Məhkəmə qərarları › İş №1(102)-2036/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2036/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2036/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Məhkum – Məhkum, Müdafiəçilər - Məhkum müdafiəçisi Müdafiəçi6 və məhkum B.A.Ağayevin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Nuşrəvan oğlunun və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.4.1 və 32.5, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Nizami Quliyev, hakimlər Aqil Musayev və Müşfiq Məmmədovdan ibarət tərkibdə) 1(099)-11/2023 nömrəli 17 mart 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsi lli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, hal hazırda Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcnın 27 avqust 2023-cü ildən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs X2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-17/2024 saylı, 18 aprel 2024-cü il tarixli (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər İsmayıl Əhmədov və Yaşar Həşimovdan ibarət tərkibdə) qərarı ilə dövlət ittihamçısı X8 tərəfindən verilmiş vəsatət təmin edilmiş, X5 Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddələri verilmiş ittiham ittihamdan xaric edilmiş və X3 üzərində ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Xudişirin oğlu tərəfindən verilmiş apellyasiya şika yəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-11/2023 saylı, 17 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli CM-nin 32.5,234.4.1 və 32.5,234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 cinayət əməli CM-nin 32.5,234.4.1 və 32.5,234.4.3-cü maddələrinə tövsif edilmiş və ona təyin edilmiş 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 9 ilə endirilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-11/2023 saylı, 17 mart 2023-cü il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı olan başqa bir şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərb aycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in İ siyahısına daxile dilən 16370 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2515 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 1280 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Beyləqan rayonu, Qaradağlı kəndinin girişindəki yol nişanının alt hissəsinə iki ədəd çantanın içərisində qablaşdırılmış vəziyyətdə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Rövşən Quliyevə məlumat verdikdən sonra Rövşən Quliyev külli miqdarda narkotik vas itələrin və külli miqdarda psixotrop maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışları Təqsirləndirilən şəxs2 və Məhkum ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş razılığa əsasən 26 avqust 2021-ci il tarixə keçən gecə Məhkum məxsus «Kia Rio» markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Qaradağlı kəndinin girişindəki yol nişanının yaxınlığına gedib şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 16370 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 1280 qram çəkidə psixotrop maddə metamfetamin olan iki ədəd çantanı cinayətkar q rupun üzvü Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib qrupun digər üzvü Məhkum məxsus «Kia Rio» markalı **-BY*** dövlət qeydiyyat nişanlı avtomobillə Rövşən Quliyevin xalası Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşən evə daşıyıb həyətdə olan anbarda gizlətdikdən sonra Rövşən Quliyev əldə etdikləri külli miqdarda narkotik vasitə heroinin 45 qramını bir bükümdə qablaşdırıb satış məqsədi ilə üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Rövşən Quliyev, Təqsirləndirilən şəxs2 və Məhkum 27 avqust 2021-ci il tarixdə saat 08:30-da ünvan 3 ünvanının yaxınlı ğında saxlanılaraq ünvan 4 Beyləqan Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda 45 qram çəkidə narkotik vasitə heroin Rövşən Quliyevin əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2021-ci il tarixdə saat 13:00-da Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşən evə X7, Təqsirləndirilən şəxs2 və Məhkum iştirakı ilə baxış keçirilərkən evin arxa tərəfində yerləşən anbardan külli miqdarda 16325 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1010 qram, 1045 qram, 750 qram, 1010 qram, 600 qram, 1065 qram, 550 qram, 220 qram, 1020 qram, 345 qram, 110 qram, 260 qram, 155 qram, 1020 qram, 1025 qram, 90 qra m, 1030 qram, 370 qram, 1050 qram, 1030 qram, 520 qram, 1035 qram olmaqla bir ədəd şəffaf sellofan torbadakı iyirmi üç ədəd sellofan bükümün içərisində, külli miqdarda 2515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 875 qram, 790 qram, 850 qram olmaqla bir ədəd göy rəngli sellofan torbadakı üç ədəd polietilen bağlamada, külli miqdarda 1280 qram çəkidə psixotrop maddə metamfetamin ayrıayrılıqda təmiz çəkiləri 265 qram, 85 qram, 90 qram, 360 qram, 220 qram, 180 qram və 80 qram olmaqla bir ədəd parça torbadakı yeddi ədəd sellofan bükümlərdə aşkar olunaraq götürülmüşdür. Hüquqi məsələlər Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda kassasi ya şikayətləri verilmişdir. Kassasiya şikayətlərində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarının ləğv edilib Məhkum bəraət verilməsi xahiş edilmişdir. 19 dekabr 2024-cü il tarixdə Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına (məhkəmə iclas zalında iştirakı zamanı) ərizə ünvanlayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarından müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçilərin ərizənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalı dır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci, yaxud apellyasiya instansiy ası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsində isə göstərilir ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin geri götürülməsi haqqında onun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.4.1 və 32.5, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvanı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarından müdafiəçilər Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri Məhkum özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar