Məhkəmə qərarları › İş №1(102)-1953/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1953/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1953/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum, onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi5 iştirakları ilə, 5 iyul 1988-ci ildə Cəlilabad rayonu onun Əççələr kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsi lli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2, 183.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-783/2025 nömrəli 28 aprel 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər A.B.Sadıqov (sədrlik edən və məruzəçi), M.N.Kərimova və F.Müdafiəçi1) xx.xx.2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.3. 2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib 6 (altı) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası CM-nin 183.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona hazırki hökmlə təyin olunmuş cəzaların CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barədə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmənin həmin h ökmündən məhkum və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)783/2025 nömrəli 28 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər M.C.Qarayeva (sədrlik edən), Z.V.Əhmədov və E.Ə.Mehdiyev) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-250/2025 nömrəli hökmünün dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsas ən Məhkum hökmlə Azərbaycan Respublikası CM-nin 183.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının hazırkı qərarla təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum uzun müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 58 və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 65C ünvanlarında yerləşən 19 mərtəbəli yeni yaşayış binalarına göstərdiyi gözətçilik-mühafizə xidməti zəminində tanıdığı və səmimi münasibət qurduğu bina sakini Zərərçəkmiş şəxs1 maddi cəhətdən imkanlı şəxs olmasını öz cinayətkar maraqları baxımından nəzərə alıb tamah ni yyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 2023-cü ilin mart ayının ortalarında Bülbül prospekti 65C ünvanında yerləşən digər gözətçi postundan Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65C ünvanında yerləşən qaraj sahəsinin qapısının açarını götürüb həmin saxlanc yerinə sərbəst şəkildə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs1 mülkiyyətindən ibarət beş cüt dəyəri 800 manat olan kişi və beş cüt hər birinin dəyəri 80 manat olmaqla, ümumi dəyəri 400 manat olan uşaq ayaqqabılarını, 1 ədəd 1000 manat dəyərində “Sharp” markalı fotoaparatı, 1 ədəd 900 manat dəyərində “Sony” markalı kiçik ölçülü çəhrayı rəngli fotoaparatı, 2 ədəd hər biri 300 manat olmaqla, cəmi 600 manat dəyərində “Sony”, digəri 400 manat dəyərində “Canon” markalı olan kiçi k ölçülü fotoaparatları, 1 ədəd 700 manat dəyərində tünd qəhvəyi rəngli kişi üçün nəzərdə tutulmuş qış kürkünü və 1 ədəd 400 manat dəyərində qab-qacaq dəstini və sonuncunun arvadı Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 600 manat dəyərində xəz şubanı gizli olaraq talayıb ümumilikdə 5800 (beş min səkkiz yüz) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum uzun müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 58 və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 65C ünvanlarında yerləşən 19 mərtəbəli yeni yaşayış binalarına göstərdiyi gözətçilik mühafizə xidməti zəminində tanıdığı və səmimi münasibət qurduğu bina sakini Zərərçəkmiş şəxs1 maddi cəhətdən imkanlı şəxs olmasını, habelə yay mövsümü ilə əlaqədar ailə üzvləri ilə birlikdə daimi yaşa dığı mənzili tərk edib müvəqqəti bağ evinə köçməsini öz cinayətkar maraqları baxımından nəzərə alıb tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 2023-cü ilin avqust ayının əvvəllərindən həmin ayın ortalarına qədər olan müddətdə bir neçə gün ərzində, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfəsində eyni üsulla, yəni Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65C ünvanında yerləşən digər gözətçi postundan Zərərçəkmiş şəxs1 məxsus qaraj sahəsinin qapısının açarını götürüb oraya daxil olduqdan, bunun ardınca isə qarajın içərisindəki açar şitindən sonuncunun mənzilinə aid açarlara yiyələndikdən sonra həmin yaşayış sahəsinə, yəni ünvan 3 ünvanın qapısının kilidini açarı ilə açıb sərbəst şəkildə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məx sus 1 ədəd 800 manat dəyərində “Canon” markalı fotoaparat, 1 ədəd 1100 manat dəyərində “Nikon” markalı fotoaparat, 1 ədəd 3000 manat dəyərində “Apple Macbook” markalı noutbuk, 1 ədəd 20 manat dəyərində “Mi” markalı enerji cihazı, 1 ədəd 1800 manat dəyərində “Ferrari” markalı qol saatı, 1 ədəd 1000 manat dəyərində “Boss" markalı qol saatı, 1 ədəd 3000 manat dəyərində “Rado” markalı qol saatı, 1 ədəd 750 manat dəyərində “DG” markalı qol saatı, 1 ədəd 1300 manat dəyərində “Swatch” markalı qol saatı, 1 ədəd 2000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XİX əsrə aid olan “Molniya” markalı cib saatı, 1 ədəd qızılı rəngli üzərində qədimi naxışlar olan 750 manat dəyərində qab, 1 cüt 30 manat dəyərində “Everlast” markalı boks əlcəyi, 1 ədəd ağ rəngli 400 manat dəyərində “İtsmag ical” markalı tikiş maşını, 01 ədəd üzərində “Tog yu yı pin” yazısı olan 300 manat dəyərində qadın siluetli suvenir, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli bir ədəd çantanın içərisində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən cənubi Azərbaycan təbriz xalçaçılıq məktəbinə aid olan 165x110 ölçüsündə və XX əsrin sonlarına (1990-2000-ci illərə) aid olub qarışıq ipək saplarla toxunmuş bir ədəd böyük və iki ədəd kiçik ölçülü ümumilikdə 5000 manat dəyərində xalçaları, 1 cüt üzərində “Alexander McQueen” yazısı olan 800 manat dəyərində qara rəngli idman ayaqqabısı, 1 cüt sarı rəngli 600 manat dəyərində “Nike” markalı idman ayaqqabısı, 1 ədəd qızılı rəngli metaldan olan 700 manat dəyərində qab, 1 ədəd qara rəngli parçadan olan torbada ümumi dəyəri 2000 manat təşkil edən bijuteriya tip li boyunbağılar, üzüklər, sırğalar və bəzək əşyaları və 1 ədəd çəhrayı rəngli üzərində “itsmagical” yazısı həkk edilmiş qutunun içərisində olan ümumi dəyəri 1500 manat təşkil edən bijuteriya tipli qolbaq, boyunbağı, üzük və bilərziklər, 2 ədəd hər biri 2000 manat dəyərində olmaqla cəmi 4000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid olan şamdanlar, 2 ədəd hər biri 3000 manat dəyərində cəmi 6000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid şüşə materialından tutacaqlı və qapaqlı qrafinlər, 2 ədəd 1000 manat dəyərində gümüş çaxır badələri, 1 ədəd 500 manat dəyərində suvenir xəncər, 10 ədəd ümumi dəyəri 8000 manat təşkil edən brend markalı spirtli içki şüşələri, 1 ədəd 2500 manat dəyərində qədimi g ümüş vaza və 03 ədəd hər biri 300 manat dəyərində olmaqla cəmdə 900 manat dəyərində olan gümüş qaşıqları, habelə həmin mənzildən Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd qara rəngli 21000 manat dəyərində xəz gödəkcə, 1 ədəd qara rəngli 13000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, 1 ədəd qara rəngli 7000 manat dəyərində “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 1 ədəd 14000 manat dəyərində “Etro Milano” markalı qısa xəz gödəkcə, 1 ədəd 12000 manat dəyərində qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 1 ədəd 14000 manat dəyərində “4G” markalı xəz jilet, 01 ədəd 11000 manat dəyərində “Thes Thes” markalı qəhvəyi rəngli xəz gödəkcə, 1 ədəd 2800 manat dəyərində “Pajaro” markalı qəhvəyi rəngli xəz gödəkcə, 1 ədəd 1850 manat dəyərində “Adoma” markalı sarı rəngli gödəkcə, 1 ədəd 5500 manat dəyərində “Thes irevelle” markalı ağ rəngli xəz gödəkcə, 1 ədəd 6200 manat dəyərində “Albeno Fercci” markalı qısa xəz gödəkcə, 1 ədəd 350 manat dəyərində qırmızı rəngli “Alexander Mcqueen” markalı pul qabı, 1 ədəd qara rəngli 550 manat dəyərində “Cristian Dior” markalı əl çantası, 1 ədəd qara rəngli 700 manat dəyərində “Bulgari” markalı qadın əl çantası, 1 ədəd qara rəngli 1200 manat dəyərində “Patrisiya-pp” markalı qadın əl çantası, 1 ədəd qara rəngli 500 manat dəyərində “Dolge&Gabanna” markalı qadın əl çantası, 1 ədəd boz rəngli 800 manat dəyərində “Prada” markalı qadın əl çantası, 1 ədəd qırmızı rəngli 1200 manat dəyərində “LV” markalı qadın əl çantası, 1 ədəd qara rəngli 700 manat dəyərində “LV” markalı pul qabı, 1 ədəd mavi rəngli 900 manat dəyərində “Herme s” markalı pul qabı, 01 ədəd göy rəngli 40 manat dəyərində “Mango” markalı pul qabı, 1 ədəd göy rəngli 600 manat dəyərində “YSL” markalı qadın əl çantası, 1 ədəd ağ rəngli 700 manat dəyərində “Botegga Venetta” markalı əl çantası, 2 ədəd şəffaf rəngli hər biri 350 manat dəyərində olmaqla cəmi 700 manat dəyərində “Zara” markalı ətirlər, 1 ədəd “Emporio Armani” markalı 1800 manat dəyərində qadın ətri, 08 ədəd brend markalı ümumi dəyəri 10000 manat təşkil edən qadın ətirləri, 1 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş original “Rolex” saatına aid 550 manat dəyərində boş qutu, 1 ədəd 2000 manat dəyərində “Lorus" markalı qol saatı, 1 ədəd 1200 manat dəyərində “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd hər biri 150 manat dəyərində olmaqla cəmdə 1650 manat dəyərində bijuteriya boyunbağılar, 1 ədəd üzərində “Vigavan 1972” yazısı olan 1300 manat dəyərində qadın papağı, 1 ədəd qara rəngli 1100 manat dəyərində “Chanel” markalı qadın əl çantası, 3 ədəd brend markalı ümumi dəyəri 10000 manat olan qadın ziyafət donlarını gizli olaraq talayıb ümumilikdə 196.000 (yüz doxsan altı min) manat məbləğində, külli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum tərəfindən qeyd edilən özgə əmlakı talama cinayət əməllərini zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla (ekspert rəylərinə uyğun 28382 manat və 6200 manat müəyyən edildiyindən) törədilməsini təsbit etməklə, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif etmişdir. Kassasiya şikayəti və kassasiya protestinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş edilir. Müdafiəçi qeyd edir ki, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 183.1ci maddəsinə əsasən ona görə ittiham hökmü çıxmışdır ki, guya Məhkum xüsusi tarixi dəyəri olan əşyaları talamışdır. İş materiallarında sadalanan əşyaların xüsusi tarixi dəyərə malik olduğunu Məhkum bildiyinə dair heç bir sübut mövcud deyildir. Məhkəmə istintaqı zamanı dindirilən Məhkum da həmin əşyaların xüsusi tarixi dəyərə malik olduğunu bilmədiyini demişdir. Qeyd edilən hal zərər çəkmiş şəxsin ifadəsində də öz əksini tapmışdır. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə yalnız ehtimallar və zərər çəkmiş şəxsin mülahizələrinə əsasən ittiham hökmü çıxarılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni baxışa təyin edilməsi xahiş edilir. Dövlət ittihamçısı qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının CM-nin 177.3.2 və 183.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. İstər isti ntaq orqanı, istərsə də məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etməsi və xüsusi tarixi dəyəri olan əşyaları talaması barədə mövqeləri eynilik təşkil etmişdir. Lakin apellyasıya instansiyası məhkəməsi tərəfindən zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurulması qənaətinə gəlinərək təqsirləndirilən şəxsin əməli tövsif edilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə görə özgənin əmlakını gizli olaraq talama - oğurluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 177.1 və 177.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin əməl CM-nin 1 77.3.2-ci maddəsi ilə tövsif edilir. İş materiallarında olan ekspertiza rəyindən görünür ki, ekspert təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və könüllü təqdim edilmiş əşyalara və oğurlanmış digər əşyalara, yəni ümumilikdə 85 adda müxtəlif markalı mallara əsaslanaraq orta bazar qiymətini 28382 manat dəyərində müəyyən edir. Halbuki zərər çəkmiş şəxsin evindən 100-dən çox adda müxtəlif markalı, xüsusilə dəyəri daha yüksək brend markalara məxsus əşyalar oğurlanmışdır. Ekspertiza həmin malların dəyərini müəyyən edə bilməmişdir. Ekspertizanın qalan malların dəyərinin müəyyən edilməməsi barədə gəldiyi nəticə həmin malların oğurlanmamış və dəyərə malik olmaması kimi qiymətləndirilə bilməz. Faktiki olaraq həmin əşyalar da təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və nəticədə zərər çəkmiş şəxs ə ittiham da irəli sürülən bəlli məbləğdə maddi ziyan dəymişdir. İş materiallarından göründüyü kimi zərər çəkmiş şəxslər iş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmamış, onlara ifadələrində qeyd etdikləri kimi külli miqdarda ziyan vurulduğunu bildirmişlər. Zərər çəkmiş şəxslərin ifadələrində qeyd edildiyi kimi oğurlanmış əşyaların əksəriyyəti bahalı markalara məxsus brend əşyalardır. Zərər çəkmiş şəxslərin ifadələrində qeyd etdiklərinin həqiqət olması iş materiallarına əlavə edilmiş könüllü təqdim etmə və baxış keçirmə haqqında protokol ilə də öz təsdiqini tapır. Belə ki, həmin protokoldan da görünür ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən qaytarılan əşyaların əksəriyyəti bahalı markalara məxsus əşyalardır. Belə olan halda apellyasiya məhkəməsinin ekspertiza rəyinə əsasla naraq təqsirləndirilən şəxsin əməlinin yüngül maddəyə tövsif edilməsi ilə bağlı mövqeyi əsaslı olmamışdır. Bütün bunlar məhkəmələrin müdafiə tərəfinin mövqeyində dayanaraq sübutları düzgün qiymətləndirməməklə, obyektiv həqiqəti müəyyən etməməklə qanunsuz və əsassız yekun nəticəyə gəlməsinə dəlalət edən hallardır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə Məhkum, müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi5, verilmiş kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi bi rinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətb iq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum əməlinin CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində bu əməlin külli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin ci nayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, o nun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Apellyasiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökmündə təqsirləndirilən şəxsin əməllərini CM-nin 177.3.2.-ci maddəsi ilə tövsif edərkən hansı səbəbdən təqsirləndirilənin ifadəsinin və ekspert rəylərinin sübut kimi qəbul etməməsini, zərər çəkmiş şəxsin verdiyi ifadəsinə isə üstünlük verməsini və buna əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamış, bununla da məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Apellyasiya məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab etmişdir ki, Məhkum törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsilə düzgün tövsif edilməmişdir. Lakin onun CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən Məhkum əməllərinin CM-nin 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunması nəticəsinə gəlməklə nədənsə işdə olan istintaq protokollarından və ekspert rəylərinin tədqiqindən yan keçmiş, həmin ekspert rəylərini sübut kimi for mal surətdə sadalamaqla kifayətlənmiş, onları bir sübut kimi mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə: “Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər”. Hazırki iş üzrə talanmış əmlakın qiymətini müəyyən edən ekspertlərin səriştəliyinə hər hansı şübhə olmadığından xüsusi biliyi ilə bu nəticəyə gəlməsi ziddiyyət kimi qiymətləndirilə bilməz və mötəbərliyi şübhə doğurmur. Məhkəmə qərarlarından görünür ki, aşağı instansiya məhkəmələrində ifadə verərkən Məhkum ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Elçinin evinə girməyini və oradan bəzi əşyaları oğurladığını təsdiq edir, lakin evə girib bütün əşyaların onun tərəfindən oğurluq məqsədilə götürülməsi ilə razı deyil. Bundan əlavə, ittihamda əşyaların məbləği şişirdilib, əşyaların sayı düzgün yazılmayıb. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Elçinin evinə 3-4 dəfə girmişdir. Qarajdan isə heç nə oğurlamamışdır. Evin açarını qarajdan açar qabından götürmüşdür. Qarajın pultu isə daima onda olmuşdur. Oğurlanan xalçanın və bakalın tarixi əhəmiyyətli olmasını bilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Məhkum mən bir neçə ildir ki, tanıyır, ona bütün bina sakinlərinin böyük etimadı olmuşdur. 2023-cü ilin iyul ayından avqust ayına qədər olan müddət ərzində o, ailə üzvləri ilə birlikdə bağ evində qalmış, buna baxmayaraq ara-sıra evə gedib baş çəkmiş, lakin mənzilə baş çəkilən vaxtlarda orada hər hansı dağıntı və ya kənar müdaxiləyə işarə edən hər hansı səliqəsizlik görməmiş, mənzildən oğurluq hadisəsinin olmasından şübhələnməmişdir. Evində içki saxladığı yerdən hədiyyə vermək üçün içki götürmək istəyəndə, həmin içki qutularının boş olduğunu görmüş, amma bunu önəmli sayıb fikir verməmiş və heç kimə heç nə deməmişdir. Günlərin bir günü həyat yoldaşı ilə ailəvi dostluq etd ikləri şəxsin ad günü mərasiminə getməyə hazırlaşırkən doğum günü qeyd olunan şəxsə hədiyyə vermək üçün evdəki şkafdan “Emporio Armani” mağazasından aldıqları 1800 manat dəyərində qadın ətrini götürmək istəyərkən ətirin yerləşdiyi qutunun boş olmasıənı görmüşdür. Bu hal ona şübhəli gəlmiş, ona görə də o, dolabda olan digər ətirlərin yerləşdiyi qutulara da baxmış və qutuların yerində olmasına baxmayaraq ətirlərin içərisində olmadığını görmüşdür. Ad gününə gedib gəldikdən sonra həyat yoldaşı ilə mənzilin bütün dolablarına baxıb və mənzildən məhz hansı əşyaların yoxa çıxdığını müəyyən edib və bundan sonra polisə müraciət etmişdir. Məhkəmə iclası zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, evin açarı qarajda açar qoymaq üçün qabın içərisində olurmuş. Oğurlanan əşyaların əksər hissə si qaytarılıb. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 həyat yoldaşıdır. Həyat yoldaşına münasibətdə xəz dükanına 5000 manat borc qalıb, o pul ödənilsə, təqsirləndirilən şəxsi bağışlayar. Xəz dərini Bakı Univermağında olan xəz dükanından almışdır, İtaliya istehsalıdır. Məhkəmə qərarlarında olan xx.xx.2023-cü tarixli protokolda qeyd olunmuşdur ki, baxış zamanı 01 ədəd qara rəngli “Roberto Cavalli” markalı xəz gödəkcə, 01 ədəd qara rəngli “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 01 ədəd “Etro Milano” markalı qısa xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 01 ədəd “4G” markalı xəz jilet, 01 ədəd qəhvəyi rəngli “Thes Thes” markalı xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Pajaro” markalı xəz gödəkcə, 01 ədəd sarı rəngli “Adoma” markalı gödəkcə, 01 ədəd ağ rəngli “thes irevelle” markalı xəz gödəkcə, 01 ədəd “Albeno Fercci” markalı qısa xəz gödəkcə, 01 ədəd qırmızı rəngli “Alexander Mcqueen” markalı pul qabı, 01 ədəd qara rəngli “Cristian Dior” markalı əl çantası, 01 ədəd qara rəngli “Bulgari” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Patiria-pp” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Dolge Gabanna” markalı qadın əl çantası, 01 ədəd boz rəngli “Prada” markalı qadın əl çantası, 01 ədəd qırmızı rəngli “LV” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “LV” markalı pul qabı, 01 ədəd mavi rəngli “Hermes” markalı pul qabı, 01 ədəd göy rəngli “Mango” markalı pul qabı, 01 ədəd göy rəngli “YSL” markalı qadın əl çantas ı, 01 ədəd ağ rəngli “Botegga Venetta” markalı əl çantası, 02 ədəd şəffaf rəngli “Zara” markalı ətir, 02 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Nikon” markalı fotoaparat, 01 ədəd “Sharp” markalı fotoaparat, 01 ədəd “Apple Macbook” markalı noutbuk, 01 ədəd “Sony” markalı enerji cihazı, 01 ədəd “Mi” markalı enerji cihazı, 01 ədəd qab dəsti, 01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş “Rolex” saatına aid boş qutu, 01 ədəd “Lorus” markalı qol saatı, 01 ədəd “Ferrari” markalı qol saatı, 01 ədəd “Boss” markalı qol saatı, 01 ədəd “Rado” markalı qol saatı, 01 ədəd “DG” markalı qol saatı, 01 ədəd “Swatch” markalı qol saatı, 01 ədəd “Molniya” markalı cib saatı, 01 ədəd “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd bijuteriyaya bənzər boyunbağı, 01 ədəd qızılı rəngli üzər ində naxışları olan qab, 01 cüt “EVERLAST” markalı boks əlcəyi, 01 ədəd “İtsmagical” markalı ağ rəngli tikiş maşını, 01 ədəd “Tog yu yı pin” yazısı olan qadın siluetli suvenir, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli çantanın içərisində sarımtıl, qəhvəyi və göyqırmızı rəngli 01 ədəd böyük və iki ədəd kiçik ölçülü xalçalar, üzərində “Metro Created” yazısı olan tünd qənd qəhvəyi rəngli 1 ədəd kişi kürkü, 01 ədəd “Vigavan 1972” yazısı olan qadın papağı, 01 cüt “Alexander McQueen” yazısı olan qara rəngli idman ayaqqabısı, 01 cüt “Nike” markalı sarı rəngli idman ayaqqabısı, 01 ədəd “Sony” markalı çəhrayı rəngli fotoaparat, 01 ədəd “Sony” markalı boz rəngli fotoaparat, 01 ədəd “Canon” markalı gümüşü rəngli fotoaparat, 01 ədəd qara rəngli “Chanel” markalı qadın əl çantası, 01 ədəd qız ılı rəngli metaldan olan qab, 01 ədəd qara rəngli parçadan olan torbada bijuteriya tipli boyunbağılar, üzüklər, sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “İTSmagical” yazısı həkk edilmiş qutunun içərisində bijuteriya tipli qolbaq, boyunbağı, üzük və bilərzikləri aşkar edilmişdir. Məhkəmə qərarlarında olan xx.xx.2023-cü il tarixli “könüllü təqdim etmə və baxış keçirmə haqqında” protokolda qeyd olunmuşdur ki, həmin ünvan həyətyanı sahədən və 1 ədəd yaşayış üçün nəzərdə tutulmuş 1 mərtəbəli evdən ibarətdir, həmçinin yaşayış evinin 2 hissədən girişi olan ayrı-ayrı zirzəmilərinin olması da müəyyən edildi. Yaşayış evinə daxil olduqda evin dəhlizi yerləşir, sağ tərəfdə qonaq otağı, sol tərəfdə uşaq yataq otağı və sanitar qovşağı, öndə sağ tərəfdə isə yataq otağı yerləşməklə, mənzil 3 otaqdan ibarətdir. Mənzilin zirzəmisinə və qeyd olunan otaqlara baxış keçirilən zaman Məhkum özü könüllü olaraq 01 ədəd qara rəngli “Roberto Cavalli” markalı xəz gödəkçə, 01 ədəd “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 01 ədəd “Etro Milano” markalı qısa xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 01 ədəd “4G” markalı xəz jilet, 01 ədəd “Thes Thes” markalı qəhvəyi rəngli xəz gödəkcə, 01 ədəd “Pajaro” markalı qəhvəyi rəngli xəz gödəkcə, 01 ədəd “Adoma” markalı sarı rəngli gödəkçə, 01 ədəd “thes irevelle” markalı ağ rəngli xəz gödəkcə, 01 ədəd “AlbenoFercci” markalı qısa xəz gödəkçə, 01 ədəd qırmızı rəngli “Alexandre Mcqueen” markalı pul qabı, 01 ədəd qara rəngli “Christian Dior” markalı əl çantası, 01 ədəd qara rəngli “Bulgari” markalı qadın əl çantası, 0 1 ədəd qara rəngli “Patiriapp” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Dolce Gabanna” markalı qadın əl çantası, 01 ədəd boz rəngli “Prada” markalı qadın əl çantası, 01 ədəd qırmızı rəngli “LV” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “LV” markalı pul qabı, 01 ədəd mavi rəngli “Hermes” markalı pul qabı, 01 ədəd “Mango” markalı pul qabı, 01 ədəd göy rəngli “YSL” markalı qadın əl çantası, 01 ədəd ağ rəngli “Bottega Venetta” markalı əl çantası, 02 ədəd şəffaf rəngli “Zara” marklı ətir, 02 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Nikon” markalı fotoaparat, 01 ədəd “Sharp” markalı fotoaparat, 01 ədəd “Apple Macbook” markalı noutbuk,01 ədəd “Sony” markalı enerji cihazı, 01 ədəd “Mi” markalı enerji cihazı,01 ədəd qab dəsti,01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd ol unmuş “Rolex” saatına aid boş qutu,01 ədəd “Lorus” mrkalı qol saatı,01 ədəd “Ferrari”markalı qol saatı,01 ədəd “Boss” markalı qol saatı,01 ədəd “Rado” markalı qol saatı,01 ədəd “DG” markalı qol saatı, 01 ədəd “Swatch” markalı qol saatı, 01 ədəd markasız cib saatı, 01 ədəd “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd bijuteriyaya bənzər boyunbağı, 01 ədəd qızılı rəngli üzərində naxışları olan qab, 01 ədəd “Tog yu yı pin” yazısı olan qadın siluetli suvenir, 01 cüt “Everlast” markalı boks əlcəyi,”itsımagical” markalı ağ rəngli tikiş maşını, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli çantanın içərisində sarımtıl, qəhvəyi və göy-qırmızı rəngli 01 ədəd böyük və iki ədəd kiçik ölçülü xalçalar, ”Metro Created” yazısı olan tünd qəhvəyi rəngli 1 ədəd kişi kürkü, 01 ədəd “Vigavan 1972” ya zısı olan qadın papağı, 01 cüt “Alexander McQueen” yazısı olan qara rəngli idman ayaqqabısı, 01 cüt “Nike” markalı sarı rəngli idman ayaqqabısı,01 ədəd “Sony” markalı çəhrayı rəngli fotoaparat, 01 ədəd “Sony” markalı boz rəngli fotoaparat,01 ədəd “Canon” markalı gümüşü rəngli fotoaparat, 01 ədəd qara rəngli “Chanel” markalı qadın əl çantası, 01 ədəd qızılı rəngli metaldan olan qab, 01 ədəd qara rəngli parçadan olan torbada bijuteriya tipli boyunbağılar, üzüklər, sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “İTSİmagical” yazısı həkk edilmiş qutunun içərisində bijuteriya tipli qolbaq, boyunbağı, üzük və bilərzikləri təqdim edərək həmin əşyaları müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanda yerləşən mənzildən əldə etdiyini bildirmiş, fotoşəkillər çəkilərək pro tokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “əşyaların tanınması haqqında” protokolda qeyd olunmuşdur ki, tanıyan Zərərçəkmiş şəxs1 təqdim olunan əşyaları diqqətlə nəzərdən keçirib bildirdi ki, təqdim olunan əşyaların hər biri ona məxsus ünvan 3 ünvandakı mənzildən və binanın həyətində yerləşən qarajından oğurlanmışdır və ifadəsində təsvir etdiyi əşyalarla eynilik təşkil etməsi əlamətlərinə görə tanıyır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-1616/2-9/7375/2023 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş əşyalar 85 adda müxtəlif markalı malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 28382 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Təqdim edilmiş 1 ədəd “Molniya” markalı cib saatı, 2 ədəd suvenir şamdan, 2 ədəd şüşə materialından olan tutacaqlı-qapalı su qabı və 1 ədəd 16-17 əsrə aid 165x110 ölçülü namazlıq, ipək Səfəvi xalçası tarixi bədii muzey əhəmiyyəti kəsb etdiyindən və əntiq əşyalara aid olduğundan mərkəzdə bu kateqoriyalı tədqiqat obyektləri üzrə tədqiqat və qiymətləndirmə aparılmır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 9/1133 nömrəli rəyindən görünür ki, “Azərbaycan Milli İncəsənət Muzeyi” tərəfindən tərtib edilmiş 105 №-li xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən qərarda göstərilən və təqdim edilən malların 2023-cü ilin mart-avqust aylarına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 6200,00 manat müəyyən edilir. O cümlədən: 1. 01 (bir) ədəd “Molniya” tipli cib saatı XİX əsrə aid olub, xüsusi tarixi bədii əhəmiyyət kəbs edir və 1200 manat (min iki yüz) dəyərində qiymətləndirilir. 2. 02 (iki) ədəd şamdan XX əsrin birinci yarısına aid olub xüsusi tarixi bədii əhəmiyyət kəsb edir və 600 manat (altı yüz) dəyərində qiymətləndirilir. 3. 02 (iki) ədəd şüşə materialından tutacaqlı və qapaqlı (qrafin) XX əsrin birinci yarısına aid olub hər biri ayrılıqda 700 (yeddi yüz) və ümumi 1400 (min dörd yüz) manat dəyərində qiymətləndirilir. 4. 01 ədəd cənubi Azərbaycan təbriz xalçaçılıq məktəbinə aid olan xalça 165x110 XX əsrin sonlarına (19902000) illərə aid olub qarışıq ipək saplarla toxunmuşdur, 3000 (üç min) manat dəyərində qiymətləndirilir. Bəddi əhəmiyyət kəsb edir. Yekun: təqdim edilən predmetlər yalnız xüsusi tarixi və bədii əhəmi yyət kəsb edir. Elmi, ədəbi, mədəni dəyər kəsb etmir. Eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan İncəsənət Muzeyi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 105 nömrəli rəyindən də müəyyən edilir ki, 1 ədəd “Molniya” tipli cib saatı, 2 ədəd şamdan, 2 ədəd şüşə materialından qrafin, 1 ədəd 165x110 ölçülü xalçaya baxış keçirilmiş və ümumilikdə 6200 manat dəyər müəyyən edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi zərər çəkmiş şəxslərə dəymiş ziyanın məbləği ekspert rəylərinə uyğun 28382 manat və 6200 manat müəyyən edildiyindən Məhkum tərəfindən qeyd edilən özgə əmlakı talama cinayət əməllərini zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsi qənaətinə gəlsə də, ekspertiza tərəfindən dəyəri müəyyən edilməmiş mallar, həmin malların müəyyən dəyərə malik olması apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış, vurulmuş ziyanın dəqiq məbləgi müəyyən edilməmiş, qeyd edilən hallar ətraflı araşdırılmamışdır. Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum t örətdiyi cinayət əməlinə qiymət verərkən apellyasiya instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinin digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamış, nəticədə Məhkum əməli tövsif edilmişdir. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, Məhkum əməlinin CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmişdir. Buna görə də kassasiya protesti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək yeni apellyasiya baxışına təyin olunmalıdır. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların Məhkum təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun o laraq düzgün qiymətləndirilməməsi və Məhkum əməlinin əsassız olaraq CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi haqda kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya protest inə münasibətdə ləğv olunur və yeni apellyasiya baxışında məhkumun irəli sürülmüş ittihamla təqsirlilik məsələləri həll olunarkən qəbul edilən qərarda qeyd edilən məsələlərə qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilərək, kassasiya şıkayəti isə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli hökmü ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkumun müdafiəçisi Müdaf iəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar