Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1907/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkumlar Məhkum1 və Məhkum4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 202 3-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər S.Müdafiəçi8 (sədrlik edən), A.Ə.Məcidov və Z.Q.Ağayev) 21 iyun 2022-ci il tarixli 1(101)-256/2022 nömrəli hökmü ilə xx xxxx 1976-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, xxx qeydiyyatda olmaqla xxx, nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 228.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etm ə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 9 fevral 2021-ci il tarixdən hesablanmış, xx xxxxx 1971-ci ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, xxxx qeydiyyatda olmaqla xxxx yaşamış Məhkum5 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 5 fevral 2021-ci il tarixdən hesablanmış, xx xxxxxx 1991-ci ildə Şəki rayonu, Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, fərdi əməklə məşğul olmuş, əvvə llər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla xxxx yaşayış massivi, nömrəsiz evdə yaşamış Məhkum4 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş c əzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 9 fevral 2021-ci il tarixdən hesablanmış, 8 fevral 1987-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, evli, fərdi taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, xxxx qeydiyyatda olmaqla xxxx yaşamış Məhkum6 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum6 təyin olunmuş 3.000 (üç min) manat cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəs sisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 9 fevral 2021-ci il tarixdən hesablanmış, xx xxxxxx 1989-cu ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, xxxx rayonu, xxxx kəndində qeydiyyatda olmaqla xxxx rayonu, xxxx qəsəbəsi, xxx yaşayış massivi, fərdi yaşayış evində yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 18 2.2.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 9 fevral 2021-ci il tarixdən hesablanmış, xx xxxxxx 1996-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 5 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq t alama, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq odlu silahın komplekt hissələrini, partlayıcı qurğuları əldə etmə, saxlama, gəzdirmə və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Məhkum5 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində ist ifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq odlu silahın komplekt hissələrini, partlayıcı qur ğuları əldə etmə, saxlama, gəzdirmə cinayətlərini törətmişdir. Məhkum4 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə x eyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Məhkum6 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq odlu silahın komplekt hissələrini, partlayıcı qurğuları əldə etmə, saxlama, gəzdirmə cinayətlərini törətmişdir. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qi smində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məq sədi ilə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Məhkumlar Məhkum1, Məhkum5, Məhkum4, Məhkum6, Məhkum2 və Məhkum3 tərəfindən cinayətlərin törədilməsinin halları ətraflı olaraq hökmdə təsvir edilmiş və məhkəmə kollegiyası həmin halları təkrarən qeyd etməyi zəruri hesab etmir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyev) 02 mart 2023-cü il tarixli 1(103)-63/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022ci il tarixli 1(101)-256/2022 nömrəli hökmü ilə Məhkum1 aid hissədə dəyişdirilmiş, Məhkum1 CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-ci maddəsinə tövsif edilmiş, ona CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 1(101)-256/2022 nömrəli hökmü ilə CMin 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, onun üzərində qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslər Məhkum3, Məhkum2, Məhkum6, Məhkum4 və Məhkum5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı4 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayəti verərək haqqında olan məhkəmə qərarlarını yenidən araşdırılmasını və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1, Məhkum5 və Məhkum6 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsini CM-in 228.1-ci maddəsinə tövsif etməklə bağlı birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi əsaslı hesab etməsi düzgün olmamışdır. Kassator qeyd edir ki, məhkəmə istintaqında tədqiq edilərək araşdırılmış sənədlərlə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum5 və Məhkum6 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silahın komplekt hissələrini, partlayıcı qurğuları əldə etməsi, saxlaması və gəzdirməsi təsdiq olunur. Adam oğurluğu və hədə qorxu ilə tələb etmə cinayətləri üzrə Məhkum6, Məhkum2, Məhkum3, Məhkum1, Məhkum4 və Məhkum5 qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirakları, Məhkum6, Məhkum2, Məhkum1, Məhkum4 və Məhkum5 oğurluq cinayət üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirakları, həmçinin Zamin Hüseyinov, Məhkum1 və Məhkum5 qanunsuz olaraq odlu silahın komplekt hissələrini, partlayıcı qurğuları əldə etmə, saxlama, gəzdirmə cinayətləri üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirakları əməlin ictimai təhlükəliliyinə dəlalət edən hallardandır. Bundan başqa kassator qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddədən həmin Məcəllənin 234.1-ci maddəyə tövsif edilməsi də əsaslı olmamışdır. Belə ki, cinayət işinin materialları ilə Məhkum1 iki bükümdə təmiz çəkisi 302,711 qram olan qurudulmuş marixuananı əldə edərək yaşadığı evdə saxlaması öz təsdiqini tapsa da, məhkəmə həmin narkotik vasitəsinin Məhkum1 tərəfindən satış məqsədilə əldə edilməsi qənaətində olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə etməsinə əsaslanaraq 302,711 qram narkotik vasitənin şəxsi istifadə üçün saxlaması qənaətinə gəlmişdir. Göründüyü kimi, Məhkum1 əldə edərək evində saxladığı qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından təxminən 60 dəfə artıq olmuşdur. Cinayət işinin materiallarından da görünür ki, şəxsi istehlak miqdarından təxminən 60 dəfə çox narkotik vasitəni Məhkum1 evində şəxsi istifadə üçün saxlaması inandırıcı deyildir. Belə ki, cinayət işi üzrə Şahid4 həmin narkotik vasitələrin ona məxsus olması və saxlaması üçün Məhkum1 verməsi barədə qeyd etdikləri qeyri-səmimi olmaqla cinayət işi üzrə obyektiv həqiqəti əks etdirmir. 5 ay ərzində narkotik vasitə olan qurudulmuş marixuananı və iki ədəd elektron tərəzini özündə saxlayan, tutularkən də üzərindən 1 büküm narkotik vasitə aşkar olunan Məhkum1 əməllərinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməkdə məhkəmə haqlı olmamışdır. Bunlardan başqa, məhkəmə tərəfindən Məhkum6, Məhkum2 və Məhkum3 barəsində onların şəxsiyyətinə, törətdikləri cinayətlərin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan yüngül cəza təyin edildiyindən onlara təqsirli bilindiyi m addələr və cinayətlərin məcmusu üzrə cinayət qanununun norması düzgün tətbiq edilməklə daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 182.2.1, 182.2.2, 182.2.4, 228.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən Məhkum6, Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllini törətməkdə təqsirli bilinən Məhkum2 və Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən Məhkum3 əsassız olaraq yüng ül cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, öz hökmündə Məhkum6, Məhkum2 və Məhkum3 münasibətdə cəza təyini zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum1, Məhkum5 və Məhkum4 iştirakçılığı ilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə və qabaqcadan əlbir o lan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silahın komplekt hissələrini, partlayıcı qurğuları əldə etmə, saxlama, gəzdirmə cinayətlərini törətmələrini nəzərə almamışlar. Göründüyü kimi, məhkəmələr öz ictimai təhlükəliliyi və öz ictimai təhlükəli xarakteri ilə seçilən və təqsirin bir başa qəsd növü ilə törədilən cinayətlər törətmiş Məhkum6, Məhkum2 və Məhkum3 münasibətdə yüngülləşdirici halları nəzərə alıb cinayətlərin məcmusu üzrə onlara cəza təyin edərkən Məhkum6 və Məhkum3 təqsirli bilindikləri hər bir maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edib həmin cəzaları CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə toplayarkən onlara minimum, yəni 9 il azadlıqdan məhrum etmə cəzası, Məhkum2 isə 11 il azadlıqdan məhrum etmə cəzası təyin edərək məhkəmə tərəfindən təqsi rləndirilən şəxslərin şəxsiyyətinə və törətdikləri əməllərin ictimai təhlükəliliyinə uyğun olmayan açıq-aşkar ədalətsiz cəza təyin etmişdir. Təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərkən törədilmiş cinayətlərin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, təqsirləndirilənlərin şəxsiyyətlərini nəzərə almamış, beləliklə Məhkum6, Məhkum2 və Məhkum3 təyin edilmiş cəzalar cinayətin ağırlığına və onların şəxsiyyətinə uyğun olmamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilən hökm və qərar qanunsuz və ədalətsizdir. Məhkum2 onun ilk məhkumluğunu, ailəli olmasını, səmimi peşmançılığı nəzərə alıb ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş in materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Dövlət ittihamçısı4 kassasiya protestinin ilkin dəlili ondan ibarətdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədiyindən, E.Ç.Bayramovun, Məhkum5 və Məhkum6 əməllərini Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci maddəsinə qanunsuz olaraq tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi də təqsirləndirilən şəxs E.Ç.Bay ramovun təqsirli bilindiyi CM-in 234.2-ci maddəsini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərb aycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları araşdıraraq nəticəyə gəlmişdir ki, məhkumlar Məhkum1, Məhkum5 və Məhkum6 qanunsuz olaraq odlu silahın komplekt hissələrini, döyüş sursatlarını və partlayı cı qurğuları əldə etməsi və saxlaması əsassız olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş kimi tövsif edilmişdir. Məhkəmə kollegiyası sübutlara və işin hallarına nəzər salıb məhkəmənin bu mövqeyi əsaslı hesab edir. Belə ki, əməlin CM-in 228.2.1-ci maddəsi ilə tövsif edilməsi üçün CM-in 228.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yəni iki və ya daha çox şəxslərin qabaqcadan razılığa gəlməklə törədilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 139.0.3-cü maddəsinin tələblərinə görə məhkumlar Məhkum1, Məhkum5 və Məhkum6 əməllərinin Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə tövsif edilməsi üçün onların hazırki cinayət işi üzrə Məhkum1 yaşadığı evdə və Məhkum6 idarə etdiyi avtomaşında aşkar edilmiş avtomat darağını və döyüş sursatlarını qabaqcadan əlbir olaraq əldə etməsi və saxlaması sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Məhkum1 onun tanışıdır, Məhkum1 vasitəsi ilə o, Məhkum5, Məhkum3, Məhkum6 və Məhkum4 tanımışdır. O, Vətən Müharibəsində iştirak etmiş və erməni postunda bir ədəd döyüş qumbarasını, 5,45 mm kalibrli 30-a yaxın patron və avtomat darağını tapıb özündə saxlamışdır. Məzuniyyətə gələndə o, Elçinin yaşadığı evə gəlmiş və Elçinə demişdir ki, müharibədən onun üçün avtomat güllələri, daraq və əl qumbarası gətirmişdir. Həmin vaxt Vidadi ilə Zamin də orada olmuş və Elçinlə onun danışıqlarını eşitmişlər. Bundan sonra o, həmin şəxslərdən ayrılmışdır. Məhkumlar Məhkum1, Məhkum6 və Məhkum5 öz ifadələrində Şahid4 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək Şahid4 tərəfindən avtomat darağı, patronlar, əl qumbarasının və ona aid alışdırıcıların Məhkum1 verilməsini göstərmişlər. Məhkum1 ifadəsində Şahid4 gətirdiyi daraq və döyüş sursatlarının öz evində saxlamasını, tutulduğu gün əl qumbarasının və alışdırıcıların onun tərəfindən Məhkum6 avtomaşına qoyulmasını göstərmişdir. İşdə olan axtarış və götürmə haqqında protokollardan görünür ki, məhkum E.Q.Babayevin yaşadığı evində avtomat darağı və patronlar, “Ravon Nexia” markalı avtomaşında isə əl qumbarası və ona aid iki ədəd alışdırıcı aşkar edilmişdir. İşdə olan ekspert rəyindən görünür ki, E.Q.Babayevin yaşadığı evində və “Ravon Nexia” markalı avtomaşında aşkar edilmiş patronlar, əl qumbarası və ona aid iki ədəd alışdırıcı – döyüş sursatlardır, istifadə üçün yararlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən sübutlarla məhkumlar Məhkum1, Məhkum6 və Məhkum5 tərəfindən qanunsuz olaraq döyüş sursatlarının əldə edilməsi və saxlanması əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi müəyyən edilmir. İstintaq orqanı məhkumlar Məhkum1, Məhkum6 və Məhkum5 qanunsuz olaraq döyüş sursatlarının əldə edilməsində və saxlanmasında təqsirini təsdiq etmək üçün digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları qiymətləndirib düzgün olaraq məhkumlar Məhkum1, Məhkum6 və Məhkum5 əməllərini Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə tövsif etmişdir. Bundan başqa ibtidai istintaq orqanı tərəfi ndən təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, birinci instansiya məhkəməsində onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixl i 2 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırl anması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin evindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir, onun iki bükümdə - təmiz çəkisi 302,711 qram olan qurudulmuş marixuananı əldə etməsi, yaşadığı evdə saxlaması öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Digər tərəfdən, apellyasiya baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində 2020-ci ilin noyabr ayının əvvəllərində Talışkənd istiqamətində döyüşdə olan zaman erməni postun a keçmiş, həmin vaxt oradan erməni postlarında marixuana olduğunu, həmin marixuananın bir hissəsini özündə saxladığını, məzuniyyətə gələrkən həmin marixuananı özü ilə götürdüyünü, Elçinin yaşadığı Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinə getdiyini və həmin marixuananın orada qaldığını göstərmişdir. Cinayət işinin materiallarında Məhkum1 narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı da olmamışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən mə hkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumların əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin və apellyasiya protestinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkumların əməlləri düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Buna əsasən də kassasiya kollegiyası protestinin bu barədə dəlillərini əsassız sayır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtər əfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs X3 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Həmçinin məhkəmələr hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbə rliyi üzrə qiymət verilmişdir. Dövlət ittihamçısı4 kassasiya protestinin digər dəlili məhkumlar Məhkum6, Məhkum2 və Məhkum3 təyin edilmiş cəzanın yüngül olması, Məhkum2 kassasiya şikayətinin əsas dəlili isə əksinə olaraq ona təyin olunmuş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslə r tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum6 cəza təyin edərkən Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, təqsirləndirilən şəxs Məhkum2 cəza təyin edərkən Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, təqsirləndirilə n şəxs Məhkum3 cəza təyin edərkən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxslər Məhkum6, Məhkum2 və Məhkum3 əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, təqsirləndirilən şəxs Məhkum6 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirləndirilən şəxs Məhkum2 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirləndirilən şəxs Rəşad Hüseynova Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 144.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2-ci maddənin sanksıyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.2-ci maddənin sanksiyasında 8 ildən 12 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2-ci maddənin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddənin sanksiyasında 2 ilədək müddətə islah işləri və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kolle giyasının qənaətinə görə məhkumlar Məhkum6, Məhkum2 və Məhkum3 təyin edilmiş cəza məhkumların törətdikləri cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onların şəxsiyyətlərinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin cəzanın yüngül olması və ya əksinə sərt olması barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum6, Məhkum2 və Məhkum3 təyin edilmiş cəza ədalətli və qanunidir, onların şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da ağırlaşdırılması və ya yüngülləşdirilməsi üçün işdə heç bir qanu ni əsas yoxdur. Bundan başqa məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya protesti üzrə dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar Məhkum1, Məhkum5, Məhkum4, Məhkum6, Məhkum2 və Məhkum3 barəsində 02 mart 2023-cü il tarixli 1(103)-63/2023 nömrəli qərarının ləğv edilməsini göstərsə də kassasiya protestinə Məhkum4 barəsində hər hansı bir dəlil göstərməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum1, Məhkum5, Məhkum4, Məhkum6, Məhkum2 və Məhkum3 barələrində qərarının ləğv olunması və ya xud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protestin və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli 1(103)-63/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023- cü il tarixli 1(103)-63/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1907/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1907/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver