Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1973/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri “Presedent” Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2024-cü il tarixli, 1(104)-194/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1989-cu ildə Qazax rayonunun Eynallı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Eynallı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında cəza çəkməklə saxlanılır.
2. İbtidai ist intaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 18 yanvar 2023-cü il tarixində, saat 15 raddələrində Ağstafa rayonu Eynallı kəndində, yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı, qayınatası Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ kürəkaltı nahiyədə qançır və döş qəfəsinin sağ tərəfi 11-ci qabırğanın sınığı ilə nəticələnən, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə sağlamlığına qəsdən az ağır zərər vurmuşdur.
3. Ağstafa Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 1 8 yanvar 2024-cü il tarixli, 1(015)-17/2024 nömrəli hökmü ilə Məhkum törətdiyi cinayət əməlinin CM-in 127.2.2-ci maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməsi, Məhkum CM-in 127.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu 02 (iki) gün müddətin ona təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə ic las zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət məhkəmə tərkibində) 22 aprel 2024-cü il tarixli, 1(104)194/2024 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, iş üzrə Ağstafa Rayon Məhkəməsinin 18 yanvar 2024-ci il tarixli, 1(015)-17/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə ləğv edilməsi və yeni ittiham hökmü çıxarılması, Məhkum CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 18 yanvar 2024-cü il tarixdən hesablanması, Məhkum barəsində həbs qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
6. Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2024-cü il tarixli, 1(104)-194/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında olan bir sıra şahid ifadələrinə istinadlar edərək qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunmuş hallarından görünür ki, Məhkumla zərərçəkən Zərərçəkmiş şəxs arasında heç bir ədavət, düşmənçilik olmamışdır, hadisə təsədüf nəticəsində baş vermiş və belə vəziyyətdə zərərçəkən şəxsə əzab vermək, işgəncə vermək, şəxsiyyətini ələ salmaq, cinayəti xüsusi amansızlıqla, ağır iztirablar vermək niyyəti ilə törədilməsi mümkün de yildir. Hökmdən müəyyən edilmişdir ki, Məhkumla həyat yoldaşı Şahid2 arasında baş vermiş mübahisəni aydınlaşdırmaqdan ötrü zərərçəkmişin həyat yoldaşı Şahid1 və bacısı Şahid3 ona yaxınlaşaraq hansı səbəbdən həyat yoldaşı Şahid2 vurmasının səbəblərini soruşmuş və bu zaman aralarında mübahisə baş vermişdir. Ona görə də, zərərçəkən Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və aralarında baş vermiş münaqişə zamanı Məhkum tərəfindən zərərçəkənə az ağır xəsarət yetirilmişdir. Hadisənin baş vermə səbəbinə diqqət etdikdə həm məhkum edilən şəxsin, həm də zərərçəkmişin hadisənin əvvəlindən sonuna qədər münaqişə tərəfi kimi çıxış etmələrini, onların biri-birinin yanında olmaqla qarşılıqlı münaqişə halında olmaları təsdiq olunur. Göründüyü kimi şəxsi münasibətlər zəminində baş vermiş və qarşılıqlı münaqişə zamanı məhkum yumruq və təpiklə zərərçəkmişə xəsarət yetirmişdir. İşin faktiki hallarından görünür ki, onun hərəkətləri əzab və iztirab verə biləcəyi qohumlarının görməsi və ya dərk etməsi ümumiyyətlə müəyyən olunmamışdır. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, cinayətin törədilməsi zamanı məhkum zərərçəkmiş şəxsə onun həyat yoldaşı, qızı və bacısının yanında xəsarət yetirməsi ona iztirab vermək niyyəti ilə deyil, həmin şəxslər tərəfindən daha əvvəl onu təhqir etməklə, şiddət göstərmələrinə görə baş vermişdir. Belə olan vəziyyətdə zərərçəkmişin özünün münaqişənin digər aktiv iştirakçısı kimi məhkuma xəsarət yetirmək ehtimalı olduğu halda, zərərçəkmiş şəxsin qohumlarına xüsusi iztirab vermək, yaxud onlara xüsusi iztirab yetirdiyini dərk edərək zərərçəkmişə xüsusi amansızlı qla xəsarət yetirilməsi istisna olunur. O da qeyd edilməlidir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, hadisə vaxtı atası qaça-qaça gəldikdə söz-söhbət daha da böyümüş, bir-birini vurmaqla başlamışlar. Görmüşdür ki, Elçinin bacısı oğlu atasını tutmuş, Elçin də atasının sağ və sol yanlarına təpiklə və yumuruqla vurur. Daha sonra uşağını almasınlar deyə uşağı da götürərək maşına tərəf qaçmış, atasını da götürərək evə qayıtmışlar. Bundan əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qaynatasının körpünün üstündə Elçinə qarşı nalayiq ifadələr işlətməsini görmüşdür. Daha sonra qaynatası Elçinin üstünə hücum çəkdikdə, Elçin onun boğazından tutaraq saxlamışdır. Bundan başqa şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Elçingi li aralamağa gəldikdə, Tariyel gəlib onu itələmiş, Elçinin də boğazından tutmuşdur. Göstərilənlər bir daha təsdiq edir ki, zərərçəkən məhkuma müqavimət göstərmişdir və məhkumun ona iztirab, əzab və işgəncə verməsi mümkün deyildir.
8. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPM-in”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2024-cü il tarixli, 1(104)-194/2024 nömrəli hökmünün ləğv edilməsini, məhkumun əməlinin CM-in 127.2.2-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edərək, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qa ydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. K assasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlar ının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Müdafiəçi kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən 127.2.2-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və məhkumun əməlinin CM -in 127.1-ci maddəsinə tövsif edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2024-cü il tarixli, 1(104)-194/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üç ün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Məhkəmə kollegiyası Məhkum müdafiəçisinin hüqqularını müdafiə etdiyi şəxsə münasibətdə CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
21. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə dövlət ittihamçısı və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə tədqiqi nəticəsində m əhkumun əməlində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlinin tərkibinin mövcud olması nəticəsinə gəlmişdir.
22. Kollegiya müdafiəçi tərəfindən kassasiya şikayətində göstərilən “Məhkumla zərərçəkən Zərərçəkmiş şəxs arasında heç bir ədavət, düşmənçilik olmamışdır, hadisə təsədüf nəticəsində baş vermiş və belə vəziyyətdə zərərçəkən şəxsə əzab vermək, işgəncə vermək, şəxsiyyətini ələ salmaq, cinayəti xüsusi amansızlıqla, ağır iztirablar vermək niyyəti ilə törədilməsi mümkün deyildir” dəlilinə münasibətdə qeyd edir ki, hadisələrin təsadüfi axarı zəminində qəsdən sağlamlığa az ağır zərər vurulması və ya zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında əvvəlcədən bilavasitə və ya dolayısı ilə hər hansısa ədavətin, düşmənçiliyin olmaması faktiki vəziyyətdə baş ver ən ictimai təhlükəli əməldə şəxsin “xüsusi amansızlıq” niyyətini istisna edən element kimi çıxış edə bilməz.
23. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində qeyd edilir ki, xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsə onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda sağlamlığına zərər vurmada da ifadə oluna bilər.
24. Yəni əməl o halda xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, xəsarətin yetirilmə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir.
25. Qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tədqiq edilmiş sübutlar əsasında işin müəyyən edilmiş faktiki hallarına əsasən müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs sonuncunun yaxınlarının - qızının, arvadının və bacısının yanında, onların hadisəni gördüklərini bilə-bilə, dərk edərək vurub, sağlamlığına az ağır zərər yetirmişdir. Təqsirləndirilən şəxsin əvvəlcə zərərçəkmiş şəxsin qızı Şahid2, sonra hadisə yerinə gələn arvadı Şahid1 zor tətbiq edərək, bundan sonra onların və zərərçəkmiş şəxsin bacısının gözü qarşısında hadisə yerinə gələn zərərçəkmişi yumruqla və təpiklə vuraraq onun sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyüb onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk et diyinə dəlalət edir.
26. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilərək, məhz hazırki kassasiya şikayətinin əksinə məhkumun əməlində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlinin tərkibinin mövcud olması qənaətinə gəlinmişdir. Bundan əlavə, məhkum tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına zərər yetirilərkən xüsusi amansızlıq niyyətinin olmaması, onun əməlində həmin əsasla ağırlaşdırıcı tərkib əlamətinin olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.
27. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində və dövlət ittihamçısının apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində və eyni zamanda qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı əldə edilmiş və Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldi yi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi və ona cəza təyini barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
28. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və qismən məhkəmə istintaqı ilə keçirilmiş apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
29. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühaki məsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü Məhkum əməlinin hüquqi tövsifinə münasibətdə ləğv edərək, yeni hökm çıxarmışdır. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 127. 2.2-ci maddəsi ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona cəza təyininə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin hökm maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
31. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2024-cü il tarixli, 1(104)-194/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olun masına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2024-cü il tarixli, 1(104)-194/2024 nömrəli hökmü Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.