Məhkəmə qərarları › İş №1(102)-1947/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1947/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1947/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1984-cü il tarixdə Er mənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər dəfələrlə, sonuncu dəfə isə Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş 3 (üç) ay 7 (yeddi) gün müddətində hissəsindən azad edilmiş və 10 yanvar 2022-c i il tarixdə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, nömrəsiz evdə yaşamış, CM-in 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il 6 (altı) ay müddətə, və Təqsirləndirilən şəxs1, 1 iyul 1986-cı il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində beş azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Sabunçu Rayon Məhkəməsinin 3 avqust 2017-ci il tarixli hökmü ilə CM-in 188.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay m üddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilmiş, Xocalı rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz evdə yaşamış, CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 CM-in 32.4,181.2.1, 32.4,181.2.4 və 32.4,181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, hər birisi cəzalarını ümum i rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətinin törədilməsində köməklik və təhrik etmişdir. Belə ki, Məhkum 3 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən yaşadığı evin önündə tanışı Zərərçəkmiş şəxs1 onunla görüşməsindən sonra sonuncunun üzərində avtomobil almaq üçün təxminən 10000 (on min) manat p ul olduğunu bilib həmin pulun quldurluq yolu ilə ələ keçirilməsi məqsədi ilə digər tanışı Təqsirləndirilən şəxs3 mobil nömrəsinə zəng edib məlumat verdikdən sonra sonuncu, həmin yerə gəldikdə kənara çəkilib təkbətək söhbət edib Təqsirləndirilən şəxs3 tanışı Zərərçəkmiş şəxs1 üzərində xeyli miqdarda pul olduğuna əminlik yaradaraq həmin məlumatı digər tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verməsi nəticəsində sonuncuları həmin əmlakı bir qrup şəxs halında quldurluq yolu ilə ələ keçirməsinə sövq edib təhrik etdikdən sonra Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan Zərərçəkmiş şəxs2 yaşadıqları evə yola salmaq adı ilə özünü guya taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı, dövlət qeydiyyat nişanı istintaqa məlum ol mayan avtomobilə əyləşdirib Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin tarixdə və saatda, Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə silah qismində istifadə edilən əşya tətbiq etməklə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməsinə kömək və təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 bir neçə yüz metr getdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrinə yumruqla bir neçə zərbə vurmasından sonra Zərərçəkmiş şəxs2 avtomobilin qapısını açaraq hadisə yerindən uzaqlaşmış, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 y axasından tutub onu avtomobildən bayıra çıxararaq istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib tətbiq etməklə Zərərçəkmiş şəxs1 nümayiş etdirib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək gödəkçəsini Təqsirləndirilən şəxs2 verib onun vasitəsi ilə 9565 manat məbləğində pulunu, 500 manat dəyərində “Samsung A52” markalı mobil telefonunu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 10065 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə, silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zor akılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 3 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yaşadığı evin yaxınlığında dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə olarkən sonuncunun istifadəsində olan mobil telefonuna Məhkum zəng edərək tanıdığı Zərərçəkmiş şəxs1 özünə avtomaşın almaqdan ötrü Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gəlməsinə və üzərində xeyli miqdarda pul olduğu barədə məlumatı əldə edib həmin pulu quldurluq yolu ilə ələ keçirməyi təklif etməsindən və Təqsirləndirilən şəxs3 həmin cinayəti törətməsinə onu təhrik etməsindən sonra bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə görüşüb Zərərçəkmiş şəxs1 özünü taksi sürücüsü kimi təqdim edərək onu idarə etdiyi avtomobilə otuzduraraq əmlakını ələ keçirmək barədə plan qurub, istintaqa məlum olmayan bıçaqla silahlanaraq qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 ilə Məhkum vasitəsi ilə görüşüb özünü guya taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs1 və həmin zaman onunla birlikdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia" markalı istintaqa məlum olmayan dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdikdən və bir neçə yüz metr getdikdən sonra cinayət əlaqəsinə girdiyi bibisi oğlu Təqsirləndirilən şəxs2 da avtomobilinə götürüb Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 Zərə rçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrinə yumruqla bir neçə zərbə vurmasından sonra Zərərçəkmiş şəxs2 avtomobilin qapısını açaraq hadisə yerindən uzaqlaşdığını görüb Zərərçəkmiş şəxs1 yaxasından tutub onu avtomobildən bayıra çıxararaq istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib tətbiq etməklə Zərərçəkmiş şəxs1 nümayiş etdirib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək gödəkçəsini Təqsirləndirilən şəxs2 verib onun vasitəsi ilə 9565 manat məbləğində nağd pulunu, 500 manat dəyərində "Samsung A52” markalı mobil telefonunu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 10065 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Bakı Ağır Cinayət lər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Z.E.Hüseynov, məhkumlar Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi Əliyeva Təranə Telman qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 27 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Z.E.Hüseynov və məhkum Təqsirlənd irilən şəxs1 ayrıayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: • müdafiəçi Z.E.Hüseynov - həmin qərarın ləğv edilməsini və Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsasla, yəni onun törədilmiş cinayətə aidiyyətinin olmamasına görə xitam verilməsini; • məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 – qərarın dəyişdirilməsini və onun törətdiyi əməlin CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrindən CM-in 180ci maddəsinə tövsif edilməsini, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək ona yüngül cəzanın təyin olunmasını və ya CM-in 70-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6 v ə 7-ci maddələrinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarına, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, xüsusən də Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında verdikləri ifadələrinə, Məhkum təqsirli bilindiyi ittihama və onun və digərlərinin barələrində qəbul edilmiş ye kun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi Z.E.Hüseynov həmin şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclasında hüquqlarını müdafiə etdiyi Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli bilməmiş, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən CPM-in 125, 144-146-cü maddələrinin tələbləri kobud surətdə pozularaq Məhkum qarşı ittiham irəli sürülərkən və o, həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunarkən toplanmış və araşdırılmış sübutlar hərtərəfli, tam və obyektiv yoxlanılmamış, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi prinsiplərinə əməl edilməmiş, bununla da sonuncunun qanunla qorunan hüquq və azadlıqları kobud surət də pozulmuşdur. Halbuki, əldə olunmuş və araşdırılmış sübutlarla təkzibedilməz şəkildə müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 qarşı quldurluq və ya digər cinayətin törədilməsini planlaşdırmamış, belə cinayətlərin törədilməsində nə təhrikçi, nə də ki, köməkçi qismində iştirak etməmiş, bununla bağlı hazırki iş üzrə məhkum olunmuş digər şəxslərlə qabaqcadan əlbir olmamışdır. Belə olan halda onun barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bundan başqa, kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı törədilən cinayət əməlinin xarakteri, tövsifedici əlamətləri və xüsusiyyətləri onu deməyə əsas verir ki, cinayəti bilavasitə törətmiş şəxslərin də əməlləri CM-in 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində təsbit edilən cinayət əməli kimi tövsif olunmalıdır. Eyni zamanda həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum cəza təyin etmə məsələsini həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq ədalət, qanunçuluq, humanizm prinsiplərinə əməl etməmiş, məhkumun ailə vəziyyətini, şəxsiyyətini və digər vacib halları nəzərə almamışlar. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi Z.E.Hüseynov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs1 da kassasiya şikayətində CM-in və CPM-in bir sıra maddələrinə, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına, barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək kassasiya şikayətini belə əsaslandırmışdır ki, o, hazırki iş üzrə məhkum olunmuş digər şəxslə birlikdə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirərkən sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan basqın etməmiş, həmin vaxt onun əlində bıçaq və ya hər hansı başqa alət olmamış, belə alətlərdən də istifadə etməmiş, Zərərçəkmiş şəxs1 isə apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında bildirmişdir ki, o, bu məzmunda ifadələrini müstəntiqin təhriki ilə vermişdir. Lakin, ibtidai araşdırma orqanı və işə mahiyyəti üzrə baxan məhkəmələr bunlarla bağlı toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və onun törətdiyi soyğunçuluq əməlini əsassız olaraq quldurluq kimi qiymətlə ndirərək CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə tövsif etmiş, faktiki olaraq isə qəbul etdikləri yekun məhkəmə aktlarında ittiham aktında göstərilənləri təkrarlamışlar. Həmçinin, məhkəmələr onun barəsində cəza tədbiri seçərkən 1992-ci ildə ailəsi ilə birlikdə Xocalı rayonundan məcburi köçürülməsini, himayəsində beş azyaşlı uşaqlarının olmalarını, ailədə yeganə qazanc gətirən şəxs olmasını kifayət qədər nəzərə almamış, bununla da ədalət və humanizm prinsiplərinin pozulmasına yol vermişlər. Şərh olunan dəlillərə əsaslanaraq məhkum Təqsirləndirilən şəxs1 onun da kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çə kmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, habelə müdafiəçi Z.E.Hüseynov məhkəmə iclasına gəlməmiş, məhkum olunmuş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, məhkum Təqsirləndirilən şəxs1 aşağıda göstərilən vəsatəti nəzərə alınaraq isə onun məhkəməyə gətirilməsi təmin olunmamışdır. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1, müdafiəçi Z.E.Hüseynovun və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası ha nsı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, işə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən məhkum Təqsirləndirilən şəxs1 15 oktyabr 2024-cü il tarixli vəsatəti daxil olmuşdur. Vəsatətində o, özü tərəfindən verilmiş kassasiya şikayətinin ona baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkum Təq sirləndirilən şəxs1 vəsatəti 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifələrini icra edən ədliyyə mayoru X tərəfindən imzalanmış 17 oktyabr 2024-cü il tarixli 3-16-17/26/2-4037/2024 saylı məktubla müşaiyət edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin tələbindən görünür ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələbinə görə, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkum Təqsirləndirilən şəxs1 vəsatətini nəzərdən keçirib onun özü tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından adı çəkilən məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, həmin müraciət üzrə kassasiya icraatına xitam verilməli, Məhkum müdafiəçisi Z.E.Hüseynov tərəfindən verilmiş kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Müdafiəçi Z.E.Hüseynovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkəmələr tərəfindən sübutların CPM-in 143-146-cü maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, bunun nəticəsində Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinərək məhkum olunmasını və eyni zamanda ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək öz dəlillərini və bu dəlillər üzərində qurulmuş tələbini CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi Z.E.Hüseynovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum və digərlərinin barələrindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci v ə ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraat ına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qayda sında ləğv etmək və yaxud dəyişdirmək səlahiyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini, müvafiq orqanların üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmalarını, cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə onların şəxsiyyətlərinə uyğun cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini və sair vəzifələri qoyur. Bununla yanaşı göstərilən konstitusiyon tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllər ə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və v ətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi mə qsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təq sirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəl illəri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamətlərinin olub-olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdi rilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu hüquqdan istifadə edərək müvafiq nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun b u normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hall arının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mö təbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl in törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cin ayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin it tiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. G öründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Ya lnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu v əzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsasl ılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkə mə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticə si həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Məhkum CM-in 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən həmin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də müdafiə tərəfinin vəsatətinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təkrarən dindirməklə və onun cinayət təqibinin digər mərhələlərində verdiyi ifadələrini, hazırki iş üzrə cinayət təqibinin başlanmasına əsas olan ərizəsini, habelə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 verdiyi ifadələrini və cinayət işinin materiallarına əlavə edilmiş sübut əhəmiyyətli sənədləri tədqiq etməklə, yəni apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparmaqla baxaraq birinci instansiya məhkəməsinin digər məhkum olunmuş şəxslərlə yanaşı Məhkum aid hissədə də gəldiyi nəticə ilə razılaşmış və Məhkum apellyasiya şikayətində, onun müdafiəçisi Z.E.Hüseynovun isə - həm apellyasiya, həm də kassasiya şikayətlərində (həmin müraciətlər öz məzmununa görə eynilik təşkil edir) göstərilənlərin əksinə olaraq hesab etmişdir ki, Məhkum 3 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən yaşadığı evin önündə tanışı Zərərçəkmiş şəxs1 onunla görüşməsindən sonra sonuncunun üzərində avtomobil almaq üçün təxminən 10000 (on min) manat pul olduğunu bilib həmin pulun quldurluq yolu ilə ələ keçirilməsi məqsədi ilə digər tanışı Təqsirləndirilən şəxs3 mobil nömrəsinə zəng edib məlumat verdikdən sonra sonuncu, həmin yerə gəldikdə kənara çəkilib təkbətək söhbət edib Təqsirləndirilən şəxs3 tanışı Zərərçəkmiş şəxs1 üzərində xeyli miqdarda pul olduğuna əminlik yaradaraq həmin məlumatı digər tanışları Təqsirləndiril ən şəxs1 və Təqsirləndirilən şəxs2 verməsi nəticəsində sonuncuları həmin əmlakı bir qrup şəxs halında quldurluq yolu ilə ələ keçirməsinə sövq edib təhrik etdikdən sonra Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan Zərərçəkmiş şəxs2 yaşadıqları evə yola salmaq adı ilə özünü guya taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə əyləşdirib Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə həmin tarixdə və saatda, Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə silah qismində istifadə edilən əşya tətbiq etməklə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməsinə kömək və təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 bir neçə yüz metr getdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrinə yumruqla bir neçə zərbə vurmasından sonra Zərərçəkmiş şəxs2 avtomobilin qapısını açaraq hadisə yerindən uzaqlaşmış, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaxasından tutub onu avtomobildən bayıra çıxararaq istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib tətbiq etməklə Zərərçəkmiş şəxs1 nümayiş etdirib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək gödəkçəsini Təqsirləndirilən şəxs2 verib onun vasitəsi ilə 9565 manat məbləğində pu lunu, 500 manat dəyərində “Samsung A52” markalı mobil telefonunu ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 10065 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Müdafiəçi Z.E.Hüseynovun kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cinayət işinin materiallarına əsasən, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyən və hər hansı cinayət əməlini törətməməsi barədə ifadələr verən Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni əsasən bu iş üzrə digər məhkum olunmuş şəxslərin ibtidai araşdırma zamanı verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında, habelə şahidlər Şahid1 ibtidai araşdırma zamanı və Şahid2 həm bu mərhələdə, həm də məhkəmə iclasında verdikləri ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, hadisə baş vermiş 3 noyabr 2021-ci il tarixdə məhkum olunmuş şəxslər arasında çoxsaylı telefon danışıqlarının aparılması haqqında məlumatlarla, bir çox istintaq hərəkətlərinin, o cümlədən zərərçəkmiş şəxslə məhkum olunmuş şəxslər arasında üzləşdirmələrin aparılması, Zərərçəkmiş şəxs1 ifadələrinin hadisə yerində yoxlanılması haqqında protokollarla, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs1 apellyasiya icraatı zamanı əvvəlki ifadə lərindən fərqli ifadələr versə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun məhkum olunmuş şəxslərlə barışıq əldə etməsinə və ona vurulmuş zərərin tamamilə ödənilməsi əsaslanmaqla, bu ifadələri inandırıcı hesab etməmiş və qəbul etdiyi qərarın əsası kimi sonuncunun cinayət təqibinin digər mərhələlərində ona qarşı bıçaq tətbiq edilməklə quldurluq cinayətinin törədilməsi barədə ardıcıl və eyni məzmunlu ifadələrini qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, ümumiyyətlə məhkəmələrin iş üzrə gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutların toplanması və araşdırılmasına, onların qiymətləndirilməsinə, habelə sübutetməy ə dair CPM-in 124, 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkum olunmuş və zərərçəkmiş şəxslərin, habelə şahidlərin dindirilmələri, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, müdafiəçi Z.E.Hüseynov Məhkum özünü müdafiə xarakterli ifadələrinə əsaslanaraq onun digər şəxsləri, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 quldurluq cinayətini törətmələrinə təhrik etməməsi və onlara kömək göstərməməsi, yəni sonuncular tərəfindən törədilmiş cinayətə aidiyyətinin olmamasını iddia edir, buna görə hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsi barədə tələb irəli sürür. Məhkəmə kollegiyası bu tələblə bağlı kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün ilk növbədə cinayət qanunu normalarının tələblərinə müraciət edərək qeyd edir ki, CM-in 181.1-ci maddəsində quldurluq cinayətinin tərkibi özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın kimi təsbit edilmişdir. Həmin cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən xeyli miqdarda əmlakı əldə etmək məqsədi ilə və silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsinə görə isə cinayət məsuliyyəti müvafiq olaraq CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuşdur. Şəxs bu cinayətin bilavasitə icraçısı olmasa da, lakin digər şəxsləri həmin cinayətin törədilməsinə təhrik etdikdə və onlara bu və ya digər şəkildə köməklik göstərdikdə, həmin şəxs müvafiq olaraq CM-in 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilir. Belə ki, CM-in 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-in 32.4-cü maddəsinin tələblərindən görünür ki, ələ alma, sövdələşmə, hədəqorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edə n şəxs təhrikçi sayılır. CM-in 32.5-ci maddəsində isə təsbit edilmişdir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-in 32.2ci maddəsinin tələblərindən görünür ki, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edil ə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət qanununun bu normalarının birgə təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, şəxs digər şəxsi və ya şəxsləri hər hansı cinayətin törədilməsinə sövq edərək eyni zamanda bu cinayəti törətməkdə köməklik göstərdikdə və özü həmin cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsə də, həmin şəxs digərinin və ya digərlərinin törətdikləri cinayətin təhrikçisi və köməkçisi hesab olunur və məhz etdiyi hərəkətlərə görə də cinayət məsuliyyəti daşıyır. Bu zaman belə şəxsin əməlləri isə müvafiq olaraq CM-in 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə tövsif olunur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cinayətin təhrikçisi və köməkçisi başqa şəxsi və ya şəxsləri özgənin əmlakın ı ələ keçirməyə sövq edərək əvvəlcədən bunun üsulu (gizli və ya açıq yolla) barədə razılıq əldə etmədikdə, o, məhz icraçı və ya icraçılar tərəfindən törədilmiş talama cinayətinin təhrikçisi və köməkçisi qismində cinayət məsuliyyətinə cəlb edilir, yəni onun məsuliyyəti icraçıların törətdikləri cinayətin növünə və xarakterinə aid hallarla şərtləndirilir. Məsələn, şəxs digər şəxsləri ümumi şəkildə özgənin əmlakını ələ keçirməyə təhrik etdikdə, sonuncular isə bunu quldurluq yolu həyata keçirdikdə, təhrikçi də məhz quldurluq cinayətinin törədilməsində təhrikçi qismində iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunacaq. Hazırki iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla, xüsusən də zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəmə sinin məhkəmə iclasında, məhkum olunmuş Təqsirləndirilən şəxs3 və digər məhkumların isə ibtidai araşdırma zamanı verdikləri ifadələrindən (həmin ifadələr birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrar təsvirinə ehtiyac görmür) görünür ki, Məhkum Zərərçəkmiş şəxs1 üzərində xeyli miqdarda pul vəsaitinin olmasını bildikdə Təqsirləndirilən şəxs3la razılaşaraq həmin pulu hər hansı yolla ələ keçirmək qərarına gəlmiş, qurduqları plana əsasən cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşını taksi kimi çağırıb zərərçəkmiş şəxsləri həmin avtomaşınla yola saldıqdan sonra, sonuncu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə gir ərək və istintaqla müəyyən edilməmiş bıçaq tətbiq etməklə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan basqın edərək onun ümumilikdə xeyli miqdar təşkil edən pul vəsaitini və mobil telefon aparatını ələ keçirmiş, bundan sonra isə Məhkum həmçinin cinayət yolu ilə ələ keçirilmiş pulun bir hissəsini – 500 manatını əldə etmişdir (bu hal da həm məhkum Təqsirləndirilən şəxs1 və Şahid2 ifadələri ilə sübuta yetirilir). Bütün bu hallar onu göstərir ki, Məhkum Təqsirləndirilən şəxs3la birlikdə digər məhkum olunmuş şəxsləri özgə əmlakını talama yolu ilə ələ keçirməyə təhrik etmiş, talamanın üsulunu əvvəlcədən onlarla razılaşdırmamış, sonuncular isə bunu məhz quldurluq yolu ilə icra etdikdən sonra talanmış əmlakın bir hissəsini əldə edərək həm də cinayətin törədilməsində köməkçi qismində iştirak etmişdir. Bu halları təsdiq edən iş üzrə toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılaraq qanuna müvafiq qaydada qiymətləndirilmiş sübutlara, habelə yuxarıda qanunun normalarına verdiyi təfsirə əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, Məhkum tam əsaslı və qanuni olaraq məhz quldurluq cinayətinin (yuxarıda göstərilən tövsifedici əlamətlərlə) törədilməsində təhrikçi və köməkçi qismində iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və onun əməlləri CM-in 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri ilə düzgün tövsif edilərək o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, belə nəticəyə gələn birinci və apellyasiya instansiyası istər sübutların tədqiq edilməsi, istərsə də onların qiy mətləndirilməsi zamanı hər hansı pozuntuya, o cümlədən Məhkum həm Konstitusiyada, həm “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasında, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasına yol verməmiş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları isə kifayət qədər əsaslandırılmışdır. Belə olan halda isə, həmin aktların qanunsuz və əsasız olması barədə fikir yürütmək mümkün deyil. Məhkəmə kollegiyası öz qənaəti ilə bağlı həmçinin vurğulayır ki, cinayət qanunu normalarına yuxarıda verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun 6 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müə yyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı)... İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin, bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri v ə ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Həmçinin, qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsiz liyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər. Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq ) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, qanunverici iştirakçılığın aksessor nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyyətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Belə ki, Cinayət Mə cəlləsinin 33.5-ci maddəsinə müvafiq olaraq, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Cinayət Məcəlləsinin 33.3-cü maddəsində cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi təsbit edilmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Beləliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu təsvir edilən Qərarında digər nəticələrlə yanaşı həmçinin o nəticəyə də gəlmişdir ki, CM-in 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin CM-in 32-ci maddəsinə istinad edilməklə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən 3 mart 2005-ci il tarixd ə qəbul edilmiş “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, CM-in 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Qərarın 11-ci bəndinin 2-ci abzasında göstərilmişdir ki, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlak ın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-in 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Həmin Qərarın 15-ci bəndinə görə, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Qərarın 23-cü bəndində qeyd olunmuşdur ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-in 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərl ə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs1 əmlakının talanmasına digərlərini təhrik edərkən bunun üsulunu əvvəlcədən razılaşdırmasa da onun özünün əməllərinin qiymətləndirilməsi və tövsifi cinayətin icraçıları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndir ilən şəxs2 zərərçəkmişə qarşı törətdikləri əməllərlə şərtləndirilmiş, sonuncular isə Zərərçəkmiş şəxs1 pul vəsaitini və telefon aparatını məhz quldurluq yolu ilə, yəni onun həyatı və sağlamlığı üçün təhlükəli olan basqın etməklə ələ keçirmiş, bu zaman onun sağlamlığına hər hansı zərər vurulmasa da, Təqsirləndirilən şəxs1 bıçaqdan istifadə etməsi və basqın zamanı Zərərçəkmiş şəxs1 ünvanına “səni doğrayaram” ifadəsini işlətməsi zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükə yaratmasına dəlalət edir. Belə nəticə isə həm cinayət qanunu normaları, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə tam uzlaşdığından məhkəmə kollegiyası bunun əksinə olan kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və həm ci nayətin icraçılarının əməllərinin soyğunçuluq kimi qiymətləndirilməsi, həm də Məhkum cinayətin törədilməsinə aidiyyətinin olmaması əsası ilə cinayət işinin onun barəsindəki hissəsinin icraatına xitam verilməsi üçün əsaslar görmür və hesab edir ki, bu barədə kassasiya şikayətinin dəlilləri sonuncunun cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bütün təsvir edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə düzgün olaraq təqsirli bilinib məhkum olunmuş və bu haqda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkum açıq- aşkar ağır cəzanın təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası əvvəla vurğulayır ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və hə min cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-o lmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilm əmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız süb utlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda da istinad olunan CPM-in 144, 145 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə cinayət-mühakimə icraatını aparan orqanlar, o cümlədən məhkəmələr cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamalı, yoxlama zamanı toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməli, hökm isə məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı dedikdə təkcə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyin ə dəlalət edən deyil, həmçinin onun barəsində bu ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə əsas olan və bu məsələnin də düzgün həllinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddə sinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003- cü il tarixli 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edi lməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkum barəsində seçilmiş cəza tədbiri ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, onun törətdiyi əmələ görə təqsirli bilindiyi CM-in 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, bu maddələrdə göstərilən cinayətlər isə CM-in 15.4-ci maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid edilir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum barəsində təqsirli bilindiyi CM-in 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən sonuncunun həm təhrikçi, həm də köməkçi qismində quldurluq cinayətinin törədilməsində iştirak etməsini, onun cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq t amamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, habelə iş üzrə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə bu cəzanı dəyişdirmədən qüvvədə saxlanılmasını mümkün bilərkən qeyri-humanistliyə və ədalətsizliyə yol verməmiş, digər tərəfdən isə istər apellyasiya, istərsə də kassasiya şikayətinə məhkəmə baxışları zam anı həmin cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş, adı çəkilən məhkum və onun müdafiəçisi də belə sübutları istər ibtidai araşdırma orqanına, istərsə də məhkəmələrə, o cümlədən kassasiya instansiyası məhkəməsinə təqdim etməmişlər. Halbuki, apellyasiya və kassasiya icraatları zamanı məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, ilk növbədə bu məsələni həll edən birinci instansiyası məhkəməsi CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən halı nəzərə almamış olsun, yaxud CM-in 61.1-ci maddəsində nəzərdə tutulmamış hansısa halı əsassız olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilsin. Hazırki c inayət işi üzrə çıxarılmış hökmdən və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarından məhkəmələrin bu kimi hallara yol vermələri görünmür. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün həmin şəxsin barəsində CM-in 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla t örədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hal lar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın kömə kçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası vurğulayır ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi norma lardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqin i mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən Məhkum törətdiyi əməllərin ictimai təhlükəliliyini azaldan, yaxud da aradan qaldıran və ya onun özünün ictimai təhlükəli şəxs olmaması barədə nəticəyə gəlməyə əsas verən heç bir müstəsna hal müəyyən edilməmiş, məhkumun müdafiəçisi Z.E.Hüseynov da kassasiya şikayətində bu kimi hallara istinad etməmişdir. Belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi, yəni ona təyin olunmuş cəzanın müddə tinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az həddədək endirilməsi və ya həmin cəzanın azadlıqdan məhrum etməklə bağlı olmayan digər cəza ilə əvəz edilməsi üçün əsaslar görmür, kassasiya şikayətinin dəlillərini isə qəbul edilməz sayaraq həmin şikayətin bu hissədə də təmin edilməsini mümkün bilmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPMin 416.1.21-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini qeyd edərək kassasiya şikayətinin heç bir dəlili ilə razılaşmır, bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, müdafiəçi Z.E.Hüseynovun kassasiya şikayəti təmin edi lməməli, Məhkum CM-in 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024cü il tarixli qərarı isə ona aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 və 414-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il t arixli qərarından məhkum Təqsirləndirilən şəxs1 özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin. Məhkum müdafiəçisi Z.E.Hüseynovun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarı Məhkum aid hissədə və baxılmış kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar