Məhkəmə qərarları › İş №1(102)-1801/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1801/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1801/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Hafiz Kamranov) 1(005)29/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Albalı qəsəbəsi, döngə 10, fərdi tikilidə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul dövlət büdcəsinə ödəniş edildiyindən CM-in 73-1.2ci madd əsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi ilə pensiyaya çıxartdıracağına yalandan vəd edib aldadaraq 24 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 21 ünvanında fəaliyyət göstərən “Mothercare” adlı uşaq geyimləri satışı mağazasının qarşısında avtomobil yolunda özünün idarə etdiyi “Hyundai Elantra” markalı **-SN-*** qeydiyyat nişanlı avtomobildə 2.000 manat, 2020-ci ilin fevral ayının ortalarında həmin ünvanda, özünün idarə etdiyi “Hyundai Elantra” markalı **-SN-*** qeydiyyat ni şanlı avtomobildə 1.500 manat nağd pulunu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 cəmi 3.500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə etibarından sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən tanışı Zərərçəkmiş şəxs2 aldığı pensiyanın məbləğini artırtdıracağına yalandan vəd edib aldadaraq 2019-cu ilin dekabr ayında ünvan 4 ünvanında yerləşən Respublika Uşaq Stomatoloji Mərkəzinin qarşısında 4.000 manat, 2020-ci ilin fevral ayında həmin ünvanda 3.500 manat, 2020-ci ilin mart ayında həmin ünvanda 1.500 manat, 2020-ci ilin aprel ayında həmin ünvanda Zərərçəkmiş şəxs2 qardaşı oğlu Şahid2 vasitəsi ilə göndərdiyi 5.000 manat nağd pulunu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçə kmiş şəxs2 xeyli miqdarda - cəmi 14.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Elbəy Allahverdiyev və Habil Məmmədov) 1(103)-50/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-29/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə yekun qərar qəbul edərkən işdəki sübutları CPMin 143-144-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya protesti verilmiş, protestdə təqsirləndirilən şəxs Məhkum əvvəllər CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə istinadən qərarı ləğv edilib cinayət qanunun norması düzgün tətbiq edərək onun barəsində CM-in 178.2.4-cü maddəsi ilə ittiham hökmünün çıxarılması barədə xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir d əfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarındakı hüquqi mövqelər nəzərə alınaraq apellyasiya protestinə müvafiq dəyişiklik verilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarının Məhkum CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar xaric edilməklə dəyişdirilməsi xahiş olunmuş, lakin apellyasiya məhkəməsi Məhkum törətdiyi cinayətin birinci epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə dair müdafiə tərəfinin razılığının olmamasına istinadən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Hazırki cinayət işində isə apellyasiya protestinə dəyişiklik verilərkən, Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzl uq cinayətinin 2020-ci ilin fevral ayının ortalarında başa çatması və ayrılıqda götürdükdə bu əməlin dələduzluğun sadə tərkib əlamətlərini (CM-in 178.1-ci maddəsi) yaratması nəzərə alınmış, birinci epizodun böyük ictimai təhlükə törətməyən cinayət sayılması və CM-in 75-ci maddəsində nəzərdə tutulmuş 2 (iki) illik cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Məhkum CMin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə müddəaların birinci instansiya məhkəməsinin qərarından çıxarılması xahiş edilmişdir. Yəni, apellyasiya protestinə verilmiş dəyişiklikdə nə Məhkum CM-in 178.2.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina edilməmiş, nə də ki, onun barəsində həmin epizod üzrə cinayət təqibinə xitam verilməsi xahiş olunmamış, yalnız bəhs edilən qanun normalarının və onların şər hi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin göstərilən hüquqi mövqeyindəki tələblər daxilində qərarın dəyişdirilməsi xahiş olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəl b etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Məhkəmə isə apellyasiya protestinə dəyişiklikdə göstərilən müddəaları ittihamdan imtina kimi səhv qiymətləndirmiş, CPM-in 84.6.9-1-ci maddəsinə əsasən dövlət ittihamçısının şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini təklif etmək hüququnun olmasını ümumiyyətlə nəzərə almamışdır. Göründüyü kimi, dövlət ittihamçısı ittihamdan imtina etmədiyi halda, apellyasiya instansiyası məhkəməsinin cinayət təqibinə bəraətverici əsaslar olmadan müdafiə tərəfinin razılığı ilə xitam verilməli olması barədə mövqeyi prosessual qanunvericiliyin tələblərini pozmuş, məhkəmə bu tələblərə dair işdəki sübutları qanuna uyğu n tədqiq edib qiymətləndirməmiş, dövlət ittihamçısının hazırki situasiyaya uyğun prosessual səlahiyyətlərini nizamlayan CPM-in 41.3-cü maddəsinin normasının tələblərini nəzərə almamış, eləcə də apellyasiya baxışında təşəbbüs dövlət ittihamçısı tərəfindən gəldiyi halda, bu normaya ümumiyyətlə istinad edilməmiş və qərarda ümumi şəkildə məhkəmədə cinayət təqibinə xitam verilməsi əsaslarına dair normalar sadalanmışdır. Digər tərəfdən məhkəmənin müdafiə tərəfinin razılığının alınmalı olması barədə qənaəti qanun norması ilə yanaşı işin faktiki halları ilə də ziddiyyət təşkil etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum hazırki cinayət işində hər iki epizod üzrə vurduğu ziyanı tam ödəmiş, həmçinin iki epizod üzrə vurmuş olduğu ziyanın 25 faizi həcmində dövl ət büdcəsinə ödəniş etmişdir. Bu faktın doğruluğu məhkəmələr tərəfindən qeyd-şərtsiz qəbul edilmişdir. Məlumdur ki, hazırki işin hallarına uyğun olaraq, CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilən şəxsin vurduğu ziyanı tam ödəməsi və həmin ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi CPM-in 43.1.2, 40.3 və CM-in 73-1.2-ci maddələrinə, həmçinin CM-in 72-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət təqibinə xitam verilməsinin qeyd-şərtsiz halıdır və təsadüfi deyil ki, qanunda bu halda müdafiə tərəfinin razılığının alınması tələb edilmir. Çünki, bu halın hüquqi mənası həm də ondan ibarətdir ki, şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf edir, həm zərər çəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəyərək onlarla barışıq əldə edir və əməlinin ictimai təhlükəli nəticələrini aradan q aldır, həm də cinayət qanunvericiliyin müddəalarına uyğun hədlərdə dövlət büdcəsinə ödəniş etməklə cinayət məsuliyyətindən azad olunmaq istəyini ifadə edir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə isə müdafiə tərəfinin razılığın alınması qanunda ona görə tələb olunur ki, bu halda şəxs özünü təqsirli bilməyə və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edə bilər. Yəni, qanundakı bu tələbin mahiyyəti belədir ki, təqsirləndirilən tərəf törətmiş olduğu cinayət əməli üzrə özünü təqsirli bilmədiyi halda cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsinə etiraz edərək işin araşdırılmasının davam etdirilməsini xahiş etməklə öz təqsirsizliyini sübut etməyə, nəticədə bəraət almağa çalışır. Bu halda müdafiə tərəfinin həmin müddəaların tətbiqinə d air etirazını haqlı hesab etmək olar və qanunvericiliyin tələblərinə əsasən araşdırmanın davam etdirilməsi labüddür. Məhz bu baxımdan, qanunvericilik bu iki hal arasındakı fərqli yanaşmanı belə nəzərdə tutmuşdur. Odur ki, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək qəbul edən, zərər çəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödəyən və qanuna uyğun hədlərdə dövlət büdcəsinə ödəniş etməklə cinayət məsuliyyətindən azad olunmaq istəyən bir şəxsin barəsində qəbul ediləcək qərara münasibətdə razılığının alınmalı olmasına dair məhkəmənin yanaşması (hansı ki, o, özü təqsirsizliyini sübut etməyə və bəraət almağa çalışmır, əksinə, təqsirini etiraf edərək əməlini qəbul edir və araşdırmanın yekunlaşdırılmasını, cinayət məsuliyyətindən və cəzadan azad olunmaq istəyini davranışları ilə aşkar ifad ə edir) həm işin faktiki halları ilə ziddiyyət təşkil etmiş, həm də qanunun mənasının apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün şərh olunmaması ilə nəticələnmiş, hər bir halda təqsirləndirilən şəxsin vəziyyətinin yüngülləsdirilməsinə yönəlmiş apelyasiya protesti əsassız olaraq müdafiə tərəfinin razılığının olmaması ilə əlaqələndirilərək təmin edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmənin belə yanaşması özü-özlüyündə artıq formalaşmış məhkəmə təcrübəsinə də zidd olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə X2 CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndiriməsinə dair cinayət işi üzrə hökmdən verilmiş apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxs X5 2500 manat məbləğində maddi ziyan vurmaqla törədilmiş dələduzluq e pizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CM-in 178.2.2-ci maddəsi hökmdən xaric edilmişdir (həmin qərarın surəti protestlə əlavə olunur). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin bu cür yanaşması işin faktiki hallarına münasibətdə cinayət qanununun səhv tətbiqinə və mənasının qeyri-düzgün şərhinə səbəb olmuşdur. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı təcrübəyə uyğun verilmiş apellyasiya protestinə dəyişikliyin məhkəmə tərəfindən təmin edilməməsi, CPM-in 84.6.9-1-ci maddəsinin müddəalarına əhəmiyyət verilməməsi kobud qanun pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun kassasiya protestinin təmin olunması barədə ç ıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamın birinci epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətin keçməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin qərarından təqsirləndirilən şəxsin CM-in 178.2.2-ci maddəsi təqsirli bilinməsi barədə müddəaların çıxarılmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi cinayət təqibinin CM-in 178.2.2-ci maddəsinə aid hissəsinə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız olaraq qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Ci nayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum qarşı ittiham irəli sürülmüşdür ki, o, Zərərçəkmiş şəxs1 məxsus 3500 manat, Zərərçəkmiş şəxs2 məxsus 14.000 manat miqdarında pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, birinci epizod üzrə cinayət əməlini 2020-ci ilin yanvar və fevral aylarında, ikinci epizod üzrə cinayət əməlini 2019-cu ilin dekabr ayında, 2020-ci ilin fevral, mart və aprel aylarında törətmişdir. İstintaq orqanı Məhkum bu əməlini Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edərək həmin maddələrlə ona ittiham elan etmiş və cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclas protokolundan görünür ki, məhkəmə baxışı zamanı sədrlik edən hakim ittihamın birinci epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini təqsirləndirilən şəxsin və onun müdafiəçisinin diqqətinə çatdırmış və bunun hüquqi nəticələrini izah etmişdir. Təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etdiklərini bildirmiş, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənildiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş olunduğuna görə məhkəmədən onun CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Dövlət ittihamçısı birinci instansiya məhkəməsində çıxış ed ərək məhkəmədən Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya protesti verilmişdir. Kassator təqsirləndirilən şəxs Məhkum əvvəllər törədilmiş cinayət əməlinə görə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini nəzərə alaraq, CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə istinadən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, ittihamın birinci epizodu üzrə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarındakı hüquqi mövqelər nəz ərə alınaraq, apellyasiya protestinə dəyişiklik verilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarının Məhkum CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar xaric edilməklə dəyişdirilməsi xahiş olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və onun cinay ət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edərkən cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərinə riayət etmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, apellyasiya protestində qoyulmuş məsələ, yəni təqsirləndirilən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə müddəaların birinci instansiya məhkəməsinin qərarından çıxarılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə d air 15 mart 2022-ci il tarixli Qərarında göstərilən hüquq mövqeyinə uyğundur. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən Plenumun qərarında əks etdirilən hüquqi mövqe ilə ziddiyyət təşkil etdiyindən əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə və Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-in 351.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Yuxarıda göstərilən qanun normalarından görünür ki, yalnız məhkəmənin hökmü ilə şəxs hər hansı bir cinayətin törədilməsində təqsirli bilinə bilər. Hazırki cinayət işi üzrə nə birinci instansiya məhkəməsi tərəfindən, nə apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum barəsində ittiham hökmü çıxarılmamış, birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində ittiham tərəfinin başlatdığı Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət t əqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin qərarı qanuni və əsaslı hesab etmişdir. Ona görə də, məhkəmənin qərarlarında Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar yoxdur, apellyasiya və kassasiya protestlərinin Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəaların məhkəmələrin qərarlarından çıxarılmasına dair tələbi həmin qərarların mahiyyətinə əsaslanmır və anlaşılan deyil. Bundan başqa, kassasiya protestində göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəaların xaric edilməsi barədə apellyasiya məhkəməsində dövlət ittihamını mü dafiə etmiş prokurorun təklifi nəzərə alınmadan Məhkum barəsində cinayət təqibinə xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə və Azərbaycan Respublikası CPM-in 84.6.9-1-ci maddəsinin tələblərinə ziddir. Məhkəmənin qərarlarında Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar olmadığı üçün dövlət ittihamçısının bu təklifi Məhkum ittihamından CM-in 178.2.2-ci maddəsinin xaric edilməsi kimi qəbul edilsə də, məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 84.6.9 və 84.6.9-1-ci maddələrinə əsasən məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək, habelə şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüquqlara malikdir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinin tələblərinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Azərbaycan Respublikası CPM-in 16.3-cü maddəsinə görə əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası C inayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Qərarın nəticəvi hissəsini əsaslanaraq, Konstitusiya Məhkəməsi qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil ey ni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir.” Göründüyü kimi Konstitusiya Məhkəməsi cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci ə məlin təkrarlıq yaratmamasına dair mövqeyini Cinayət Məcəlləsinin 16.3-cü maddəsinin tələblərinə uyğun olaraq, əvvəllər törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxsin cinayət məsuliyyətindən azad olunması ilə əlaqələndirmişdir. Belə olan halda, dövlət ittihamçısı məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ittihamından Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin xaric edilməsini təklif edərək, CPM-in 84.6.9-cü maddəsinin normasının imperativliyini nəzərə alıb Məhkum barəsində olan ittihamın birinci epizodu üzrə cinayət təqibindən müddətin keçməsi ilə əlaqədar, yəni bəraətverici əsaslar olmadan imtina etməli idi, bu isə yalnız müdafiə tərəfinin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsa sən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələrin qərarları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında əks etdirilmiş hüquq mövqeyi ilə ziddiyyət təşkil edir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Konstitusiya Məhkəməsi həmin qərarda qeyd etmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən ha llara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası CPM-in 41.2-ci maddəsində isə göstərilmişdir ki, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən, habelə ölmüş təqsirləndirilən şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə ic raat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Yuxarıda sadalanan qanun normalarından və Konstitusiya Məhkəməsi Plenumu tərəfindən verilmış şərhdən aydın görünür ki, məhkəmə baxışı zamanı müdafiə tərəfinin razılığı olmadan müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilə bilməz, dövlət ittihamçısı da bu əsasa görə müdafiə tərəfinin razılığı olmadan ittihamdan imtina etmək hüququna malik deyil və belə ola n halda cinayət təqibi davam etdirilməli və iş üzrə məhkəmənin hökmü və ya digər qərarı çıxarılmalıdır. Məhkəmə iclası protokolundan və cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxs Məhkum ərizəsindən isə görünür ki, məhkəmə iclasında sədrlik edən hakim ittihamın birinci epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini müdafiə tərəfinin diqqətinə çatdırmış, hüquqi nəticələri izah etmiş, lakin təqsirləndirilən şəxs müddətin keçməsi ilə əlaqədar həmin epizodla bağlı cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmişdir. Azərbaycan Respublikası CM-in 16.3-cü maddəsinin tələblərinə görə əvvəllər törədildiyi cinayətə görə şəxsin cinayət məsuliyyətindən azad edildiyi halda cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası CPM-in 44.2-ci maddəsinin tələ blərinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Göründüyü kimi Məhkum ittihamından Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin xaric edilməsi onun ittihamına daxil olan birinci epizod üzrə cinayət təqibinə müddətin keçməsinə görə xitam verilməsi ilə bağlı olan məsələdir. Təqsirləndirilən şəxs birinci epizod üzrə cinayət təqibinə müddətin keçməsi ilə əlaqədar xitam verilməsinə etiraz etdikdə məhkəmə baxışı davam etdirilməli və onun həmin epizod üzrə təqsiri müəyyən edildiyi halda barəsində CPM-in 44.2-ci maddəsinin tələblərinə uyğun olaraq ittiham hökmü çıxarılmalıdır. Hazırkı cinayət işi üzrə birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilsə də, həmin epizodla bağlı bu əsasa görə cinayət təqibinə xitam verilməsinə və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə qanuni əsaslar olmadığından bu barədə qərar qəbul edilməmiş və nəticə olaraq CM-in 178.2.2-ci maddəsi ittihamdan çıxarılmamışdır. Cinayət işinin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki cinayət işi üzrə hökm çıxarılanadək təqsirləndirilən şəxs Məhkum cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edərək məhkəmədən onu CM-i n 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsindən görünür ki, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının norması düzgün tətbiq edilmiş, düzgün olaraq Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələr i ilə olan cinayət təqibinə xitam verilmişdir. Kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarına istinad etməklə mübahisələndirilən qərarın artıq formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olmadığı qeyd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin qərar birinci instansiya məhkəməsinin cinayət təqibinə xitam verilməsi barədə qərarı deyil, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirini müəyyən edən və həmin maddə ilə ona cəzanı təyin edən ittiham hökmü barəsində qəbul edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi halda şəxsin (onun müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsinə və cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etdikdə) hökmlə həmin maddə ilə təqsirli bilinməsi mümkün olsa da, həmin maddə ilə ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin ittiham hökmünün cəlbetmə müddəti keçmiş maddə üzrə cinayət təqibinə xitam verilməklə və həmin maddənin hökmdən xaric edilməklə (təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli bilinməsinə dair müddəalar hökmdən çıxarılmaqla) dəyişdirilməsi əsaslı hesab edilə bilər. Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi yalnız Azərbaycan Respublikası CM-n 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsindən sonra həmin maddəni birinci instansiya məhkəməsinin hökmündən xaric etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi üçün müdafiə tərəfinin razılığı olmadığından və iş üzrə şəxsin təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmadığından kassasiya protestinin Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarına əsasən formalaşdırılmış məhkəmə təcrübəsinə istinad edilməsi barədə dəlilləri əsaslı hesab oluna bilməz. Eləcə də, Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı hazırki kassasiya protestinin predmeti olmadığından həmin qərarla müddətin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsinin əsaslarının, o cü mlədən müdafiə tərəfinin razılığının olub-olmaması yoxlanılmır və müzakirə olunmur. Hazırkı halda, birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilsə də, müdafiə tərəfinin razılığı olmadığından həmin əmələ görə (birinci epizod üzrə) cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası Məhkum vəsatəti əsasında Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni və əsaslı hesab edir. Məhk əmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarları cinayət və cinayət prosessual qanunlarının normalarına uyğun qəbul edildiyindən qanunidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinə xitam verilməsinə dair müdafiə tərəfinin razılığı olmadığından həmin əsasla birinci epizod üzrə cinayət təqibinə xitam verilməklə Məhkum ittihamından CM-in 178.2.2-ci maddəsinin xaric edilməsi barədə protest əsassızdır və təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinin bütün dəlillərinə qiymət vermiş və qəbul etdiyi qərarı əsaslandırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar