Məhkəmə qərarları › İş №1(102)-1840/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1840/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1840/2025 30.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçilər – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 202 4-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 1(101)-510/2024 nömrəli (hakimlər: Məmmədov Əli İrfan oğlu (sədrliyi), Məcidov Azad Əli Ağa oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxx 2003-cü ildə Sabirabad şəhərində anadan olmuş, natamam ali təhsilli (BDU-nun 3-cü kurs tələbəsi), subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunma yan, işləməyən, xxx-da qeydiyyatda olan, həbs olunanadək xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddə ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi, cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni 29 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin m üdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(103)-211/2025 nömrəli (hakimlər: Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2024-cü tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 274-cü maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) ilə endirilməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanva r 2025-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etmiş və düşmən tərəfinə keçmişdir. Belə ki, o, 2022-ci ilin iyun ayında istifadəsində olmuş “Xiaomi Redmi Note 10S” markalı mobil telefonuna quraşdırılmış "Telegram” mobil tətbiqində olan “X bof kanalı vasitəsi ilə Ermənistan Respublikasının xüsusi xidmət orqanının özünü Andranik adı ilə təqdim edən nümayəndəsi ilə tanış olaraq məxfi əməkdaşlığa cəlb edilmiş, həmin şəxsin tapşırığı ilə 2022-ci ilin sentyabr ayında Xaçmaz şəhərində olarkən Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün Xaçmaz şəhərində yolların və müxtəlif obyektlərin fotoşəkillərini çəkərək “Telegram” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlamış Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən “X” kanalının əlaqə vasitəsi kimi istifadə etdikləri “X bot” adlı səhifəyə göndərmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında “Telegram” mobil tətbiqində fəaliyyət göstərən “X” adlı kanalının inz ibatçısı yenidən Məhkum ilə əlaqə saxlamış, sonuncu həmin şəxsin tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün 2022-ci ilin dekabr ayının 14-də “Davam” Gənclər Hərəkatının Şuşa şəhərində keçirəcəyi aksiyada iştirak etmək üçün könüllüləri Şuşa şəhərinə aparan avtobusla həmin şəhərə gedərkən yolboyu yerləşən hərbi postların, polis əməkdaşlarının xidmət apardıqları mövqelərin yeri barədə məlumatları düşmən tərəfə ötürmək məqsədilə onların video və foto çəkilişlərini etmiş, eləcə də özünün Ermənistan xüsusi xidmət orqanının nümayəndəsi ilə sülhməramlı qüvvələrin yerləşdiyi yerdə görüşmək istəməsi və aksiyada iştirak edən şəxslərə atəş açılaraq öldürülmələri ilə bağlı öz səs yazılarını mobil telefonu vasi təsilə yazaraq, həmin səs yazılarını və çəkdiyi foto və video materialları bu barədə ona verilən tapşırığa uyğun olaraq 23 dekabr 2022-ci il tarixdə Şuşa şəhərində olan zaman “Telegram” mobil tətbiqi vasitəsilə Ermənistan xüsusi xidmət orqanının nümayəndəsinə göndərmişdir. Bundan başqa, 24 dekabr 2022-ci il tarixdə Ermənistan Respublikasının xüsusi xidmət orqanının özünü Edvard adı ilə təqdim edən nümayəndəsi Məhkum Azərbaycan Respublikasının ərazisində Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının guya maneəsiz şəkildə kəşfiyyat-pozuculuq fəaliyyətini həyata keçirmək iqtidarında olmalarını nümayiş etdirmək üçün “X” adlı teleqram kanalının embleminin görünəcək şəkildə Azərbaycan Respublikası ərazisində foto və videoçəkilişlər etməsi barədə tapşırıq vermiş, həmin tapşırığın icrası q aydasında Məhkum 26 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra həmin gün saat 20:00 radələrində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının fotoşəkillərini Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinə göndərmək məqsədilə çəkərək, həmin əməlləri ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının kəşfiyyat orqanının nümayəndələrinin tapşırığı ilə məlumatlar toplayıb və həmin məlumatları sonunculara verib casusluq etməklə, habelə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etməklə və düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ittihamda sadalanan hərəkətləri nəticəsində Azərbaycan Respublikasının mənafelərinə hər hansı ziyan vurulması müəyyən edilməmişdir. Məhkum elan edilmiş ittihamda sadalanan hərəkətlərin edilməsi sübuta yetirilmiş olsa belə, bu hərəkətlər cinayət tərkibli əməllər sayıla bilməz. Məhkum çəkdiyi fotoşəkilllər özündə dövlət və ya hərbi sirri əks etdirən fotoşəkillər deyildir. Müasir texnika əsrində "Google Map" internet resursu vasitəsilə Məhkum çəkdiyi fotoşəkillərdən daha keyfiyyətlisini çəkmək olar və bunun edilməsi erməni bloqerlər üçün elə də çətin iş deyildir. Bunu Məhkum xüsusi tapşırıq verilməsi kimi göstərmək gülüncdür. Digər tərəfdən, istintaq və məhkəmələr aydınlaşdıra bilməmişlər ki, Məhku m düşmən dövlətin hansı məxfi xidmətinin əməkdaşı, harada, nə vaxt, nə müqabilində cinayət tapşırığının icrası üzrə məxfi fəaliyyətə cəlb etmişdir. Məhkum dövlət əleyhinə fəaliyyət üçün düşmən dövlət qarşısında öhdəlik götürmüşdüsə, nə üçün ermənilərlə əlaqəsini kəsərək teleqram kanalını bağlamış və DTX əməkdaşlarına bu barədə məlumat vermişdir? Bütün bunlar onu göstərir ki, Məhkum əməlləri CM-in 274-cü maddəsinin qeyd hissəsinin təsiri altına düşür və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmənin istinad etdiyi ittiham sübutları istintaq orqanı tərəfindən toplanmış və özündə ancaq ehtimalları əks etdirən sübutlarda ifadə olunmuşdur. Lakin, məhkəmələr bu sübutları ittiham sübutu kimi qiymətləndirərkən müəyyən edə bilməmişlər ki, Məhkum Ermənistan xüsusi xidmət o rqanlarının nəzarəti və tapşırığı əsasında Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərməsi nədə ifadə olunmuş, o, kim tərəfindən, nə müqabilində, hansı vaxt casusluq fəaliyyətinə cəlb edilmiş və onun hərəkətləri nəticəsində dövlətə hansı zərər yetirilmişdir. İstintaq orqanının və məhkəmələrin istinad etdiyi məlumatlar mülahizə və ehtimallar olmaqla Məhkum vətənə xəyanət etməsi barədə qəti nəticəyə gəlməyə əsas vermir. Təqsirləndirilən Məhkum edilməsinə əsas olmuş əsas sübut kimi istintaqçı və məhkəmə əməliyyat və axtarış tədbirləri zamanı əldə edilmiş məlumatlardan istifadə etmişdir. Müdafiə tərəfinin CPM-in 121.2-ci maddəsinə əsasən dəfələrlə verdiyi vəsatətlərə rəğmən həmin məlumatların sübut kimi istifadə edilməli olması hər iki məhkəmə instansiyası tərəfindən yoxlanmamışdır. Təqs irləndirilən Məhkum ifadələri ilə müəyyən edildi ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan X onun tutulması əməliyyatına rəhbərlik edən əməliyyatçılar tərəfindən təqsirli olduğu barədə fikri əks etdirmişdir. Bu isə təqsirsizlik prezumpsiyasının aşkar şəkildə pozulmasıdır. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz və mötəbərliyi şübhəli olan sübutlar təşkil etsə də, bunları ətraflı tədqiq etməmiş, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmış, təqsirləndirilən şəxsin anlaqlılığı barədə məhkəmə-psixiatriya ekspertizasının rəyi ziddiyyətli olsa da, təkrar ekspertiza keçirilməsini təmin etməmiş, məsuliyyəti yüngülləşdirən halları nəzərə almadan sərt cəza təyin etmiş, apellyasiya instansiyası isə təqsirləndirilən şəxsin təqsirsizliyini göstərən yeni sübutlar toplasa da, əsassız olaraq onlara tənqidi yanaşmış, şahidlərin ifadələrinin düzgünlüyünü yoxlamadan və düzgün hüquqi qiymətvermədən əsassız olaraq tənqidi yanaşmış və birinci instansiya məhkəməsinin səhvlərini təkrar etmişdir. Məhkum verilmiş ittiham mötəbər sübutlara əsaslanmadığına, habelə, iş üzrə toplanmış mövcud sübutlar onun təqsirsiz olmasını sübut etdiyinə və əməlində cinayət tərkibi olmadığın a görə onun haqqında bəraət hökmü çıxarılmalıdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının Məhkum əməlinin CM-in 274-cü maddəsinin “Qeyd” hissəsinin təsiri altına düşməsi səbəbindən ləğv edilməsi, əməlində cinayət tərkibi olmaması əsasına görə onu cinayət məsuliyyətindən azad etməklə və iş üzrə icraata xitam verməklə dərhal həbsdən azad edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum CM-in 274-cü maddəsi ilə təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 836-cı maddələrində təsbit olunmuş cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri barədə müddəalarının, eləcə də həmin Məcəllənin 145-cı (sübutların qiymətlənd irilməsi) və 146-cı (sübutların kifayət etməsi) maddələrin tələblərinə uyğun deyildir. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş sübutlar əsasında Məhkum CM-in 274-cü maddəsi ilə təqsirli bilinərək, onun barəsində ittiham hökmü çıxartmaq üçün yekun nəticəyə gəlməyə imkan vermədiyi halda məhkəmə ittiham hökmü çıxarmışdır. Həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılmamış, bütün şübhələr qanunvericiliyin tələblərinə zidd olaraq təqsirləndirilən şəxsin əleyhinə təfsir edilmişdir. Apellyasiya məhkəməsində qeyd olunan pozuntular aradan qaldırılmamışdır. Məhkəmə istintaqı zamanı Məhkum tərəfindən ittiham elan edilən cinayət əməlini törətməsi faktı təsdiq olunmamışdır. İstər məhkəmə istintaqı, istərsə də ibtidai istintaq dövründə “törəd ilmiş” cinayətin motivi müəyyən edilə bilməmişdir. Belə ki, Məhkum xarici millətdən olan şəxslərdən pul almamış, düşmən ölkəyə rəğbəti olmamış və öz millətinə və dövlətinə nifrəti olmamışdır. Bunun əksini sübut edəcək hər hansı sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə istintaqı dövründə tərəfimdən Respublika qəzetinin çox saylı xəbər lentləri məhkəməyə təqdim edilmişdir. Məhkum ermənilərə göndərdiyi iddia edilən fotoşəkillərin əksəriyyətinin qəzetdə dərc olunduğu aydın görünür. Həmin fotoşəkillərin hansı cür dövlətin müdafiə qabiliyyətini zəiflədən məlumatlar olması müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi şəxsin psixi problemləri vardır, tələbədir, azyaşlıdır. Hazırkı halda şəxsin cəmiyyətdən təcrid edilməsi onun gələcək həyatına, təhsilinə olduqca pis təsir göstərəcəkdir. Məhkəmənin hökmünün “dövlətin göstərdiyi mərhəmət” hissəsi ilə razılaşaraq əlavə olaraq qeyd edilməlidir ki, mərhəmət şəxsin cəmiyyətdən təcrid olunmasından başqa yolla da ifadə oluna bilər. Şərti məhkum etmədən bəhs edən CM-in 70-ci maddəsində sınaq müddətinin 6 aydan 5 ilədək müddətə təyin edilməsi müəyyən olunur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilərək, Məhkum CM-in 274-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, eko fəal kimi Laçın dəhlizində olan mitinqlərə universitetdən aparıldığını, orada ona “Teleqram” sosial şəbəkəsində yazanlarla bağlı könüllü qrupunun rəhbə rinə, DTX-nın əməkdaşlarına, valideynlərinə məlumat verdiyini, hətta DTX-ya getdiyini, başına gələnləri danışmaq istədiyini, lakin onu içəri bıraxmadıqlarını, heç vaxt dövlətə xəyanət etmədiyini bildirib verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi1 kassasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təq sirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə ed ilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5- ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrin də təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının qərarın dəyişdirilmədən saxlanılması, məhkumun və müdafiəçilərin isə kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəm əsinin qərarından görünür ki, Məhkum verilmiş dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətin nümayəndələrinə kömək etmiş və düşmən tərəfinə keçmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə raz ılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumun əməllərində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Qeyd edilənlərin əksinə iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən b ütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə məhkəməyədək istintaq dövründə və məhkəmə istintaqı zamanı verdiyi ilkin izahatı və ifadələri, şahid qismində dindirilmiş şəxslərin ifadələri, 29 dekabr 2023-cü il tarixli arayış, baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, 13 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tari xli 4/258 nömrəli ekspertiza rəyi, 18 fevral 2023-cü il tarixli arayış, 28 fevral 2023-cü il tarixli cavab məktubu, baxış keçirilməsi haqqında 1 mart 2023cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli 5/841 nömrəli ekspertiza rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin 13 mart 2023-cü il tarixli 37 nömrəli rəyi, istintaq hərəkətlərinə dair digər bir çox protokollar, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, 29 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Məhkum xx.xx.2022-ci il tarixdə, təxminən saat 20:40 radələrində DTX-nin inzibati b inasının qarşısında dayanarkən binanın fotoşəklini çəkmiş və dərhal taksiyə əyləşərək ərazidən uzaqlaşmışdır. xx.xx.2022ci il tarixdə Məhkum DTX-yə dəvət olunmuş, sorğusu keçirilmiş, onun mobil telefonu və onun noutbukunun yaddaşında olan məlumatların təhlili aparılmışdır. Bundan əlavə, məlum olmuşdur ki, “Telegram” mobil tətbiqi üzərindən Məhkum ilə Ermənistan vətəndaşı əlaqə saxlamış və həmin şəxs ondan Bakı şəhərindən videolar çəkməyi xahiş etmişdir. Məhkum həmin şəxsi “bloka” salsa da, cihazın arxiv hissəsində həmin mesajlar qalmaqdadır. Məhkum telefon məlumatlarının təhlili zamanı aşkar edilmiş, eləcə də ermənilərə məxsus “X” kanalında paylaşılmış və Məhkum məxsus səs yazılarının və foto, video materialların araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixdə Məhkum DTX-ya dəvət olunaraq növbəti dəfə sorğusu keçirilmişdir. Məhkum dekabr ayının 10, 11, 14, 20 və 2126-da Şuşa şəhərində və hazırda məlum aksiyanın keçirildiyi sülhməramlıların yerləşdiyi əraziyə gedərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllüsü qismində fəaliyyət göstərdiyini bildirmişdir. Məlumata görə Məhkum Ruslan və Vladimir Sofin adlı sülhməramlılarla tanış olmuş, sonuncu ilə yaxın münasibət saxlamışdır. 20-26 dekabr 2022-ci il tarixlərdə həmin ərazidə olarkən ermənilərin “Telegram” üzərindən bir neçə dəfə ona yazdığını və müxtəlif tapşırıqlar verdiyini bildirmişdir. Belə ki, ermənilər ilkin olaraq Məhkum Şuşa yazısı olan ərazidə X-ə məxsus hər hansı işarə ilə şəkil çəkməyi tapşırmışdır. Məhkum da, qeyd olunan tapşırığı qismən yerinə yetirmişdir. Daha s onra erməni milliyyətli şəxslər Məhkum mətn göndərərək onu rus dilində səsləndirməsini və bundan əlavə ermənilərin xeyrinə digər səs yazıları hazırlamasını xahiş etmişlər, Məhkum isə, həmin tapşırığı yerinə yetirmişdir. Məhkum mobil telefonunda “Snapcat” proqramında gizlədilmiş Azərbaycan Respublikasında müxtəlif dövlət qurumları, işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi postlar, avtomobillər, metrostansiyalar, mancanaq dəzgahı, ermənilərlə danışıqlarının ekran görüntüsü, kontaktda olduğu sülhməramlılar, erməni hərbçiləri və sair fotoşəkillər aşkar edilmiş və şəkillərlə bağlı verilən suallara Məhkum məntiqsiz izahlar vermişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görün ür ki, həmin gün “Telegram” mobil tətbiqinin “X” adlı kanalına baxış keçirilmiş və həmin kanalın Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti və tapşırığı əsasında Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərməsi, həmçinin təqsirləndirilən şəxs Məhkum göndərdiyi məlumatları paylaşması, Məhkum Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldıqdan sonra verilən tapşırıqları icra etmədiyi üçün Məhkum Şuşa şəhərində çəkdirdiyi fotoşəklin paylaşması müəyyən edilmişdir. O cümlədən, baxış keçirilməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Məhkum məxsus mobil telefona baxış keçirilmiş və həmin vaxt mobil telefonun yaddaşında xx.xx.2022-ci il tarixdə, saat 20:40 radələrində şəklini çəkdiyi Azərbaycan Respublikasının Dövlə t Təhlükəsizliyi Xidmətinin inzibati binasının fotoşəkilləri, bundan başqa, bir sıra dövlət orqanları, metrostansiyalar, metrostansiya platformaları, tunellərin fotoşəkilləri müəyyən edilmişdir. Bundan başqa, Məhkum Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti və tapşırıqları əsasında fəaliyyət göstərən “Telegram” mobil tətbiqindəki “X” və “X” adlı kanalın idarəçiləri ilə danışıqları, həmin şəxslərdən tapşırıqlar alması və həmin tapşırıqları icra edəcəyinə dair ismarıcları müəyyən edilmişdir. Məhkum ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin CM-in 274-cü maddəsi ilə təqsirliliyin sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Kassasiya şika yətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsi ni, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Müdafiəçilər kassasiya şikayətlərində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblər inə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 274-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Bununla belə cəza məsələsi müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı cəza təyininə aid hissədə dəyişdirilməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzaların ın təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarak terini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi cəzanın təyin edilməsində xüsusi halların nəzərə alınmasını və cəzanın qanunda nəzərdə tutulmuş minimum həddən daha yüngül təyin edilməsini mümkün edən istisna hal kimi tətbiq olunu r. Bu maddənin tətbiqi yalnız məhkəmənin qərarı ilə, işin hallarının və təqsirləndirilən şəxsin şəxsiyyətinin cəzanı yüngülləşdirən xüsusilə mühüm hallar kimi qiymətləndirildiyi zaman mümkündür. Belə hallarda, məhkəmə əsaslandırılmış qərarla cəzanı qanunda nəzərdə tutulmuş minimum həddən da az təyin edə bilər və ya daha yüngül cəza növü seçə bilər. Bu, məhkəməyə fərdi yanaşma və ədalət prinsiplərini təmin etmək imkanı verir və yalnız qanunda nəzərdə tutulan əsaslar olduqda tətbiq edilir. Cinayət Məcəlləsinin 62-ci maddəsi cəzanın təyin edilməsində xüsusi yüngülləşdirici hallar olduqda, məhkəmənin cəzanı qanunda nəzərdə tutulmuş minimum həddən daha yüngül təyin etməsinə imkan verir. Bu maddənin tətbiqi yalnız istisna hallarda, yəni iş üzrə aşkar edilmiş hallar cəzanın məqsədinə tam nail o lunmasına imkan verdikdə və cəzanın yüngülləşdirilməsi zəruri hesab edildikdə mümkündür. Məhkəmə belə hallarda əsaslandırılmış qərar qəbul etməlidir və bu qərarda xüsusi yüngülləşdirici halların nədən ibarət olduğunu göstərməlidir. Bu, cəza siyasətində fərdiləşdirmə və ədalət prinsipinin təmin olunmasına xidmət edir. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yaln ız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Aşağı instansiya məhkəmə kollegiyaları təqsirləndirilən şəxs Məhkum qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsini və daimi əsaslarla müalicə almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qiymətləndirmişlər. Belə ki, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin 46 nömrəli rəyindən (cild 3, iş vərəqə 233-239) görünür ki, yoxlanılan şəxs Məhkum hal-hazırda “Qarışıq tipli şəxsiyyət pozuntusu” (psixi vədavranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F61.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə natamam ailədə böyüməsi, məktəb dövründə psixoloji travma yaşaması, qıcolma tutmalarının o lması, təxminən 15-16 yaşından psixi vəziyyətində dəyişiklik yarandığını, tez-tez qeyri-iradi olaraq güldüyünü, həmişə diqqət mərkəzində olmaq istədiyini, həyəcan doğuran fəaliyyətlə məşğul olmağa maraq göstərdiyini, özündən asılı olmayaraq məqsədsiz şəkildə yalan danışmağa meyl etdiyini bildirməsi, psixoloji yardım almağa çalışması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində əsəbiləşdiyini və özünə xəsarət yetirmək istədiyini bildirməsi, qollarını dişləməyə cəhd etməsi, əhvaliruhiyyəsinin dəyişkən olması, öz-özünə danışıb gülməsi, tibb personalından narahat olduğuna görə özünü çarpayıya fiksasiya etmələrini xahış etməsi, qidalanmasının aşağı, yuxusunun fasilələrlə olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə ge dişində simasında gülüş ifadəsinin müşahidə olunması, emosional reaksiyalarında ümumən dəyişkənliyin qeydə alınması, sorğu-sual qedişatında əvvəlcə yüksək səslə gülməsi, söhbət dərinləşdikcə və hadisə barədə söhbətə keçdikdə təbəssümü solğunlaşması, hərəkət, iradə sferasında bir qədər aktivliyin müşahidə edilməsi, lakin bu aktivliyin idarə olunacaq səviyyədə olması, davranışında nümayişkaranəliyin yer alması, özündən uydurmağa, nümayişkaranə tərzdə özünə xəsarət yetirməyə meylli olması, bəzi psixoloji problemlərinin olduğunu vurğulaması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin tam olmaması və s.) sübut edir. Yoxlanılan şəxs Məhkum hazırda qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkir. Şəxsiyyət pozuntusu şəxsin uşaqlıq dövründən bəri yaşadığı psi xoloji travmalar nəticəsində zamanla formalaşan bir patologiyadır. Həmin psixi patologiya ifadə olunma dərəcəsinə görə Məhkum öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də X anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Cinayət törədərkən və ya törətdikdən sonra təqsirləndirilən şəxsin psixi pozuntusu, lakin anlaqlılığını tam istisna etməyən hallar məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu, tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas ola bilər. Belə hallarda məhkəmə təqsirləndirilən şəxsin psixi vəziyyətini və daimi müalicə almasını cəzanın yüngülləşdirilməs i və ya xüsusi tədbirlərin seçilməsi üçün müstəsna hal kimi qiymətləndirə bilər. Bu, Cinayət Məcəlləsinin 22-ci maddəsində və prosessual qaydalarla təsbit olunub, məhkəmə qərarı zamanı şəxsin psixi vəziyyəti ekspert rəyi ilə müəyyən edilir və hüquqi nəticələrə səbəb olur. Praktikada, məhkəmə belə halları nəzərə alaraq cəzanı yüngülləşdirə və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edə bilər. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum barəsində cəza təyini zamanı CM-in 62-ci maddəsi tətbiq etmiş, apellyasiya instansiya məhkəmə kollegiyası isə həmin maddə tətbiq edilməklə təyin edilmiş cəzanı yüngülləşdirmişdir. Lakin, apellyasiya instansiya məhkəməsinin Məhkum şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, ilk məhkumluğu nu, 22 yaşının olmasını, əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, cəzasının yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin qismən, yəni sadəcə olaraq 1 il müddətinə yüngülləşdirilərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməsindən görünür ki, əslində apellyasiya instansiya məhkəməsi Məhkum səhhətinin real vəziyyətini lazımınca nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qeyd olunan xəstəliyə tutulması məhkəmə aktlarında cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş digər hallarla, yəni cavan və tələbə olması, yaşadığı və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmayaraq ilk dəfə cinayət məsuliyyətinə cə lb edilməsi xüsusatları ilə birlikdə götürüldükdə, ona CM-in 62-ci maddəsinə əsasən CM-in 274-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən daha az müddətə cəzanın təyin edilməsinə əsas verən (təqsirkarın ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan) müstəsna hallar kimi qiymətləndirilə bilər. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətini 3 (üç) ilə endirməklə də CM-in 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin realizə olunmasını təmin etmək, təqsirkarın islah olunmasına nail olmaq və CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə tə yin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilə endirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar