Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1906/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Məhkum1 müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-105/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmündən Məhkum2 mü dafiəçisi Müdafiəçi1 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 14 iyun 1972-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmayan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. Məhkum1 xx xxxxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2021 nömrəli, 0 8 oktyabr 2021-ci il tarixli hökmü ilə: Məhkum2 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2018-ci il tarixdən hesablanması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 126.3 və 127.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilərək həmin maddə üzrə ona cəza təyin edilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 sentyabr 2018-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X8, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri, Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-79/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2021 nö mrəli, 08 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-79/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi3, Məhkum2 müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və nümayəndəsi Müdafiəçi6 tərəfindən kassasiya şikayətləri, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X5 tərəfindən kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı X6 tərəfindən kassasiya protesti verilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1882/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməs i, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və nümayəndəsi Müdafiəçi6 kassasiya şikayəti, eləcə də digər nümayəndəsi X2 hamin kassasiya şikayətinə əlavəsi təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-79/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarının təmin edilmiş kassasiya müraciətlərinə münasibətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-105/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli hökmü qismən - Məhkum2 Azərbaycan Respublikası CM-nin 126.3-cü və M əhkum1 Azərbaycan Respublikası CM-nin 126.3 və 127.1-ci maddələri ilə təqsirli bilinməklə məhkum olunmaları hissəsində ləğv edilmiş, Məhkum2 və Məhkum1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 120.2.2 və 29,120.2.2-ci maddələri xaric olunmuş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.2.1 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 Azərbaycan Respublikası CM-nin 120.2.1 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
9. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkumlar Məhkum2 və Məhkum1 cəza çəkdikləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən ayrı-ayrılıqda ərizələr ilə müraciət edib, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişdilər. II. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayə tProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
11. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini geri götürmələri barədə təqdim etdikləri ərizələr ilə bağlı proses iştirakçılarının çıxışında bildirdiyi mövqe yini nəzərə alıb və həmin ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizələr təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-105/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmündən Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum2 və Məhkum1 ərizələri təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-105/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmün dən Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.