Məhkəmə qərarları › İş №1(102)-1931/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1931/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1931/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Pərdi kəndində qeydiyyatda olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (b undan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət almasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X12 oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: H.S.Əliyev (sədrlik edən), F.Z.Hümbətov və A.T.Rzayeva) X10 – Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 6 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli hökmü ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), M.Ə.Rzayev və E.G.Rəhimov) verilmiş apellyasiya şikayəti təmin edilmiş, X4 Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, X5 CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X10 “Whatsapp” vasitəsi ilə tanış ol ub əlaqə saxladığı istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 500 manat müqabilində külli kiqdarda narkotik vasitəni yaşadığı Cəlilabad rayonundan Abşeron rayonu Bakı-Şamaxı-Yevlax yolunun 26-cı kilometirliyinə daşıyıb yolun kənarına qoymaqla narkotik vasitələrin satışına vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 05 avqust 2021-ci il tarixdə bir qrup şəxs halında istintaqa məlum olmayan şəxsin Cəlilabad rayonu, Naqalofka kəndi ərazisində qoyduğu bir ədəd bükümdə təmiz çəkisi 80 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb qanunsuz əldə edərək əvvəlcədən razılaşdıqları kimi həmin narkotik vasitəni deyilən yerə qoymaqla öz növbəsində birgə satışını təmin etmək üçün idarə etdiyi “VAZ-21074” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayıb, Abşeron rayonu ərazisinə daşımış, 06 avqust 2021-ci il tarixdə saat 08:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının və Abşeron rayon polis idarəsinin Qobu polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu BakıŞamaxı-Yevlax yolunun 24-cü kilometrliyində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 710 saylı stasionar postunda saxlanılaraq idarə etdiyi “VAZ-21074” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirilib, avtomobilinə baxış keçirilən zaman həmin bir ədəd bükümdə 80 qram çəkidə narkotik vasitə heroin avtomobilin qabaq sağ oturacağın ayaqaltısının altında olan qırmızı rəngli “Bizon” enerji içkisinin dəmir qutusunun içərisində aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, habelə ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sü butların tədqiqindən əsassız imtina edildiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Protest müəllifi hesab edir ki, X4 ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair Abşeron RPİ-nin Qobu Polis Bölməsinin rəisinin 6 avqust 2021-ci il tarixli qərarı əsasında keçirilmiş tədbirlər və bu zaman aparılmış sənədləşmələr əsassız olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən qanun pozuntusu ilə toplanmış sübutlar kimi qiymətləndirilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya inst ansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apelyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetir ilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi pr osedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sü butların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq bəraət almış şəxsə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlər lə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, X4 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunmasının və birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin əsas sübutu kimi, bəraət almış şəxsin ibtidai istintaq orqanına verdiyi ifadələri, şahidlər Abşeron RPİnin Qobu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 (məhkəmədə dindirilməmiş, ifadəsi elan edilmişdir), BDYPİ-nin 710 saylı stasionar postunun 3-cü tağımının yol patrul xidməti baş inspektoru Şahid3 və BDYPİ-nin 710 saylı stasionar postunun 3-cü tağımının yol patrul xidməti inspektoru Şahid2 ifadələrini, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” Abşeron RPİ-nin Qobu polis bölməsinin əməliyyat mü vəkkili Şahid1 06 avqust 2021-ci il tarixli qərarı və Baxış keçirilməsi haqqında 06 avqust 2021-ci il tarixli protokol, Diskə baxış keçirilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 avqust 2021-ci il tarixli, 6/3339 nömrəli, məhkəmə narkoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 3526 nömrəli, ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 avqust 2021-ci il tarixli, 1980 nömrəli rəyləridir. Təqsirləndirilən şəxs X10 həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində eyni məzmunlu ifadələr verərək ona verilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, marixuana çəkdikdən sonra nəqliyyat vasitəsi idarə etmişdir. Yol hərəkəti qaydalarını pozduğu üçün YPX-nin əməkdaşları tərəfindən saxlanılmışd ır. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən döyüldükdən sonra üzərində narkotik vasitə olduğunu qəbul etmişdir. Hadisədən 2-3 gün əvvəl marixuana istifadə etməyə başlamış, əvvəllər maixuanadan istifadə etməmişdir. Polis əməkdaşlari onu sürət həddini aşdığı üçün saxlamışlar. Polis əməkdaşları onu döyüb, şərləmişlər. İbtidai istitaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. Polis əməkdaşları onu Sumqayıt şəhərinə narkoloji dispanserə yoxlanış üçün gətirmişlər. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Şahid qismində dindirilmiş BDYPİ-nin 710 saylı stasionar postunun 3-cü tağımının yol patrul xidməti baş inspektoru Şahid2 göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə X6 idarə etdiyi VAZ 21074 markalı avtomobili ilə birlikdə Abşeron rayonu, Bakı-Şamaxı-Yevlax yolunun 24-cü km-də yerləşən AR DİN-nin BDYPİ-nin 710 saylı stasionar postunda yol hərəkəti qaydalarını pozduğuna görə saxlamışlar. Şəxsin hərəkətləri onlarda şübhə yaratdığı üçün onu sərxoş vəziyyətdə olub-olmamasını yoxlamaq üçün Sumqayıt Narkoloji dispanserinə aparmışlar. Orada bəraət almış şəxsin sərxoş vəziyyətdə olmadığı, marixuannadan istifadə etdiyi aşkar olunmuşdur. Daha sonra Qobu PB-nin əməkdaşlarını dəvət etmişlər və sonra əməliyyat qrupu yaradılmışdır. Qobu PB-nin əməkdaşları maşına baxış keçirən zaman maşından 100 qrama yaxın narkotik vasitə aşkar olunmuşdur. Apellyasiya məhkəməsində verilən suallara cavab olaraq Şahid2 təqsirləndirilən şəxsi qayda pozuntusuna görə saxladıqlarını, bəraət almış şəxslə aralarında hər hansı narazılıq, mübahisə olmadığını, ma şına baxış keçirilən zaman orada iştirak etməsini, bəraət almış şəxsi təxminən axşam saat 10-11 radələrində saxladıqlarını və yol patrul maşını ilə müayinəyə apardıqlarını, bəraət almış şəxsin narkotik vasitə saxlaması, satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı olmadığını, maşının açarının onda olmadığını və maşını açarları ilə birlikdə təhvil verdiyini bildirmişdir. Apellyasiya məhkəməsində şahid qismində dindirilərkən BDYPİ-nin 710 saylı stasionar postunun 3-cü tağımının yol patrul xidməti baş inspektoru Şahid3 apellyasiya məhkəməsində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Apellyasiya məhkəməsində verilən suallara cavab olaraq Şahid3 təqsirləndirilən şəxsi avtomobil idarə edərkən qayda pozuntusuna g örə saxladıqlarını, bəraət almış şəxslə aralarında hər hansı narazılıq, mübahisə olmadığını, maşını polis şöbəsinə onun sürüb apardığını, maşının açarlarının əvvəldən onda olduğu və bölməyə təhvil verdiklərini, bəraət almış şəxsin narkotik vasitə saxlaması, satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı olmadığını, avtomobili o idarə etdiyini, həmçinin bəraət almış şəxsi təxminən axşam vaxtarında saxladıqlarını və yol patrul maşını ilə müayinəyə ardıqlarını bildirmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin iclas protokolunda Şahid3 ifadəsində «biz səni ərazi üzrə təhvil verməli idik. Ona görə də 38-ci bölməyə apardıq, onlar dedilər ki, bizim ərazi deyil» ifadəsini işlətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X4 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə müəyyən olunmuş sübutların məcmusu ilə təsdiq olunmur. Belə ki: Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkə mə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolv erilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əh əmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin i craatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərd ə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatç ı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. M əhkəmə kollegiyası hesab edir ki, iş üzrə əməliyyat axtarış tədbirləri cinayət prosessual qanunvericliyinin tələblərinə uyğun keçirilməmişdir. Birinci instansiya məhkəməsi cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Diskə baxış keçirilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli Abşeron RPİnin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən etmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 06 avqust 2021-ci il tarixdə saat 08:15-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin Qobu PB-nin xidməti otağıdır. Videodan görünür ki,X5 hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif o lunur. Bundan sonra bəraət almış şəxs üzərində hər hansı əşya olmadığını, lakin idarə etdiyi “VAZ 21074” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilində qanunsuz olaraq əldə edərək saxladığı narkotik vasitə olan heroin olduğunu bildirir. Videogörüntünün növbəti saniyələrində bəraət almış şəxsin ərizəsi əsasında icazəsi alınmaqla üzərinə baxış keçirilsə də, sonuncunun üzərindən hər hansı əşya aşkar edilmir. Daha sonra bəraət almış şəxsin “VAZ 21074” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulur. bəraət almış şəxs buna heç bir etirazının olmadığı bildirdikdə orada olan şəxslərlə birlikdə inzibati binanın həyətində olan “VAZ 21074” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gedildi. Avtomobilə baxış z amanı avtomobilin ön sağ oturacağının ayaq altı hissəsindən baş hissəsi kəsili olan qırmızı rəngli metal “Bizon” qabının olduğu aşkar edildi. Həmin qaba baxış keçirilən zaman içərisində şəffaf sellofan torbaya bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı X10 bildirmişdir ki, idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitəni Cəlilabad rayonu Naqalofka kəndinin yaxınlığından, naməlum şəxsin zənginə əsasən götürərək Qızıldaş adlanan ərazidə yolun 26-cı k/m-dı atacaqmış. Həmçinin o həmin narkotiki qeyd olunan ünvana çatdırıb 500 manat pul alacağını bildirmişdir. (cild 1, iş vərəqə 128) Lakin, apellyasiya instansiya məhkəməsi həmin DVD diskə baxış zamanı müəyyən etmişdir ki, X2 zamanı idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitəni Cəlilabad rayonu Naqalofka kəndinin yaxınlığından, naməlum şəxsin zənginə əsasən götürərək Qızıldaş adlanan ərazidə yolun 26-cı k/m-dı atacaqmış. Həmçinin o həmin narkotiki qeyd olunan ünvana çatdırıb 500 manat pul alacağını bildirməsi öz əksinin tapmır. Bundan başqa DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, “şəxsi axtarış aparılan zamanı təhqiqatçı bəraət almış şəxsə suallar verib cavab almaq istəyərkən əməliyyat müvəkkili Şahid1 tərəfindən Adgözələ danışmaması üçün iki dəfə əlləri ilə müdaxilə edilməsi aşkar görünmüş, eyni zamanda şəxsi axtarış zamanı bəraət almış şəxsin üzərindən hər hansı əşya aşkar olmadığı halda, çəkiliş dayanmadan avtomobilə yaxınlaşan zamanı, bir anlıq çəkilişdə heç kim görünmür və qəflətən avtombilin açarı təqsirləndirilən şəxsin əlin də olur və o qapını açır. Sual olunur ki, açar kimdə olub və onu bəraət almış şəxsə həmin vaxtı kim verdi. Eyni zamanda avtomobilin qapısı açılan zamanı əməliyyatçı bəraət almış şəxsdən əvvəl maşına soxulmaq istəyir, sonra təhqiqatçının iradından sonra bəraət almış şəxs əyilərək avtomobilin ön sağ oturacağının ayaq altı hissəsində bizon qabını göstərir.” Bundan əlavə bəraət almış şəxs təhqiqatçının otağında avtomobilində narkotik vasitə olduğunu bildirsə də, narkotik vasitənin avtomobilin hansı hissəsində olmasını deməmişdir, lakin nədənsə avtomobilə baxış sağ qabaq oturacaq hissədən başlanmış və dərhal bizon qabı aşkar edilmişdir. Bundan başqa, bəraət almış şəxs təhqiqatçının otağında olarkən müdafiəçi ona sual verərək maşından aşkar olunan narkotik vasitənin bəraət almış şəxsə aid olması nı soruşur, o təsdiqləmişdir. Azərbaycan Respublikası CPM-nin 236.4 və 245.3-cü maddələrinin tələblərinə əsasən hadisə yerinə baxış, eləcə də axtarış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Videoçəkiliş dedikdə isə, çəkilişin tam, kəsintisiz və müfəssəl aparılması, istintaq hərəkətinin gedişatını və bu prosessual hərəkət zamanı aşkar olunmuş sübutların sonradan sübut kimi istifadə edilməsini şübhə altına qoymayan videoqeydiyyatın aparılması başa düşülür. Bundan başqa, iş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolda qeyd edilmişdir ki, bütün zəruri tədbrilər görüldükdən sonra X4 istifadəsində olan “VAZ 21074” markalı avtombilə baxış keçirilərkən avtomobilin sal onunda qabaq sağ oturacağın sağ tərəfində ayaq altında olan rezin örtüyün altında qırmızı rəngli “Bizon” enerji qabında olan şəffaf selefona bükülü və “Bizon” qabının baş hissəsi kəsilərək yerləşdirilmiş heroinə bənzər kütlə götürülərək iştirakçıların iştirakı ilə zərfə qablaşdırıldı. bəraət almış şəxsin avtmobilindən aşkar edilərək götürülmüş heroinə bənzər kütləni Cəlilabad rayonu, Naqalofka kəndi ərazisinin yaxınlığanda naməlum şəxsin zənginə əsasən götürərək Qızıldaş adlanan ərazidən keçən yolun 26-cı km-də atacağını və bunu etməsinə görə 500 manat pul alacağını bildirmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolda «avtomobilin salonunda qabaq sağ oturacağın sağ tərəfində ayaq altında olan rezin örtüyün altında qırmızı rəngli “Bizon” enerji qabınd a olan şəffaf selefona bükülünün aşkar olunması göstərilsə də, Videogörüntündə avtomobilin ön sağ oturacağının ayaq altı hissəsindən, yəni rezin örtüyün üstündən baş hissəsi kəsili olan qırmızı rəngli metal “Bizon” qabının olduğu aşkar edilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan və apellyasiya məhkəməsi istintaqında tədqiq edilmiş Abşeron RPİ-nin Qobu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən Qobu polis bölməsinin rəisinə yazdığı 06 avqust 2021-ci il tarixli “Raport”da göstərilmişdir ki, X4 qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmasında şübhəli olaraq idarə etdiyi “VAZ-21074” markalı, **OA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə 06 avqust 2021-ci il tarixdə Abşeron rayonu Bakı-Şamaxı-Yevlax yolunun 24 -cü kilometrliyində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 710 saylı stasionar postunda saxlanılaraq Qobu polis bölməsinə dəvət edilmişdir. Odur ki, X7 (təqsirləndirilən şəxs isə bəraət almış şəxsdir) üzərinə və avtomobilinə baxış keçirilməsi üçün aidiyyəti üzrə göstəriş verməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və apellyasiya məhkəməsi istintaqında tədqiq edilmiş Abşeron RPİ-nin Qobu polis bölməsinin rəisinin 06 avqust 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarından görünür ki, X4 Abşeron rayonu, Müşviq qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olması barədə Qobu PB-nə məlumat daxil olmuş, bəraət almış şəxsin cinayət əməlini ifşa etmək üçün BDYPİ-nin 3-cü tağımının yol patrul xidməti baş inspektoru Şahid3, BDYPİ-nin 3-cü tağımının yol patrul xidməti inspektoru Şahid2 və Abşeron RPİ-nin Qobu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılması və onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, saxanılan zaman CPM-nin 236 və 246-cı maddələrini rəhbər tutaraq üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi, qərarın surətinin 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən orqana göndərilməsi qeyd edilmişdir. (cild 1,vərəqə 4) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Abşeron RPİ-nin Qobu polis bölməsinin rəisinin 19 aprel 2023-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 daxili işlər orqanlarında xidmətdən xaric olduğu üçün məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Eyni zamanda apellyasiya məhkəməsinin sorğusuna cavabda Abşeron RPİ-nin Qobu polis bölməsinin 26 aprel 2023-cü il tarixli məktubundan görünür ki, X10 barəsində Abşeron RPİ-nin Qobu polis bölməsində əməliyyat qeydiyyat işi açılmamışdır. İş materiallarından müəyyən edilmişdir ki, X10 barəsində polis bölməsində əməliyyatqeydiyyat işi açılmamışdır. Halbuki qanun birmənalı şəkildə o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, həmin sübyekt tərəfindən mütləq qeydiyyata alınmasını və əməliyyataxtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks edilməsini və sistemləşdirilməsini təsbi t edir. Belə ki, «Əməliyyat-Axtarış Fəaliyyəti Haqqnda» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ və İİİ hissələrinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır; əməliyyat-axtarış tədbirlərinini nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Şahidlər Şahid2 və Şahid3 verdikləri ifadələrdə təsdiq etmişlər ki, bəraət almış şəxsin hərəkətləri onlarda şübhə yaratdığı üçün onu sərxoş vəziyyətdə olub-olmamasını yoxlamaq üçün Sumqayıt Narkoloji dispanserinə aparmışlar. Orada bəraət almış şəxsin sərxoş vəziyyətdə olmadığı, m arixuannadan istifadə etdiyi aşkar olunmuş, daha sonra Qobu PB-nin əməkdaşlarını dəvət etmişlər və sonra əməliyyat qrupu yaradılmişdır. Bundan əlavə, şahidlər Şahid3 və Şahid2 ifadələrində bəraət almış şəxsin narkotik vasitə saxlaması, satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı olmadığını bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin digər sorğusuna cavabda Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi tərəfindən X4 05 avqust 2021-ci il tarixdə keçdiyi müayinənin nəticəsi barədə aktın (№ 5605) surəti və müayinə qeydiyyat kitabının ona aid hissəsinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Qeydiyyat kitabın 5605 sırasında (1986-cı il təvəllüdlü, Cəlilabad rayonu Pərdi kəndində yaşayan X4 müayinə vaxtı 05.08.21 saat 22:10 qeyd olunmuşdu r, müayinədən keçirən isə DYP 3-cü tağımı Şahid3dir. (vəsiqə 49884) Müayinə zamanı şəxsdə alkoqol sərxoşluğu və sidikdə (test üsulu ilə) narkotik vasitə qəbul olma faktı aşkar olunmamışdır. İş materiallarından görünür ki, bəraət almış şəxsi 05 avqust 2021-ci il tarixdə, axşam saatlarında saxlayan və müayinə üçün Sumqayıt şəhər Narkoloji Disponserə aparan BDYPİ-nin 3-cü tağımının yol patrul xidməti əməkdaşları Şahid3 və Şahid2 6 avqust 2021ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar əsasında Abşeron RPİ-nin Qobu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə yaradılmış əməliyyat qrupun tərkibinə daxil edilmişlər. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq şəxsin saxlanılmasından sonra ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi barədə əməliyyat qrupun yaradılması cinayət prosessual qanunvericliyinin, «Əməliyyat-Axtarış Fəaliyyəti Haqqnda» Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olduğundan və bəraət almış şəxsin ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri cinayət prosessual qanunvericliyinin tələblərinə uyğun keçirilmədiyindən, bu fəaliyyət nəticəsində əldə edilmiş materiallar sübut növü kimi qəbul etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 avqust 2021-ci il tarixli, 6/3339 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 245» dairəvi möhür əksi olan «X5 məxsus…» sözləri, soyadlar və imzalar qeyd edilm iş bir ədəd kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 80,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1 iş vərəqə 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 3526 nömrəli rəyində göstərilmişdir ki, X10 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, vərəqə 150-151) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 443.1-ci maddəsinə əsasən bu məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır. Həmin Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə əsasən telefon danışıqlarına qulaqasma; poçt, teleqraf və digər göndə rişlərin yoxlanılması; texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi; İnsanların güdülməsi növündə əməliyyat axtarış tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə əsasən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bundan başqa, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10 maddəsinin 4-cü hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsd ən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. İş materiallarından görünür ki, bəraət almış şəxs 5 avqust 2021-ci il tarixdə, axşam saatlarında BDYPİ-nin 3-cü tağımının yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq əvvəl Qaradag rayonu 38-ci polis bölməsinə, sonra Sumqayıt şəhər Narkoloji Disponserə gətirlmiş, orada saat 22:10-da müayinədən keçmişdir. Səhəri günü, yəni 6 avqust 2021-ci il tarixdə 08:15 də Qobu polis bölməsinə gətirilib üzərinə və avtomobilinə baxış keçirilmiş və həmin tarixdə şübhəli şəxsin tutulması barədə qərar qəbul edimlmişdir. Sözügedən əməliyyat axtarış tədbirinin, baxış protokolunun bəraət almış şəxsin narkotiklə tutulduğu yerdə və vaxtda deyil, 5 avqust 2021-ci il tarixdə axşam saatlarında tutulduqdan təxminən 10 saat sonra Qobu polis Polis bölməsində tərtib edilməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bundan başqa, məhkəmə kollegiyası X5 verilən ittihamda onun “Whatsapp” vasitəsi ilə tanış olub əlaqə saxladığı istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 500 manat müqabilində külli kiqdarda narkotik vasitəni yaşadığı Cəlilabad rayonundan Abşeron rayonu Bakı-Şamaxı-Yevlax yolunun 26-cı kilometirliyinə daşıyıb yolun kənarına qoymaqla narkotik vasitələrin satışına vasitəçilik etməsi barədə qeyd edir ki, "xxxx"MMC tərəfindən Abşeron polis şöbəsinə göndəri lən məkbuda 077 327 12 14 saylı mobil nömrə sorgulanan müddətdə, yəni 1 iyul 2021-ci il tarixdən 6 avqust 2021-ci il tarixə kimi "xxxx" şəbəkəsində işlməməsi bildirilmişdir. Göründüyü kimi, bu hal da öz təsdiqini tapmır və istintaq orqanı hər hansı tutarlı sübütu işə əlavə edə bilməmişdir. Bundan əlavə, cinayət işinin 1-ci cildinin 4-cü səhifəsində olan Abşeron RPİ-nin Qobu polis bölməsinin rəisi tərəfindən təsdiq olunmuş 6 avqust 2021-ci il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, X4 Abşeron rayonu, Müşviq qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olması barədə Qobu PB-nə məlumat daxil olmuş, bəraət almış şəxsin cinayət əməlini ifşa etmək üçün BDYPİ-nin 3-cü tağımının yol patrul xi dməti baş inspektoru Şahid3, BDYPİ-nin 3-cü tağımının yol patrul xidməti inspektoru Şahid2 və Abşeron RPİ-nin Qobu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılması və onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, saxanılan zaman CPM-nin 236 və 246-cı maddələrini rəhbər tutaraq üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi, qərarın surətinin 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən orqana göndərilməsi qeyd edilmişdir. Bundan başqa, cinayət işinin 1-ci cildinin 34-cü səhifəsində olan «baxış keçirilməsi haqqında» 6 avqust 2021-ci il tarixli protokoldan görünür ki, bütün zəruri tədbrilər görüldükdən sonra X4 istifadəsində olan “VAZ 21074” dövlət qeydiyyat nömrəli avtombilə baxış keçirilərkən avtomobilin salonunda qabaq sağ ot uracağın sağ tərəfində ayaq altında olan rezin örtüyün altında qırmızı rəngli “Bizon” enerji qabında olan şəffaf selefona bükülü və “Bizon” qabının baş hissəsi kəsilərək yerləşdirilmiş heroinə bənzər kütlə götürülərək iştirakçıların iştirakı ilə zərfə qablaşdırıldı. bəraət almış şəxsin avtmobilindən aşkar edilərk götürülmüş heroinə bənzər kütləni Cəlilabad rayonu, Naqalofka kəndi ərazisinin yaxınlığanda naməlum şəxsin zənginə əsasən götürərək Qızıldaş adlanan ərazidən keçən yolun 26-cı km-də atacağını və bunu etməsinə görə 500 manat pul alacağını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 6 avqust 2021-ci il tarixli protokolun əsaslılığı və qanuniliyi yoxlanılarkən və şahidlərin ifadələrinə əsasən müəyyən edilmişdir ki, protokol tərtib edilərkən qeyd olunan əməliyyat axtar ış tədbiri bəraət almış şəxsin narkotiklə tutulduğu yerdə və vaxtda keçirilməmiş, baxış protokolu tutulduqdan təxminənən 10 saat sonra Qobu Polis bölməsində tərtib edilmişdir. Avropa Məhkəməsi “Lahıcov Azərbaycana qarşı” qərarında nəzərə almışdır ki, məlumat əsasında saxlanması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanılarkən dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqədən sonra Zaqatala rayon polis şöbəsində keçirilmişdir. Məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi qeyd edilən sübutun “atılmasının” mümkünlüyü ilə əlaqədar əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçiri lməsinin mümkünsüzlüyü ilə əlaqədar hər hansı sübut mövcud deyil. Üzərində və avtomobilində aşkar edilən maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq zamanı və məhkəmədə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş və həmin sübut əsasında onu məhkum etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqa nına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə r azılaşaraq qeyd edir ki, X5 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X4 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsin satış məqsədi ilə qanunsuz ol araq külli miqdarda narkotik vasitəni bir qrup şəxs halında əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsin əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi nə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsin əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni bir qrup şəxs halında əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsi rləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüqu qlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsin bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X4 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar