və ağız nahiyəsinə, daha sonra cinsiyyət orqanına və ətrafına sürtüb gərginləşdirdikdən sonra onu zorla arxası üstə yerə uzadıb, bu hərəkətləriilə ona dərəcələri təyin edilməyən sol çiynin, sağ sağrı, sağ bud nahiyələrinin qançırları xəsarətləri yetirib müqavimətini qıraraq cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmək istəyən zaman, gərginləşmiş cinsiyyət orqanı ilə Zərərçəkmiş şəxs cinsiyyət orqanına təzyiq göstərərkən onun qızlıq pərdəsində qansızma yaratmış, həmin vaxt evdə olan Zərərçəkmiş şəxs bacısı Şahid6 köməyə çağırdığı qonşuları Şahid1 və Şahid2 evin hamam otağına daxil olub Zərərçəkmiş şəxs yarıçılpaq vəziyyətdə kürəyi üstə yerdə uzandığını, Məhkum də yarıçılpaq vəziyyətdə onun üzərində uzandığını görüb Məhkum Zərərçəkmiş şəxs üzərindən qalxmasını, hərəkətlərini dayandırmasını tələb etsələr də, sonuncunun onların bu tələbinə əhəmiyyət verməyib öz cinayətkar əməlini davam etmək istədiyinə əmin olduqdan sonra Şahid1Məhkum kürək nahiyəsindən tutub yuxarı qaldırmaq istəmiş, lakin gücü çatmadığından Məhkum cinayət əməlinin qarşısını almaq üçün sonuncununbədəninin müxtəlif nahiyələrinə sillə və yumruq, eyni zamanda sol gözünün alt nahiyəsinə yumruq zərbəsi vuraraq Məhkum sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol göz ətrafının qançırı, döş qəfəsinin hematoması və qançırı, sağ və sol baldırın sıyrıqları xəsarətləri yetirmiş, bununla da hərəkətlərinin qarşısı a lınmaqla hadisə yerindən uzaqlaşdırıldığından Məhkum öz iradəsindən asılı olmayan səbəblərə görə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs ona qarşı zor tətbiq etməklə zorlamaqda ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib, onu zorlamağa, yənionunla zorla cinsi əlaqədə olmağa cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum edilmiş şəxsin ifadəsinə əsasən o, polislər tərəfindən döyülmüş və ifadəsi ona zorla imzalatdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 250 saylı ekspert rəyindən görünür ki, Məhkum məhkəmə tibbi ekspertiz ası zamanı onun bədəni üzərində xəsarətər aşkar edilmiş və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Həmin xəsarətlərin yumruq zərbəsi nəticəsində yaranması mümkündür. Zərərçəkmiş şəxsin ifadəsi əvvəlcədən istintaq orqanı tərəfindən formalaşdırılmağa başlamışdır. Zərərçəkmiş şəxsin ilkin ifadəsi ilə məhkəmə istintaqı zamanı verilmiş ifadəsi arasında uyunsuzluq aydın surətdə görünür. Zərərçəkmiş şəxs ifadəsində göstərir ki, məhkum edilmiş şəxs onların evinə gələndə onlarda çəkmə araq olub olmadığını soruşmuşdur. Bundan başqa zərərçəkmuş şəxs ibtidai istintaq zamanı üzləşmə zamanı məhkum edilmiş şəxsin üzünə qarşı heç bir ifadə verməmişdir. Məhkəmə istintaqı zamanı isə yalnız anasının kənardan öyrətmələri və demələr i əsasında ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqdan olan ifadəsindən fərqli ifadə verdi. Onun səs yazısı olan diski məhkəməyə təqdim etsələr də, məhkəmə həmin səs yazısını nəzərə almamasını əsaslandırmamışdır. Apellyasiya Məhkəməsində şəxsin müdafiə hüquqlarının pozulması ilə bağlı məsələ qaldırılmış, lakin həmin məsələ məhkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edəcək hər hansı bir fakt öz əksini tapmamışdır. Məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı təzyiq altında vermiş olduğu ibtidai istintaq orqanının özünün topladığı sübutlarla belə təsdiq edilməyən, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şəxsin özü tərəfindən təkzib edilən ifadəsinə istinad edilmək ilə şəxsin təq sirli bilinməsi qanunsuz və əsassız hökmün çıxarılması ilə nəticələnmişdir. Müdafiəçi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxsin təqsiri sübuta yetrilmədiyindən onun barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və y a apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində müdafiəçi tərəfindən Məhkum CM-in 29, 149.3.3-cü maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsa slanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təq sirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsAslanna bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) CM-in 149.3.3-cü maddəsində zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olm a təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Qeyd olunan maddədə nəzərdə tutulan cinayət əməlinin obyektiv səhəti zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmada ifadə olunur. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 29, 149.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini, yəni onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs ona qarşı zor tətbiq etməklə zorlamaqda ifa də olunan cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, onu zorlamağa, yənionunla zorla cinsi əlaqədə olmağa cəhd etməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla zərərçəkmiş şəxs, şahidlərin ifadələri, məhkəmələrdə elan edilib araşdırılmış istintaq hərəkətlərinin protokolları, bu əməlin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Müdafiəçinin kassasiya şikayətində məhkum tərəfindən cinayət əməlini törətməməsi ilə bağlı dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə araşdırılmış, məhkumun təqsirliliyini təsdiq edən sübutların sadalanmasına zərurət görməsə də, bəzi xüsusatların qeyd olunması qə naətindədir. Belə ki, cinayət işinin materiallarında olan 28 avqust 2020-ci il tarixli 117 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Samir Mirhəmid oğlu orta dərəcə sərxoşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin 28 avqust 2020-ci il ixli, 243 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulmadığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs qızlıq pərdəsində qansızma aşkar olunmuşdur, həmin qansızma bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, eyni zamanda həmin qansızma cinsi əlaqəyə cəhd zamanı gərginləşmiş kişi xarıcı cinsiyyət üzvünün təsirindən əmələ gələ bilər və əmələ gəlmə müd dəti xx.xx.2020- ii tarixə uyğundur. Zərərçəkmiş şəxs üzərində aşkar edilən xəsarətlər, yəni sol çiynin, sağ sağrı, sağ bud nahiyələrinin qançırları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 1-2 gündür və sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, 3/1190 Ns-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus idman şalvarının üzərində olan zədənin(izin) hər hansı bərk predmetin üzərində sürtünməsi, sürünməsi və Məhkum məxsus şalvarın üzərində olan zədənin isə fiziki qüvvənin təsirindən yaranması mümkündür. Cinayət işi üzrə müəyyən olunmuş hallara və araşdırılmış sübutlarn müqayisəli təhlilinə əsasən məhkə mə kollegiyası hesab edir ki, Məhkum 28 avqust 2020-ci il tarixdə saat 14 radələrində orta dərəcəli sərxoş vəziyyətində əvvəlcədən tanıdığı, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi ev 32-də yerləşən 7 nömrəli mənzilin pəncərəsinin qarşısına gələrək, sonuncu ilə bir qədər danışıb valideynlərinin evdə olmadığını bildikdən sonra, onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlməsi, bu niyyətlə ona pul verərək meyvə arağı almaq adı ilə sonuncudan dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən həmin mənzilin bağlı vəziyyətdə olan giriş qapısının açarını pəncərədən alaraq qapını açıb mənzilə daxil olması, Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onu mənzilin hamam otağına apararaq orada saçından tutub sifət nahiyəsinə sill ə ilə vurub müqavimətini qıraraq zorakılıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs iradəsi əleyhinə onunla zorla cinsi əlaqədə öz iradəsindən asılı olmayan səbəblərə görə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs ona qarşı zor tətbiq etməklə zorlamaqda ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib, onu zorlamağa, yənionunla zorla cinsi əlaqədə olmağa cəhd etməsi öz təsdiqini tapmışdır. Məhkum olunmuş şəxsin həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar müəyyən edilməmişdir. Belə olan halda onun hərəkətləri aşağı instansiya məhkəmələri tərəfindən haqlı olaraq zorlamaya cəhd cinayəti kimi tövsif edilmişdir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla topl anmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.3.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərin ə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 29, 149.3.3-cü maddəsində nəzərdə tutulan əməlini törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndiri lən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsAslannmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında məhkumun təqsirliliyi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkumun təqsirsiz olması barədə dəlilləri əs assızdır. Məhkum Cinayət Məcəlləsinin 29, 149.3.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı Cinayət Məcəlləsinin 29, 149.3.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu ba rədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməli dir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Cinayət Məcəlləsinin 29, 149.3.3-cü maddəsi ilə məhkum olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1754/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1754/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver