Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1816/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli hö kmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Nəbiyev Cəlil Cabbar oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum, 20 avqust 1998-ci il tarixdə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Kövüzbulaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən isə barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub b ir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində “Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar” lövhəsinin yanında gizlədilmiş bir ədəd bükümdə təmiz çəkisi 3735,0 qram çəkidə narkotik vasitə tiryəki cinayətkar qrupun müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 18 iyul 2022-ci ildə saat 19:00 radələrində cinayətlər barədə xəbərsiz olan Şahid4 idarə etdiyi «VAZ 21011» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz o laraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Biləsuvar Olimpiya İdman Kompleksi” inzibati binasının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərkən qeyd edilən narkotik vasitə bir ədəd şəffaf rəngli sellofan bağlamada olmaqla avtomobilin qabaq sağ oturacağının altından aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 29 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar isə dəyişdirilmədən salanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin bir sıra maddələrinə, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına və işin faktiki hallarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işi üzrə məhkəmələr tərəfindən qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. İttiham olunduğu cinayət əməlləri üzrə özünü tam təqsirsiz hesab etdiyini bildirən şikayət müəllifi ona məxsus olduğu iddia edilən narkotik vasitəni polis bölməsində gördüyünü, polis əməkdaşlarının qeyri-qanuni hərəkətləri nəticəsində ona təklif olunan şərtlərlə razılaşmadığı üçün əsassız olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayəti törətdiyinə görə ittiham olunmuş və qanunsuz olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Halbuki, ibtidai istintaq zamanı da qeyd olunanlarla heç bir əlaqəsinin olmadığını bildirmiş, lakin ona qarşı edilən fiziki və psixoloji təzyiqlər səbəbindən məcburən narkotik vasitələrin istifadəçisi olduğunu qeyd etmiş, buna baxmayaraq heç bir sənədə imza etməmişdir. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zaman ı vermiş olduğu bütün vəsatət və şikayətlərə heç bir münasibət bildirilməmiş, qeyd olunan haqsızlıqlarla bağlı təkcə Baş Prokurorluğa 39 şikayət ərizəsi ünvanlamış, amma bu günə kimi heç bir müsbət nəticə əldə edilməmişdir. Həmçinin Bakı İstintaq Təcridxanasında olarkən qeyd olunan qanunsuzluqlarla bağlı 7 gün aclıq aksiyası keçirtmiş, hətta polis bölməsində özünü asmağa cəhd etmişdir. Himayəsində bir azyaşlı övladının olduğunu, evin tək övladı və qazanc gətirəninin olduğunu qeyd edən Məhkum bu qanunsuzluqları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən hall arın mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya in stansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud d a onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosess ual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikas ı Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitus iyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit ed ilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə təsbit edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasınd a tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittih amın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və oby ektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirə n ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sen tyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 ma rt 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, t əqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxaraq və məhkumun həmin şikayətində irəli sürdüyü dəlilləri yoxlayaraq araşdırılmış sübutların Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qəna ətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum məhkəməyədək icraat zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparıl ması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsi nə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında gizlədilmiş bir ədəd bükümdə təmiz çəkisi 3735,0 qram çəkidə narkotik vasitə tiryəki cinayətkar qrupun müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 18 iyul 2022-ci ildə saat 19:00 radələrində cinayətlər barədə xəbərsiz olan Şahid4 idarə etdiyi «VAZ 21011» markalı 10-DZ 274 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımı ş, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Biləsuvar Olimpiya İdman Kompleksi» inzibati binasının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərkən qeyd edilən narkotik vasitə bir ədəd şəffaf rəngli sellofan bağlamada olmaqla avtomobilin qabaq sağ oturacağının altından aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, hə m birinci, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ilkin araşdırma zamanı təzyiq və təsirlərə məruz qaldığını, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin Şahid4 məxsus avtomaşına polis əməkdaşları tərəfindən qoyulduğunu, özünün isə heç bir cinayət əməli törətmədiyini bildirsə də məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ətraflı ifadələr verərək göstərmişdir ki, «İnstagram» sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin göndərəcəyi narkotik vasitə tiryəki Biləsuvar rayonundan götürüb Bakı şəhərində ona deyəcəyi hər hans ı bir yolun kənarına qoymasını, bunun müqabilində ona pul verəcəyini demiş, o, da Məhəmmədin təklifini qəbul edib 18 iyul 2022-ci ildə saat 19 radələrində taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Şahid4 məxsus avtomobillə Biləsuvar gömrük yoluna getmiş, yolda olarkən Məhəmməd gömrük yolunun kənarındakı plakatın şəklini çəkib telefonun “Watsapp” proqramı vasitəsilə ona göndərərək narkotik vasitə tiryəkin orada olduğunu bildirmişdir. Onlar “Şuşa-Bəhrəmtəpə” sözü yazılan plakatın yanına çatdıqda Şahid4a maşını saxlatdıraraq maşından düşmüş, plakatın yanına gedib oradan içərisində narkotik vasitə olan bağlamanı götürüb avtomobilə oturmuş, maşına əyləşəndə Şahid4 əlindəki sellofan torbada nə olduğunu soruşmuş, o, isə sonuncuya torbanın içərisində qablarında qızıl olduğunu demişdir. Həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra yol-patrul xidmətinin əməkdaşları tərəfindən Şahid4n idarə etdiyi avtomaşın saxlanılmış, o, da bu vaxt əlindəki bağlamanı oturacağının altında gizlətmişdir. Bundan sonra polis əməkdaşları onu və Şahid4ı polis şöbəsinə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla hər ikisinin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları yenə də videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə avtomaşına da baxış keçirmiş, baxış zamanı avtomobildə olan bir ədəd bağlama aşkar olunaraq götürülmüş, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamaya açılıb baxış keçirilərkən həmin bağlamanın içərisində tiryəkə bənzər narkotik vasitənin olması müəyyən edilmişd ir. Göstərilən narkotik vasitə tərəzidə çəkilərək qablaşdırılmış və bu istintaq hərəkətlərinin aparılması haqqında protokol tərtib edilmiş, həmin protokol və narkotik vasitənin qablaşdırıldığı zərf bu hərəkətin iştirakçıları, o cümlədən onun tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadələrini təsdiq edərək göstərmişdir ki, o, özünə məxsus “VAZ 21011” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 18 iyul 2022-ci ildə günorta saatlarında həmkəndlisi Məhkum Biləsuvar rayonunda tanış qızın olduğunu, həmin qızdan qızıl-zinyət əşyaları götürmək üçün onu Biləsuvar rayonuna aparmasını xahiş etmiş, sonuncunu dediyi yerə 30 manat məbləğində pulun müqabilin də aparıb gətirməsinə razılaşmış və onlar birlikdə yola düşmüşlər. Yolda Kənan avtomobili Biləsuvar gömrük yoluna sürdürmüş, yolun kənarında plakatın yanında olarkən sonuncu avtomobili saxlatdıraraq düşmüş, ona işlərinin alınmadığını deyərək getməsini demiş, bir az sonra Kənan ona işlərinin alınmadığını deyərək geri qayıtmasını istəmişdir. O, da avtomobili Kənanı düşürdüyü yerə sürmüş və Kənan gəlib maşına əyləşərkən sonuncunun əlində sellofan torba olmuşdur. Yolda Kənan ona torbada qızıllar olduğunu demişdir. Məhkum götürdüyü yerdən bir az aralıda yol-patrul xidməti əməkdaşları onun, yəni Şahid4 idarə etdiyi avtomaşını saxlatdırmış və polis əməkdaşları onu və Kənanı Biləsuvar rayon Polis Şöbəsinə aparmışlar. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axt arış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir.Bundan sonra polis əməkdaşları tərəfindən onun avtomaşınına yenə də videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Məhkum polis əməkdaşlarına maşında özünə məxsus narkotik vasitə olduğunu bildirmiş, avtomobilin qabaq hissəsində olan bir ədəd bağlama aşkar olunaraq götürülmüş, bağlamaya açılıb baxış keçirilən zaman bağlamanın içərisində tiryəkə bənzər narkotik vasitə olması müəyyən edilmişdir. Sorğusual zamanı Məhkum polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olduğunu, narkotik vasitəni ona tanışı - İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin göndərdiyini bildirmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ibtidai ar aşdırma zamanı verdiyi etirafedici ifadələri Şahid4 ifadləri ilə yanaşı həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3, avtomaşına baxış keçirilməsi haqqında 18 iyul 2022-ci il tarixli protokolla və həmin protokola əlavə edilmiş və CD diskə yazılmış baxış istintaq hərəkətinin aparılması halları əks etdirilmiş videogörüntülərlə də təsdiq olunur. Buna görə, məhkəmələr tam haqlı olaraq Məhkum məhkəmə iclaslarında verdiyi ifadələrə tənqidi yanaşmış, həmin ifadəni işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakteri daşıdığını hesab etmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrinə üstünlük vermişlər. Həmçinin iş materiallarından görünür ki, hökmdən verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Məhkum ibtida i istintaq zamanı ifadələrini polis əməkdaşları olan X11 və X5 ona işgəncə vermələri nəticəsində verməsini, onun narkotik vasitələrin satışı ilə məşğul olmamasını, narkotik vasitənin polis əməkdaşları tərəfindən Şahid4 məxsus avtomaşına qoyulmasını iddia etsə də apellyasiya instansiyası məhkəməsi bu iddiaları da yoxlamış və məhkəmə iclasında X11 və X5 şahid qismində dindirilmişlər. Həmin şahidlər də Məhkum verdiyi ifadələri təkzib edərək hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, onlar və ya digər polis əməkdaşları Məhkum qarşı heç bir qanunsuz hərəkətlər etməmiş, Şahid4 məxsus avtomaşına heç kim, o cümlədən onlar narkotik vasitə qoymamış və həmin avtomaşında belə vasitə əməliyyat tədbirini həyata keçirmiş digər polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiya sı hesab edir ki, məhkəmələrin bu hərəkəti qanuni olmuş, çünki digər sübutlarla (həmin sübutlar birinci instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qiymət verilmişdir) yanaşı məhkumun ibtidai araşdırma zamanı verdiyi ifadələrinin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai araşdırma orqanı tərəfindən CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi iş materialları ilə müəyyən edilmir. Sonradan, o cümlədən işə birinci instansiya məhkəməsində baxılarkən, məhkumun əvvəllər verdiyi ifadələrindən imtina etməsinə və heç bir cinayət əməli törətmədiyini bəyan etməsinə baxmayaraq, məhkəmələr tamamilə haqlı olaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla yanaşı həmçinin adı çəkilən məhkumun həmin sübutlarla uzlaşan məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə əsaslanmışlar. Bununla bağlı məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, həmin maddədə “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdikləri ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadəl ər kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Hazırki işin materiallarına görə, Məhkum məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri nəinki şahidlərin ifadələri ilə, həmçinin aşağıda göstərilən başqa sübutlarla da təsdiq olunur. Belə ki, “avtomaşına baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 idarə etdiyi «VAZ 21011» markalı **DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı avtomobilin ön sağ oturacağının alt hissəsindən bir ədəd şəffaf rəngli sellfona bükülmüş bağlama aşkar edilərək götürülmüş, həmin bağlamaya baxış keçirilərkən bağlamanın içərisində 3835 qram tiryəkə bənzər narkotik vasitənin olması müə yyən edilmiş və bununla bağlı Məhkum bildirmişdir ki, həmin narkotik vasitə ona məxsusdur, sürücü Şahid4 həmin narkotik vasitədən məlumatı yoxdur, narkotik vasitəni isə o, Məhəmməd adlı İran vətəndaşından əldə etmişdir. Məhkəmə-kimyəvi eskpertizasının 19 iyul 2022-ci il tarixli 19/802 saylı rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş, üzərində “Şahid4 idarə etdiyi avtomobildən aşkar olunmuş Məhkum məxsus narkotik vasitə...” sözləri yazılmış və imzalar olan bir ədəd bağlamadakı 01 ədəd bükülüdə təmiz çəkisi 3735,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir. (Siyahı İ). Həmçinin iş materiallarında olan 21 iyul 2022-ci il ta rixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” protokoldan da görünür ki, Məhkum ifadələrində qeyd etdiyi xüsusatları əyani olaraq da göstərib təqdim etməklə həmin ifadələrini bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol vermədiklərini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Gös tərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən CM-nin 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə əməl edilə rək onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən bütün hallar kifayət qədər nəzərə alınmış, onun barəsində isə qanuni və ədalətli yekun məhkəmə aktları qəbul edilmiş və bu aktların əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Buna görə, bütün qeyd olunanlardan çıxış edib iş üzrə toplanmış və araşdırılmış sübutlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi barədə qənaətə gəlir, birinci və apellyasiya instansiyası məhkəmələrinin də bu haqda gəldikləri qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş bəraətv erici əsaslarla xitam verilməsini, bununla da kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və məhkumun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1816/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1816/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver