Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-19/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Beyləqan rayonunun Bünyadlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum edilməmiş, ali təhsilli, ünvan qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 179.3.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, “Adil İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkili İsmayılov Adil Əlviz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), N.F.Quliyev və A.Ə.Musayev) Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CMnin 62-ci maddəsi tətbiq edilərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın çəkilməsinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X34 və X17 da məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən dövl ət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumlar Məhkum və X10 müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), İ.H.Əhmədov və F.K.Soltanov) apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayətləri qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, CM-nin 62-ci maddəsi tətbiq edilərək təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5000 (beş min) manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, onun xx xxxxxxxx 2019-cu ıl tarixdən xx xxxxxx 2020-ci il tarixədək 3 ay 24 gün həbsdə olma müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla, üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2014-cü il tarixdən baş mühasibi vəzifəsində işləyərkən xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixədək olan dövrdə cəmiyyətin problemli borclar üzrə mütəxəssisi X17 və barəsində cinayət təqibinə xitam verilmiş böyük kredit mütəxəssisi X57 ilə birlikdə cəmiyyətin idarə Heyətinin sədri X34 tərəfindən öz qulluq mövqeyindən istifadə edilib vahid qəsdlə sonuncuya etibar edilmiş özgə əmlakının mənimsənilməklə talanmasında köməkçi qismində iştirak edərək, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli müqaviləyə əsasən, sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi, güzəştli kreditlərin verilməsi üçün cəmiyyətin “xxxx” ASCnin Beyləqan filialında və “xxxx” ASC-də olan hesabları na köçürülmüş pul vəsaiti XX tərəfindən şəxsən alındıqdan sonra XX, X3 və X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aralarında olan ümumi cinayətkar niyyətə uyğun olaraq rəsmi sənədlərə, yəni güzəştli şərtlərlə kredit almaq üçün müraciət etmiş şəxslərin adlarına olan kredit müqavilələrinin, ödəniş planı cədvəllərinin, kassa məxaric orderlərinin, borcalanlara ünvanlanmış bildirişlərin, sığorta, bank xərci tutulması, pay haqqı ödənilməsinə dair mədaxil orderlərinin məzmununa rəhbəri olan XX qarşısında özünü peşəkar və lazımlı işçi kimi göstərməkdən ibarət şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil edib, həmin şəxslərin bir qisminin əvəzindən özləri yazı mətnlərini icra edib imzalamaqla digərlərinin isə istintaqla müəyyən edilməyən şəraitdə yazılıb imzalanmasına nail olmaqla p ul vəsaitinin məxaricinə əsas verən saxta sənədləri tərtib edib baş mühasib kimi imzalamaqla məlumatları və məsləhətləri ilə yardım edərək X4 ilə birlikdə etdiyi köməkçiliklə X35 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat şəxsən özünün etdiyi köməkçiliklə X11 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X5 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X3la birlikdə etdiyi köməkçiliklə X12 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X18 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X13 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X1 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X23 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X36 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X37 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X19 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat, X8 adına xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə 5.000 manat olmaqla, guya ümumilikdə 12 nəfərin adlarına 60.000 manat məbləğində Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditin ayrılmasını saxta sənədlər tərtib edib, baş mühasib kimi imzalamaqla rəsmiləşdirilərək XXa etibar edilmiş 60.000 (altmış min) manat məbləğində pulun sonuncu tərəfindən öz qulluq mövqeyindən istifadə edilib külli miqdarda ziyan vurulmaqla mənimsənilib talanmasında köməkçi qismində iştirak etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsm i sənədlərə şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassızdır. Belə ki, hər iki məhkəmə instansiyası hazırkı iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum cəza təyin edərkən cinayət qanunun normalarının, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarındakı şərhlərə, Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrə əməl edilməmiş, t örədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, yüngül cəza təyin etməklə onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmışdır. Dövlət ittihamçısının fikrincə, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinin nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il ta rixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında kobud prosessual pozuntulara yol verilmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Ona görə də məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Müdafiəçinin fikrincə, həmin cinayət işi üzrə özgənin əmlakını mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatı “xxxx” MMC-nin sədri X10 əməli ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyindən o nun müdafiəsi altında olan Məhkum da əsassız olaraq X5un köməkçisi kimi ittiham elan edilmişdir. Əslində isə, X5un ayrılmış kredit məbləğlərini mənimsəmək qəsdi iş materialları ilə təsdiq olunmadığından onun əməli CMnin 179.3.2-ci maddəsi ilə deyil, qulluq mövqeyindən sui-istifadə kimi qiymətləndirilməli idi. Müdafiəçi həmçinin qeyd edir ki, Məhkum ittihamında adları keçən 12 nəfər şəxsdən heç biri onun əleyhinə ifadə verməmiş, həmin şəxslərdən ikisi kredit sənədlərinə özləri imza etmişlər. Həmin şəxslərdən heç biri Məhkum tanışları olmamışdır. Yalnız bir nəfərin sənədi Məhkum tərəfindən tərtib olunmuş, lakin başqa şəxs tərəfindən imza edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi E.Kazımovun, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi mübahisə olunur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə işin faktiki halları mübahisələndirilmir, yalnız təyin edilən cəzanın yüngül olması qeyd edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmamas ı və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən m ühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquq və X56 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin ed ilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri- obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətlən dirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2 və 313-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiya məhkəmələri məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təq siri digər məhkum edilmiş şəxs X6 məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsi və təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqında tədqiq olunmuş ifadələri ilə yanaşı, məhkəmə istintaqında şahid qismində dindirilmiş X38, X24, X58, X25, X7, X47, X73, X39, X59, X26, X40, X57, X27, X9, X48, X84, X49, X85, X60, X98, X50, X20, X51, X86, X3, X61, X41, X74, X62, X99, X63, X28, X42, X52, X87, X64, X65, X29, X53, X54, X66, X67, X30, X43, X55, X21 və X31, məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş ibtidai istintaq zamanı dindirilmiş şahidlər X44 və X14 verdikləri ifadələri, məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 32196 saylı və məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2666 saylı rəyləri, xx xxxxxx 201 9-cu il tarixli mütəxəssis rəyi, maddi sübutlar, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 179-cu maddəsi – “Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 179.3.2-ci maddəsində “mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama külli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 313-cü maddəsində “vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya inf ormasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan, şahidlərin ifadələri, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası, məhkəmə-mühasibatlıq ekspertizası, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61 və 62-ci mad dələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alm alıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikd ə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsasl anan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri m üəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu nun xx xxxxxx 2020-ci il tarixli, SİF-09/01-8/3 saylı ərizəsi və zərərçəkmış hüquqi şəxsin nümayəndəsinin izahatı ilə Məhkum təqsirli bilindiyi cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödədiyi təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirli bilindiyi cinayət əməli nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsin şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Bu səbəbdən də Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəanın məhkəmə qərarlarından xaric edilməsini məqsədə müvafiq hesab etmək olmaz. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassaiya protesti təmin edilməsin Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-19/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-19/2021
24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver